Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi



Yüklə 26,68 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü26,68 Kb.
#43606


 

 

 



 

 

 



 Ünvan: 

Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225;              www.dunazhak.net



Dünya Azərbaycanlılarının  

Haqlarını Müdafiə Komitəsi

 

The Committee for the Defence of the 



Rights of the World Azerbaijanis

  

 

Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com 



 

 

 



 

DunAzHAK 1 

 

 

 



 

 

 



Say (No.)  : 478/ 2008 

Tarix (Datə): 13 yanvar  2008

 

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə  



 

 Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız: 

 

Çağdaş irqçilik, irqi ayrı-səçkilik və qatlaşmazlıq üzrə Özəl Raportər 



 

Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis  



 

Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup, 



 

Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər 



 

Üzü Xanım Harrison və Dyke bəy,  Amnesty International, London 

 

 

 



Cənab. Abbas Ləysanlı  

 

 



Vicdan dustağı 

 

Sayın cənablar 



 

SONDURUM 10:  ZƏFƏR  İLƏ BOYUN ƏYMƏZ CƏNAB LƏYSANLI  İRAN  İRQÇİLİYİNİN 

QIYDIĞI QAMÇILAMAĞI SOVUB VƏ HAYLADI: ÖLÜM OLSUN 

KÖLƏLİYƏ, YAŞASIN AZƏRBAYCAN  

 

Cənab Abbas Leysanlının insan haqlarını qorumaq üçün Son Durum 10-u hüzurlarınıza sunur və onun 30 



Dekabr 2007-də  İran irqçiliyi qarşısında inanılmaz qələbəsini raport ədirik. O bu ilaygun-də Güney 

Azərbaycan milli hərəkətini paradiqma yerdəyişməsi məqamına gətirib çıxartdı; və eləcə  də  aşağıda bu 

qənaəti ifadə ədirik ki, o bu ilaygun-də insan haqları çağın-sırası üzərində yeni bir cığır açdı. Cədvəl 1 bu 

gün ərzində baş verən olayların addım-addım raportunu sunur, lakin bu günün mahiyyəti aşağıda yığcamca 

açıqlanır: 

 



Son Durum 1 (Say: 399/2006; İlaygün: 18 October 2006) cənab Ləysanlıya qarşı İran yetgililəri 

tərəfindən öz-xoşuna kəsilən hökm barədə sizi bilgiləndirdi, ki iyrənc qamçılama da bu hökmə 

daxil idi. 

 



Son Durum 8 (Say: 474/2007; İlaygün: 21 Dekabr 2007) İran yətgililərinin qamçılama hədəsinin 

yerinə yetirmə  cəsarəti üzrə sizi ayıq-sayıq etdi və bu hədə doğrulanınca Son Durum bəlgəsini 

dərləyib hüzurlarınıza çatdırdıq. 

 



Son Durum 9 (Say: 476/2007; İlaygün: 29 Dekabr 2007) isə bizdə olan ümid qığılcımını dilə 

gətirdi və belə ifadə etdi ki, bəlki də İran yetgililəri içrə burunlarına insaniyyət iyi dəyən bir eşelon 

da tapılsın və get-gedə Güney Azərbaycanın milli hərəkətinin bir örnəyi kimi ortaya çıxan cənab 

Leysanlıya qarşı yürüdülən bu hədədən vaz kəçməli olmalarını  işləsinlər.  İran yetgililəri hədəni 

gerçəklətməkdən ötəri və qamçılama zərbələrini endirməkdən ötrü dörd-nala çapmaları bizdə olan-

qalan ümidimizi də puça çıxartdı. Bunlara baxmayaraq, cənab Leysanlı  İran yetgililərinin 

öhdələrindən gəldi və öz igidliyini və təmkinini məharət ilə sərgiləndirərək, Cədvəl 1-də şərhimiz 

üzrə, basqınçılara göz verib işıq vermədi və onları yerlərində oturtdu. 

 

Cənab Ləysanlının hesabina bir daha etibar budur ki, o İran yetgililərinə qamçılanmağa boyun əyməmək 



qələbəsində “gücsüzlük mövzei”-indən qolu-bağlı durumda olar ikən çıxış etmiş. Biz belə bir mübahisə irəli 

sürürük ki: 

1.

 

 İran yetgililəri qamçılama hədəsinin inadına mindikdə, bu iyrənc hərəkəti Güney 



Azərbaycan millətindən öc-almağa sarı yönəltdilər. Buna görə cənab Leysanlı öz millətinin milli 

və insan haqlarını qolu-bağlı olmasına baxmayaraq, tək-başına savundu. İran yətgililərin qıldıqları 

hərəkət,  Əvrənsəl  İnsan Haqları Bildirgəsinə qol çəkən bir yetgiliyə yaxışan deyil idi. Eləcə  də 



 

 

 



 

 

 



 Ünvan: 

Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225;              www.dunazhak.net 

Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com 

 

 



 

 

 



DunAzHAK 2 

 

Dünya Azərbaycanlılarının  



Haqlarını Müdafiə Komitəsi

 

The Committee for the Defence of the 



Rights of the World Azerbaijanis

  

cənab Leysanlının işə saldığı taktik viziyonlu idi və ancaq bir hərəkətdə el-örnəyi qabiliyyəti olan 

fərdlər belə bir bacarığa yiyələnə bilərlər. 

2.

 



 Cənab Leysanlı bir şairdir və elə bu əsasda da insan haqları gövdəsindən ilhamlanar və 

eləcə  də bu bildirgənin nüfuzuna dərin idraki vardır. Axı,  Əvrənsəl  İnsan Haqları Bildirgəsinə 

söykənmədən necə mümkün ola bilərdi ki, İran qazamatlarının çuxurlarında dəmir-qıynaqları ilə 

qırbaclamaq istəyən dehşətli İran yetgililərinin qarşısında müqavimət göstərmək olsun? 

3.

 

 İnsan haqlarının toxunulmazlığı onda qorunur ki, o savunsun. Eləcə  də insan haqları 



gövdəsi  əvrənsəldir və bu o deməkdir ki, bu gövdəni qorumaq istəyən hər bir fərd, hətta yerli 

ölçüdə olsa da, xidmətləri beynəlxalqdir. Demək, bu zəfərli olay gedişatında cənab Leysanlının 

insan haqları  uğrunda apardığı mübarizə insan haqları gövdəsini dirçeltməkdə bir beynəlxalq 

xidmət idi. 

4.

 

 Fırıq İran yetgililərini yerlərində oturdan cənab Ləysanli, bir möhkəm ibrət dərsi verdi və 



bunun nəticəsi insan haqları çağın-sırasında gözə-çarpan bir iz buraxdı. 

 

İnsan Haqları çağın-sırasında bu olayın qazanacağı  bərəkətinə bizim dünya xəbər vasitələrinə  də bir 



mesajımız vardır ki onlar bir fürsətin itginləşməsinə yol verdilər və eləcə  də sözümüz bəzi insan haqları 

qurumlarına yönəlir ki, bu xüsusda təfavütsüzlüyə qapındılar. Bu olayın gedişatını dünya xəbər 

vasitələrində dərc ətməmək dünya xəbər vasitələrində hay-küyə şirnikməni aşkar edir və bura da viziyonlu 

insan haqlarını savunmağa iştahsızlığı ifşa edir. Qoy bu olay bir sənəd olsun ki, insan haqlarının 

toxunulmazlığını qorumaq uğrunda meydan oxunmuş  və qoy xəbər vasitələri və insan haqları qurumları 

bilgilənsinlər ki, onların bu dəfə-ki dinməzlikləri insan haqları toxunulmazlığına görükən miqdarda zərbə 

endirdi. Öz hüdudlarına mütənasib, hər bir hüquq müdafiəçisi,  şəxs və qurumlardan da apardıqları 

fəaliyyətdən təşəkkür edirik. 

  

Bir başlıca qalan sözümüz də budur ki, indicə  cənab Leysanlı başqa bir həbsxanada qeyri-qanuni olaraq 



saxlanılır, baxmayaraq ki onun dustaqlıq hökmü bitmiş. Milli hərəkətimiz uğrunda bir el-örnəyi kimi ortaya 

çıxan cənab Leysanlı ilə  əlaqədar, Güney Azərbaycan milləti nigəranlı anlar yaşayır. Nə  qədər ki, cənab 

Leysanlı bu fırıq İran yetgililərinin qeyri-qanuni ixtiyarlarındadır, ortaya çıxan sarsıntılar davam edəcəkdir. 

 

Milli və insan haqlarını qorumaq uğrunda BMT-yə tapşırılan mandatların cənab Leysanlını qorumaq üçün 



indiki qədər ovsanaya düşməmişdi. Bu mandatların uyğulamalarını qeyd edərək, ümid edirik ki, İran 

yetgililərindən cənab Leysanlının sağlamlığını və toxunulmazlığını ap-açıq tələb edəcəksiniz. Qabaqcadan 

qayğınız üçün təşəkkür edirik və ümid edirik ki, sizə tapışırılmış mandatlara sadiqsiniz.  

 

Hörmətlə 



 

Böyük Rəsuloğlu 

 

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri  



 

 

 



 

 

 



Yüklə 26,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə