www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
48
daxil olmuş və yalnız onların sayəsində o, məkanda yer tutan,
zamanda isə hərəkət edəndir. Materializm bu cür veriləndən
bilavasitə rəvac veriləni – təsəvvürü (bütün bunlar hamısı onda
var) və nəhayət, iradənin özünü izah etməyə çalışır. Halbuki əsl
həqiqətdə məhz əksinə, səbəbiyyətin yol göstərən ipinə əsasən
aşkar edilən və bu səbəbdən qanunauyğun olan bütün əsas
qüvvələr iradə vasitəsilə izah olunmalıdır. İdrakın materiyanın
modifikasiyası olması barədə iddiaya eyni haqla həmişə əks
iddia qarşı qoyulur: hər hansı materiya subyektin bir təsəvvür
olaraq idrakının modifikasiyasıdır. Bununla belə, öz əsasında
təbiətşünaslığın məqsədi və idealı bitkin materializmdir. Bizim
onu burada aşkar qeyri-mümkün saymağımız başqa bir
həqiqətlə təsdiqini tapır ki, bu da tədqiqatın sonrakı gedişində
aydınlaşacaqdır. Bu həqiqətdir ki, heç bir elm sözün həqiqi
mənasında (mən bunu dedikdə əsas qanununun rəhbərlik etdiyi
sistematik idrakı nəzərdə tuturam) heç vaxt son məqsədə nail
olmayacaq və tam qənaətbəxş izah verə bilməyəcəkdir, çünki o,
heç vaxt dünyanın daxili mahiyyətinə varmır, heç vaxt
təsəvvürün hüdudlarından kənara çıxmır və mahiyyəti etibarilə
yalnız bir təsəvvürün digərinə qarşılıqlı münasibətləri ilə tanış
edir.
Hər bir elm həmişə iki başlıca varlıqdan çıxış edir.
Onlardan biri – bu labüd surətdə alət kimi özünün hansısa
formasında əsas qanunudur - orqanondur; digəri – problem
kimi onun xüsusi obyektidir. Məsələn, həndəsə öz problemi ilə
məkana, ondakı varlığın oturacağı isə öz orqanonu ilə məkana
malikdir; hesab üçün problem – zamandır, ondakı varlığın əsası
isə– orqanon; məntiq üçün anlayışların uzlaşması, özlüyündə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
49
problem, idrakın əsası isə orqanondur, tarixin problemi–
insanların dahiyanə və kütlə halında törətdiyi əməllər,
motivasiya qanunu– onun orqanonudur; nəhayət təbiətşünaslıq
üçün problemi materiya təşkil edir, səbəbiyyət qanunu isə –
orqanondur, buna görə də onun məqsədi və niyyəti səbəbiyyəti
rəhbər tutaraq materiyanın bütün mümkün vəziyyətlərini bir-
biri ilə və nəhayət, birinə gətirib çıxarmaq, sonra isə yenə də
onları bir-birindən və nəhayət birindən çıxarmaqdan ibarətdir.
Buna görə təbiətşünaslıqda materiyanın iki son hədd halı qarşı-
qarşıya qoyulur: subyektin ən çox olduğu onun ən az olduğu
vəziyyət və onun daha çox subyektin obyekti olduğu vəziyyət.
Başqa sözlə desək: ən ölü və kobud materiya, ilkin maddə və
insan orqanizmi.
Təbiətşünaslıq birincini kimya, ikincini fiziologiya olaraq
öyrənib bilməyə çalışır. Lakin indiyədək son hədlərdən heç
birinə nail olunmayıb, yalnız onların hər ikisi arasında nəsə dərk
edilib. Gələcəyə olan ümidlər də xeyli dərəcədə puçdur.
Kimyaçılar materiyanın keyfiyyətcə bölünməsinin kəmiyyətcə
bölünməsi kimi intəhasızlığa qədər uzanmamasından çıxış
edərək, onun indi 60-a çatmış elementlərinin sayını getdikcə
azaltmağa çalışırlar: əgər onlar öz tədqiqatlarında iki
elementədək gəlib çıxsaydılar, onu birə endirməyə çalışardılar.
Çünki yekcinslik qanunu özlüyündə materiyaya xas olan və
materiya üçün özlüyündə əhəmiyyət kəsb etməyən, yalnız onun
təsadüfi forma və keyfiyyəti olan bütün digər vəziyyətlərdən
qabaq gələn ilkin kimyəvi vəziyyət barədə hipotezə işarə edir.
Digər tərəfdən, başa düşmək olmur ki, bu vəziyyət hansısa
kimyəvi dəyişikliyə necə məruz qalır, axı ona təsir göstərəcək
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
50
başqa bir vəziyyət hələ yox idi. Bu, kimyəvi izah üçün Epikürün
atomlardan birinin ilk dəfə öz hərəkətinin ilkin istiqamətindən
necə çıxdığının şərhini vermək istəyərkən rastlaşdığı çətinliyi
yaradır. Bu özü-özlüyündə açılan, labüd və həlli qeyri-mümkün
ziddiyyəti birbaşa kimyəvi antinomiya kimi qiymətləndirmək
olar: o burada, təbiətşünaslığın iki təbii qütblərindən birində
peyda olan kimi, ikincidə də müvafiq antipod ortaya çıxacaqdır.
Təbiətşünaslığın bu ikinci qütbə nail olmağına da ümidlər azdır,
çünki getdikcə daha aydın olur ki, kimyəvini heç vaxt mexanikə,
üzvini isə kimyəviyə və ya elektrikə müncər etmək olmaz. Kim
bizim günlərimizdə bu yanlış yola düşürsə, özündən əvvəlkilər
kimi nəzərə çarpmadan və pərt halda həmin yoldan çıxacaqdır.
Bu barədə təfsilatı ilə növbəti kitabda danışılacaqdır. Burada
ötəri xatırladılmış çətinlik təbiətşünaslıq qarşısında onun öz
sferasında durur. Fəlsəfə kimi götürüldükdə isə, materializm
kimi göz qabağına gəlir: lakin sonuncu, gördüyümüz kimi,
yaranışdan öz qəlbində ölüm daşıyır, çünki o, subyekt və idrak
formalarının başı üzərindən tullanır, halbuki sonuncular da artıq
onun gəlib çıxmaq istədiyi kobud materiya və eləcə də onun
gəlmək istədiyi orqanizm üçün nəzərdə tutulur. Çünki
«subyektsiz obyekt yoxdur» - hər cür materializmi həmişəlik
qeyri-mümkün edən müddəa budur. Günəş və planetləri, əgər
onları görən göz və dərk edən dərrakə yoxdursa, sözlə
adlandırmaq olar: lakin təsəvvür üçün bu sözlər cingildəyən
sincdən savayı bir şey deyil. Amma digər tərəfdən, səbəbiyyət
qanunu və onun izi ilə gedən təbiəti müşahidə və tədqiqat
labüd olaraq bizi belə bir doğru gümana gətirir ki, hər bir
materiyanın hər bir yüksək təşkilli vəziyyəti zaman daxilində
yalnız daha kobud olanın ardınca gəlmiş, heyvanlar –
Dostları ilə paylaş: |