www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
12
tərəfdən, o heç vaxt bu cür zənndən qurtula bilmir. Amma bu
baxışın birtərəfliliyini,- burada bizim başlanğıc nöqtəmiz olan və
ona yalnız dərin tədqiqat, daha mükəmməl abstraksiya, eyni
olmayanın ayırd edilməsi və eyni olanın birləşdirilməsi gətirib
çıxara bilən həqiqət dərəcəsində bilavasitə doğru olmayan bir
həqiqətin–çox ciddi olan və hər kəsdə qorxu olmasa da,
düşüncə doğuran həqiqətin,–onun da “dünya–iradəmdir” deyə
bilməsi və deməli olduğu həqiqətinin köməyilə növbəti kitab
tamamlayır.
Amma o vaxtacan, deməli, bu birinci kitabda dünyanın
istinad etdiyimiz tərəfini- dərkolunanlıq tərəfini diqqətlə
nəzərdən keçirmək gərəkdir; buna uyğun olaraq, biz əks-təsir
olmadan bütün mövcud obyektləri, hətta öz bədənimizi də
(bunu tezliklə izah edəcəyəm), onları elə yalnız təsəvvür
adlandıraraq, təsəvvür kimi nəzərdən keçirməliyik. Burada
abstraksiya
olunduğumuz şey,- sonradan bu yəqin ki, hamı üçün
şəksiz olacaqdır,– həmişə yalnız dünyanın o biri üzünü təkcə özü
təşkil edən iradədir. Nə o, nə də o birisi yox, özündə obyekt
olası olan reallıqsa (əfsus ki, Kantın sayəsində onun
özündəşeyinin cılızlaşıb çevrildiyi şey) uydurma cəfəngiyyatdır
və onu zənn etmə fəlsəfənin bataqlıq işartılarıdır.
§ 2
Hər şeyi dərk edən və heç kəs tərəfindən dərk
olunmayan şey subyektdir. Deməli, o dünyanı daşıyandır, bütün
hadisələrin, hər cür obyektin ümumi və həmişə güman edilən
şərtidir: çünki mövcud olan hər şey elə məhz subyekt üçün
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
13
mövcuddur. Yalnız dərk etdiyi, amma dərketmə obyekti
olmadığı dərəcədə hər kəs özünü belə subyekt bilir. Amma
obyekt artıq onun cismidir və bu səbəbdən, onun özünü, bu
nöqteyi-nəzərdən, biz təsəvvür adlandırırıq. Çünki o özü
bilavasitə subyekt olsa da, bədən obyektlər içərisində bir
obyektdir və onların qanununa tabedir. Bütün seyr obyektləri
kimi o, sayələrində çoxluğun mövcud olduğu hər cür idrak
formalarında, zaman və məkandadır. Dərk edən, heç vaxt dərk
olunmayan subyektsə bu formalarda deyil: əksinə, o özü həmişə
onlar tərəfindən nəzərdə tutulur və, beləliklə, ona nə çoxluq, nə
də onun əksi– təklik gərəkdir. Biz onu heç vaxt dərk etmirik,
halbuki harada olursa olsun, idrak baş verən yerdə məhz o dərk
edir.
Beləliklə, bir təsəvvür olaraq dünya– burada biz onu
yalnız bu cəhətdən nəzərdən keçiririk– iki mühüm və bölünməz
yarıya malikdir. Onlardan birincisi– obyektdir; onun forması
məkan və zaman, onlar vasitəsiləsə çoxluqdur. O biri yarı olan
subyektsə zaman və məkandan kənardadır: çünki o büsbütün və
bölünməz olaraq, təsəvvür edən hər bir varlıqdadır. Ona görə
onlardan tək bircəsi bir təsəvvür olan dünyanı mövcud olan
milyonlarla bu cür varlıq kimi obyektlə doldurur; ancaq əgər
onun da yeganə varlığı yox olsaydı, onda bir təsəvvür olan
dünya da olmazdı. Beləliklə, bu yarılar hətta fikir üçün də
bölünməzdirlər, çünki onlardan hər biri yalnız o biri vasitəsilə və
o biri üçün varlığa və önəmə malikdir, onunla birgə mövcud və
yox olur. Onlar bilavasitə bir-birini məhdudlaşdırırlar: obyekt
başlanan yerdə subyekt qurtarır. Bu sərhədin ümumiliyi məhz
onda aşkara çıxır ki, hər cür obyektin mühüm və buna görə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
14
ümumi olan formalarını,- bunlar da ki, zaman, məkan və
səbəbiyyətdir,- biz tapa və tam dərk edə bilərik və obyektin
özünü dərk etmədən, təkcə subyektə istinad edərək,–yəni
Kantın dili ilə desək, onlar a priori bizim şüurumuzda yatırlar.
Bunun kəşfi Kantın başlıca, özü də ən böyük xidmətini təşkil
edir. Mənsə üstəlik iddia edirəm ki, əsas özül qanunu–bütün bu
bizə məlum obyekt formaları üçün ümumi ifadədir və buna görə
xalis a priori dərk etdiyimiz hər şey bu qanunun məzmunundan
və ondan çıxan nəticələrdən başqa bir şey deyil; beləliklə, onda
dürüst idrakın bütün bizim a priorimiz ifadə olunmuşdur. Əsas
(özül) qanunu barədə traktatında hər cür obyektin bu qanuna
necə tabe olduğunu, yəni başqa obyektlərə, bir tərəfdən, təyin
olunan kimi digər tərəfdən təyinedici kimi labüd münasibətdə
olduğumu göstərmişəm; bu elə uzağa gedir ki, onlar obyektlər,
təsəvvürlər və başqa heç nə olmadıqlarından, bütün obyektlərin
mövcudluğu onların adı çəkilən bir-birinə münasibətindən
ibarət olur, məhz onun tərkibindədir və buna görə tam nisbidir;
bu barədə tezliklə müfəssəl danışılacaq. Mən sonra orada
göstərmişəm ki, obyektlərin öz imkanlarına görə bölündüyü
siniflərə uyğun olaraq, ümumi şəkildə əsas (özül) qanununun
ifadə etdiyi bu zəruri münasibət başqa formalarda təzahür edir
ki, bununla da, bu siniflərin bölünməsinin düzgünlüyü yenə
təsdiqlənir. Mən burada daim güman edirəm ki, orada deyilmiş
hər
şey
oxucuya
məlumdur
və
onun
tərəfindən
mənimsənilmişdir; əks təqdirdə, əgər bütün bunlar orada
deyilməmişsə, o hökmən burada öz yerini tapardı.
§ 3
Dostları ilə paylaş: |