29
hər hansı bir şey substansiya olduğu halda canlı bir varlığa necə
çevrilir?
İlk filosofların hamısı bütün dəyişikliklərin kökündə ilkin bir
substansiya olmasında həmfikir idilər. Bu qərara necə
gəlmişdilər, bax, bunu demək çətindir. Biz yalnız onu bilirik ki,
təbiətdəki bütün dəyişikliklərin gizli səbəbi olan ilkin substansiya
haqda anlayış tədricən dolğunlaşıb. Onların fikrincə, elə bir şey
mövcuddur ki, hər şey ondan yaranıb və ona da geri dönür.
Bizcə, əsas məsələ bu erkən filosofların hansı nəticələrə varmaları
deyil, əslində nə kimi suallar qaldırmaları, nə kimi cavablar
axtarmalarıdır. Bizə onların nə düşünməsindən daha çox necə
düşünmələri maraqlıdır.
Bildiyimiz kimi, onlar fiziki aləmdə müşahidə etdikləri
dəyişikliklərlə bağlı suallar qaldırıblar. Onlar təbiətin arxasında duran
qanunları axtarıblar. Onlar qədim miflərə üz tutmadan ətraflarında nə
baş verdiyini anlamaq istəyiblər. Ən önəmlisi, təbiəti öyrənməklə əsl
prosesləri başa düşməyə çalışıblar. Bu, ildırımı, şimşəyi, qışı, yazı
tanrılar haqda rəvayətlər danışmaqla izah etməkdən tamamilə
fərqlənirdi.
Beləliklə, fəlsəfə tədricən özünü dindən ayırdı. Təbiət filosofları
demək olar ki, elmi təfəkkür istiqamətində ilk addımı atdılar, elmin
əcdadları oldular.
Təbiət filosoflarının dedikləri və yazdıqlarından əlimizə yalnız
fraqmentlər gəlib çatıb. Bildiyimiz cüzi məlumatlar iki əsr onlardan
sonra yaşamış Aristotelin əsərlərində tapılıb. O, yalnız həmin
filosofların gəldikləri nəticələrə istinad edir. Odur ki, onların hansı
yolla bu nəticələrə çatdıqlarını biz heç də həmişə bilmirik. Lakin
əlimizdə olan məlumatlar deməyə əsas verir ki, erkən yunan
filosoflarının layihələri ilkin yaradıcı substansiya və təbiətdəki
dəyişikliklər məsələsinə həsr olunmuşdu.
Miletli üç filosof
Yunanıstanın Kiçik Asiyadakı müstəmləkəsi Miletdə anadan olmuş
Fales tanıdığımız birinci filosofdur. O, çox ölkələr gəzmişdi. Gəzdiyi
downloaded from KitabYurdu.org
30
ölkələrdən biri Misir idi. Deyirlər, Misirdə olanda piramidanın
hündürlüyünü ölçübmüş. Bunun üçün öz kölgəsinin uzunluğu ilə öz
boyunun ölçüsü bir-birinə tam bərabər olan vaxt piramidanın kölgəsini
ölçüb. Belə bir məlumat da var ki, o, eramızdan əvvəl 585-ci ildə
qabaqcadan gün tutulmasını dəqiqliklə xəbər verib.
Falesə görə, hər şey sudan yaranıb. Biz bilmirik ki, o, bununla dəqiq
nəyi nəzərdə tutub, ola bilsin, onu nəzərdə tutub ki, həyat sudan əmələ
gəlir və yenidən əriyərək suya dönür.
Çox güman ki, Misirə səfərləri vaxtı Nil çayının daşqınları Nil
Deltasındakı ərazilərdən çəkilən kimi məhsulun necə yetişməsini
müşahidə etmişdi. Ehtimal ki, yağışdan dərhal sonra qurdların və
qurbağaların da peyda olmasını görmüşdü.
Görünür, Fales suyun buza, yaxud buxara - və yenidən suya dönməsi
səpkisində fikir yürüdürdü.
Belə bir fikrin də Falesə məxsus olduğu güman edilir: “Şeylər
tanrılarla doludur”. Bununla nəyi nəzərdə tutduğunu yalnız güman edə
bilərik. Çox güman ki, qara torpağın çiçəklərdən, meyvələrdən
həşəratlara qədər hər şeyin mənbəyi olduğunu görərkən Fales təsəvvür
edib ki, torpaq xırda gözəgörünməz “həyat mikroblarıyla” doludur. Bir
şey dəqiqdir ki, o, bu fikrində qətiyyən Flomerin tanrılarını nəzərdə
tutmayıb.
Haqqında məlumat aldığımız növbəti filosofun adı Anaksi- mander
olub. O da Miletdə, Faleslə təxminən eyni vaxtda yaşayıb. O düşünürdü
ki, bizim yaşadığımız dünya əngin bir
şeyin içərisində yaranan və məhv olan çoxlu dünyalardan yalnız biridir.
“Əngin” deyərkən nəyi nəzərdə tutduğunu izah etmək asan deyil, amma
aydın görünür ki, o, Falesin ehtimal etdiyi üsulla məlum bir substansiya
haqda düşünmürdü. Bəlkə də o, fikirləşirdi ki, bütün şeylərin mənbəyi
olan substansiya yaradılmışlardan nə isə fərqli bir şey olmalıdır. Bütün
yaradılmış şeylər sonlu, məhdud olduğundan, onlardan əvvəl və sonra
gələn şey “ənginlik” olmalıdır. Buradan isə aydın olur ki, o ilkin maddə
su kimi adi bir şey ola bilməz.
Miletdən olan üçüncü filosof Anaksimen (e.ə. 570 - 526) idi. O,
downloaded from KitabYurdu.org
31
bütün şeylərin mənbəyini hava və ya buxar hesab edirdi. Anaksimen,
əlbəttə ki, Falesin su nəzəriyyəsi ilə tanış idi. Bəs su özü nədən yaranıb?
Anaksimenə görə, su sıxılmış havadır. Biz müşahidə edirik ki, yağış
yağanda hava sıxılaraq suya çevrilir. Onun fikrincə, su bir qədər də
sıxılsa torpağa dönər. Yəqin ki, o, əriyən buzdan torpaq və qum
çıxdığını görmüşdü. O, həmçinin bu fakirdəydi ki, od - seyrəlmiş
havadır. Beləcə, Anaksimenə görə, hava - torpağın, suyun və odun
mənbəyidir.
Bununla da su ilə torpağın bəhəri arasında elə də böyük fərq
qalmırdı. Ehtimal ki, Anaksimen torpaq, hava, od və suyun həyatın
yaradılışında zəruri olduğunu, lakin bütün şeylərin mənbəyinin hava,
yaxud buxar olduğunu düşünürdü. Beləliklə, Fales kimi o da təbiətdəki
dəyişikliyin mənbəyi, hər şeyin əsası olan bir substansiyanın varlığını
qəbul edirdi.
Heçlikdən heçlik törəyər
Bu üç Miletli filosof hər şeyin əsası kimi vahid ilkin substansiyanın
mövcudluğuna inanıb. Amma bir substansiya birdən-birə necə başqa
bir şeyə çevrilə bilər? Gəl, bunu “çevrilmə problemi” adlandıraq.
Eramızdan əvvəl 500-cü ildən başlayaraq, yunanların Cənubi
İtaliyadakı Eley müstəmləkəsində bir qrup filosof yaşayırdı. Həmin
Eleylilər məhz, bu məsələylə çox maraqlanırdılar.
Bu filosofların ən önəmlisi Parmenid (e.ə. 540-480) sayılırdı.
Parmenid hesab edirdi ki, indi mövcud olan hər şey
elə həmişə mövcud olub. Bu ideya yunanlara yad deyildi. Onlar qəbul
edirdilər ki, dünyada mövcud olan hər şey əbədi olub. Heçlikdən heç
nə törəyə bilməz. Lakin Parmenid bu ideyanı daha irəli apardı. O, belə
bir fikir yürütdü ki, faktiki dəyişiklik yoxdur. Heç bir şey olduğundan
fərqli bir şeyə çevrilə bilməz.
Əlbəttə, Parmenid bilirdi ki, təbiət daimi hərəkətdədir. O, şeylərin
dəyişməsini hislərilə qavrayırdı. Lakin bunu ağlının ona dediyi ilə
uzlaşdıra bilmirdi. Hisslərinə, yoxsa ağlına güvənmək arasında seçim
etməli olarkən ağlına üstünlük verirdi.
Belə bir deyim var: “Görməsəm, inanmaram”. Parmenid isə hətta
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |