Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax rayon C. Cabbarlı adına Mərkəzi Kitabxana Metodiki-biblioqrafiya şöbəsi Hamı fərqlidir-hamı bərabərdir Milli azlıqların mədəniyyəti, adət-ənənəsinə həsr olunur



Yüklə 60,07 Kb.
tarix30.09.2017
ölçüsü60,07 Kb.

Qax rayon Mədəniyyət və Turizm Şöbəsi

Qax rayon C. Cabbarlı adına Mərkəzi Kitabxana

Metodiki-biblioqrafiya şöbəsi

image result for milli azlıqlar

Hamı fərqlidir-hamı bərabərdir

Milli azlıqların mədəniyyəti, adət-ənənəsinə həsr olunur.

Metodiki vəsait

Qax-2016

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. 

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:

1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.




İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2016-cı il.
AZƏRBAYCAN RESPUBLiKASINDA MƏDƏNİ MÜXTƏLİFLİK

Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”.



Heydər Əliyev, ümummilli lider

Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid bir ailənin üzvləri kimi yaşayırlar. Milli azlıqların qorunması Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin ən əsas istiqamətlərindən biridir. Azərbaycanda digər xalqların və millətlərin də azad və firavan yaşaması üçün hər cür şərait yaradılmışdır və bu siyasət bundan sonra da davam etdiriləcəkdir”.



İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bu torpaq bəşəriyyətin bütün inkişaf dövrlərində öz tarixini qoruyub və yaşada bilib. Bugünkü bəşər mədəniyyətinin tərəqqisində doğma yurdumuzun öz yeri, öz payı var. Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələrini, milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürüblər.
Qədim odlar diyarının etnoqrafik baxımdan zəngin rayonlarından biri də ecazkar təbiətə malik olan Qax rayonudur. Qax rayonu öz qədim tarixi abidələri, yaşayış məskənləri ilə yanaşı, ərazisində yaşayan azsaylı xalq, milli azlıq və etnik qrupların zənginliyi ilə də seçilir. Rayonda 20-yə qədər milli azlığın və azsaylı xalqın nümayəndəsi mehriban qonşuluqda yaşamaqdadır. Avarların, ləzgilərin, ingiloyların, gürcülərin və digər xalqların bir çox adət-ənənələri əsrlərin süzgəcindən keçərək bir-birinə daha da yaxınlaşıb.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.



Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan Azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kürdlər, ruslar, yəhudilər və s.) təxminən 1 milyon qaçqın və məcburi köçkünün, həmçinin keçid dövrünün problemlərinin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir.

Azərbaycan Respublikasında milli azlıqların sayının, dilinin və sıx yaşayış yerlərinin struktur tərkibi

Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.

Milli azlıq

Sayı

Dili

Sıx yaşadığı ərazi

Ləzgilər

178000

Qafqaz dillərinin Dağıstan qrupuna aid olan ləzgi dili, həmçinin Azərbaycan və rus dilləri

Azərbaycanın şimal bölgələri

Ruslar

141700

Şərqi-slavyan qrupuna aid olan rus dili

Sənaye şəhərlərində, eləcə də bir neçə kənd təsərrüfatı bölgələri

Ermənilər

120700

Hind-avropa dil ailəsinə aid olan erməni dili

Dağlıq Qarabağ, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq məlumata görə, 30 minə yaxın erməni Dağlıq Qarabağdan kənar, eləcə də Bakıda yaşayır

Talışlar

76800

Hind-avropa dil ailəsinin İran qrupuna aid olan talış dili, eləcə də Azərbaycan dili

Cənub bölgələri

Avarlar

50900

Qafqaz dillərinin Dağıstan qrupuna aid olan avar dili, eləcə də Azərbaycan dili

Şimal bölgələri

Məhsəti türkləri

43400

Azərbaycan dili

Şimal və aran bölgələr

Tatarlar

30000

Türk dil ailəsinə aid olan tatar dili, eləcə də rus dili

Azərbaycanın şəhərləri

Ukraynalılar

29000

Şərqi-Slavyan dil ailəsinə aid olan Ukrayna dili, eləcə də rus dili

Bakı

Saxurlar

15900

Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dili, eləcə də Azərbaycan dili

Zaqatala rayonu

Gürcülər

14900

Qafqaz dillərinin Kartvelian qrupuna aid olan gürcü dili

Qax rayonu

Kürdlər

13100

İran dil qrupuna aid olan kürd dili

Ermənistanla silahlı münaqişədən əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında sıx yaşamışdırlar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq, köçürülmüşdürlər.

Tatlar

10900

İran dil qrupuna aid olan tat dili

Şimal bölgələri

Yəhudilər: Avropa (Aşkenazi), dağ və gürcü yəhudilərinə bölünür

8900

Semit dil ailəsinə aid Semit qrupuna daxil olan yəhudi dili

Quba rayonu və Bakı şəhəri

Udinlər

4100

Qafqaz dil ailəsinin Dağıstan qrupuna aid olan udin dili

Şimal bölgələri


Milli azlıqların mədəni azadlığı

Azərbaycanda yaşayan milli azlıqların mədəni və təhsil haqları qorunur, inkişaf etdirilir


Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
Müstəqilliyin bərpasının ilk illərində 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında" fərman verdi. Fərmanda deyilirdi: "Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın.
Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini və onların təqribən beşdən dördü rus dilini də bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir. Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası"nın prinsiplərini daim diqqət mərkəzində saxlayır. 
Fərmanda daha sonra deyilir: "Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərin baxılmasına və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın". Fərmanda Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər Kabinetinə, nazirlik və idarələrə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət yardımının və hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə kimi tapşırılır;
- milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgünlüyünün qorunub saxlanılması və inkişaf etdirilməsi;
- milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə edilməsi;
- milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi;
- bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması;
- əhali üçün əhəmiyyətli olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması.
"Mədəniyyət haqqında" qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir. "Təhsil haqqında" qanunun 6-cı maddəsi və "Dövlət dili" haqqında qanunun 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər. "Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı" haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədi daşıyır.

Qanunvericilik

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyasının 44-cü maddəsinə əsasən, «hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz».

«Mədəniyyət» haqqında Qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir.

1992-ci il oktyabrın 7-də qəbul olunmuş «Təhsil» haqqında Qanunun 6-cı maddəsi və «Dövlət dili» haqqında Qanunu 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər.

«Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı» haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.

Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, Aparteidin qarşısının alınması və onun cəzalandırılması və Genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Avropa Şurasına üzv olmamışdan çox-çox əvvəl Avropa Şurası Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına qoşulmuşdur. Konvensiyanın 25-ci maddəsinə əsasən Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim etmişdir. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın baxılması məqsədilə xüsusi işçi qrupu tərtib etmişdi. Bu qrup Dövlət hesabatını yoxlamaq məqsədilə 2003-cü il martın 29-dan aprelin 4-ə qədər Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir.

2005-ci il dekabr ayının 19-da Bakıda ölkəmizdə Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsində əldə edilmiş nailiyyətlərin nəzərdən keçirilməsi və Məşvərətçi Komitəsinin qərarları, həmçinin Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş Qətnamənin nəticələrinin yerinə yetirilməsi üzrə atılmış addımların müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir (follow-up seminar). Seminarda Avropa Şurasından Çərçivə Konvensiyasının Məşvərətçi Komitəsinin Prezidenti Ozborn Ayde (Norveç), Milli azlıqlarla və dini qurumlarla iş üzrə Dövlət Müşaviri Hidayət Orucov, dövlət qurumları nümayəndələri və milli azlıq təmsilçiləri iştirak etmişdir.

2007-ci il yanvar ayının 10-da Azərbaycan Respublikası Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına ikinci dövrü hesabatını təqdim etmişdir. Məşvərətçi Komitə ölkə hesabatındakı, eləcə də 2007-ci il sentyabr ayının 10-14-də Bakı və Lənkərana baş tutmuş səfər zamanı əldə edilmiş məlumatlar əsasında 2008-ci ilin yanvar ayında Azərbaycana dair ikinci rəyini hazırlamışdır.

Bununla yanaşı, 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır.

Bundan savayı, ölkəmiz Avropa Şurasının “Hamı fərqlidir-hamı bərabərdir”: Müxtəliflik, insan hüquqları və iştirak üçün Avropa Gənclər Kampaniyasına qoşulmuşdur. Bununla əlaqədar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, kütləvi informasiya vasitələri və s. nümayəndələrindən ibarət Milli Kampaniya Komitəsi yaradılmışdır. Komitənin məqsədi Avropa Şurası ilə əməkdaşlıqla kampaniya çərçivəsində keçiriləcək tədbirlər planının tərtib edilməsi və həyata keçirilməsindən ibarətdir. 2006-cı il noyabr ayının 26-dan 30-dək Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi Avropa Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hamı fərqlidir-hamı bərabərdir” kampaniyası çərçivəsində təlim kursları keçirmişdir. Kurslarda Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxış edərək, gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Azərbaycan ATƏT kimi başqa beynəlxalq təşkilatlarla da milli azlıqlar məsələsində əməkdaşlıq edir. ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli azlıqların hüquqlarının qorunmasına dair vəziyyətə müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfər etmişdir.

Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər.

Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında «Birlik» cəmiyyəti, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, Kürd mədəni mərkəzi «Ronai», «Samur» ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, Tatar mədəniyyət cəmiyyəti «Turqan-tel», Tatar mədəniyyət mərkəzi «Yaşlıq», Krım tatarları cəmiyyəti «Krım», gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxa türklərinin «Vətən» cəmiyyəti, Axısxa türk qadınlarının «Sona» cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin qadın humanitar assosiasiyası, «Kapelhaus» alman mədəniyyət icması, Udin mədəniyyət mərkəzi, Polyak mədəniyyət mərkəzi «Polonia», Beynəlxalq Talış assosiasiyası «Mada», Talış assosiasiyası «Avesta», Udin mədəniyyət mərkəzi «Orain», «Buduq» mədəniyyət mərkəzi, Saxur mədəniyyət mərkəzi. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları fəaliyyət göstərir.

Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. İslam, Ortodoks və Yəhudi dini konfessiyalarını birləşdirən «Üç qardaş» təşkilatı artıq qeydiyyatdan keçmiş və hazırda ölkədə fəaliyyət göstərir. «Links» təşkilatının (Böyük Britaniya) rəhbərliyi altında milli azlıqların Resurs mərkəzi də Azərbaycanda fəaliyyət göstərir.

Milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır.

Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya məhkəməsi, Mərkəzi seçki komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi Daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır.
Nəticə

Yer kürəsində 2000-dən 4000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Dünyada bu qədər xalq, millət və etnik qrupun olması bir o qədər də psixologiya, etnomədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Bu müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, yaşadılması həm də müasir demokratik dünyada inkişafın başlıca prinsipinə və göstəricisinə çevrilmişdir. Hər hansı bir dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan xalqlara olan münasibətidir. Dünyanın əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikası da var. Bu gün Azərbaycan yerli aborigen tayfa birləşmələri və xalqlarla yanaşı öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların da doğma vətəninə çevrilmişdir. Zaqatala-Qax rayonları ərazisində yaşayan avarlar, ingiloylar, Azərbaycanın Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udilər, əsrlər boyu azərbaycanlılarla, xüsusən Quba rayonu ərazisində və Bakıda yaşayan dağ yəhudiləri, tatlar, kürdlər, talışlar bugün Azərbaycanın etnik xəritəsini çox zənginləşdirirlər. Bu Azərbaycan mədəniyyəti kimi vahid termin altında çox zəngin musiqi, folklor nümunələri, ədəbiyyat, xüsusən poeziya mövcuddur. Əgər bir tərəfdən bütün bu etnik qruplar öz dillərində olan ədəbiyyat və musiqi əsərləri yaradırlarsa, digər tərəfdən öz kiçik və gözəl mədəniyyətlərinin çalarlarını ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə çevirirlər. Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini, adət-ənənələrini, yazarlarının əsərlərini kitabxanalar da mədəni-kütləvi tədbirlər vasitəsilə təbliğ etməlidirlər.


İstifadə olunmuş mənbə:
http://anl.az/down/Azsayli_xalqlar.pdf

http://www.mfa.gov.az/content/114



http://www.facebook.com/permalink

Hazırladı: MKS-nin metodiki-biblioqrafiya şöbəsinin müdiri R. Xəlilova
: front -> files -> libraries -> 1524 -> documents
documents -> Metodiki vəsait Qax-2016
documents -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Abdulla Şaiqin anadan olmasının 135 illiyi münasibəti ilə hazırlanmış bibloqrafik icmal Abdulla Şaiq
documents -> Metodiki vəsait Qax- 2016 Torpaq-uğrunda ölən varsa vətəndir!
documents -> Metodiki vəsait Qax-2016 HƏSƏn bəy zərdabi
documents -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi mks-nin Metodiki-biblioqrafiya şöbəsi Nizami Gəncəvi – 875
documents -> Metodiki məktub Qax-2017 Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin
documents -> Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon Mərkəzi Kitabxananin metodiki-biblioqrafiya şöbəsi
documents -> Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon mks-nin metodiki-biblioqrafiya şöbəsi
documents -> Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Qax rayon mks-nin metodiki-biblioqrafiya şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə