38
Əlbəttə, o, təbiəti öyrənmişdi, lakin onun günümüzdə alimlərin etdiyi
kimi kimyəvi təhlillər aparmaqdan ötrü avadanlığı olmayıb.
Sofi hər şeyin əsasının torpaq, hava, od, su olduğuna inanıb-
inanmadığını bilmirdi. Axı bu nə demək idi? Prinsipcə
Empedokl haqlı idi. Ağlımızı kənara qoymadan gözlərimizi işlətsək,
görərik ki, təbiətdə çevrilmələrin mövcudluğunu qəbul etmək üçün
yeganə yol vahid ilkin substansiyadan daha çox substansiya olduğunu
qəbul etməkdir.
Sofi gördü ki, fəlsəfə ikiqat maraqlıdır; çünki buradakı bütün
ideyaları məktəbdə keçdiklərini yada salmağa ehtiyac olmadan öz
ağlını işlətməklə başa düşmək olur. Fəlsəfə öyrənə biləcəyin bir şey
deyil; - sən fəlsəfi düşünməyi öyrənə bilərsən.
DEMOKRİT
...dünyanın ən gözəl oyuncağı...
Sofi naməlum filosofun göndərdiyi bütün kağızları şirniy-
yatqabının içinə qoydu və qapağını kip örtdü. Kolların arasından
sürünə-sürünə çıxdı, bir müddət ayaq üstə dayanıb bağa tamaşa etdi.
Dünənki hadisəni xatırladı. Anası bu səhər də yemək vaxtı “eşq
məktubu” deyib ona sataşmışdı. Cəld poçt qutusunun yanına yüyürdü
ki, dünənki hadisə təkrarlanmasın, məktub anasının əlinə düşməsin.
Dalbadal iki gün eşq məktubu - ağ olacaqdı.
Orada yenə balaca ağ zərf vardı! Sofi məktublarda bir nizam sezdi:
hər gün günortadan sonra o, böyük qəhvəyi zərf alırdı. Məktubu
oxuduğu müddətdə ola bilsin ki, filosof kiçik ağ zərflə xəlvətcə poçt
qutusuna yanaşır.
Həə, indi Sofi onun kim olduğunu öyrənə bilərdi. Əlbəttə, əgər özü
gətirirsə! Sofinin otağından poçt qutusu görünürdü. Əgər pəncərənin
önündə dayansa, sirli filosofu görə bilərdi. Axı ağ zərflər göydən
düşmür! Qərara gəldi ki, səhəri gün oralara diqqətlə göz qoysun. Sabah
cümə günüydü, bütün həftəsonu onun qarşısındaydı. Otağına qalxıb
zərfi açdı. Bu gün bircə sual gəlmişdi, amma əvvəlki üç sualdan daha
axmaq sual idi. Niyə leqo konstruktoru dünyada ən ağıllı oyuncaqdır?
Əvvəla, Sofi əmin deyil ki, dünyanın ən ağıllı oyuncağı leqo
downloaded from KitabYurdu.org
39
konstruktorudur. Bu balaca plastik oyuncaqlarla axırıncı dəfə nə vaxt,
neçə il əvvəl oynadığı yadına gəlmirdi. Bundan başqa, fəlsəfəylə
oyuncağın nə əlaqəsi?!
Amma o, dərsinə hörmət edən şagird idi. Otağındakı şkafın ən üst
rəfinə dırmaşdı, cürbəcür forma və ölçülərdə leqo konstruktorlarıyla
dolu çantanı tapdı.
Uzun ayrılıqdan sonra onları qarşısına töküb quraşdırmağa başladı.
Quraşdırdıqca ağlına leqo konstruktoru haqda bəzi fakirlər gəldi.
Onları yığmaq əcəb asandır, - düşündü. Cürbəcür olsalar da, hamısı
bir-birinə uyğun gəlir. Onları sındırmaq da olmur. Heç yerdə sınıq
leqoya rast gəlməmişdi. Hamısı çox illər əvvəl alındıqları gün olduğu
kimi təzə və parlaq görünürdü. Ən yaxşı cəhəti odur ki, leqolardan hər
şey düzəltmək mümkündür. Sonra isə onları bir-birindən ayırmaq və
tam başqa bir şey düzəltmək olar.
Bir oyuncaq daha neynəməliydi ki?! Sofi qərara gəldi ki, leqo
həqiqətən də dünyada ən ağıllı oyuncaqdır. Amma bunun fəlsəfəyə nə
aidiyyatı var?
Sofi leqolardan ev düzəltdi, - artıq bacasını yığırdı. Boununa almaq
istəməsə də, uşaqlığında belə bu oyuncaqdan heç bu qədər çox zövq
almamışdı. Niyə insanlar böyüyəndən sonra daha oyuncaqla
oynamırlar?
Anası evə çatıb Sofinin nə etdiyini görəndə özünü saxlaya bilmədi:
- Əcəbdir! Oyun oynayırsansa, deməli, çox da böyüməmisən,
sevindim.
- Mən oyun oynamıram, - Sofi kəskin cavab qaytardı, - çox
mürəkkəb fəlsəfi eksperiment aparıram!
Anası ah çəkdi. Yəqin yadına ağ dovşanla silindr şlyapa düşdü.
Səhərisi Sofi məktəbdən qayıdanda onun üçün yenə böyük qəhvəyi
zərf və içində bir neçə vərəq vardı. Götürüb pilləkənlə otağına qalxdı.
Onları oxumaqdan özünü saxlaya bilmirdi, amma eyni zamanda
pəncərədən poçt qutusuna göz qoymalıydı.
“Atom nəzəriyyəsi
Yenə mənəm, Sofi. Bu gün sən sonuncu böyük təbiət filosofu haqda
downloaded from KitabYurdu.org
40
oxuyacaqsan. Adı Demokritdir (e.ə. 460 - 370).
O, Egey dənizinin şimal sahilində yerləşən kiçik Abdera şəhərindən
idi.
Əgər leqo konstuktorları haqda suala çətinlik çəkmədən cavab verə
bilmisənsə, bu filosofun layihəsinin nə olduğunu da başa düşməkdə
çətinlik çəkməyəcəksən.
Demokrit əslində təbiətdə heç nəyin “dəyişilməməsi” faktına görə
çevrilmələrin də mümkünsüzlüyü məsələsində əcdadlarıyla razı idi.
Buradan da belə fərziyyə yürüdürdü ki, hər şey, hər biri əbədi və
dəyişməz olan xırda gözəgörünməz hissəciklərdən yaradılıb. Bu ən
kiçik vahidləri atomlar adlandırırdı.
“A-tom” sözü “bölünməz” deməkdir. Demokritə görə, hər şeyi
əmələ gətirən bu ən kiçik zərrəciklər özlərindən daha kiçik hissəciklərə
bölünmür. Əgər bu mümkün olsaydı, onlardan konstruktor kimi
istifadə etmək mümkün olmazdı. Əgər atomlar sonsuz olaraq, daha
kiçik hissəciklərə bölünsəydi, təbiət şorba kimi daim həll oluna-oluna
əriyib gedərdi.
Demokritə görə, təbiətin bu ən kiçik zərrəcikləri əbədidir, ona görə
ki, heçlikdən heç nə yarana bilməzdi. Bu məsələdə o, Parmenid və
Eleylilərlə həmfikir idi. Bundan başqa da inanırdı ki, bütün atomlar
möhkəm və sərtdir. Lakin onların hamısı eyni cür ola bilməz. Əgər
bütün atomlar eyni cür olsaydı, oyuncaqdan zeytun ağacına, keçi
dərisinə, insan saçına qədər
hər şeyin formasını almaq üçün onların necə birləşdiyinə dair
qənaətbəxş bir izah tapmaq olmazdı.
Demokrit inanırdı ki, təbiət sonsuz sayda müxtəlif atomlardan
ibarətdir, onlardan bəziləri yumru və hamar, bəziləri isə əyri-üyrüdür.
Məhz bu qədər fərqləndiklərinə görə də hər cür əşya, gövdə, bədən
əmələ gətirmək üçün birləşə bilirlər. Amma formaca və sayca nə qədər
sonsuz olsalar da, onların hamısı əbədi, dəyişməz və bölünməzdirlər.
Hər hansı ağac, heyvan və insan öləndən sonra tədricən parkalanır,
atomlar dağılır və yeni bədənlərdə yenidən birləşirlər. Atomlar fəzada
hərəkət edirlər və girintili-çıxıntılı olduqlarına görə, ətrafımızda
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |