www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
51
insanlardan əvvəl, balıqlar –quru heyvanlarından qabaq, bitkilər
sonunculardan əvvəl, cansızlar bütün canlılardan əvvəl mövcud
olmuş; deməli, ilkin kütlə birinci göz açılmazdan xeyli əvvəl bir
sıra uzun dəyişikliklərdən keçməli idi.
Hər halda bu birinci açılan gözdən, o, həşərata mənsub
olsa belə, biliyin zəruri vasitəçisi kimi bütün dünyanın varlığı
asılıdır. Söhbət o bilikdən gedir ki, dünya məhz onun üçün və
onun özündə mövcuddur, onsuz dünyanı heç xəyala belə
gətirmək olmaz, zira o, bütünlüklə təsəvvürdür və bu
keyfiyyətcə öz varlığının daşıyıcısı kimi dərk edən subyektə
ehtiyac duyur. Saysız-hesabsız çevrilmələrlə dolu olan, - həmin
çevrilmələr vasitəsilə materiya formadan yüksəlmişdir.Ona
qədər ilk dərk edən heyvan yaranmışdır – zamanın bu uzun
dövrü və eləcə də zamanın özü belə bir şüurla eyniyyətdə
mümkündür ki, onun təsəvvürləri, onun idrak forması elə
zamanın özüdür, onlardan kənarda əhəmiyyətini büsbütün itirir,
heçliyə çevrilir. Beləliklə, görürük ki, bir tərəfdən bütün
dünyanın varlığı zəruri surətdə, nə qədər kamil olmasa da, ilk
dərk edən məxluqdan asılıdır, digər tərəfdən bu dərk edən ilk
heyvan da labüd olaraq və büsbütün özünün də kiçik halqa kimi
daxil olduğu əvvəlki səbəb və təsirlərin uzun zəncirindən asılıdır.
Bizim həqiqətən eyni labüdlüklə gəldiyimiz bu iki bir-birinə zidd
baxışı, əlbəttə ki, idrakımızın digər antinomiyası adlandıra və
onu təbiətşünaslığın birinci qütbündə tapdığımıza uyğunlaşdıra
bilərik; Kantın
15
dörd antinomiyası isə, əksinə, əsası olmayan
uydurmadır, mən bunu bu əsərimə əlavə edilmiş tənqidimdə
göstərəcəyəm. Lakin axırda labüd surətdə qarşımızda peyda
olan bu təzad onunla öz həllini tapır ki, Kantın dili ilə desək,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
52
zaman, məkan və səbəbiyyət özündə şeyə yox, onun yalnız
forması olduğundan təzahürünə mənsubdur; mənim dilimdə
isə bu o deməkdir ki, obyektiv aləm, təsəvvür kimi dünya –
dünyanın yeganə yox, bir növ tək zahiri tərəfidir və onun tam
başqa tərəfi də vardır; o onun daxili mahiyyətini, özəyini,
özündə şeyi əks etdirir; biz onu obyektivləşdirmələrdən ən
bilavasitəsi olan «iradə» adlandırdığımız növbəti kitabda
nəzərdən keçirəcəyik. Lakin dünya təsəvvür kimi– biz onu
burada elə bu cür də tədqiq edirik– əlbəttə ki, yalnız ilk göz
açılan andan başlanır: biliyin bu vasitəçisi olmadan dünya
mövcud ola bilməz və deməli, əvvəllər də mövcud olmamışdır.
Lakin bu göz olmadan, yəni idrakdan keçmədən nə əvvəl olub,
nə də ki, zaman. Lakin başlanğıca malik olan zaman deyil,
əksinə, bütün başlanğıclar ondadır. Lakin zaman dərk edilə
bilənin ən ümumi forması olduğuna görə – bütün hadisələr
səbəb əlaqəsi vasitəsilə onda yerləşir – ilk dərketmə ilə birlikdə
zaman da özünün ikitərəfli sonsuzluğu ilə meydana çıxır; bu
birinci indini özü ilə dolduran təzahür də, eyni zamanda, səbəb
əlaqəli və nəhayətsiz olaraq keçmişə uzanıb gedən bir sıra
hadisələrdən asılı kimi dərk olunmalı, bu keçmişin özü isə elə bu
cür birinci indi ilə və eləcə də əksinə, sonuncu– birinci ilə
şərtlənmişdir. Beləliklə, ilk indi, onun irəli gəldiyi keçmiş kimi
dərk edən subyektdən asılıdır və onsuz heç nədir; bununla belə,
onlar labüd şəkildə ona gətirib çıxarırlar ki, bu birinci indi birinci
kimi, yəni öz atası olaraq keçmişə malik olmayan kimi, zamanın
başlanğıcı kimi təsəvvür edilmir: yox, o, digər tərəfdən, bu
indinin doldurduğu hadisə səbəbiyyət qanununa görə bu
keçmişi dolduran əvvəlki vəziyyətlərin təsiri olduğu kimi varlığın
zamandakı əsas qanununa görə keçmişin nəticəsidir. Mifoloji
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
53
şərhləri sevənlər burada göstərilmiş başlanğıcsız zamanın
başlanma
anını
Kronosun
(Xpovos)
doğulmasında
simvollaşdırılmış görə bilər: bu balaca zalım öz atasını axtalayan
kimi göy və yerin kobud törəmələri kəsildi və səhnəyə allahlar
və insanlar nəsli çıxdı
16
.
Məsələnin materializmin- obyektdən çıxış edən fəlsəfi
sistemlərdən ən ardıcılının– izi ilə gəlib çıxdığımız bu cür
qoyuluşu subyekt və obyekt arasında labüd qarşılıqlı asılılığı
və eyni zamanda dəfedilməz əksliyi aşkar edir. Bunu
dərketmə dünyanın daxili mahiyyətini, özündə şeyləri,
təsəvvürün haqqında bəhs edilən iki elementindən birində
yox, daha çox təsəvvürdən tam fərqlənən nəsə bir şeydə–
üzərində bu cür ilkin, köklü və bu halda həlledilməz
ziddiyyət olmayan şeydə axtarmağa məcbur edir.
Obyektdən subyekti çıxarmaq məqsədilə təsvir olunan
çıxış etməyə subyektdən obyekti çıxarmaq məqsədilə çıxış etmə
qarşı durur. Əgər birinci indiyədək yaranmış fəlsəfi sistemlərdə
çox geniş yayılməşsa da, ikincinin yeganə və bu zaman çox yaxşı
örnəyi, doğrusu desək, yalnız Y.Q.Fixtenin yalançı fəlsəfəsidir.
Onu o baxımdan xatırlamaq lazımdır ki, onun təlimində həqiqi
dəyərlər və daxili məzmun çox az idi: o gözə kül üfürməkdən
savayı bir şey deyildi, lakin zahirən çox ciddi şəkildə, təmkinlə,
şövqlə şərh edilir, zəif rəqiblə mübahisələrdə bəlağətlə müdafiə
edilərək parlaya və nəsə həqiqiyə bənzər bir şey təsiri bağışlaya
bilərdi. Bütün xarici təsirlər üçün əlçatmaz olan və dönmədən
öz məqsədini – həqiqəti nəzərdə tutan əsil ciddilik Fixtedə,
eləcə də şəraitə uyğunlaşan bu cür filosoflarda ən çox
çatışmayan şey idi. Başqa cür ola da bilməzdi. Hər bir kəs
Dostları ilə paylaş: |