44
zaman xalqın istəyi və rəyi əsasdır ki, buna ehtiyac var.
İslamın baxışı budur. Beləcə İslam öhdəçiliyi yaranır.
İslam demokratiyası Qərb demokratiyası kimi deyil.
Qərbdə demokratik prinsiplər sadəliklə dəyişdirilə bilər.
İslam Cümhuriyyətində demokratiya dini bir vəzifədir.
Məsullar bu xüsusiyyəti qorumaq üçün dini baxımdan
məsuldurlar. Onlar Allah qarşısında cavabdehdirlər. Bu
İmam Xomeynini (r) in prinsiplərindən bir prinsipdir.
İctimai ədalətin əsası xalqın böyük hissəsinin
hüquqlarına riayət etmək, təbəqələrarası fərqi aradan
qaldırmaqdır. Bu İslamın əsas prinsiplərindəndir.
İdarəçilikdə fəsadla, korrupsiya ilə mübarizə aparmaq,
vəzifədən
sui-istifadənin
qarşısını almaq inqilabın
prinsiplərindəndir. Burada həm maliyyə, həm də siyasi
baxımdan sui-istifadə nəzərdə tutulur. Xalqa xidmət
inqilabın prinsiplərindəndir. Bütün sahələrdə ölkənin
müstəqilliyini qorumaq, düşmən nüfuzuna yol verməmək
İslam
prinsipidir.
İslam
İnqilabının
prinsipləri
dəyişməzdir. Bütün bunlar konstitusiyada öz əksini tapıb.
Əlbəttə ki, dövlətlər və məsullar müxtəlif dövrlərdə
prinsiplərin həyata keçirilməsi üçün taktikaları dəyişə
bilər. İslam İnqilabı İslamın özü kimidir. Sabit hökmlər
var, dəyişən hökmlər var. Bəzi hökmlər dəyişməzdir.
Bəziləri isə müəyyən şəraitlərdə dəyişə bilər. İnqilab da
belədir. İctihad elə bir imkandır ki, ictihad sayəsində
məsul şəxs zamanın tələbi ilə taktikanı dəyişə bilir.
Əlbəttə ki, işin icrası üçün yeni yol tapılması ictihad
sahibinin, müctəhidin işidir. İctihad mahiyyəti dində
yenilikçilik olan haram bidət deyil. İctihad və müctəhidin
işi prinsiplər əsasında yeni taktikalar seçməkdir. İctihad
həm də üsul bəhanəsi ilə bir nöqtə ətrafında fırlanmağa,
yerində saymağa qarşıdır. Digər tərəfdən ictihad bəhanəsi
45
ilə prinsiplərdə dəyişiklik aparmaq olmaz. Bu dağıdıcı
fəaliyyətdir. İmamın fəaliyyətlərində bu aydın bir xətdir.
Beləcə, üsul, prinsiplər sabitdir. Ədalət, demokratiya,
müstəqillik,
insan
haqlarının
müdafiəsi,
dünya
müsəlmanlarının himayəsi, dünyada zülmə düçar olanlara
dəstək verilməsi İslam prinsiplərindəndir. Korrupsiya ilə
mübarizə, zülmə qarşı çıxmaq, zorakılığa yox demək
dəyişməz prinsiplərdir. Amma bu prinsiplərin həyata
keçirilməsi prosesində müxtəlif yollardan istifadə oluna
bilər, taktiki gedişlər aparmaq mümkündür.
İmam Xomeyni (r) inqilabın üsullarını, çərçivələrini o
qədər dəqiq və aydın təyin edib ki, düşmən cərəyanlar onu
mədəniyyət adı altında həzm edə bilməsin. Millət
dəyişməz üsullara diqqətli olmalıdır. Bəli, dövlətlər,
parlamentlər, məhkəmələr haradasa zəiflik göstərib
inqilabın məqsədlərini həyata keçirməyə bilər. Amma bu
zəiflik işçilərə, məmurlara, icraçılara aiddir, İslama yox.
Təəssüf
ki,
düşmənlərin
zəif
nöqtələri
İslam
Respublikasına aid etməsinə uyanlar olur.
İslam nizamının möhkəm sütunları, aydın xətləri var.
İslam üsullarının, prinsiplərinin arxasında möhkəm
arqumentlər dayanır. Məsullar, qanunverici orqan,
icraedici aparat, məhkəmə orqanları öz zəifliklərini aradan
qaldırmalıdır. Bu xalqı səadətə çatdırmağın yolu
prinsiplərə, imamın göstərdiyi xətlərə riayət etməkdir.
Konstitusiyada bu xətlər öz əksini tapıb, millət bu
prinsiplərə sədaqətini dəfələrlə nümayiş etdirib. Düşmən
nüfuz yolunu bağlayan bu prinsiplərlə müxalifdir. O nüfuz
etmək üçün yollar axtarır. Xalq, xüsusi ilə məsullar ayıq
olmalıdır. Şükür ki, əziz xalqımız uzun illər boyu agahlıq
nümayiş etdirib, bu nöqtələrə diqqətli olub.
46
Düşmən bilməlidir ki, bu millətlə zor dilində danışa
bilməz, onu güc vasitəsi ilə təslim etmək mümkün deyil.
Xalqımıza aydın olan budur ki, istənilən bir xarici təsir
dünya və axirət səadəti üçün təhlükədir. Amerika bu gün
təkcə bizimlə yox, bütün dünya ilə zor dilində danışır. Öz
nüfuzunu genişləndirmək üçün müharibə ilə qorxudur.
Hansı millət və dövlət bu hədələrdən qorxub təslim olsa,
şübhəsiz öz qəbrini qazıb, öz zərərinə addım atıb.
Amerika rejimi bu gün dünya xalqları ilə, dövlətlərlə
zor dilində danışmağı öz haqqı bilir. Baxın, ərəb dövlətləri
necə təhqir olunur. Bu xalqlar daim təzyiq altındadır. Bu
yolda istədiyi vasitələrdən istifadə edir. Qəsbkar İsrail
rejimini İslam və ərəb dünyası qarşısında açıq dəstəkləyir.
Eyni zamanda öz nüfuzunu genişləndirir. Bu dünyada çox
mənfur bir hadisədir. Amerikaya nifrət hər gün
artmaqdadır. Amerika prezidenti Avropaya səfərə gedəndə
10 minlərlə insan bu səfərə etiraz olaraq aksiya keçirir. Bu
nə deməkdir? Onların öz sorğularına əsasən Amerika
dövləti dünyada ən mənfur dövlətdir. İndi aydın olub ki,
Amerikaya nifrət edən təkcə müsəlman ölkələri deyil.
Rusiyada, Avropa ölkələrində anti-Amerika ruhiyyəsi var.
Dünyada nifrət qazanmaqla nə etmək istəyirlər?
İran xalqı şəxsiyyətli bir xalqdır. Bu xalq öz müstəqillik
və ləyaqətinə dəyər verir. İran xalqı hər hansı təhqirə
dözümsüzdür. Dünyada bu xalqı təhqir etməyə heç kimin
haqqı yoxdur. Hədə-qorxu da faydasızdır. Bəli, düşmən
amansız və alçaqdır. Amerika Əfqanıstanda və dünyanın
başqa nöqtələrində göstərdi ki, heç bir insani dəyərin onun
üçün əhəmiyyəti yoxdur. Yoxsul və məzlum Əfqanıstanda
bir qrupla mübarizə adı altında meydana daxil oldular.
Axtardıqları adamları tapa bilmədilər. Amma dinc
insanların başına bomba ələdilər, onları qətliam etdilər.
Dostları ilə paylaş: |