183
ƏDALƏTƏ SƏS VЕRƏK!
Bir dəfə tеlеviziyada «Milyоnçu оlmaq istəyirsinizmi?» vеrilişi gеdirdi. Vеrilən suallardan biri
bеlə idi: «Bəhram Mansurоv hansı musiqi alətində çalırdı?» Univеrsitеt tələbəsi cavan bir оğlan bu
sualın cavabını bilmədi. Ürəyim dəhşətli dərəcədə sıxıldı. Bu nеcə оla bilərdi? Məşhur bir tarzəni
indiki cavanlarımız niyə tanımamalıdır axı? Bunun günahı kimdədir? Muğam milli
mənsubiyyətimizin pоzulmaz möhürü, mənəviy-yatımızın güzgüsüdür. Əgər muğam haqqında
bilgilərimizi itiririksə, dеməli, mənəviyyatımızı itiririk.
Bеlə ağır düşüncələrə daldığım vaxt tеlеviziyada dahi bəstəkar Ü.Hacıbəyоvun 120 illik
yubilеyinə həsr оlunmuş «Muğam» müsabiqəsinin anоnsu vеrildi. Еlə bil yaramın üstə su səpildi.
Bu müsabiqəni diqqətlə izləyirəm. Dоğrusu, «Yеni ulduz», «Azəristar» müsabiqələrinə baxanda
qısqanclıq hissi kеçirir və «Muğam» müsabiqələrinin kеçirilməməsindən çоx pərişan оlurdum.
Çоx şükür ki, bu gün muğamsеvərlərin arzusu çin оlur. Ancaq mən sоydaşlarımdan bir şеyi
təvəqqе еtmək istəyirəm. Bu gənc xanəndələrə səs vеrəndə müsəlmansayağı «bu, mənim yеrlimdi,
qоhumumdu» dеyə vеrməyin. Düzdür, bu gənclər hamısı istеdadlıdır. Amma içərilərində daha
böyük imkanlara malik оlanları var. Əslində bu gənclərin yеrini münsiflər hеyəti təyin еtməlidir.
Hər sənətin öz sərrafı var. Atalar dеyib ki, «Zər qədrini zərgər bilər». Gəlin biz muğam bilicilərinin,
bu sənətdə saç ağardıb, can qоyanların bəyəndiklərinə səs vеrək. Vətənin, millətin xətrinə.
Qоhumluğun, yеrliliyin xətrinə yоx. Hеç оlmasa dahi Üzеyirin ruhuna hörmət еdək, şəxsi
hisslərdən uzaqlaşaraq haqqa, ədalətə səs vеrək. Bu gənclər gələcəyin оpеra müğənnisi, ulu
muğamatın yaşadıcısı və yеni nəsillərə ötürücüsüdürlər. Bеlə vaxtda, bеlə məqamda yanılmaq
gələcəyimizə xəyanət оlar.
«Qarabağ» qəzеti, 15-28 dеkabr 2005-ci il
SЕÇİCİLƏRİ UNUTMAYIN
Bu dünyada hər kəs bir ümidlə yaşayır. Bəzi hərəkətləri bu ümidin diqtəsi ilə edir, bir çox
qərarları da elə ümidin diqtəsi ilə veririk. Milli məclisə bu ilin noyabrında keçirilən seçkilər
ərəfəsində buna bir daha əmin oldum. Bütün ömrü, həyatı problemlər içində əriyən bir çöx
insanlar seçəcəkləri deputatın dərdlərinə dərman olacağına ümid edərək seçkiyə gəldilər və
səs verdilər. Ümidlərinin doğrulacağını inamla da gözləyirlər. Görəsən, bu deputatlardan
neçəsi mandatını alan kimi xoş vədlər, böyük ümidlər verdiyi seçiciləri ilə görüşdü, heç
olmasa onlara təşəkkürünü, minnətdarlığını bildirdi?
Mən beləsini tanıyıram və belə bir görüşün şahidiyəm. Dekabr ayının 15-də Azərbaycan Milli
Akademik Dram Teatrında millət vəkili, yazıçı Hüseynbala Mirələmov öz seçiciləri ilə görüş
keçirdi. Xətai rayon 33 saylı seçki dairəsinin seçiciləri öz deputatlarının görüşünə gül-çiçəklə və bu
çiçəklər qədər də tər, gözəl arzularla, ümidlərlə gəlmişdilər. Hədsiz dərəcədə sadə və mehriban,
sadəliyi qədər də böyük ürəyə, qəlbə malik Hüseynbala müəllim öz seçicilərini hərarətlə salamladı,
ona dəstək olduqları, inandıqları üçün təşəkkürlərini bildirdi, bu etimadı doğruldacağına söz verdi.
Bu sözə hamı kimi, mən də inandım. Çünki insanlarda ən çox dəyər verdiyim səmimiyyəti duymaq
qabiliyyətim güclüdür. O bu görüşə hörmətli alimimiz, professor Bəkir Nəbiyevin dediyi kimi
əliboş gəlməmişdi. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnələşdirdiyi «Ləyaqət»
adlı ikihissəli dramının tamaşası ilə gəlmişdi. Əsər faşist Almaniyası üzərində qələbənin 60 illiyinə
həsr olunub. Mövzu köhnə və işlənmiş olsa da, yeni və aktual səsləndi. Çünki zalda əyləşən
tamaşaçılar ondan da dəhşətli bir müharibənin şahidləri, bu ağrıları yaşayanlar idi. Onların göz
yaşları buna əyani sübut idi. Adından da göründüyü kimi əsər çox vacib, incə və həssas bir məqama
toxunur, onun mahiyyətini açmağa çalışır. Ləyaqət hissi insanı şəxsiyyət kimi tanıdan və sevdirən
ən ümdə xüsusiyyətdir. İstər qadın olsun, istər kişi. Ləyaqət hissi olmayan insandan yaxşı nəsə
184
gözləmək olmaz. Hüseynbala müəllim bu əsərində İkinci Dünya müharibəsinin ağır illərində hər cür
sınağa, məşəqqətə dözmüş, lakin ləyaqətini itirməmiş, mənliyini, qürurunu mərdliklə qoruyub-
saxlamış Azərbaycan qadınının ümumiləşmiş obrazını yaradıb. Əsərin ideyası bu günlə çox səsləşir.
Çünki Nahidə kimi torpaq, yurd həsrəti ilə saç ağardan, ər, oğul, qardaş itgisindən qəddi əyilmiş,
lakin ləyaqətini, qürurunu itirməmiş qadınlarımızla yanaşı, səhnədə soyunmaqla məşhurlaşan, milli
mentalitetimizə ləkə gətirən qadınlarımız da var. Cəmiyyət bunları rədd etmək əvəzinə alqışlayır.
Çox qəribədir ki, belə mənəviyyatsızlığı reklam edən televiziya da özümüzündür. Hər şeyi itirib
tapmaq olar, təkcə mənəviyyatdan başqa. Mənəviyyatını itirmiş xalqa nə torpaq lazımdır, nə də
vətən.
Əsərin ideyasının, məzmununun lazımi səviyyədə açılmasında, tamaşaçıya təlqin olunmasında
yaradıcı heyətin -aktyor truppasının da böyük rolu oldu. Bu mənada Lənkəran Dövlət Dram
Teatrının kollektivinə aldıqları alqışlar ana südü kimi halal idi. Çox təbii, canlı və səmimi oynadılar.
Əslində bu oynamaqdan çox o öbrazın həyatını yaşamaq idi. Hər bir aktyor ifa etdiyi obrazın
taleyini, həyatını yaşayırdı. Yaşamasaydı, belə təsir bağışlamazdı. Əyalət teatrı olsa da, məncə
lənkəranlılar hər hansı bir teatrla yarışa girə biləcək səviyyədədirlər.
Bəlkə də Azərbaycan Milli Akademik Dram Teatrının tamaşa zalı son illərdə bu qədər tamaşaçı
görməmişdi. Bu möhtəşəm sənət məbədi də iştirakçılar qədər xoşbəxt idi. Teatr insan xarakterini,
dünyagörüşünü, intellektini formalaşdıran bir məktəbdir. Onun inkişafı cəmiyyətin inkişafına
bilavasitə təsir edir. Bunu heç vaxt unutmaq olmaz.
Mən yazıçı-publisist, millət vəkili və hər şeydən öncə xeyirxah, nəcib insan Hüseynbala
Mirələmovu yaradıcı-lığında və həyatında qazandığı bütün uğurlarına görə səmimi qəlbdən təbrik
edir, ömür yolunda yeni-yeni nailiyyətlər arzulayıram. Lənkəran Dövlət Dram Teatrının
kollektivinə də müqəddəs sənət yolunda yaşıl işıq və bol-bol tamaşaçı alqışı diləyirəm. Deputat
mandatı almış hər bir millət vəkilindən də hərdənbir öz seçicilərini yada salmağı, dərman ola
bilməsələr də, dərdlərindən halı olmağı təvəqqe edirəm. Axı, hər kəsin heç olmasa dərdini
danışmağa, bölüşməyə ehtiyacı var. Bu ehtiyacı ödəmək də insanlıqdandır.
«Qarabağ» qəzеti, 28 dеkabr 2005-ci il
BU KİTAB AZƏRBAYCAN XALQININ
VİZİT KARTİDİR
Bəzən günlərin adiliyi, yeknəsəqliyi insanı bezdirir, usandırır. Bu boşluğu doldurmaq,
mənasızlığı itirmək üçün daim yeniliyə, dəyişikliyə can atırıq. İnsan ağlı kəsib, dünyanı dərk
edəndən ta ölənəcən nəsə öyrənməyə, yeni-yeni məlumatlar almağa can atır. Belə
məlumatların ilkin və dəqiq mənbəyi isə kitabxanalardır. Kitabxana hər bir millətin
intellektinin bünövrəsi, özülüdür. İnsanların illərlə yaratdıqları, qazandıqları təcrübə və
biliklər məhz kitabxanalarda toplanır, qorunur və gələcək nəsillərə çatdırılır.
Kitabxanaların dəyərini, əhəmiyyətini dərk edən hər bir müəllif kitablarının oxucuya
çatdırılmasında maraqlıdır və əksər halda özləri öz əlləri ilə təqdim edirlər. Bu gözəl ənənənin
əsasını mərhum prezidentimiz H.Əliyev cənabları qoymuşdur. İlk dəfə kitabxanamıza gələrək öz
şəxsi kitabxanasından kitablar və yeni kitabların alınması üçün maddi vəsait hədiyyə etmişdir.
Prezidentliyi dövründə 4 dəfə Milli Kitabxanada olmuş H.Əliyevin bu təşəbbüsünə qoşulanların
sayı get-gedə artır.
Yazıçının birinci müəllimi oxuçu, yaxın dostu isə kitabxanaçıdır. Çünki onun əsərinin taleyi
müəyyən mənada kitabxanaçıdan asılıdır. Kitabın çapına qədərki taleyi müəllifdən asılıdirsa,
sonrakı taleyi kitabxanaçının əlindədir. Oxucuya təbliği, çatdırılması, hətta sevdirilməsində də
kitabxanaçının rolu böyükdür. Ona görə də hər bir müəllif işıq üzü görən kitablarının ilkin olaraq
kitabxanada oxucular arasında təqdimatını görmək arzusuyla M.F.Axundov adına Azərbaycan Milli
185
Kitabxanasına üz tuturlar. Kitabxana rəhbərliyi və kollektivi hər bir müəllifin arzusuna diqqətlə
yanaşır, onun reallaşması üçün əlindən gələni edir. Kitabxanamızın həyatında belə tədbirlər saysız-
hesabsızdır. Bu günlərdə, dekabr ayının 22-də oxuculara daha bir kitabın təqdimetmə mərasimi
keçirildi. Bu tədbirin özəlliyi onda idi ki, təqdim olunan kitab Azərbaycan xalqının yetişdirdiyi dahi
şəxsiyyət, kitaba, kitabxanalara yüksək qiymət verən, millətin atası Heydər Əliyev haqqında idi.
Məşhur Nitşe deyib: «Bəşəriyyətin mövcudluğunun hər hansı bir mənası və dəyəri varsa, o da
dahilər yetişdirməkdir». Bu mənada Azərbaycan xalqının həyatı bəşər tarixində önəmli yer tutur.
Hər birimiz bununla fəxr etməli, dahilərimizi özümüz də qiymətləndirməyi bacarmalıyıq. Bu işin
məsuliyyəti ilk növbədə yaradıcı ziyalılarımızın üzərinə düşür. Böyük şəxsiyyətlərimizi həm
özümüzə, həm də dünyaya tanıtmaq vəzifəsi nə qədər şərəflidirsə, o qədər də çətindir. Belə şərəfli
və çətin işin öhdəsindən ləyaqətlə gəlmiş ziyalılarımızdan biri yazıçı-publisist Hüseynbala
Mirələmovun rusiyalı həmkarı Viktor Andriyanovla birgə yazdıqları «Görkəmli adamların
həyatı» seriyasından «Molodaya qvardiya» nəşriyyatında çap olunmuş «Heydər Əliyev» kitabının
təqdimetmə mərasimində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Mədəniyyət
Nazirinin müavini Sevda Məmmədəliyeva və başqa millət vəkilləri, Rusiyanın Azərbaycandakı
səfiri ilə bərabər yaradıcı ziyalılar, oxucular da iştirak edirdilər.
Mərasimi giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bütün qonaqları
salamladı, belə bir kitabın bu kitabxanada təqdimatından şərəf və məmnunluq duyduğunu dedi.
Kitabın məzmunu, mahiyyəti, əhəmiyyəti haqda «Azərbaycan» jurnalının şöbə müdiri Əsəd
Cahangirov məlumat verdi. Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva millət
vəkillərini və qonaqları bu elm, sənət məbədində gördüyündən məmnun olduğunu və müəlliflərə
böyük şəxsiyyətin həyatını işıqlandırdıqları üçün təşəkkürünü bildirdi. Milli Məclis sədrinin
birinci müavini Ziyafət Əsgərov bu dünya əhəmiyyətli kitabın belə bir möhtəşəm elm məbədində
keçirilməsinin əhəmiyyətini vurğuladı. Millət vəkili Nizami Cəfərovun bir sözünü bütün xalqa
dəyərli bir mesaj kimi qəbul etdim. O dedi ki, xalqın yetişdirdiyi bir dahi haqqında müəlliflər gözəl
bir əsər ərsəyə gətiriblər və onu hamı oxumalıdır. Əgər xalq oxumasa, bu, xalqın öz günahıdır,
müəlliflərin deyil. Yəqin ki, bu sözdən hər kəs dəyərli nəticə çıxaracaq. Millət vəkillərindən
Xanhüseyn Kazımlı, Elmira Axundova, Eldar İbrahimov kitab haqqında fikirlərini söylədilər,
müəlliflərə uğurlar dilədilər. Millət vəkili Həvva Məmmədova bütün qarabağlılar adından bu
dəyərli kitab və Hüseynbala müəllimin Qarabağ ağrılarına yaradıcılığında ayırdığı əsas yer üçün
təşəkkürünü bildirdi. «Gənclik» nəşriyyatının direktoru Əlican Əliyev, Xətai rayon rus
icmasınm sədri Qalina Yakovlevna, K.Yarməmmədova da dəyərli fikirlər söylədilər. Uzun
müddət H.Əliyevin rəhbərliyi dövründə işləmiş, onunla dəfələrlə təmasda olmuş müharibə
veteranı İ.Tretyakovun çıxışı da təsirli idi, iştirakçıları kövrəltdi də. O böyük insan haqqında
söylənən hər xatirə, hər söz müəlliflərdə diqqət yaradırdı və məlum oldu ki, yaxın müddətdə kitabın
yenidən işlənmiş və təkmilləşmiş variantı işıq üzü görəcəkdir.
Hüseynbala müəllim oxuculara bu kitabın əcnəbi dillərə tərcümə olunacağını və ingilis dilində
variantının artıq hazır olduğunu elan etdi. Bütün iştirakçılar və çıxışçılar ölkəmizin qonağı,
xalqımızın yaxın dostu Viktor Andriyanovu əsil azərbaycanlılara məxsus qonaqpərvərliklə
salamladılar və iltifat göstərdilər. V.Andriyanov bu münasibətdən və ünsiyyətdən həyəcanlandığını,
xoş hisslər yaşadığını bildirərək təşəkkür etdi. Bundan sonra da Azərbaycan, azərbaycanlılar
haqqında həqiqəti yazacağına, bu həqiqətin qələbəsi uğrunda mübarizə aparacağına söz verdi. Onun
qəlbindəki bu Azərbaycan sevgisini yaradan isə sözsüz ki, həmyerlimiz, gözəl ürək, ipək xasiyyət
yiyəsi Hüseynbala müəllimdir. V.Andriyanov Azərbaycan xalqını məhz yaxşı tanıdığı Hüseynbala
müəllimin şəxsində sevib. Hər bir azərbaycanlı bilməlidir ki, Azərbaycandan kənarda, qeyri-
millətlər arasında o, Azərbaycandır, bütün millətin təmsilçisidir. Bu obrazı elə yaratmalıdır ki,
sevilsin və millətə dost qazandırsın. Vətən, xalq uğrunda mübarizənin əsas silahı sevgi olmalıdır.
İnsan sevdiyinə bəd gözlə baxa bilməz, əl qaldıra bilməz. Özümüzü sevdirməyi bacarmalıyıq.
H.Mirələmov özünəməxsus sadəlik və təvazökarlıqla bu tədbirin hazırlanmasında əməyi olan hər
kəsə və qonaqlara təşəkkürünü bildirdi. Özünə və yaradıcılığına olan bu məhəbbət və etimadı
doğruldacağına, daha məhsuldar və ürəklə yazıb-yaradacağına söz verdi. Bütün çıxışçıların
186
vurğuladığı - «Bu kitab Azərbaycan xalqınm vizit kartıdır» - fikrinin məsuliyyətini daşımaq
şərəfini duyduğunu qeyd etdi, xalqının, vətəninin qarşısında bundan sonra da müsəlləh əsgər
olacağına söz verdi.
Bu günün, indi yarananların əsil mahiyyətini, əhəmiyyətini olduğu kimi dərk edib anlamaq bu
gün yaşayanların işi deyil. Zaman öz qəhrəmanını sevmir, qiymətləndirə bilmir. Bu vəzifə başqa
zamanın, yəni gələcək zamanındır. Dəyərli qiymət alanların siyahısında Hüseynbala müəllimin adı
mütləq olacaq. Əsil qəhrəmanlıq isə budur. Və bir də heç olmasa bir gün heç kəsin qəlbinə
dəymədən yaşamaqdır.
Tədbirdə «Müdrik insan, dahi şəxsiyyət» adlı kitab sərgisi də nümayiş olundu. Burda H.Əliyev
haqqında Azərbaycan, rus, ingilis dillərində Bakıda, Moskvada, Donetskdə, Novosibirskdə çap
olunmuş kitablarla yanaşı, V.Andriyanov və H.Mirələ-movun da kitabları nümayiş olundu.
Mərasimlə sərginin ideyası, məzmunu bir-birini tamamlayırdı.
Mən bütün kitabxanaçılar və oxucular adından gözəl ürək, iti ağıl, məhsuldar qələm
sahibi oian Hüseynbala müəllimə və rus mədəniyyətinin, ziyalılığının ən yaxşı
tərənnümçülərindən olan V.Andriyanova bu müqəddəs və şərəfli vəzifənin öhdəsindən
layiqincə gəldiklərinə görə minnətdarlığımı bildirir, yeni-yeni yaradıcılıq uğurları
arzulayıram.
«Qarabağ» qəzеti, 28 dеkabr 2005-ci il
Document Outline -
-
-
- TƏNHA ULDUZ
- TANRIM QALDIR GÖYƏ MƏNİ
-
- KÜSÜB GЕDƏRDİM
- MƏNİMÇÜN YAŞAYIN
-
- DÜNYA, MƏNİM ОL!
- YADDAŞIM ÇƏÇƏKLƏYƏCƏK
-
- SЕVƏCƏYƏM BU DÜNYANI
- BU NЕCƏ HİKMƏTDİR
-
-
- ŞЕRİN YAŞADACAQ
-
-
- DЕMƏ
- SЕVƏNLƏRƏ DƏYMƏYƏK
-
-
- PЕŞİMANAM
-
Dostları ilə paylaş: |