Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə34/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

 
138 
ŞƏFAƏTİN ŞƏRTİ 
Ayə  və  rəvayətlərə  əsasən,  şəfaət  intizarında  olan 
şəxsin  müəyyən  həddə  qədər  imanı  və  saleh  əməlləri 
olmalıdır.  Yalnız  bu  yolla  dünyada  yol  verilmiş 
nöqsanları  ilahi  şəfaətlə  aradan  qaldırıb,  qiyamət 
səhnəsində behiştə yol tapmaq olar. Bu da mümkündür 
ki,  günahların  ağırlığından  cəhənnəmə  düşmüş  şəxs 
şəfaətə nail olub bu əzabdan qurtulsun. 
DÜNYA VƏ AXİRƏT ŞƏFAƏTÇİLƏRİ 
Ayə  və  rəvayətlərdən  mə’lum  olur  ki,  insanı  ilahi 
rəhmətə  qovuşdurub  səadətə  çatdıran  şəfaətçilər 
bunlardır: 
iman, 
saleh 
əməl, 
tövbə’ 
Qur’an, 
peyğəmbərlər,  imamlar,  şəhidlər,  həqiqi  mö’minlər, 
rəbbani  alimlər.  Məhz  bu  şəfaətçilərin  köməyi  ilə  bir 
çox  kafirlər,  müşriklər,  qafillər  dünyada  azğınlıqdan 
xilas olur. Dünyada günaha yol verib tövbəyə müvəffəq 
olmayan iman əhli isə məhz qiyamətdə şəfaət hesabına 
bədbəxtlikdən nicat tapır. 
Bəli,  şəfaət  İslam  dinin  əsas  müddəalarındandır  və 
onu inkar edən şəxs imandan xaricdir. 
İmanın  şəfaəti  haqqında  «Hədid»  surəsinin  28-ci 
ayəsində belə buyurulur: «Ey iman gətirənlər, Allahdan 
qorxun  və  onun  peyğəmbərinə  iman  gətirin  ki,  Allah 
sizə öz mərhəmətindən iki pay versin. Sizə getməyiniz 
üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan 
və rəhm edəndir». 
Saleh əməlin şəfaətinə işarə ilə «Maidə» surəsinin 9-cu 
ayəsində  buyurulur:  «Allah  iman  gətirib  yaxşı  işlər 


 
139 
görənlərə  və’d  etmişdir  ki,  onları  bağışlanma  və 
böyük mükafat gözləyir.» 
TÖVBƏNİN ŞƏFAƏTİ 
Müaviyyə ibn Vəhəb deyir: İmam Sadiq (ə) buyurdu: 
«Bəndə  xalis  tövbə  etdiyi  vaxt  Allah  ona  məhəbbət 
göstərib,  dünya  və  axirətdə  onu  pərdəyə  bürüyər». 
Soruşdum  ki,  pərdəyə  necə  bürüyər?  Buyurdu:  «İki 
mələyin  bu  bəndə  üçün  yazdığı  günahları  onun 
yadından çıxarar və onun bədən və əzalarına vəhy edər 
ki,  sizin  üstünüzdə  edilmiş  günahları  gizlədin.  Bu 
bəndə  Allahla  görüşdüyü  vaxt  onun  ziyanına  şəhadət 
verəcək heç bir şey qalmaz.»
163
  
QUR’ANIN ŞƏFAƏTİ 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Fitnələr  qaranlıq 
gecə  tək  sizi  bürüdüyü  vaxt  Qur’ana  üz  tutun.  Çünki 
Qur’an  şəfaəti  qəbul  olunan  şəfaətçi  və  şikayəti  qəbul 
olunan şikayətçidir».
164
 
Şəfaət  haqqında  ətraflı  mə’lumat  almaq  istəyənlər 
«Biharul-ənvar», 
«Məhəccətul-bəyza» 
və 
digər 
mö’təbər mənbələrə müraciət edə bilərlər. 
 
«Və  əs’əlukə  bicudikə  ən  tudniyə’ni  min  qurbikə  və 
ən tuziəni şukrəkə və ən tulhiməni zikrəkə» 
(«Bəxşişin  və  səxavətin  vasitəsi  ilə  məni  yaxın 
məqamına çağırmağını, şükrünü mənə ruzi etməyini və 
zikrini qəlbimə ilham etməyini istəyirəm.») 
                                                 
163
 «Kafi», 2-ci cild, səh-436. 
164
 «Vəsailuş-şiə», 6-cı cild, səh-171. 


 
140 
 
Həzrət  Əli  (ə)  bu  ilahi  cümlələrlə  Allah-Taaladan  üç 
böyük  məqam  istəyir:  Allaha  yaxın  məqam,  şükür 
məqamı və zikr məqamı. Heç şübhəsiz, Allah-Taalanın 
bəxşiş  və  səxavəti  olmadan  bu  məqamlara  çatmaq 
mümkün deyildir. 
Əgər  Allah-Taala  haqq  yolçusuna  sevgi  halı  və  saleh 
əməl verərsə onu ilahi məqama çatmaq üçün vasitələrlə 
təchiz  edərsə  nailiyyətdən  danışmaq  olar.  Zülmət 
hicablarından keçməkdə Allahdan yardım almayan kəs 
yüksək  mə’nəvi  məqamlara  çata  bilməz.  Ona  görə  də 
dua edən şəxs uyğun üç məqama çatmaq üçün Allahın 
bəxşiş və səxavət sifətlərinə üz tutur. 
Bu  sifətlərin  müşahidəsi  üçün  Həzrət  Hüseynin  (ə) 
«Ərəfə» duasının bə’zi cümlələrinə diqqət edək: 
«Bütün  sitayiş  və  təşəkkürlər  Sənə  məxsusdur,  ey 
nöqsanlarıma  göz  yuman,  qəmimi  aradan  qaldıran, 
duamı qəbul edən, eybimi örtən, günahımı bağışlayan, 
istəklərimi  verən,  düşmənimə  qalib  edən!  Əgər  sənin 
ne’mətlərini və qiymətli hədiyyələrini saysam, heç vaxt 
qurtara  bilmərəm.  Ey  mənim  sərvərim,  ey  mənim 
ağam,  Sənsən  əta  edən,  Sənsən  ne’mət  verən,  Sənsən 
ehsan  buyuran,  Sənsən  gözəllik  bağışlayan,  Sənsən 
davam  verən,  Sənsən  kamala  yetirən,  Sənsən  ruzi 
verən, Sənsən yardım edən, Sənsən ehtiyacları ödəyən, 
Sənsən  var-dövlətə  çatdıran,  Sənsən  pənahında 
saxlayan,  Sənsən  kifayət  edən,  Sənsən  yol  göstərən, 
Sənsən  hifz  edən,  Sənsən  pərdə  çəkən,  Sənsən 
bağışlayan,  Sənsən  görməməzliyə  vuran,  Sənsən  güc 
verən,  Sənsən  izzətə  çatdıran,  Sənsən  yardımlardan 


 
141 
faydalandıran, Sənsən icazə verən, Sənsən təsdiqləyən, 
Sənsən  qalibiyyət  əta  edən,  Sənsən  dəva  qılan,  Sənsən 
salamatlıq buyuran, Sənsən əziz edən». 
Uyğun  sifətlərlə  daha  dərindən  tanış  olmaq  üçün 
«Əbu  Həmzeye-Sumali»  duasının  İmam  Səccadın  (ə) 
dilindən  çıxmış  bə’zi  cümlələrinə  nəzər  salaq:  «Ey 
mənim  ağam,  mən  Sənin  boya-başa  çatdırdığın 
uşağam, mən o nadanam ki, elm öyrətdin, mən o azmış 
bəndəyəm ki,  yol göstərdin, mən o yıxılmış şəxsəm ki, 
Sən ucaltdın, mən o qorxanam ki, aman verdin,  mən o 
acam ki, Sən doyurdun, mən o təşnəyəm ki, sirab etdin, 
mən  o  çılpağam  ki,  libasa  bürüdün,  mən  o  fəqirəm  ki, 
imkan  verdin,  mən  o  zəifəm  ki,  güc  bəxş  etdin,  mən  o 
zəliləm  ki,  əziz  etdin,  mən  o  xəstəyəm  ki,  şəfa  verdin, 
mən  o  ağız  açanam  ki,  istəyimi  verdin,  mən  o 
günahkaram ki, günahımı örtdün, mən o xatakaram ki, 
görməməzliyə  vurdun,  mən  o  azam ki,  çoxaltdın,  mən 
o çarəsizəm ki, xilas etdin, mən o qovulmuşam ki, Sən 
sığınacaq verdin». 
Bəli,  haqq  yolçusu  Allahın  səxavət  və  kərəm 
sifətlərindən faydalanaraq üç böyük məqama çata bilər. 
YAXINLIQ MƏQAMI 
Bu  məqam  haqq  yolçusu  üçün  ən  üstün  məqamdır. 
Bu  məqam  Allahın  bəxşiş  və  kərəmi,  mö’minin  gözəl 
əxlaqı, günahdan çəkinməsi, saleh əməli, Peyğəmbər (s) 
və  Əhli-beytə  (ə)  itaəti,  Allah  dostları  ilə  yoldaşlığı  və 
bütün  məqamlarda  diqqəti  vasitəsi  ilə  əldə  edilə  bilər. 
Sözsüz  ki,  bütün  haqq  aşiqlərinin  itaət  və  ibadət  yolu 
ilə  bu  məqama  yetişməsi  mümkündür.  Bu  məqama 
çatan  yolçunun  vücudunda  tövhid  həqiqəti  cilvələnir, 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə