Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

 
27
OĞRU ELƏ BİLƏR HAMI OĞRUDUR 
 
İnsanın ömrü boyu düşündüyü, səbəbini tam anlamadığı bir çox mətləblər var. Bu mətləbləri 
sonacan dərk etməyə, anlamağa yəqin ki, bir insan ömrü bəs eləməz. Məni də çox-çox düşündürən 
belə  mətləblər bir deyil, iki deyil, bəlkə  də çoxlarından qat-qat artıqdır. Ağlım söz kəsib, özümü 
dərk edəndən bir şeyə  təəccüb edirəm. Çoxları, hətta yaxşı tanımadığım adamlar belə  mənə sirr 
verməkdən, qəlb açmaqdan çəkinmirlər. Səbəbini anlamıram. Ancaq, bundan qəribə bir fərəh və 
böyük məsuliyyət hissi duyuram. Bu sirrləri  ən böyük inci kimi qoruyuram. Mənim həyatda çox 
sevdiyim, hörmət etdiyim, özümü borclu saydığım insanlar var. Bu insanların hər biri ilə saf, 
təmənnasız, səmimi bir münasibətdə olmağa çalışıram. Nə  dərəcədə nail ola bilirəm onu deyə 
bilmərəm. Amma bir Allah şahiddir ki, buna bütün qüvvəmlə çalışıram. Xətrini çox istədiyim, gözəl 
insan kimi tanıdığım, hörmət etdiyim bir tanışım var. Onunla çox az-az görüşürük. Bəzən təsadüfən 
məclislərdə rastlaşır, bəzən də ona kitab lazım olanda kitabxanada görüşürük. Bu gənc, gözəl və 
mehriban xanımla söhbətimiz tutur. Bir dəfə onu dilxor və  pəjmürdə gördüm. Mənimlə  əvvəlki 
mehribanlıqla söhbət etsə  də  hərdən xəyala dalır, gözləri yol çəkirdi. Mən dözməyib yavaşca 
soruşdum: 
- Nə olub, Nərgiz, niyə bikefsən? 
Nərgiz üzümə baxıb kövrəldi: 
- Bu insanlar niyə belə zalım və kobud olur, görəsən? 
Mən onun əlini ovcuma alıb oxşadım: 
- Hamı bir-birinə oxşasa, dünya birrəng, həyat yeknəsəg olar axı? O da bir şey deyil. Yəqin tanrı 
ömrümüzün mənalı olması üçün hər cür insan xəlq eyləyib, atıb dünyaya. Pislər haqda düşünəndə, 
yaxşıların olduğunu unutma. Yoxsa yaşamaq çox çətin olar. 
Nərgiz dərindən ah çəkib razılaşdı: 
- Düz deyirsən bacı, gərək barışaq. 
Mən  əlavə heç nə soruşmadım, bildim ki, lazım bilsə özü danışacaq. Doğrudan da bir neçə 
saniyədən sonra özü danışmağa başladı: 
- Neçə gündən bəri özümə gələ bilmirəm, nə gecə yuxum var, nə də gündüz dincliyim. Bütün 
həyatdan, dünyadan küsgünəm. Adam deməyə, danışmağa da utanır. Bir də dediyin, qəlb açdığın 
adamlara da etibar yoxdur. Bilmirsən səni anlayacaqmı, düzgün başa düşəcəkmi? 
- Sən də ürək qızdırdığın adamla danış, dərdləş. Insan dərdini kiminləsə bölməsə, insanlıqdan 
çıxar, dönər bir dərd dağına. 
Nərgiz kövrək-kövrək: 
- Heç bilirsən başıma nə gəlib? –deyəndə mən onu qabaqladım: 
-  İş insan başına gələr də, dağ-daş başına gəlməz ki. Yavaş-yavaş, sakitcə danış, ürəyində 
saxlama. Söz ürəkdə qaldıqca böyüyür, böyüyür, ürəyi də şişirdir. Danışsan yüngülləşəcəksən. 
- Düz deyirsən, neçə gündür elə bilirəm ürəyim şişib, bu saat partlayacaq. Özün bilirsən ki, mən 
yazı-pozu adamıyam. Bunu işdə də hamı bilir deyə, bir yazı-pozu işləri olanda mənə müraciət edir, 
mənlə məsləhətləşirlər. Mən də bacardığımı heç kəsdən əsirgəmirəm. Ən çox mənə müraciət edən 
də bizim müdirdir. Uşağının inşasından tutmuş, öz çıxışlarına qədər mən yazıram.  İnsafən çox 
mədəni və alicənab insandır. Mənə  də böyük hörmətlə yanaşır, xətrimi istəyir. Bu yaxınlarda 
Respublika sarayında bir tədbirdə idim. Fasilədə foyedə müdirimlə arvadını gördüm. Səlim müəllim 
mənimlə salamlaşıb, arvadına təqdim etdi. 
- Sima, tanış ol, Nərgiz xanım mənim iş yoldaşımdır. Uşaqların inşasına kömək eliyən, sənə 
haqqında danışdığım xanım budur. 
Mən gülümsünərək Sima xanıma əl uzatdım. 
- Çox şadam tanışlığımıza - dedim. 
Sima xanım çox soyuq və əda ilə əlimi sıxıb yoldaşına sarı döndü: 
- Sən heç deməmişdin o belə cavan və gözəldir? 
Səlim müəllim qıp-qırmızı  qızararaq onun qolundan tutub uzaqlaşdırdı. Mənsə donub 
qalmışdım. Heç nə anlamırdım. Qanım elə qaralmışdı ki, tədbirdən yarımçıq çıxıb evə  gəldim. 


 
28
Yaxşı ki, sabah istirahət günü idi. Özümə gəlmək üçün mənə vaxt lazım idi. Ertəsi gün işə də dilxor 
və qanıqara gəldim. Otaqda 5 nəfər qadın otururuq. Mən hamıdan tez gəlməyə adət etmişəm. 
Tezdən otağın havasını  dəyişirəm, xidmətçi qadın silib-süpürür, mən də çay qoyub dəmləyirəm. 
Yenə bu işləri könülsüz-könülsüz görərək iş stolumun arxasına keçmişdim ki, telefon zəng çaldı. 
Telefon mənim stolumun üstündə olduğu üçün dəstəyi mən qaldırdım. Alo - dediyimi eşitdim. O 
başdan kinli, qəzəbli bir qadın səsi qulaqlarımda bomba kimi partladı: 
- Ay lotu, ay ləçər, mənim ərimlə oynaşmağın sənə baha başa gələcək. Səni anadan olduğuna 
peşiman edəcəyəm. Sən heç bilirsən kiminlə, kimin qızı ilə rastlaşmısan? Şələ-küləni yığışdır, elə 
bu gün cəhənnəm ol idarədən. Öz xoşunla getməsən, peşiman olacaqsan. –Özümə gəlməmiş dəstəyi 
atdı üstünə. Otaqdakılar təəccüblə gah mənə, gah da bir-birinə baxırdılar. Çünki deyilənləri hamı 
eşitmişdi. Həm telefonun mikrоfonu çox güclü idi, səsi yaxşı çəkirdi, həm də danışan demək olar ki, 
ən güclü səslə bağırırdı. Qadınlardan xətrini çox istədiyim və mehriban olan biri yaxınlaşıb, 
çiyinlərimi qucaqladı: 
- Qızım, özünü ələ al, bu kim idi, nə istəyirdi? 
- Bilmirəm Mehri xala, deyəsən Səlim müəllimin arvadı idi.  
Mən srağagün sarayda olan hadisəni danışdım. Hərə bir söz dedi. Biri dedi xəstədi, biri dedi 
dəlidi fikir vermə, amma mən özümə gələ bilmirdim. Həmin gün 3-4 dəfə bu zənglər təkrar olundu. 
İşin axırında Mehri xala müdirin otağına gedərək olanları anlatdı. Mən çox üzgün və bitmiş, 
tükənmiş halda evə gəldim. Üç gün işə getmədim, getmək fikrim də yox idi. 4-cü gün qapı döyüldü. 
Qapıda Səlim müəllimlə arvadını görəndə elə çaşdım ki, bilmədim neyləyim. Handan-hana Səlim 
müəllim dilləndi: 
- Nərgiz xanım, bizi içəri dəvət etməyəcəksiniz? 
Mən dilim topuq vura-vura: 
- Buyurun, buyurun, xoş gəlmişsiniz. – sözlərini deyə bildim.  
Onlar içəri keçib əyləşincə birtəhər özümü ələ aldım.  Əlim-ayağım  əsirdi, dilim-dodağım 
qurumuşdu. Səlim müəllimin işarəsi ilə Sima xanım sözə başladı: 
- Nərgiz xanım, Siz Allah məni bağışlayın, hissə qapılaraq, nahaqdan Sizi təhqir etmişəm. 
Sizdən dönə-dönə üzr istəyirəm və işə qayıtmağınızı xahiş edirəm. - Səlim müəllim söhbətə qarışdı: 
- Hamı həyatda səhv edə bilər, Nərgiz xanım, bu da Simanın səhvidir. Səhvləri bağışlamaq özü 
də böyüklükdür, insanlıqdır. Mən sizin gözəl insan olduğunuzu bilirəm və ümid edirəm ki, bizi 
bağışlayacaqsınız. 
Mən günahgarcasına cavab verdim: 
- Əstəğfürullah, Səlim müəllim, nə danışırsınız, Allah bağışlasın. Elə bir şey olmayıb, narahat 
olmağa lüzum yoxdur. 
Onlar xudahafizləşib gedəndə Səlim müəllim sabah işə çıxmağımı xahiş etdi.  
Mən səbirsizlik edib Nərgizin sözünü kəsdim: 
- Daha nəyin fikrini çəkirsən. Haqq, ədalət ki, qalib gəlib. Sənin müdirinin arvadı öz səhvini 
anlayıb, düz yola qayıdıb. Bu ki, sənin qələbəndir, daha dərd eləməyə dəyməz. 
Nərgiz ah çəkib sözünə davam elədi: 
- Məsələ bununla bitsəydi nə vardı ki? 
- Yoxsa yenə... 
- Yox, yox, insafən indi Sima xanım mənimlə çox hörmətlə, ehtiramla davranır. Problem 
başqadır. 
- Daha nə? 
- İndi işdə hiss edirəm ki, bir-iki nəfər mənə birtəhər baxır, dalımca pıçıldaşırlar. Bu da məni 
pərişan edir, qəlbimi əzir. Heç nədən, heç şeydən saf adım dilə-ağıza düşdü. Bu azdır bəyəm? 
- Başa düşürəm Nərgiz, bu çətin məsələdir. Amma sənə bir bacı kimi deyirəm ki, bunu özünə 
dərd eyləyib, üzülmə. Gün gələcək ki, hər  şey öz həqiqi yerini və qiymətini alacaq. Ay doğar 
aydınlıq olar və kimin kim olduğu məlum olar. Onu da sənə deyim ki, qəlbi saf, əxlaqı  təmiz 
insanlar heç vaxt sənin haqqında pis düşünə bilməzlər. Hər bir insan başqasına öz ürəyinin gözü ilə 
baxır. Ataların bir sözünü unutma: “Oğru elə bilər hamı oğrudur, doğru elə bilər hamı doğru”. Sənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə