www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
45
hər ikisini özündə ehtiva edir, belə ki, özü iki fənnə parçalanır,
əvvəla – transsendental idealizmə: Fixtenin Mən haqqında
təlimi belədir və o, əsas qanununa görə, obyekti subyektdən
çıxarır və ya hasil edir; ikincisi, təbiət fəlsəfəsinə. O da elə bu
yolla obyektdən tədricən konstruksiya adlanan metodun
köməyi ilə subyekt düzəldir
8
(Mənə bu
barədə çox az
məlumdur, lakin bir şey aydındır ki, o, bir sıra formalarda əsas
qanununa görə irəli hərəkətdir). Həmin «konstruksiyada»
gizlənən dərin fəlsəfədən mən qabaqcadan imtina edirəm,
çünki «əqli seyrdən» tamamilə məhrum bir şəxs kimi, mənim
üçün onu nəzərdə tutan bütün təlimlər müəmmalar
müəmmasıdır. Həqiqətən də, belə dərin mənalı nəzəriyyələr,
qəribə olsa da, məndə belə təəssürat oyadır ki, sanki mən yalnız
dəhşətli və olduqca darıxdırıcı boşboğazlıq eşidirəm.
Obyektdən çıxış edən sistemlər gözlə görünən bütün
aləmi və onun quruluşunu öz problemi saysa da, onların istinad
nöqtə kimi seçdikləri obyekt heç də həmişə bu dünya və ya
onun əsas elementi – materiya olmur. Daha doğrusu, bu
sistemlər, mənim giriş traktatımda müəyyən edilmiş mümkün
obyektlərin dörd sinfinə uyğun olaraq bölünür. Beləliklə, demək
olar ki, bu siniflərdən birincisi, yaxud real aləm Fales və
ioniyalılar
9
, Demokrit, Epikür, Cordano Bruno və fransız
materialistləri
10
üçün çıxış nöqtəsi olmuşdur. İkinci sinfə və ya
abstrakt anlayışa Spinoza (sırf mücərrəd və yalnız öz
definisiyasında mövcud olan substansiya anlayışına), daha əvvəl
isə eleatlar əsaslanırdı
11
. Üçüncü sinif, yəni zamandan və deməli
rəqəmlərdən pifaqorçular
12
və Çin fəlsəfəsi «İ-tszin»
13
çıxış
edirdi. Nəhayət 4-cü sinif, yəni iradi akt, idraka əsaslanaraq heç
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
46
nədən – dünyadan xaric, şəxs olan varlığın iradi aktından
yaranma haqqında təlim
14
keçən sxolastların çıxış nöqtəsi
olmuşdur.
Əgər obyekt əsl materializm kimi çıxış etdiyi təqdirdə,
obyekt metodunu ən ardıcıl surətdə və ən uzağa aparmaq olar.
Əsl materializm materiyanı, onunla birlikdə isə zaman və
məkanı şəksiz mövcud olan kimi nəzərdə tutur və
münasibətdən keçəcək subyektə tərəf atılır, halbuki bütün
bunlar elə həmin münasibətdə mövcuddur. O daha sonra,
özünün irəliyə doğru hərəkəti üçün ipuçu kimi səbəbiyyət
qanununu seçir, onu müstəqil adi şey, qayda veritas acterna
(əbədi həqiqət) sayır və beləliklə, dərrakənin üzərindən atılıb
keçir. Halbuki səbəbiyyət yalnız dərrakədə və yalnız onun üçün
mövcuddur. Sonra o, materiyanın ilkin, ən adi vəziyyətini
tapmağa və ondan xalis mexanizmdən kimyəviliyədək,
qütblülüyə, bitkisəlliyə, heyvaniliyədək qalxaraq, bütün
digərlərini inkişaf etdirməyə çalışırdı; əgər buna müvəffəq
olsaydı, zəncirin son həlqəsi heyvani hissiyyat – materiyanın
sadə modifikasiyası, onun səbəbiyyətdən doğan vəziyyəti ola
biləcək idrak olardı. Əgər biz əyani təsəvvürlərlə materializmin
arxasınca getsəydik, onunla birlikdə onun zirvəsinə çatıb
qarşısıalınmaz qəfil olimpiya gülüşünün coşqusunu hiss edərdik.
Belə ki,sanki yuxudan oyanaraq görərdik ki, onun sonuncu, çox
çətinliklə əldə etdiyi nəticə – idrak – elə birinci çıxış nöqtəsində
xalis materiyanın labüd şərti kimi nəzərdə tutulurdu və hərçənd
biz onunla edirdik ki, materiyanı düşünürük, lakin əsl həqiqətdə
materiyanı təmsil edən subyektdən, onu görən gözdən, onu hiss
edən əldən, onu dərk edən dərrakədən savayı bir şey
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
47
düşünmürdük. Beləliklə, gözlənilmədən böyük petitio principii
(əsasın önduyumu) baş verərdi, ona görə ki, sonuncu həlqə
birincinin artıq asılmış olduğu həmin istinad nöqtəsi olar və
zəncir dairəyə çevrilər, materialist isə baron Münhauzenə
bənzəyərdi: suda atla üzərkən ayaqları ilə atını bərk-bərk
qucaraq öz saçlarından yapışıb özü-özünü sudan çıxaran həmin
baron Münhausenə. Buna görə materializmin köklü mənasızlığı
ondan ibarətdir ki, o, obyektivlikdən çıxış edərək, sonuncu
izahedici obyektiv prinsipi kimi elə obyektiv olanı qəbul edir –
bu, yalnız düşünülən, in abstracto,
yaxud da empirik verilmiş,
artıq formasını almış materiya, yəni maddə, məsələn, ən yaxın
birləşmələrilə kimyəvi elementlər olacaqmı? Bütün bunları o,
özü-özlüyündə və mütləq mövcud olan kimi qəbul edir ki, həm
canlı təbiəti, həm də, nəhayət, dərk edən subyekti buradan
çıxarsın və beləliklə, onları bütünlüklə izah etsin. Halbuki, əsl
həqiqətdə obyektiv olan hər şey artıq özlüyündə dərk edən
subyekt, özünün ilk şərti kimi malik olmaqla onu dərketmə
formaları ilə onlara çox surətli şəkildə şərtlənmişdir və buna
görə əgər subyekt haqqında fikir kənarlaşdırılarsa, tamamilə yox
olur. Beləliklə, materializm bizə bilavasitə verilənləri dolayı
verilənlərdən izah etmək cəhdidir. Obyektiv, məkan tutan,
fəaliyyətdə olan hər şey, bir sözlə, maddi nə varsa, materializm
onu öz izahlarının həddən ziyadə möhkəm özülü sayır və bu
səbəbdən ona istinad onun gözündə başqa bir şeyi arzulamağa
hacət saxlamır (ələlxüsus, o, təkana və əks-təsirə müncər
edilirsə). Mən isə deyərdim ki, bütün bunlar yüksək dərəcədə
dolayı və şərti verilənlərdir və bu səbəbdən yalnız nisbi mövcud
olanlardır. Çünki o, beynin mexanikası və süzgəcindən keçib və
buna görə onun formalarına – zaman, məkan və səbəbiyyətə
Dostları ilə paylaş: |