Dünya: iradə və təsəvvür kimi



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə17/240
tarix25.11.2017
ölçüsü5,76 Mb.
#12321
1   ...   13   14   15   16   17   18   19   20   ...   240

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

54 


təəccüb  üzündən  və  hökmən  bundan  azad  olmağa  çalışaraq 

filosof olur. Platon onu xeyli dərəcədə fəlsəfi hiss adlandırır. 

Lakin  burada  qeyri-həqiqi  filosofları  həqiqi  filosoflardan 

fərqləndirən  odur  ki,  sonuncularda  bu  heyrət  dünyanın  öz 

mənzərəsindən  yarandığı  halda,  birincilərdə  yalnız  kitabdan, 

hazır  sistemdən  yaranır.  Fixtedə  də  belə  olmuşdur,  çünki  o 

yalnız Kantın özündə şeyi sayəsində filosof olmuşdur, bunsuz isə 

çox güman ki, tamamilə başqa işlə məşğul olardı, həm də böyük 

uğurla,  belə  ki,  o,  böyük  ritorik  istedada  malik  idi.  Əgər  Fixte 

onu  filosof  etmiş  kitabın–  «Xalis  zəkanın  tənqidi»  kitabının 

mənasına  dərindən  nüfuz  etsəydi,  başa  düşərdi  ki,  öz  ruhuna 

görə  onun  başlıca  təlimi  belədir:  əsas  qanunu  bütün  sxolastik 

fəlsəfənin  düşündüyü  kimi  qətiyyən  veritas  aeterna  deyildir, 

yəni  dünyayadək,  ondan  kənarda  və  onun  fövqündə  şərtsiz 

önəmə  yox,  tək  bir  təzahür  hüdudunda  nisbi  və  şərti 

əhəmiyyətə malikdir, onun məkan və ya zamanın zəruri əlaqəsi, 

yaxud  səbəbiyyət  qanunu  kimi,  ya  da  idrakın  əsası  kimi  çıxış 

edib-etməməsinin  fərqi  yoxdur;  buna  görə  dünyanın  daxili 

mahiyyətini,  özündə  şeyləri  heç  vaxt  bu  qanunun  yol 

göstərəninə  əsasən  kəşf  etmək  olmaz,  əksinə,  nəyə  gətirib 

çıxarartdığı  hər  şey  həmişə  yalnız  asılı  və  nisbi,  həmişə  yalnız 

təzahür,  qeyri-özündə  şey  olacaqdır;  daha  sonra,  bu  qanunun 

qətiyyən  subyektə  aidiyyəti  yoxdur,  yalnız  obyektlərin 

formasıdır  və  bu  obyektlər  də  məhz  buna  görə  özündə  şey 

deyillər; obyektlə eyni vaxtda subyekt yaranır və əksinə, odur ki, 

nə  obyekt  subyektə,  nə  də  subyekt  obyektə  nəticə  öz  əsasına 

daxil  olduğu  kimi  daxil  ola  bilər.  Lakin  bütün  bunlar  Fixteyə 

kiçicik də olsa  təsir bağışlamamışdır: ona yeganə maraqlı gələn 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

55 


subyektdən  çıxış  etmə  idi  ki,  bunu  da  Kant  əvvəlki  obyektdən 

çıxış etmənin yanlış olduğunu göstərmək üçün seçmişdi. Kantın 

fikrincə,  obyekt  bu  tərzlə  özündə  şeyə  çevrilirdi.  Fixte  isə 

subyektdən  bu  çıxış  etməni  ən  əsas  şey  kimi  qəbul  etmişdi  və 

onu təqlid eləyənlərin hamısı kimi, düşünürdü ki, o bu məsələdə 

Kantdan irəli gedərsə, onu üstələyəcək– əks istiqamətdə əvvəlki 

doqmatizmin  buraxdığı  və  buna  görə  də  Kant  tərəfindən 

tənqidə məruz qalmış səhvləri təkrar etmişdir. Beləliklə, ən əsas 

şeydə  heç  nə  dəyişməmiş  və  əvvəlki  əsas  səhv,  yəni  obyekt  və 

subyektin  öz  aralarında səbəb  və nəticə  münasibətləri  ilə  bağlı 

olması  barədə  fikir  əvvəldə  olduğu  kimi  qalmışdır;  buna  görə 

əsas  qanunu,  əvvəllərdə  olduğu  kimi,  şəksiz qüvvəsini qoruyub 

saxlamış,  özündə  şey  isə  əvvəlki  kimi  obyektdə  olma  əvəzinə 

dərketmə  subyekti  üzərinə  keçirildi;  hər  ikisinin  şübhəsiz 

nisbiliyi  isə  göstərsə  də  ki,  özündə  şeyləri  və  ya  dünyanın 

mahiyyətini  onlarda  yox,  onların  hüdudlarından  kənarda  və 

ümumiyyətlə, yalnız nisbi mövcud olan hər şeyin hüdudlarından 

kənarda  axtarmaq  lazımdır,  bu  əvvəlki  kimi  anlaşılmaz  qaldı. 

Bütün  sxolastlarda  olduğu  kimi  Fixtedə,  əsas  qanunu  aeterna 

veritasdır–  sanki  Kant  heç  mövcud  olmayıb.  Qədimin  allahları 

üzərində  əbədi  tale  hökm  sürdüyü  kimi,  sxolastların  da  allahı 

üzərində  aeternae  veritates,  yəni  metafizik,  riyazi  və  metaloji 

həqiqətlər bəzilərində isə həm də mənəvi qanunun hakimiyyəti 

hökm  sürürdü,.  Tək  bir  bu  veritateslər  heç  nədən  asılı  

deyildilər, lakin onlara görə həm Allah, həm də dünya zəruri idi. 

Əsas  qanununa  görə  veritati  aeternae  kimi,  Fixtedə  Mən, 

beləliklə,  dünyanın,  yaxud  Mən  olmayanın,  obyektin  əsasıdır, 

sonuncu  isə  birincinin  nəticəsi,  onun  məhsuludur.  Əsas 

qanununun  sonrakı  tədqiqata  davam  etdirmək  və  ya  nəzarətə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

56 


məruz  qoymaqdan  Fixte  çəkinmişdir.  Əgər  mən  bu  qanunun 

belə  bir  formasını  göstərmək  istəsəydim  ki,  ona  əsasən  Fixte 

Mən  olmayanı  torun  hörümçəkdən  çıxması  kimi  Məndən 

çıxmasına  məcbur  edir,  o  zaman  deyərdim  ki,  bu,  varlığın 

məkandakı  əsası,  qanunudur:  çünki  yalnız  ona  münasibətdə 

Mənin  özündən  Mən  olmayanı  düzəldib  və  hazırladığı  mənasız 

və  buna  görə  də  nə  vaxtsa  yazılmış  ən  darıxdırıcı  və  ən 

məzmunsuz  kitabın  məzmununu  təşkil  edən  üsulların  əzablı 

deduksiyaları  hər  halda  müəyyən  məna  və  əhəmiyyət  kəsb 

edir

17



Beləliklə,  Fixtenin  heç  xatırlanmasına  dəyməyən  bu 

fəlsəfəsi köhnə materializmin gecikmiş əsl əksi kimi bizim üçün 

maraqlıdır. Söhbət o materializmdən gedir ki,  Fixtenin fəlsəfəsi 

subyektdən çıxış etdiyi kimi, ardıcıl olaraq  o da obyektdən çıxış 

edirdi. Materializm  ən  adi  obyektlə birlikdə dərhal  subyekti  də 

təsdiq etmiş olduğunu görmədiyi kimi, Fixte də görə bilmirdi ki, 

nəinki  subyektlə  (ona  hər  nə  ad  versə  belə)  birlikdə  artıq 

obyekti də təsdiqləyir – çünki sonuncu olmadan heç bir subyekt 

mümkün  deyil,  həm  də  onu  görmürdü  ki,  hər  hansı  a  priori 

nəticə və hər növ sübut ümumiyyətlə zərurətə dayanır, hər növ 

zərurət isə yalnız əsas qanununa əsaslanır, belə ki, zəruri olmaq 

və  həmin  əsasdan  çıxış  etmək  -  bu  eyni  əhəmiyyətə  malik 

anlayışlardır;

*

 o, həmçinin görmürdü ki, əsas qanunu özlüyündə 



obyektin ümumi formasıdır və buna görə artıq obyekti nəzərdə 

tutur,  ona qədər  və onsuz  əhəmiyyət  kəsb  etmir  və  yalnız onu 

doğura,  özünün  qanunverici  qüvvəsi  ilə  istehsal  edə  bilməz. 

Ümumiyyətlə, subyektdən çıxış etmə və yuxarıda təsvir edilmiş 

                                                           

*

 Bax: «Əsas qanununun dörd şəkilli kökü haqqında», § 49. 




Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə