Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

 
29
haqqında bədguman olanlar əməli-saleh adamlar deyil. Uzun illərdir qadın kollektivində işləyirəm 
və belə hadisələrə dönə-dönə rast gəlmişəm. Həmişə də fikir vermişəm bu dedi-qoduları, şaiyələri 
yayanlar mənəviyyatca pozğun olan, insanlığı qara qəpiyə dəyməyənlərdir. Bu cür insanların sözü 
ilə özünü qəti üzmə. Sən yüksək səviyyəli, ləyaqətli adamlardan inci. Onların gözündə öz saflığını, 
ləyaqətini qoru. 
Deyəsən Nərgiz təsəllimdən bir qədər rahatlaşmışdı. Mən onu bir qədər rahat yola saldımsa da 
özüm çox narahat və nigaran qaldım. Sonsuz suallar başımda elə bil hərc-mərclik yaratmışdı ki, bir 
neçə gün yorğun və halsız oldum. 
Bir neçə gündən sonra Nərgiz mənə zəng eləyib təşəkkür etdi və gülə-gülə əlavə elədi: 
- Sən lap peyğəmbərcəsinə danışmısan, bacı.  İnanırsan indi öyrənmişəm ki, mənim dalımca 
danışan qadınlardan biri əri, iki uşağı ola-ola özgə bir kişi ilə  gəzir. Allahın işinə bax ki, onun 
yazdığı  məhəbbət məktubu təsadüfən  əlimə düşdü, oxudum. O, qadının anası, bacısı da vaxtilə 
hamının barmaqla göstərdiyi fahişə olub. İndi elə bil bir qədər rahatlanmışam, ovunmuşam. 
Nərgizin bu halından çox məmnun qaldım və mənə bir daha aydın oldu ki, mayası saf olanlar 
heç vaxt özgələrə şər atıb, qara yaxmazlar. 
 
 


 
30
DƏRD DİL AÇANDA 
 
Nisə yenə  bəd xəbər almışdı. Bu xəbər onu çox sarsıtmış, köhnə yaralarını da göynətmişdi. 
Nisənin vay-şivənini görən qardaşı bu bəd xəbəri ona dediyinə peşman olmuşdu. Fikirləşirdi ki, 
gərək ele sabah yola düşəndə deyəydim, nə bilim bu belə qaraçılıq eliyib milləti tökəcək bura. 
Dedim indidən deyim, hazırlaşsın, uzaq yola çıxacağıq. Amma daha gec idi. Nisəni ovutmaq, 
kiritmək olmurdu. Yanıqlı səslə ağı deyib qonum-qonşunu yığmışdı başına. Dərdli arvadlar da bir 
himə  bəndmiş kimi bu ağılara səs verirdilər. Nisə üzünü uzaqda güclə sezilən dağlara tutub ağı 
deyirdi: 
Verib baş-başa dağlar 
Dönüb qarğışa dağlar 
Sizsiz igidlər ölür 
Dönəsiz daşa dağlar. 
Nisə düz deyirdi, o dağların həsrəti idi igid-igid oğlanları vaxtsız-vədəsiz dünyadan aparan. 
Növbəti qurban da Nisənin əmisinin yeddi qurbanla tapdığı, əziz-xələf saxladığı, altı bacının yeganə 
and yeri olan 45 yaşlı ucaboylu, qaragözlü, palıd gövdəli balası idi. Dərdli Nisənin yaraları oyum-
oyum oyulurdu. Başına yığışan qonşu arvadlara ağlaya-ağlaya dərdini anladırdı: 
- Ay başınıza dönüm, ölüm Allah əmridi, bu əmrdən çıxmaq olmaz. Amma bu ölüm yox ey, 
zülümdü, zülüm. Bir həftədir  əmimin dağ boyda oğlu ölüb, biz indi xəbər tuturuq. Belə  də  dərd 
olar? Səpələndik düzlərə, nə ölümüzdən xəbərimiz var, nə də dirimizdən. Tifağın dağılsın düşmən, 
qapın kilidlənsin bais, ciyərin dağlansın erməni. 
Arvadlar birağizdan: “Amin, amin bacı, Allah ağzından eşitsin” deyib onu sakitləşdirməyə 
çalışdilar. Nisə ötən günləri, xoşbəxt çağlari yada saldiqca daha da kövrəlir, yaşı sel kimi axıdırdı. 
Nisə  Qərbi Azərbaycanın saf sulu, büllur çeşməli, yaşıl yamaclı, bir-birinə söykək dağlarla 
əhatə olunmuş gözəl bir kəndində  dоğulmuş, böyümüş,  gəncliyin  ən gözəl gunlərini yaşamışdı. 
Əmi-dayı, xala-bibi əhatəsində, doğmalarının sonsuz mehri-məhəbbəti ilə Nisə xoşbəxt bir həyat 
yaşayırdı. Dörd qardaşın tək bacısı evlərin bəzəyi, qohum-əqrabanın sevimlisi idi. Həddi-buluğa 
çatanda sevib-seçdiyi eloğlusu Nərimanla həyat qurmuş, iki oğlan, bir qız anası olmuşdu. Dərdsiz-
qayğısız illərin xoş xatirələri dərddən dəlik-deşik olan qəlbinə yeganə  təsəlli idi. Hərdən o gözəl  
həyatı yuxularda gördüyünü zənn edər,  əlacsız göz yaşı tökərdi. Sonralar başına gələn faciələr o 
qədər ağır, dərdlər o qədər acı olmuşdu ki, keçmişi yuxuya döndərmişdi. O illərin xatirələri də sanki 
güllələnmiş, yaralanmış, boz bir dumana bürünərək uzaqlaşmaqda idi. Beyninin yaddaş qatında bir 
uçurum yarandığını hiss edirdi. Qəribəsi o idi ki, yaddaşının ağrılı qatlarında heç bir pozuqluq, 
bulanıqlıq yox idi. Bu ağrılar yaddaşının aynasından qəlbinə ox kimi  sancılır, onu qovurub külə 
döndərirdi. Qız balasının  dərdi hər ağrını üstələmiş, ana ürəyini  didib-parçalayırdı. O günü, qızının 
müsibət gününü xatırlamaq istəməsə də, bir an da yadından çıxmır, ona dinclik vermirdi. Neçə gün 
idi vəziyyət yaxşı deyildi. Axşamlar kişilər oymaq-oymaq bir yerə  yığıçır, götür-qoy edirdilər. 
Hamı təhlükəni açıq-aydın hiss edir, amma “yığışıb getmək lazımdır” kəlməsini  kimsə dilinə gətirə 
bilmirdi. Buna ya cürətləri çatmırdı, ya da ürəkləri gəlmirdi. Deyəsən heç kəs  bu boyda məsuliyyəti 
boynuna götürmək istəmirdi. Bu qərarı vermək çox çətin idi, lap ölümdən də  çətin. Dədə-baba 
yurdlarından, isti ocaqlarından bu milləti necə ayırasan, necə adi bir kəlmə ilə,  “çıxın  gedin” 
deyəsən. Ermənilərsə gündən-günə quduzlaşırdılar. Ölüm, faciə    evlərə soxulmaqda idi. Səhər 
məktəbə hazırlaşan qızına: 
- Aynur, bəlkə getməyəsən qızım, vəziyyət pisdir, qorxuram - deyəndə, Aynur heç cür 
razılaşmadı. 
- Yox ay ana, bu gün yoxlama işi yazacayıq, mütləq getməliyəm. Zəhra müəllimə deyib ki, bu 
rübün axırıncı yoxlamasını  yazacağıq. Bu rübün qiyməti bu yoxlama yazısına görə veriləcək, qala 
bilmərəm. 
