www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
15
Bütün təsəvvürlərimiz arasında əsas fərq intuitiv və
mücərrəd olan arasındakı fərqdən ibarətdir. Sonuncu,
təsəvvürlərin yalnız bir sinfini– anlayışları əmələ gətirir: –
anlayışlarsa yer üzündə təkcə insanın varidatını təşkil edirlər və
insanın
anlayışlara
olan qabilliyi ta əzəldən onu bütün
heyvanlardan fərqləndirən zəka adlandırılır*
1
.
Bu mücərrəd təsəvvürləri biz sonra xüsusi olaraq
araşdıracağıq; əvvəlcə isə yalnız intuitiv təsəvvürdən bəhs
edəcəyik. O, bütün dünyanı və ya mümkünlük şərtləri ilə birgə
təcrübənin məcmusunu əhatə edir. Deyildiyi kimi, Kantın çox
vacib kəşfi odur ki, məhz bu şərtlər, bu təcrübə formaları, yəni
onun qavrayışında onun bütün təzahürlərinə eyni dərəcədə xas
olan ən ümumi olan şey,– zaman və məkan– öz- özlüyündə,
məzmunundan asılı olmayaraq, təkcə mücərrəd təfəkkürün yox,
həm də bilavasitə seyrin predmeti ola bilər. Və bu cür seyr
təkrar yolu ilə təcrübədən alınmış fantaziya obrazı deyil, amma
o təcrübədən o qədər müstəqildir ki, əksinə, sonuncunu ondan
asılı saymaq lazımdır, çünki seyrin onları a priori dərk etdiyi kimi
məkan və zamanın xassələri hər cür mümkün təcrübə üçün elə
qanunların qüvvəsinə malikdirlər ki, o onlara uyğun olaraq hər
yerdə baş verməlidir. Bax buna görə özümün əsas qanunu
barədə traktatımda, onlar xalis şəkildə və məzmundan kənar
seyr edildiyindən, zaman və məkanı təsəvvürlərin xüsusi və
müstəqil bir sinfi kimi nəzərdən keçirirdim. Və adı çəkilən
ümumi seyr formalarının Kant tərəfindən kəşf edilmiş xassəsi–
* Kant ağlın bu anlayışını səhv salır; əlavəyə və özümün “Etikanın əsas
problemləri” (§ 6) əsərimə baxın.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
16
onların öz-özlüyündə və təcrübədən asılı olmayaraq aşkar
olması və bütün qanunauyğunluqlarında dərk edilən olmaları,–
qüsursuzluğu ilə riyaziyyat da buna əsaslanır,– nə qədər mühüm
olsa da, hər halda onların o xassəsi də heç də daha az mühüm
deyil ki, səbəbiyyət və motivləşmə, təcrübəni təyin edən
təcrübə və mühakimələrin əsaslandırılması qanunu olaraq
təfəkkür burada varlığın əsası adlandırdığım və zamanda– onun
anlarının ardıcıllığı, məkandasa– onun bir-birini sonsuzluğadək
qarşılıqlı təyin edən hissələrinin vəziyyəti olan tamamilə xüsusi
bir formada çıxış edirlər.
Kimə mənim giriş traktatımdan növlərinin bütün
müxtəlifliyində əsas qanununun məzmununun tam eyniyyəti
aydın oldusa, o əmin olacaqdır ki, bu qanunun daxili
mahiyyətinin dərk edilməsi üçün onun formalarının özlüyündə
məhz ən sadəsinin dərk edilməsi necə vacibdir və bu forma kimi
biz zamanı qəbul etdik. Onda hər bir anın elə bu qədər də tez
məhv olmaq üçün özündən əvvəlkini, öz atasını məhv edərək
mövcud olduğu kimi; keçmiş və gələcəyin (məzmunlarının
nəticələrindən savayı) istənilən yuxugörmə kimi puç,
əhəmiyyətsiz olduğu kimi, indi isə bu və digəri arasında yalnız
qısa və dayanıqsız sərhəddir,–elə bu puçluğu əsas qanununun
bütün başqa formalarında da görərik və anlayarıq ki, həm
məkan, həm də zaman və o da və onda və zamanda olan hər
şey, yəni səbəblər və motivlərdən irəli gələn hər şey yalnız nisbi
varlığa malikdir, yalnız onunla eynicinsli olan, yəni o da məhz
buşəkildə mövcud olan başqası vasitəsilə və onun üçün
mövcuddur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
17
Bu baxışın məğzi köhnədir: onda Heraklit şeylərin əbədi
axınından şikayətini ifadə edirdi; Platon onun predmetini
həmişə oluşan, amma heç vaxt vücuda gəlməyən bir şeyə qədər
endirirdi: Spinoza onu yeganə mövcud olan və qərarlaşmış
ümumvahid substansiyanın aksidensiyaları adlandırırdı; Bu cür
dərk edilmişi Kant özündəşeyin sadə təzahürü olaraq, qarşı
qoyurdu, nəhayət hindlilərin qədim bir hikməti deyir: bu yalan
örtüyü, Mayya fani adamların gözlərini örtür və barəsində nə
onun mövcud olduğunu, nə də mövcud olmadığını söyləməyin
mümkün olmadığı dünyanı görməyə vadar edir; çünki o yuxuya,
yolçunun qum üzərində uzaqdan su saydığı günəş parıltısına və
ya ona ilan kimi görünən isladılmış kəndirə bənzəyir. (Bu
müqayisələr Vedaların və Puranaların saysız yerlərində
təkrarlanırlar). Bu mütəfəkkirlərin nəzərdə tutduqları və bəhs
etdikləri şey indi bizim tərəfimizdən əsas qanununa tabe olan
bir təsəvvür kimi dünyadan başqa bir şey deyil.
§ 4
Əsas qanununun özlüyündə xalis zamanda üzə çıxan və
hər cür hesab və hesablamanın ona əsaslandığı o növünü kim
dərk etmişsə, o kəs bununla birgə zamanın da bütün
mahiyyətini dərk etmişdir. O məhz əsas qanununun bu
növündən başqa bir şey deyil və başqa xassələrə də malik deyil.
Ardıcıllıq–əsas qanununun zamandakı formasıdır; ardıcıllıq
zamanın bütün mahiyyətidir. Daha sonra, əsas qanununu, onun
sırf seyr edilən məkanda necə hökmranlıq etdiyini kim dərk
Dostları ilə paylaş: |