www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
57
obyektdən etmə öz aralarında eyni bir səhvdə düz gəlir: hər ikisi
qabaqcadan güman edir ki, yalnız çıxarmaq barədə düşünür,
yəni özünün çıxış nöqtəsinin lazımi korrelyatını nəzərdə tutur.
Bu iki əks səhvdən bizim üsul toto genere (prinsip
etibarilə) fərqlənir, ona görə ki, biz nə obyektdən çıxış edirik, nə
də subyektdən, biz şüurun, təsəvvürün birinci faktından çıxış
edirik, onun isə birinci və ən mühüm forması obyektə və
subyektə parçalanmadır. Obyektin forması isə müxtəlif şəkilli
əsas qanunudur və bu növlərdən hər biri ona aid təsəvvürlər
sinfində o dərəcədə hökmranlıq edir ki, göstərildiyi kimi, bu
növün dərk olunması ilə birlikdə bütün sinfin mahiyyəti də dərk
olunur, çünki sonuncu (təsəvvürlər keyfiyyətində) elə həmin
növün özündən savayı bir şey deyildir: məsələn, zaman onda
olan varlığın əsasıdır, yəni ardıcıllıqdır; məkan ondakı əsas
qanunu, yəni vəziyyətdir; materiya səbəbiyyətdir; anlayış (indi
aydın olacaq) idrakın əsasına münasibətdir. Dünyanın təsəvvür
kimi ən ümumi formasında (subyekt və obyekt) və ona tabe
olanda (əsas qanunu) bu tam və ucdantutma nisbiliyi artıq
dediyimiz kimi, bizə göstərir ki, dünyanın daxili mahiyyətini
onun tamamilə başqa, təsəvvürdən fərqli tərəfində axtarmaq
lazımdır; onu növbəti kitab hər bir canlı məxluq üçün elə o
qədər bilavasitə etibarlı fakt əsasında aydınlaşdıracaqdır.
Lakin əvvəlcə tək bir insana xas və məzmunu – anlayış,
subyektiv korrelyatı isə – ağıl olan təsəvvürlər sinfini nəzərdən
keçirmək lazımdır; indiyədək tədqiq edilmiş təsəvvürlər üçün isə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
58
hər bir heyvana da xas olan dərrakə və hissiyyat
korrelyatdırlar.
*
§ 8
Bilavasitə günəş işığından ayın götürülmüş inikasına
keçid kimi biz əyani, bilavasitə, müstəqil, özü-özünə zamin
duran təsəvvürdən refleksiyaya, zəkanın abstrakt, diskursiv
anlayışlarıına keçirik və bunlar öz məzmununu yalnız əyani
idrakdan və ona münasibətdən götürür. Nə qədər ki, biz xalis
seyrdəyik, hər şey aydın, səbatlı və şübhəsizdir. Burada nə sual
var, nə şübhə, nə yanılma: biz bundan artıq heç nə istəmir, heç
nə bacarmırıq, seyrlə sakitləşir, əldə olanla qane oluruq. Seyr
özü ilə kifayətlənir: bu səbəbdən, öz təmiz mənşəyini ondan
götürən və ona sadiq qalan hər şey, əsl sənət əsəri kimi heç vaxt
yalan ola və ya hansısa zamanla təkzib edilə bilməz: çünki o,
fikir yox, şeyin özünü verir. Lakin abstrakt idrak, şüurla
nəzəriyyədə şübhə və yanılma, təcrübədə isə qayğı və
peşmanlıq yaranır. Əgər əyani təsəvvürdə görüntü bir anlığına
gerçəkliyi təhrif edirsə, abstrakt təsəvvürdə yanılma min illər
boyu hökmranlıq edə, bütöv xalqların üzərinə dəmir
boyunduruq qoya, bəşəriyyətin ən nəcib niyyətlərini boğa və
hətta öz əsirləri, aldanmışların köməyi ilə aldada bilmədiklərini
buxovlaya bilər. Yanılma elə bir düşməndir ki, bütün dövrlərin
ən müdrik insanları onunla qeyri-bərabər mübarizə aparmış və
ondan qoparıb aldıqları, bəşəriyyətin sərvətinə çevrilmişdir. Elə
*
Bu ilk yeddi paraqrafa əlavələrin birinci kitabının ilk dörd fəsli
aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
59
buna görədir ki, onun sahəsinə qədəm qoyan kimi, ona dərhal
diqqət yetirilməlidir. Hərçənd çox vaxt deyirlər ki, həqiqəti,
hətta ondan mənfəət gözlənilməyən yerdə də axtarmağa dəyər,
çünki xeyir dolayısı ilə onu gözləmədiyin yerdə qarşına çıxa
bilər, mən isə buna əlavə etməliyəm ki, elə bu cür səylə də
yanılmanı ondan ziyan gözləmədiyin yerdə də faş edib məhv
etmək lazımdır, belə ki, o, dolayısı ilə nə vaxtsa ağlına belə
gətirmədiyin yerdə qəfil peyda ola bilər, çünki hər bir yanılma
zəhər daşıyıcısıdır. Əgər ruh, idrak insanı yerin hakimi edirsə, o
zaman ziyansız yanılma yoxdur, layiqli və müqəddəs
yanılmalarsa çoxdan yoxdur. Öz qüvvəsini və həyatını yanlışlıq,
onun bütün növləri ilə nəcib və olduqca çətin mübarizəyə həsr
edənlərə təskinlik olsun deyə, deməyə bilmərəm ki, nə qədər ki,
həqiqət peyda olmayınca, gecələr yanılma bayquşlar və
yarasalar kimi öz oyununu aparacaqdır, lakin bəlkə də bayquş
və yarasalar Günəşi Şərqə doğru sıxışdıra bilər, amma köhnə
yanılma yenidən sərbəstcəsinə özünün geniş yerini tutsun deyə,
tam aydınlığı ilə ifadəsini tapmış, dərk olunmuş həqiqət yenidən
sürgünə məruz qalmaz. Həqiqətin gücü də bundadır: onun
qələbəsi çətin və əziyyətlidir, lakin bir dəfə qazanıldıqda, daha
əldən verilə bilməz (seçdirmə redaktorundur).
Öz tərkibinə görə, obyekt baxımından zaman, məkan və
materiyaya, subyekt nöqteyi-nəzərindən isə sırf hissiyyat və
dərrakəyə müncər oluna bilən indiyədək nəzərdən keçirilmiş
təsəvvürlərdən savayı, yerin bütün sakinləri arasında məhz
insanda başqa bir dərketmə qabiliyyəti qoşulmuş, tamamilə
yeni üzə çıxmışdır ki, o, dəqiqliklə və bəsirətlə refleksiya
adlandırılmışdır. Çünki bu, həqiqətən inikas, əyani idrakdan
Dostları ilə paylaş: |