www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
54
təəccüb üzündən və hökmən bundan azad olmağa çalışaraq
filosof olur. Platon onu xeyli dərəcədə fəlsəfi hiss adlandırır.
Lakin burada qeyri-həqiqi filosofları həqiqi filosoflardan
fərqləndirən odur ki, sonuncularda bu heyrət dünyanın öz
mənzərəsindən yarandığı halda, birincilərdə yalnız kitabdan,
hazır sistemdən yaranır. Fixtedə də belə olmuşdur, çünki o
yalnız Kantın özündə şeyi sayəsində filosof olmuşdur, bunsuz isə
çox güman ki, tamamilə başqa işlə məşğul olardı, həm də böyük
uğurla, belə ki, o, böyük ritorik istedada malik idi. Əgər Fixte
onu filosof etmiş kitabın– «Xalis zəkanın tənqidi» kitabının
mənasına dərindən nüfuz etsəydi, başa düşərdi ki, öz ruhuna
görə onun başlıca təlimi belədir: əsas qanunu bütün sxolastik
fəlsəfənin düşündüyü kimi qətiyyən veritas aeterna deyildir,
yəni dünyayadək, ondan kənarda və onun fövqündə şərtsiz
önəmə yox, tək bir təzahür hüdudunda nisbi və şərti
əhəmiyyətə malikdir, onun məkan və ya zamanın zəruri əlaqəsi,
yaxud səbəbiyyət qanunu kimi, ya da idrakın əsası kimi çıxış
edib-etməməsinin fərqi yoxdur; buna görə dünyanın daxili
mahiyyətini, özündə şeyləri heç vaxt bu qanunun yol
göstərəninə əsasən kəşf etmək olmaz, əksinə, nəyə gətirib
çıxarartdığı hər şey həmişə yalnız asılı və nisbi, həmişə yalnız
təzahür, qeyri-özündə şey olacaqdır; daha sonra, bu qanunun
qətiyyən subyektə aidiyyəti yoxdur, yalnız obyektlərin
formasıdır və bu obyektlər də məhz buna görə özündə şey
deyillər; obyektlə eyni vaxtda subyekt yaranır və əksinə, odur ki,
nə obyekt subyektə, nə də subyekt obyektə nəticə öz əsasına
daxil olduğu kimi daxil ola bilər. Lakin bütün bunlar Fixteyə
kiçicik də olsa təsir bağışlamamışdır: ona yeganə maraqlı gələn
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
55
subyektdən çıxış etmə idi ki, bunu da Kant əvvəlki obyektdən
çıxış etmənin yanlış olduğunu göstərmək üçün seçmişdi. Kantın
fikrincə, obyekt bu tərzlə özündə şeyə çevrilirdi. Fixte isə
subyektdən bu çıxış etməni ən əsas şey kimi qəbul etmişdi və
onu təqlid eləyənlərin hamısı kimi, düşünürdü ki, o bu məsələdə
Kantdan irəli gedərsə, onu üstələyəcək– əks istiqamətdə əvvəlki
doqmatizmin buraxdığı və buna görə də Kant tərəfindən
tənqidə məruz qalmış səhvləri təkrar etmişdir. Beləliklə, ən əsas
şeydə heç nə dəyişməmiş və əvvəlki əsas səhv, yəni obyekt və
subyektin öz aralarında səbəb və nəticə münasibətləri ilə bağlı
olması barədə fikir əvvəldə olduğu kimi qalmışdır; buna görə
əsas qanunu, əvvəllərdə olduğu kimi, şəksiz qüvvəsini qoruyub
saxlamış, özündə şey isə əvvəlki kimi obyektdə olma əvəzinə
dərketmə subyekti üzərinə keçirildi; hər ikisinin şübhəsiz
nisbiliyi isə göstərsə də ki, özündə şeyləri və ya dünyanın
mahiyyətini onlarda yox, onların hüdudlarından kənarda və
ümumiyyətlə, yalnız nisbi mövcud olan hər şeyin hüdudlarından
kənarda axtarmaq lazımdır, bu əvvəlki kimi anlaşılmaz qaldı.
Bütün sxolastlarda olduğu kimi Fixtedə, əsas qanunu aeterna
veritasdır– sanki Kant heç mövcud olmayıb. Qədimin allahları
üzərində əbədi tale hökm sürdüyü kimi, sxolastların da allahı
üzərində aeternae veritates, yəni metafizik, riyazi və metaloji
həqiqətlər bəzilərində isə həm də mənəvi qanunun hakimiyyəti
hökm sürürdü,. Tək bir bu veritateslər heç nədən asılı
deyildilər, lakin onlara görə həm Allah, həm də dünya zəruri idi.
Əsas qanununa görə veritati aeternae kimi, Fixtedə Mən,
beləliklə, dünyanın, yaxud Mən olmayanın, obyektin əsasıdır,
sonuncu isə birincinin nəticəsi, onun məhsuludur. Əsas
qanununun sonrakı tədqiqata davam etdirmək və ya nəzarətə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
56
məruz qoymaqdan Fixte çəkinmişdir. Əgər mən bu qanunun
belə bir formasını göstərmək istəsəydim ki, ona əsasən Fixte
Mən olmayanı torun hörümçəkdən çıxması kimi Məndən
çıxmasına məcbur edir, o zaman deyərdim ki, bu, varlığın
məkandakı əsası, qanunudur: çünki yalnız ona münasibətdə
Mənin özündən Mən olmayanı düzəldib və hazırladığı mənasız
və buna görə də nə vaxtsa yazılmış ən darıxdırıcı və ən
məzmunsuz kitabın məzmununu təşkil edən üsulların əzablı
deduksiyaları hər halda müəyyən məna və əhəmiyyət kəsb
edir
17
.
Beləliklə, Fixtenin heç xatırlanmasına dəyməyən bu
fəlsəfəsi köhnə materializmin gecikmiş əsl əksi kimi bizim üçün
maraqlıdır. Söhbət o materializmdən gedir ki, Fixtenin fəlsəfəsi
subyektdən çıxış etdiyi kimi, ardıcıl olaraq o da obyektdən çıxış
edirdi. Materializm ən adi obyektlə birlikdə dərhal subyekti də
təsdiq etmiş olduğunu görmədiyi kimi, Fixte də görə bilmirdi ki,
nəinki subyektlə (ona hər nə ad versə belə) birlikdə artıq
obyekti də təsdiqləyir – çünki sonuncu olmadan heç bir subyekt
mümkün deyil, həm də onu görmürdü ki, hər hansı a priori
nəticə və hər növ sübut ümumiyyətlə zərurətə dayanır, hər növ
zərurət isə yalnız əsas qanununa əsaslanır, belə ki, zəruri olmaq
və həmin əsasdan çıxış etmək - bu eyni əhəmiyyətə malik
anlayışlardır;
*
o, həmçinin görmürdü ki, əsas qanunu özlüyündə
obyektin ümumi formasıdır və buna görə artıq obyekti nəzərdə
tutur, ona qədər və onsuz əhəmiyyət kəsb etmir və yalnız onu
doğura, özünün qanunverici qüvvəsi ilə istehsal edə bilməz.
Ümumiyyətlə, subyektdən çıxış etmə və yuxarıda təsvir edilmiş
*
Bax: «Əsas qanununun dörd şəkilli kökü haqqında», § 49.
Dostları ilə paylaş: |