50
ikisi Herodot (e.ə. 484-424) və Tasit (e.ə. 460-400) idi.
Yunanlar xəstəliyi ilahi müdaxilənin boynuna yıxırdılar. İnanırdılar
ki, qurbanları kəssələr, tanrılar insanları yenidən sağalda bilərlər.
Bu, təkcə yunanlara xas deyildi. Tibb inkişaf etməzdən əvvəl
xəstəliyin fövqəltəbii qüvvələrin əsəri olması geniş yayılmış baxış idi.
“Qrip” əslində ulduzların pis təsiri mənasını verirdi.
Hətta günümüzdə də bir çoxları, tutalım, QİÇS xəstəliyinin - Allahın
cəzası olmasına inanırlar. Ona da inanırlar ki, xəstələr fövqəltəbii
qüvvələrin köməyi ilə şəfa tapa bilərlər.
Belə bir zamanda yunan fəlsəfəsindəki yeni istiqamətlərə paralel
olaraq, yunan tibb elmi meydana gəldi ki, bu da xəstəliyə, sağlamlığa
təbii izahlar verməyə səy göstərirdi. Tibb elminin banisi deyilənə görə,
Hippokrat olub, o, e.ə.460-cı ildə Koz adasında dünyaya gəlmişdi.
Hippokratın tibbi ənənəsinə görə, insanı xəstəlikdən ən yaxşı
qoruyan iki şeydən biri əndazəli yaşamaq, digəri sağlam həyat tərziydi.
Sağlamlıq təbii vəziyyətdir. İnsan xəstələnirsə, fiziki, yaxud ruhi
tarazlığı pozulursa, bu, təbiətin ahənginin pozulması deməkdir.
Sağlamlığın yolu hamı üçün əndazəli, harmonik yaşayışdan keçir və
“sağlam bədəndə sağlam ruh olar”.
Bu gün “tibbi etika” haqda çoxlu söhbətlər gedir, deyilir ki, həkim
təbabəti müəyyən etik qaydalara əsasən tətbiq etməlidir. Məsələn,
həkim sağlam insanlara narkotik almaq üçün resept verməməlidir.
Həkim peşə sirrinə sadiq olmalıdır; pasientə onun xəstəliyi haqda
təhlükəli məlumatı açıb deməməlidir. Bu ideyaların kökü Hippokrata
gedib çıxır. O, tələb edirdi ki, şagirdləri aşağıdakı andı içsinlər:
“Ağlımla gücümün imkan verdiyi qədər xəstələrə xeyirli olanı
edəcək, ziyanlı olandan uzaq duracağam, işimdən heç vaxt pislik üçün
istifadə etməyəcəyəm. Məndən zəhər istəyənə onu verməyəcəyim kimi,
belə bir hərəkəti məsləhət də görməyəcəyəm. Eləcə də hamilə bir
qadına uşağını salması üçün dərman verməyəcəyəm. Hansı evə getsəm,
xəstəyə yardım etmək üçün gedəcəyəm, istər azad insan olsun, istərsə
də qul, kişilərin və qadınların bədənlərindən sui-istifadə etməyəcək,
bütün məqsədli pisliklərdən çəkinəcəyəm. İşimlə bağlı, kənarda
downloaded from KitabYurdu.org
51
danışılmamalı olan görüb-eşitdiklərimi sirr saxlayacağam. Nə qədər ki,
bu pozulmaz andı çiyinlərimdə daşıyıram, qoy həyatdan, sənətdən zövq
alım, bütün insanlar
mənə hörmət etsinlər, lakin bu andı pozsam, qoy bunun əksi qismətim
olsun”.
* * *
Sofi şənbə səhəri yeni həyat eşqilə oyandı. O filosofu doğrudan
görmüşdü, ya yuxuda? Əlini çarpayısının altına uzatdı. Bəli, gecə gələn
məktub orada idi. Bu, yuxu deyildi. Həqiqət idi! Üstəlik, filosofun
Sofinin məktubunu götürdüyünü də öz gözlərilə görmüşdü.
Döşəməyə əyildi, bütün vərəqləri çarpayının altından yığdı. Bəs bu
nədir? Divarın yanına nə isə qırmızı bir şey düşmüşdü. Şarfdı bəlkə?
Sofi çarpayıdan əyilib onu götürdü. Qırmızı ipək şarf idi. Özünün
olmadığı dəqiq idi!
Şarfı diqqətlə incələdi və tikiş yeri boyunca mürəkkəblə yazılmış
Hilde sözünü görəndə içini çəkdi.
Hilde! Kimdi Hilde? Onların yolları niyə belə tez-tez kəsişir?
SOKRAT
...ən müdrik adam heç nə bilmədiyini bilən adamdır...
Sofi sarafanını geyinib mətbəxə düşdü. Anası masanın yanında
dayanmışdı. Qərara gəldi ki, anasına ipək şarf haqda heç nə deməsin.
Qəzeti gətirdin? - anası soruşdu və ona tərəf çevrildi:
Gətirə bilərsən?
Sofi cəld qapıdan çıxdı, poçt qutusunun üstünü aldı. Yalnız qəzet
götürəcəkdi. Belə tezliklə cavab gözləmirdi. Qəzetin ön səhifəsində
Livandakı Norveç BMT batalyonu haqda yazı vardı.
BMT batalyonu... Hildenin atasının göndərdiyi zərfin üstündəki
markada belə yazılmamışdı? Amma möhür Norveçin idi. Bəlkə Norveç
BMT əsgərlərinin öz poçtu var.
Qəzet səni tutdu, deyəsən, - Sofi mətbəxə qayıdanda anası ötəri dedi.
Xoşbəxtlikdən anası poçt qutusundan, məktublardan nə naharda, nə
də gün ərzində söz açdı. Anası bazara gedəndə Sofi tale haqda məktubu
götürüb xəlvəti guşəsinə çəkildi.
downloaded from KitabYurdu.org
52
Sonuncu dəfə şirniyyatqabını bura qoyub getmişdi. Və indi qabı
açanda filosofun başqa məktublarıyla yanaşı bir kiçik ağ zərf gördü və
özünü itirdi. Sofi dəqiq bilirdi, onu ora özü qoymamışdı.
Bu zərfin də kənarları nəm idi. Dünənki məktub kimi bunun da
üstündə bir neçə dəlik vardı.
Filosof burada olub? Onun gizli guşəsini tanıyır? Zərf niyə nəmdi?
Bütün bu suallardan başı gicəlləndi. Məktubu açıb oxumağa başladı.
“Əziz Sofi,
Məktubunu böyük maraqla oxudum, həm də bir qədər
təəssüfləndim. Heyif ki, dəvət məsələsində səni məyus
edəcəyəm. Biz bir gün mütləq görüşəcəyik, lakin mənim Kapitan
aşırımına şəxsən gəlməyim bir xeyli çəkəcək.
Deməliyəm ki, bundan sonra məktubları şəxsən çatdıra
bilməyəcəyəm. Bu, çox təhlükəli olardı. Gələcəkdə onlar birbaşa
bağdakı bu gizli yerə çatdırılacaq.
İstədiyin vaxt mənimlə əlaqə saxlaya bilərsən. Bunun üçün balaca
bir biskvit və ya bir parça qəndlə çəhrayı zərfi bura qoy. Çapar onu
götürüb düz mənə gətirəcək.
Sözümün sonunda demək istəyirəm ki, gənc xanımın qəhvə
dəvətindən imtina etmək mənim üçün xoş deyil, lakin bəzən bu, zəruri
olur.
Onu da deyim ki, əgər sən qırmızı şarfı taxıb bayıra çıxsan, çılpaqfən
ondan muğayat ol. Bəzən şəxsi əşyalar səhv düşür. Xüsusən məktəbdə
və bu kimi yerlərdə. Bu, fəlsəfə məktəbidir.
Sənin, Alberto Knoks”.
Sofinin artıq on beş yaşı vardı və bu gənc ömründə kifayət qədər, ən
azı Mövlud bayramında, ad günlərində çoxlu məktub almışdı. Lakin bu
məktub həyatında aldığı ən qəribə məktub idi.
Üzərində marka yox idi. Poçt qutusuna da salınmamışdı. Birbaşa
Sofinin sıx ağaclıqdakı xəlvəti köşkünə qoyulmuşdu. Onun quru yaz
havasında nəm olması da başqa bir sirr idi.
Hər şeydən qəribəsi, əlbəttə ki, şarf idi. Görünür, filosofun başqa
şagirdi də var. Onundu. Həmin şagird qırmızı ipək şarfını itirib. Hə.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |