Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə


yerdən çıxanı, səmadan enəni və səmaya qalxanı bilir



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə18/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

 
74 
yerdən çıxanı, səmadan enəni və səmaya qalxanı bilir. 
O, mehriban və bağışlayandır”
44
  
Bu  günədək  zooloqlar  700  minədək  həşərat  növü 
qeydə  almışlar.  Bu  həşəratların  ümumi  sayını 
hesablamaq  qeyri-mümkündür.  İsti  yay  günündə 
havada  və  torpaqda  olan  kiçik  canlıların  sayı 
sonsuzdur.  Bir  təpənin  qoynunda,  çatlarında  olan 
həşəratlar bir materikdəki insanlardan çoxdur.  
 
“Və binuri vəchikəl-ləzi əzaə ləhu kullu şəy” 
(“Səni hər şeyi işıqlandırmış zatının nuruna and verib 
istəyirəm...) 
 
Qurani-Kərim  və  rəvayətlərdə  kamillik  və  insani 
dəyərlər nur adlandırılmışdır. Nur hidayət, yəni imana 
doğru  hərəkət  üçün  yardım  deməkdir.  İslam,  mərifət, 
elm,  Quran  –  hər  biri  nurdur.  “Maidə”  surəsinin  15-ci 
ayəsində  buyurulur:  “Sizin  üçün  Allah  tərəfindən  nur 
və aydın bir kitab gəlmişdir”. Nur ilahi hökmlər, əxlaqi 
məsələlər,  etiqadi  həqiqətlərdir.  “Maidə”  surəsinin  44-
cü  ayəsində  oxuyuruq:  “Biz  hidayət  və  nur  olan 
Tövratı nazil etdik”. 
Bütün bu mənalara diqqət etdikdən sonra deyə bilərik 
ki, nur Allah-Taalanın sifət və adlarıdır. Hər bir məxluq 
öz  istedadı  həddində  bu  nurdan  faydalanır  və 
zülmətdən işığa hərəkət edir. İstedadlı insan bu  nurun 
sayəsində  zülmdən,  küfrdən  xilas  olub  ədalət  və  iman 
yoluna  qədəm  qoyur.  Ayə  və  rəvayətlərdən  belə 
görünür  ki,  “nuri  vəch”  “Covşən  kəbir”  duasında  min 
                                                 
44
 “Səba”, 2. 


 
75 
dəfədən  artıq  təkrarlanmış  həqiqət  və  kamilliklərə 
işarədir.  Bəs  nə  üçün  “nur”  kəlməsi  tək  haldadır? 
Çünki ali sifətlər və gözəl adlar ilahi zatın özü, eynidir. 
Elm,  hikmət,  ədalət,  rəhmət  və  sair  sifətlər  müqəddəs 
zatı təşkil edir. “Nur” kəlməsinin “hidayət” mənasında 
tez-tez  işlənməsini  nəzərə  alaraq  bu  duanın  mə’nası 
bəlkə də belədir: 
“Pərvərdigara!  Səni  bütün  mövcudların  doğru  yol 
tutmasına  səbəb  olmuş  hidayətinə  and  verib,  Səndən 
istəyirəm.”  Hər  halda,  “Nur”  kəlməsində  bütün  ilahi 
mənalar vardır.  
 
“Ya  nuru,  ya  quddusu,  ya  əvvələl-əvəlinə  və  ya 
axirəl-axirinə” 
(“Ey  nur,  ey  hər  eybdən  pak,  ey  əvvəllərin  əvvəli  və 
ey axırların axırı”) 
 
Ey  kamilliklərin  tamı,  ey  mütləq  zühur,  ey  aşkar,  ey 
zahir!  Ərəfə  günü  Ərəfat  səhrasında  “mətləil-fəcr” 
nurun, xalis bəndən Həzrət Hüseyn (ə) Sənin dərgahına 
belə  ərz  etdi:  “Başqası  üçün  elə  bir  zühur  varmı  ki, 
Sənin  üçün  olmasın  və  həmin  başqası  Sənin  zühuruna 
vasitə  olsun?!  Nə  vaxt  gizli  olmusan  ki,  varlığına  dəlil 
axtarıla və nə vaxt uzaq olmusan ki, Sənə yaxınlaşmaq 
üçün vasitələr tapıla?!”
45
  
“Pərvərdigara!  O  zaman  ki,  özümə  gəlib  diqqətlə 
baxıram,  görürəm  cəlal  və  camalın  varlıq  aləmində 
aşkardır.  Müqəddəs  vücudunda  məxfilik  yoxdur  ki, 
əlimə  çıraq  götürüb  dərgahını  axtaram.  Tutduğum 
                                                 
45
 “Biharul-ənvar”, 95-226. 


 
76 
yolun həqiqi olduğuna bir dəlil tapanda görürəm ki, bu 
dəlilləri də Sən yaratmısan.” 
İnsan puç xəyallardan ayılıb azca düşündükdə anlayır 
ki,  Allah-Taalanın  varlığı  hər  zaman  aşkardır  və  onun 
varlığına tapılan dəlilləri də özü yaratmışdır. Ey bütün 
eyblərdən  pak,  ey  bütün  vəsflərdən  uca,  ey  nur,  ey 
başlanğıcların başlanğıcı, ey nəhayətlərin nəhayəti! Sən 
özün əzəli olaraq hər şeyə başlanğıc vermiş və hər şey 
məhv olduqdan sonra əbədi qalasısan!  
Başlanğıc  və  son,  yaranmışlara  aid  olan  sifətlərdir. 
Əvvəl  və  axır,  yaranmış  üçün  qaçılmaz  bir  həqiqətdir. 
Başlanğıc odur ki, bir zaman olmayanları Allah var etdi. 
Axır  odur  ki,  bütün  yaranmışlar  nə  zamansa  fəna 
olasıdır. “Ey əvvəllərin əvvəli və ey axırların axırı” 
 
“Allahumməğfirliyəz-zunubəl-ləti təhtikul-isəm”  
(“Allahım,bağışla o günahlarımı ki, əzabların qarşısını 
almış pərdələri aradan qaldırar”) 
 
Günah  nədir?  Allahın,  peyğəmbərlərin  və  imamların 
göstərişlərinə  zidd  olan  hər  bir  hərəkət,  iş,  söz  günah 
hesab  olunur.  Bəzi  günahlar  o  qədər  ağırdır  ki, 
günahkar şəxs Allah və peyğəmbərlərlə savaşa qalxmış 
hesab  olunur.
46
   Dünyada  baş  vermiş  hər  hansı  bir 
günah Qiyamət günü insanın yaxasından yapışmış oda 
çevriləcək. “Nisa” surəsinin 10-cu ayəsində  buyurulur: 
“Şübhəsiz  ki,  yetimlərin  malını  zorla  yeyənlər 
qarınlarına  od  doldururlar”.  Günah  Allah-Taalanın 
süfrəsində  duz  yeyib,  min  bir  nemətdən  istifadə  edib, 
                                                 
46
 “Bəqərə”, 279. 


 
77 
duzqabını sındırmaqdır. Tarix boyu duz-çörəyi itirmək 
insafsızlıq hesab olunmuşdur.  
SÜFRƏ SAHİBİNƏ HÖRMƏT 
Yəqub  Ləys  Sistanın  görkəmli  şəxsiyyətlərindən 
olmuş  və  qaniçən  Abbasi  hökumətinə  qarşı  inqilabın 
bünövrəsini  qoymuşdur.  Gənclikdə  bir  müddət 
misgərliklə  məşğul  olan  Yəqub  qazancını  tay-tuşlarına 
xərcləyərdi.  O,  səxavətli,  azad  düşüncəli  olduğundan 
ətrafına xeyli gənc toplaşmışdı.  
Az  sonra  misgərliyin  daşını  atan  Yəqub  nəhayət, 
Sistan  əmirinin  xəzinəsini  yarmaq  qərarına  gəlir. 
Xəzinə güclü mühafizə dəstələri tərəfindən qorunduğu 
üçün  Yəqub  dostları  ilə  birlikdə  yerin  altı  ilə  lağım 
atmağa başlayır. Bu tunelin qazılması altı ay vaxt aparır. 
Nəhayət,  bir  gecə  xəzinəyə  yol  açılır.  Xəzinədə  olan 
bütün ləl-cəvahirat, dinar-dirhəm, qızıl-gümüş kisələrə 
doldurulur.  Yəqub  xəzinədə  öz  parlaqlığı  ilə  diqqəti 
cəlb  edən  bir  daş  görür.  O,  daşı  tanımaq  üçün  dilinə 
toxundurur. Yəqub dilinə gələn daddan hiss edir ki, bu 
parlaq şey duz parçasıdır. Dostlarına əmr edir ki, bütün 
yüklər  boşaldılsın  və  hamı  xəzinədən  çıxsın.  Bütün 
gənclər  müti  halda  xəzinəni  tərk  edirlər.  Yəqub  deyir: 
“Dilimə  Sistan  əmirinin  duzu  dəydi.  Bir  insanın 
duzunu  daddıqdan  sonra  onun  xəzinəsini  yarmaq 
namərdlikdir!” 
Xəzinədar  xəzinədə  baş  vermiş  təəccüblü  hadisəni 
əmirə xəbər verdikdən sonra əmir şəhərdə car çəkdirir 
ki,  bu  işi  görmüş  adam  onun  yanına  gələrsə  mükafat 
alacaq.  


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə