35
bədənində istilik var.
Empedokl yanmaqda olan bir parça oduna baxmış ola bilərdi.
Yandıqca ondan nələrsə ayrılır. Biz odunun cızıldadığını və
çaqqıldadığını eşidirik ki, bu, “su”dur. Nə isə tüstülənir ki, bu,
“hava”dır. “Od”u alova baxarkən aydın görürük. Odun yanıb
qurtarandan sonra yerdə nə isə qalır ki, bu da kül və ya “torpaq”dır.
Empedokl təbiətdəki dəyişiklikləri dörd “kök”ün birləşib ayrılması
kimi izah edib aydınlaşdırandan sonra yenə də nə isə
izah olunmamış qalırdı. Necə olur ki, bu dörd ünsür birləşir, yeni həyat
ortaya çıxır. Və bu “qarışığı”, tutalım, bir gülü yenidən parçalanmağa
nə vadar edir?
Empedokla görə, təbiətdə “sevgi və ixtilaf adlandırırdığı iki fərqli
fəal qüvvə var. O, “substansiya” ilə bu qüvvələr arasına fərq qoyurdu.
Bu diqqətəlayiq məsələdir. Hətta bu gün də alimlər ünsürlərlə təbiət
qüvvələrini bir-birindən fərqləndirirlər. Müasir elm bəyan edir ki,
bütün təbii proseslər müxtəlif ünsürlər və müxtəlif təbiət qüvvələri
arasında qarşılıqlı əlaqə kimi izah oluna bilər.
Bundan başqa, Empedokl duyğu prosesinin necə baş verməsinə dair
məsələ qaldırırdı. Məsələn, mən necə olur ki, hər hansı bir gülü “görə”
bilirəm? Bu zaman nə baş verir? Heç bu barədə fikirləşmisən, Sofi?
Empedokl inanırdı ki, gözlər də təbiətdəki hər şey kimi torpaq, hava,
od və sudan ibarətdir. Beləcə, gözümdəki “torpaq” ətrafımda torpaqdan
olan nə varsa, onları sezir, gözümdəki “hava” ətrafımda içərisində hava
olan nə varsa onları, gözümdəki “od” oddan olanları və gözümdəki
“su”
sudan şəkillənmiş nə varsa, onları qavrayır. Gözlərimdə dörd ünsürün
hər hansı biri olmasaydı, təbiəti tam görə bilməzdim.
Hər şeydə hərşeydən nəsə var
Anaksaqor (e.ə. 500 - 428) xüsusi bir ilkin substansiyanın - suyun
dünyada gördüyümüz hər şeyə çevrilə bilməsini rədd edən növbəti
filosofdur. Anaksaqor torpaq, hava, od və suyun qana və sümüyə çevilə
bilməsini də qəbul etmirdi.
Anaksaqor bu fikirdə idi ki, təbiət gözlə görünməyən saysız xırda
downloaded from KitabYurdu.org
36
zərrəciklərdən ibarətdir. Hər şey özündən kiçik zərrəciklərə bölünə
bilər, lakin hətta ən kiçik zərrəcikdə də bütün başqa şeylərin parçaları
vardır. Əgər dəri və sümük başqa bir şeyin çevrilməsi deyillərsə,
Anaksaqorun fikrincə, içdiyimiz süddə və yediyimiz yeməkdə də dəri
və sümük var.
Bir neçə müasir nümunə var ki, onlar müəyyən qədər Anaksaqorun
fikir xəttini təsvir edə bilər. Müasir lazer texnologiyası holoqramlar
göstərə bilir. Bu holoqramlardan biri, məsələn, maşın təsvir edirsə və
holoqram hissələrə ayrılsa, biz
maşının bütöv şəklini holoqramın ayrı-ayrı fraqmentlərində görə
bilirik. Bütöv subyekt hər bir xırda hissədə əks olunur.
Müəyyən mənada bizim bədənimiz də eyni cürdür. Barma- ğımdakı
dəri hüceyrəsini çözsəm, görərəm ki, həmin hüceyrənin nüvəsi təkcə
dərimin səciyyəvi xüsusiyyətlərini ehtiva etmir; həmin hüceyrə
həmçinin gözlərimin necə olduğunu, saçlarımın rəngini, barmaqlarımın
sayını, formasını və s. üzə çıxarmağa qadirdir.
İnsan bədəninin hər bir hüceyrəsi onun bütün digər hüceyrələrinin
necə qurulduğunun təsvirini verə bilər. Beləliklə, hər bir hüceyrədə
“hər şeydən nəsə” var və tam hissədə mövcuddur.
Anaksaqor hər şey haqda məlumatlı olan bu xırda zərrəcikləri
toxumlar adlandırır.
Yadına gəlirsə, Empedokl ünsürləri bütöv bədənlərdə birləşdirən
şeyin “sevgi” olduğunu demişdi. Anaksaqor da heyvanları, bitkiləri
yaradan qüvvə kimi “düzüm” haqda fərziyyə yürütmüşdü. O, bu
qüvvəni “ağıl” və ya “zəka” (nous) adlandırırdı.
Anaksaqor bizim üçün həm də ona görə maraqlıdır ki, haqqında
məlumat aldığımız - Afinada yaşamış ilk filosofdur.
O, Kiçik Asiyada dünyaya gəlmişdi, qırx yaşında Afinaya köçmüşdü.
Sonradan o, ateistlikdə təqsirləndirilmiş və şəhərdən qovulmuşdu.
Digər məsələlərlə yanaşı, Anaksaqor belə bir fikrilə də tarixdə qalıb: o
deyib ki, Günəş Tanrı deyil, qırmızı isti bir daşdır və bütün Peloneziya
yarımadasından böyükdür.
Anaksaqor astronomiya ilə çox maraqlanırdı. Bütün səma
downloaded from KitabYurdu.org
37
cisimlərinin Yerlə eyni bir substansiyadan düzəldildiyinə inanırdı.
Meteoritlər haqda eşidəndən sonra bu fikrə gəlmişdi. Ondan belə bir
nəticə çıxarmışdı ki, ola bilsin, özgə planetlərdə də insan həyatı var.
Deyirdi ki, Ayın öz işığı yoxdur - işıq onun üstünə Yerdən düşür. O,
həmçinin gün tutulmasının da izahını düşünüb tapmışdı.
Diqqətinə görə çox sağ ol, Sofi. Ola bilsin ki, bu fəsli dərindən başa
düşmək üçün iki-üç dəfə oxuyacaqsan.
Anlamaq həmişə bir qədər əmək istəyir. Heç bir zəhmət
çəkmədən hər şeyə nail olan hər hansı dostunu yəqin sən heç
bəyənməzdin.
İlkin substansiya və təbiətdəki çevrilmələr üçün ən yaxşı izah sabaha
- sən Demokritlə tanış olana qədər gözləsin. Hələlik bu qədər”.
Sofi başını koğuşdan çıxardı, ağacların arasından bağa baxdı. Bütün
bu oxuduqlarından sonra yaranmış fikirlərini özü üçün
aydınlaşdırmalıydı.
Gün kimi aydın idi ki, adi su buzdan və buxardan başqa, heç nəyə
çevrilə bilməz. Su heç qarpıza da çevrilə bilməz, çünki qarpızda sudan
başqa da nə isə var. Lakin Sofi buna əmin idi, çünki bunu öyrənmişdi.
Əgər bunu oxuyub öyrənməsəydi, buzun vur-tut su olduğunu bilə
bilərdimi? Suyun donaraq buza, sonra əriyərək yenidən suya
çevrildiyini ən azı görməliydi.
Sofi başqalarından öyrəndiyini deyil, öz ağlını işlədərək, baş
çıxarmağa cəhd etdi.
Parmenid hər hansı formada dəyişiklik ideyasını rədd edirdi. Sofi bu
haqda düşündükcə daha çox əmin oldu ki, o, müəyyən mənada haqlı
olub. Onun ağlı “nəyinsə” qəfildən “tam başqa bir şeyə” çevrilməsini
qəbul etmirdi. Bunu demək üçün bir qədər cəsarət lazım idi, çünki bu,
insanların öz gözlərilə görə bildikləri təbii dəyişikliyi inkar etmək
demək idi. Yəqin o vaxt çoxları ona gülüb.
Empedokl da kifayət qədər ağıllı olub ki, dünyanın bir deyil, çoxlu
substansiyalardan ibarət olduğunu isbat edib. Bu, təbiətdəki hər cür
çevrilməni əslində hər hansı dəyişilmə olmadan mümkün edirdi.
Qədim yunan filosofu bunu yalnız ağıl gücünə üzə çıxarmışdı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |