28
Haqqında :
Кетрин Патерсон // ru.wikipedia.org
Кетрин Патерсон //
www.livelib.ru
Vilhelm Hauf – 215
Alman yazıçısı və novellaçı Vilhelm Hauf 29 noyabr 1802-
ci ildə Ştutqart şəhərində anadan olmuşdur. Vilhelmin 7 yaşı
olarkən atası vəfat etmiş və anası uşaqlarını götürüb Tyubingen
universitet şəhərciyində məskunlaşmışdır. V.Haufun gənclik
illəri ana babasının evində keçmişdir. Burada o, babasının böyük
və zəngin kitabxanasındakı kitabları mütaliə etmişdir. 1818-ci
ildə o monastr məktəbinə göndərilmişdir. İki ildən sonra gənc
Vilhelm Tyubingen universitetinə daxil olmuşdur. Universitetin
fəlsəfə və ilahiyyat doktoru dərəcəsi ilə bitirərək o vaxtkı
müdafiə naziri baron fon Högelin ailəsinə repetitor işinə daxil
olmuş və onun uşaqlarına dərs demişdir. Bu ailə ilə birlikdə
Fransaya səfər edən Hauf Almaniyanın mərkəz və şimal
hissələrini də gəzmişdir. Hauf məhz baron fon Högelin uşaqları
üçün sehrli nağılları qələmə almışdır və bu nağıllar kübar
ailələrin oğulları və qızları üçün 1826-cı ilin yanvar
Almanaxında dərc olunmuşdur. Burada “Balaca Mukl”, “Xəlifə
Hacıleylək” kimi əsərləri vardı. Bu əsərlər çap olunduqdan
dərhal
sonra
almandilli
ərazilərdə böyük populyarlıq
qazanmışdır. 1826-cı ildə “Şeytanın xatirələrinin vərəqləri”
romanın birinci hissəsi və “Aydan gələn adam” romanını
yazmışdır. Valter Skotun romanlarından ilham alan Hauf
“Lixtenşteyn” romanını qələmə almışdır. Bu roman Almaniyada
böyük şöhrət qazanmışdır.
V.Hauf “Karvan”, “Kabus gəmi haqqında əhvalat”,
“Fatimənin xilası”, “Saxta Şahzadə haqqında əhvalat”,
29
“İskəndəriyyə şeyxi və onun əsirləri”, “Əl Mənsurun əhvalatı”
və s nağılları və digər əsərləri onun adını dünya ədəbiyyatı
tarixinə həmişəlik yazmışdır.
V. Hauf 1827-ci il noyabrın 18-də qarın yatalığından vəfat
etmişdir.
Kitabxanada V. Haufun yaradıcılığını məktəblilərə yaxından
tanıtmaq, əsərlərini oxucular arasında təbliğ etmək məqsədilə
sərgi keçirilir. Kitabxanaçı sərgi haqqında oxuculara geniş
məlumat verir. Həmçinin məktəblilər arasında yazıçının
əsərlərindən bəhs edən rəsm müsabiqəsi də təşkil etmək olar.
Haqqında:
Вильгельм Гауф // www.livelib.ru
Вильгельм Гауф // fantlab.ru
Enn Fayn – 70
Britaniyanın görkəmli yazıçısı Enn Fayn 7 dekabr 1947-ci
ildə Lester şəhərində anadan olmuşdur. Enn Fayn Uorik
universitetini bitirdikdən sonra qızlar məktəbində dərs demişdir.
Onun uşaqlar üçün yazmış olduğu “Qatil pişiyin gündəliyi”,
“Qatil pişiyin qayıtması” kimi əsərləri vardır. Onun kitabı
əsasında “Xanım Dautfayer” filmi çəkilmişdir.
Uşaqlar və gənclərin sevimlisi olan yazıçı “Britaniya
imperiyası ordeninin mükafatçısı” (2003), “Kral ədəbi
cəmiyyətinin üzvü (2003), həmçinin, “Karnegi medalının ikiqat
qalibi” (1989, 1992) olmuşdur.
Kitabxanada böyük oxu zalında Enn Faynın kitabı əsasında
çəkilmiş “Xanım Dautfayer” filmi uşaqlara təqdim olunur.
Haqqında:
Энн Файн: //
www.livelib.ru
Энн Файн: // ru.wikipedia.org
30
Tofiq Fikrət və onun Azərbaycan ədəbiyyatına təsiri
Osmanlı dövründə yaşamış böyük türk şairi, pedaqoqu və
jurnalisti, türk ədəbiyyatında “Sərvəti-fünun” və ya
“Ədəbiyyati-cədidə” adlanan cərəyanın banisi Tofiq Fikrət 24
dekabr 1867-ci ildə İstanbul şəhərində anadan olmuşdur.
T.Fikrət 1888-ci ildə Qalatasaray liseyini bitirmiş, bir
müddət Xarici İşlər Nazirliyində işləmiş, 1894-1915-ci illərdə
türk dili və ədəbiyyatından dərs demişdir. İlk şeirlərini və
ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu
“Sərvəti-fünun” jurnalında dərc etdirmişdir. O, türk şeirinə
məzmun və formaca yenilik gətirmişdir. “Sənət həyat üçündür”
prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk türk
şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı
qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar
dostluğunu
tərənnüm
etmişdir.
Qadağan
edilməsinə
baxmayaraq, əsərləri gənclər və hərbçilər arasında əldən-ələ
keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən
ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa
sadiq
qalmışdır.
Əsərlərində
ərəb-fars
kəlmələrinin,
tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli
qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda
böyük rəğbət qazanmışdır.
Böyük türk şairi Tofiq Fikrətin zəngin və mənalı yaradıcılığı
yalnız türk xalqı üçün deyil, bütün bəşəriyyət üçün dəyərlidir.
Tofiq Fikrətin yaradıcılığının əsas mərhələləri, mütəfəkkir
şairin dərin fəlsəfəsi, yaradıcılığının zəngin xüsusiyyətləri,
bütün həyatını şeirə, sənətə sərf edən, xalqın dərdinə qalan, xalqı
üçün və bəşəriyyət üçün xoşbəxt günlər istəyən sənətkarın türk
ədəbiyyatının inkişafındakı yeri haqqında az yazılmamışdır.
Fikrət hələ öz sağlığında Yaxın Şərq ölkələrində böyük
şöhrət qazanmış, xüsusilə Azərbaycan ədəbiyyatının inkişafına