Ana etiraz edə bilməsə  də, nigaran, səksəkəli qaldı. O gün dünya misli  görünməmiş    bir 
vəhşiliyin şahidi oldu. O dəhşətli günün şahidləri ömürlük şikəst oldu, sağalmaz yara aldı. Uşaqlar 
dəstə-dəstə  məktəbə yaxınlaşırdı. Məktəbin darvazasında 4-5saqqalı kişi onları qarşıladı. Oğlanları 


 
31
geri qaytardılar, qızları içəri, məktəbin həyətinə itələdilər. Həyətdə qorxudan əsən qızları  2-3 
saqqalli kişi idman zalına doldurdu. Nə müəllimlərdən, nə də şagidlərdən bir kişi içəri buraxılmırdı. 
Geri qayıdan  oğlan uşaqları yolda rast gəldikləri uşaqlara, müəllimlərə xəbərdarlıq edirdilər. Xəbəri 
olmayanlar isə öz ayaqları ilə  tələyə doğru gəlirdilər. Bu tələyə düşənlərdən biri də  ən gənc 
müəllimə  Zəhra oldu. Zəhra müəllimə geri də qayıda bilərdi. Ancaq şagirdlərinin taleyinə biganə 
qala bilmədi. Silahlı saqqallılarin içəri apardıqları qizların ardınca quş kimi şığıdı.  İdman zalında 
qızların qıçqırtı, honkürtü səsi “ay ana” harayı bağrını dəlirdi. Zəhra müəllimə qolu zorlu kişilərlə 
döş-döşə gəldi. 
-Buraxın uşaqları, əclaflar,bu körpələrin nə günahı var? 
Saqqallılar  şit-şit hırıldaşa-hırıldaşa bu zərif qızcığazı süpürləyib yıxdılar. Zalın qapısındakı 
yarıqdan bu mənzərəni seyr edən qızlar dəhşətlə  qışqıraraq özlərini pəncərəyə  çırpdılar.  Şüşə 
sınıqları üzlərini, əllərini  doğrasa da ilan çalmış quzu kimi mələşə-mələşə evlərə doluşdular. Aynur 
bu qışqırığı, vay-şivəni eşitmirmiş kimi hələ  də donub qalmışdı. Məktəbin həyətində qan içində 
düşüb qalmış sevimli müəlliməsindən gözünü çəkə bilmirdi. Bu hadisələr elə sürətlə baş verdi ki, 
sanki zaman yel qanadlı at idi. Kənd xəbər tutub haraya çatınca çox gec olmuşdu, çox gec. Vəhşi 
ermənilər bu kəndin sinəsinə çalın-çarpaz dağ  çəkmiçdi. Yer,  göy bu müsibətin ağrılarıni həzm 
eləyə bilmirdi. Kişilər yeddi yerindən sınmışdı. Qadınlar başlarını yuxarı qaldıra bilmirdilər. Bütün 
kənd məktəbin həyətinə axışırdı. Saqqallı  vəhşilər aradan çıxmışdılar. Cavanlar yaralı  pələngə 
dönmüşdü. Zəhranı mələfəyə büküb evə apardılar. Birdən Nisə qızını xatırladı. 
- Aynur, Aynur - deyib haray çəkən anasının çağırışına ayılan Aynur hay vermək istədi. Nə 
qədər çalışdı dili ağzında  dönmədi. Anasının yanıqlı  səsi onu yerindən qopardı, özünü qapıya 
çırpdı. Qapı bağlı idi açılmadı. Amma qapıya çırpılan zərbəni çöldə eşitdilər və qapını açdılar. Nisə 
balasını  bağrına basdı. Qızın şok vəziyyətində olduğunu görüb kəndin həkimini çağırdılar. Həkim 
qızın güclü sarsıntı keçirdiyini dedi. Sakitləşdirici iynə vurdu, dərman verdi. Kənd  bir-birinə heç nə 
demədən  yığışırdı bu qan çanağından. Artıq son səbirlər də tətik kimi şəkilmiş, son damla qabından 
sıçrayıb çıxmışdı. Bu qeyri-bərabər doyüşdə artıq qan tökülməməsi üçün çıxmaq məsləhətdi. 
Cavanlar ipə-sapa yatmır, silaha  sarılıb dağlara çəkilmək istəyirdilər. Hər yerdən təcrid olunmuş, 
vəhşilər əhatəsində qalmış kəndin qaynayan, coşan qanında  boğulacağını bilən yaşlılar ermənilərin 
verdiyi son fürsəti itirməmək üçün camaatı yola çıxmağa tələsdirdilər. 
Zəhra müəllimə bütün kəndin taptalanmış namusunu, sındırılmış  qeyrətini bu kənddən 
çıxarmağa qıymayaraq canına qəsd etdi. Zəhranı elə həyətlərindəcə dəfn edərək, kənddən çıxdılar. 
Yarıyuxulu Aynur atasının qucağında olanları dərk  etmədən, hara, nə üçün getdiklərini  bilmədən 
fəryad çəkir, ağlayırdı. Amma nə  eşidən vardı, nə görən. Eşitmirdilər, çünki  səsi çıxmırdı, 
görmürdülər, çünki üzünə baxmağa nə vaxt vardı, nə imkan. Kənddən çıxhaçıxda Nərimanın 
topuğunu güllə yaraladı. Kişilərdən kimsə Aynuru onun qucağından aldı, Nisə  Nərimana söykək 
durdu. Bütün gecəni dağları aşaraq yol gəldilər. Azərbaycan ərazisinə çatanda kimsədə danışacaq, 
ayaq üstə duracaq hal qalmamışdı. Deyəsən mənzil başına hamı çata bilməmişdi.  Əzizlərini, 
doğmalarını axtaran, ancaq tapmayanların  vay-şivəni bunu deyirdi. Nərimangilin və  kənddən bir 
neçə  nəfərin  1948-ci ildə deportasiya olunmuş qohumlarından Bərdə rayonunda yaşayanlar vardı. 
Bir maşın tutub Bərdəyə gəldilər. Köhnə yaralar da qövr eləmişdi. Bir neçə gün kənddən  ağlaşma  
səsi kəsmədi.  İnsan qədər zülmə tabe ikinci  bir  məxluq varmı görən? Yeni didərginlər köçəri 
quşlar kimi özlərinə yuva qurmağa başladılar. Samandan, palçıqdan köhnə  kəndin kənarında təzə 
daxmalar yaranmağa başladı. Qohum evində  nə  qədər yaşamaq olar? Atalar deyib ki, el-elə  sığar 
ev-evə  sığmaz. El yaralı didərginləri qəbul elədi, sığınacaq verdi. Zəhmətkeş  əllər burda da 
qurmağa, yaratmağa başladı. Nisənin palçıq daxmasının qapısını dərd yaman tanımışdı, əl çəkmək 
istəmirdi. Nərimanın  yarası çirk eləmişdi və  məlum oldu ki, ayağı  kəsilməlidir. Dərd gələndə 
batmanla gələr, misqalla çıxar. Ayağının birini itirən Nərimanın  dərdinin üstünə bir dərd də gəldi. 
O məşum gündən bəri  kəlmə  də danışmayan Aynurun lal  olduğunu  biləndə ata-ana  qovrula-
qovrula qaldılar. Beləcə  dərdi  işlərində  əridə-əridə yaşamağa başladılar. Qohum-qardaş  bir-
birindən uzaq düşdü. Xeyir-şər məclisləri soyuq, urvatsız olmuşdu. Nə sevincə  əvvəlkitək sevinə 
bilirdilər, nə kədərə kədərlənə bilirdilər. Günlər ötdükcə doğma yurdda keçən xoş günlər əlçatmaz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə