47
Bəli, onlar qəddardırlar. Amma bu qəddarlıq onları
məqsədlərinə çatdıra bilməz. Heç şübhəsiz dünya
xalqlarının silləsini dadacaqlar.
1
Düşmə
nin
İslam
Respublikası
ideallarına
nüfuzu
qarşısında
dayanmaq
İslam Respublikasının hüquqi və rəsmi bir nizam
olması
mühüm
məsələdir.
Bu
Respublikanın
konstitusiyası, parlamenti, dövləti, seçkiləri var. Bütün
bunları qorumaq lazımdır, amma bu bəs etmir.
Hər zaman hüquqi bir qurumun daxilində həqiqi bir
qurum var. Bu gerçək bir şəxsiyyətdir. Həmin şəxsiyyəti
qorumaq lazımdır. Hüquqilik bir cisim kimidir. Hüquqilik
bir qəlib, formadır. Amma həqiqilik, mahiyyət ruh
kimidir. O hüquqi sistemin mənasını təşkil edir.
Əgər hüquqi sistemin mənası dəyişsə, forması qalsa
belə mənasızdır. Onun davamı yoxdur. O çürümüş diş
kimidir, yalnız görünüşü var. Möhkəm bir zərbə ilə
üzləşən kimi dağılacaq. Əsas hüquqi sistemin daxilindəki
həqiqətdir. Ruha bənzətdiyimiz bu həqiqət nədir? Bu
İslam Respublikasının ideallarıdır. Ədalət, insanlıq dəyəri,
dini dəyərlər, qardaşlıq və bərabərlik üçün təlaş, əxlaq,
düşmən nüfuzu qarşısında dayanmaq və bu sıradan başqa
dəyərlər hüquqi sistemin mahiyyətini təşkil edir. Əgər
İslam əxlaqından, ədalətdən uzaq olsaq, görünüşün faydası
yoxdur. Əgər ədalətə diqqətsiz qalsaq, dövlət məsullarının
insanlığı ikinci plana keçsə, İslam Respublikasının
məsulları da başqa ölkələrin məsulları kimi vəzifəyə
qazanc mənbəyi kimi baxsa, xalqa xidmət və vətən
1
İmam Xomeyninin (r) vəfat ildönümü mərasimi, 2003
48
yolunda fədakarlıq əhəmiyyətini itirsə, xəlqilik, sadə həyat
tərzi məsullar üçün yad olsa, düşmən təcavüzü qarşısında
dayanmaq
unudulsa,
beynəlxalq
siyasətdə,
siyasi
əlaqələrdə şəxsiyyət zəifliyi özünü göstərsə İslam
Respublikasının adının nə əhəmiyyəti var?! Parlament,
dövlət sözlərinə İslam sözünü artırmaqla nəyəsə nail
olmaq mümkün deyil. Əhəmiyyət kəsb edən bu
qurumlarda İslam ruhunun olmasıdır. Zahiri şüarlarla
kifayətlənməyək, mahiyyətə diqqətli olaq.
Unutmayaq ki, xarakter, mahiyyətin dəyişməsi tədrici
prosesdir. Çoxları bunu hiss etmir. Əlbəttə ki, bəzən hamı
bunu hiss edir. Amma artıq gec olur. Mahiyyət
dəyişikliyini vaxtında görmək lazımdır. Universitet,
müəllim və tələbələr daim bu məsuliyyəti öz üzərində hiss
etməlidir.
İslam Respublikası həm zahir, həm də batində İslam
olmalıdır. Sadəcə konstitusiyada, qanunlarda İslama yer
verilməsi bəs etmir. Əsas qanunda prezident, parlament
sədri, məhkəmə sistemi üçün meyarlar nəzərdə tutulması
kifayət deyil. Bütün bunlar lazımdır, amma bəs etmir.
Əsas məqsədlərdən yayınmalara diqqətli olmaq lazımdır.
Bu nöqtə xüsusi ilə İmam Xomeyni (r) dünyasını
dəyişəndən, 8 illik müharibədən sonra daha çox əhəmiyyət
kəsb edir. Ötən iki onillikdə əsas iki problemdən biri bu
olub. İslam Respublikasını əsas ruhiyyəsindən məhrum
etmək üçün çox çalışıblar.
Müxtəlif formalarda, istər siyasətdə, istər mədəniyyətdə
çox təlaşlarla rastlaşmışıq. Hətta mətbuatımızda rəsmi və
açıq şəkildə dinin siyasətdən ayrı olması ilə bağlı iddialar
səslənir. İslam Respublikasının əsası olan bir qayda, din və
siyasətin bir olması qaydası sual altına alınıb. Bundan da
yuxarı
düşmən
nüfuzu?!
İslam
Respublikasının
49
mətbuatında zalım və sərsəm Pəhləvi rejimi müdafiə
olunur. Belə bir halın qarşıya çıxmaması üçün etiqad,
düşüncə, sərhədlərini möhkəmləndirmək lazımdır. Siyasi
sədd möhkəm olmalıdır. İslam kimliyinin meyarları aydın
ortaya qoyulmalıdır. Ədalət, məsulların sadə həyat tərzi,
fədakarlıqla iş, fasiləsiz elmi fəaliyyət, biganələrin
müdaxiləsi qarşısında dayanmaq, milli haqların müdafiəsi
meyarları aydın olmalıdır. Milli haqların şücaətlə
müdafiəsi bir meyardır. Nüvə enerjisi bu sıradandır. Bizim
onlarla ehtiyacımızdan biri nüvə enerjisidir. Düşmən bu
nöqtə üzərində inad göstərirsə, millətimiz də müqavimət
ortaya qoyur. Əgər düşmən irəli gəldiyi zaman xalq,
məsullar geri çəkilsə, güzəştə getsə, bu zaman düşmən
üçün milli haqlara əl uzatmaq yolları açılacaq.
1
İslam
İnqilabı
il
ə
düşmə
nçiliyin bir s
ə
b
ə
bi
düşmə
n nüfuzu
qarşısında
dayanmaqdır
Dünya imperializminin, başda Amerika və sionist
rejimin İslam, İslam Respublikası ilə düşmənçiliyinin əsas
səbəbi dilə gətirilənlər deyil. Əsas səbəb İslam
Respublikasının kimliyi, iradəsi, təsbit və inkarıdır.
İmperializm, əsarət, millətin təhqiri rədd olunur. Siyasi
asılılığa, müdaxilələrə, sekulyar əxlaqa yox deyilir. İslam
Respublikası belə hallar qabağa gələndə inkar mövqeyi
tutub.
Başqa bir məqam təsbitdir. İslam Respublikası milli
kimliyi,
İslam dəyərlərini, dünya məzlumlarının
müdafiəsini, elm zirvələrinin fəthini təsbit edir, bu yolda
möhkəm dayanıb. Amerika və sionist şəbəkəsinin İranla
1
Elm və Texnologiya Universitetində müəllim və tələbələrlə görüş,
2009
Dostları ilə paylaş: |