6
Etiqadların dəyişdirilməsinə mane olmaq düşmən nüfuzu ilə
mübarizədə ruhanilərin işidir ........................................................... 129
İmanı gücləndirmək, agahlıq, düşmənin tərpənişinə iti baxış düşmən
nüfuzu ilə mübarizə yoludur ............................................................ 132
İslam şəriətinə bağlılıq düşmən nüfuzuna mane olur ....................... 133
İslamda düşmən nüfuzu ilə mübarizə yollarından biri Həccdir ........ 137
İzzət düşmən nüfuzuna mane olur .................................................... 138
İstiqlal düşmən nüfuzu qarşısında səddir ......................................... 140
Cihad və şəhadət dəyərlərinin qorunması düşmən nüfuzu ilə mübarizə
yollarındandır ................................................................................... 143
İslam vəhdəti düşmən nüfuzu ilə mübarizədə bir yoldur ................. 143
İmamın rəhbərliyi altında xalqın meydanda birliyi düşmən nüfuzuna
mane oldu ......................................................................................... 146
Düşmən nüfuzu ilə mübarizə yollarından biri qanundur .................. 148
Hərtərəfli iqtidar düşmən nüfuzu ilə mübarizə yoludur ................... 150
Düşmən nüfuzuna qarşı ən yaxşı yol hazırlığı bəyan etməkdir ........ 152
Nüfuza qarşı elm və araşdırma yolu ................................................. 154
Tələbə cəmiyyətləri düşmən nüfuzuna diqqətli olsun ...................... 155
Gənclərin ayıqlığı düşmən nüfuzu qarşısında səddir ........................ 159
Düşmən nüfuzu ilə mübarizədə bəsic - könüllülər mühüm amildir . 161
7
Müqəddimə
Rəhbər Ayətullah Xameneinin buyuruqları əsasında
hazırlanmış “Düşmən nüfuzu” kitabı gözəl tərtib
olunmuşdur. Kitabda imkan həddində araşdırma və
tərtibatla, bəyanatlar arasında əlaqələrin tapılması ilə
düşmən nüfuzu və onun məqsədləri xəbərdarlıqedici və
bəsirətverici səviyyədə qələmə alınıb.
Şübhəsiz ki, düşmən fəaliyyətlərindən yaranan
təhlükələrin aradan qaldırılmasında bəsirət, düşməndən və
onun məqsədlərindən xəbərdarlıq əsas işlərdəndir. Qurani-
Kərimin iki ayəsi diqqətimizi lazımi həddə düşmən
nüfuzuna yönəldir. Nisa surəsinin 102-ci ayəsində
buyurulur ki, küfrə uğrayanlar sizin silahlarınızdan və
olanlarınızdan qəflətdə qalmağınızı istərlər; bununla da
sizə birdəfəyə hücum etsinlər. Ənfal surəsinin 60-cı
ayəsində deyilir ki, düşmənə qarşı bacardığınız tədarükü
görün; bu hazırlığınızla düşməni qorxudacaqsınız...
Buyurulur ki, qəflətdə qalsanız, gözünüzü açanda
görəcəksiniz ki, düşüncənizin dərinliyinədək nüfuz
ediblər, inanclarınızı, düşüncə əsaslarınızı dəyişməklə sizi
özlərinə əsirə çeviriblər...
Cənab Rəhbərin ardıcıl və zamanında göstərişlərinə
şükür edib, bu göstərişlərdən İmamın zühuruna qədər
faydalanmaq ümidi ilə!
Dua istəyi ilə Mehdi Taib
8
Ön söz
Mühüm nüfuz
1
layihəsi insanın yaranışına, onun ilkin
tarixinə gedib çıxır. Allah-Taala insanı yaradanda onun
üçün müəyyən etiqadlar, dəyərlər müəyyənləşdirdi.
Buyurdu ki, insanın kamillik və qurtuluş yolu bu etiqadlar
və dəyərlərdən keçir. Əgər insan bu mühüm vəzifələrə
əməl etməsə onun aqibəti cəhənnəmdir. Bu səbəbdən
insanın qurtuluşuna düşmən olan şeytan işsiz dayanmır. O,
insanı azdırmaq üçün bütün imkanlarından istifadə edir.
Sad surəsinin 42-ci ayəsində oxuduğumuz kimi, şeytan
Allahın izzətinə and içir ki, insanları yoldan azdıracaq.
Şeytan insanı cəhənnəmlik etmək istəyirsə bunun yolu
nədir? Bunun yolu insanın etiqadlarını gizli şəkildə
dəyişməkdir. Şeytan elə bir iş görməlidir ki, insanı Allahın
təyin etdiyi vəzifələrin icrasından saxlasın. Demək, şeytan
ya insanın etiqadlarını dəyişməli, ya da bunu bacarmasa
onu etiqadlarına münasibətdə süstləşdirməlidir.
İnsanın etiqadları onun zehnində, düşüncəsindədir.
Şeytan öz məqsədlərinə çatmaq üçün insanın zehninə
nüfuz etməlidir. Yalnız bu yolla insanın etiqadını dəyişə
bilər. Qurani-Kərimin təbirincə, şeytan insana nüfuz,
sirayət etmək üçün heç nədən çəkinmir.
2
Sonra qarşısından
və arxadan, sağdan və soldan onun sorağına gəlir. Bu yolla
onu azdırmaq, doğru yoldan uzaqlaşdırmağa çalışır.
Əmirəlmöminin Əli (ə) buyurur: “Mən sizi ilahi təqvaya
çağırıram. Allah sizi bu yolla qorxutdu, sonra üzrə və
bəhanəyə yer qalmadı, xəbərdarlığı, (höccəti) qarşınızda
açdığı yolla tamamladı. Sizi əsl düşməndən həzər qılmağa
1
Sirayət, gizli müdaxilə, sıralarımıza soxulma
2
bax: Əraf surəsi, ayə 17
9
çağırdı, o düşmən gizlicə sinələrinizə nüfuz edər, gizlicə
qulağınıza söz deyər, insanı yoldan azdırar, vədlər verər,
onu arzuların qoynuna atar.”
1
Demək, nüfuz şeytanın gizli şəkildə insanın zehninə daxil
olub müqavimət layını yarması, həqiqəti batillə əvəz
etməsi, zehn və əməllərdə iş görməsidir.
Şeytanın nüfuzuna bir düşmənçilik və onunla
mübarizəyə bir zərurət kimi inanmaq istəsək, əvvəlcə
şeytanın düşmən olduğuna inanmalıyıq. Sonra onun
düşmənçilik yollarını öyrənməliyik.
Əgər Qurana müraciət etsək, Quranda 88 dəfə şeytanın
adı təkrarlanıb. 25 dəfə vurğulanıb ki, şeytan sizin
düşməninizdir.
Ümumi
şəkildə
insana
nüfuzun
komandanlığı onun əlindədir. Bu səbəbdən şeytanla
qarşılaşarkən və onunla mübarizə apararkən yüksək
səviyyədə ayıq olmaq lazımdır. Tarixə nəzər salsaq, aydın
şəkildə görərik ki, səmavi dinlər və ilahi peyğəmbərlər
daim öz ümmətlərini nüfuz və sirayət cərəyanı yaradan
düşmənlə mübarizəyə qaldırıb. Xüsusi ilə İslam dini son
ilahi din, İslam Peyğəmbəri (s) son peyğəmbər olaraq
besətin əvvəlindən düşmən nüfuzuna qarşı mübarizə
aparıb. Misal olaraq, Zirar məscidinin dağıdılması
hadisəsini yada sala bilərik. Bu hadisə düşmən nüfuzuna
bir nümunə ola bilər.
İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən öncə bu
şəhərdə Əbu Amir adlı zahid bir şəxs yaşayırdı. O
mənəviyyat məsələsində xalq arasında öncüllərdən idi.
Cahiliyyət dövründə məsihiliyə marağı ilə seçilirdi.
Nəhayət, rahiblərə qoşuldu, bir ocaq yaratdı və ətrafına
müridlər topladı.
1
Nəhcül-bəlağə, Cənab Ənsariyanın tərcüməsi, səh. 58
Dostları ilə paylaş: |