50
düşmənçiliyinin əsas səbəbi budur. Əgər Amerikanın
təsirini qəbul etsək düşmənçiliklər azalacaq. Əgər
xalqımızın təhqirinə razı olsaq, milli kimliyin və milli
dəyərlərin müdafiəsindən əl çəksək heç şübhəsiz,
düşmənçilikləri azalacaq. Deyirlər İslam Respublikası
rəftarlarını dəyişsin. Amerika kimi imperialist dövlətlərin
başçıları İran haqqında danışanda deyirlər ki, biz İslam
Respublikasının ləğvini yox, rəftarlarının dəyişməsini
istəyirik. Rəftarı dəyişmək nə deməkdir? Yəni inkar
etdiklərini inkar etməsin, təsbit etdiklərinin təsbitindən əl
çəksin. İstədikləri budur.
Bu inkar və təsbit sayəsində İslam Respublikası çox
güclü təchizatlı cəbhə qarşısında dayana bilib. 8 illik
müqəddəs müdafiə dövründə Şərq, Qərb, Avropa, Nato,
bəzi ərəb ölkələri əl-ələ verdilər ki, İslam Respublikasını
səhnədən çıxarsınlar. Amma bacarmadılar. Müharibədən
sonra siyasət meydanında da eyni hadisə yaşanır. İslam
Respublikası bacardı ki, super güclərin qarşısında
müqavimət göstərsin. Nəinki geri çəkilmədik, hətta inkişaf
etdik, düşmənə zərbə endirdik.
Bu gün Amerikanın Yaxın Şərqdəki vəziyyətinə baxın.
Bugünkü vəziyyəti 15 il əvvəlki vəziyyətlə müqayisə edin.
Görün Amerika Yaxın Şərqdə hansı vəziyyətdədir.
Amerikaya nifrət hər gün artır. Fələstin məsələsində bir
şəkildə, Livan məsələsində başqa bir şəkildə, İraq və
Əfqanıstan məsələsində ayrı bir formada həmin nifrətin
artdığına
şahidik.
Amerikanın
Yaxın
Şərqdəki
layihələrində hədəf İran olub. Amma məqsədinə çata
bilməyib, zərbə alıb. İslam Respublikası yetərli həddə
müqavimət göstərib. Əlbəttə ki, çox fitnəkarlıqlar
törədiblər. İnqilabın əvvəllərində bir şəkildə, sonrakı
onilliklərdə başqa şəkildə fitnəkarlıq ediblər. Bu barədə
51
ətraflı danışmaq imkanımız yoxdur. Əziz müəllim və
tələbələrin,
universitet
cəmiyyətinin,
geniş
xalq
kütlələrinin, xüsusi ilə istedadlarımızın diqqət yetirəcəyi
məsələ budur ki, İslam Respublikası dünya güclərinin zoru
qarşısında müqavimət göstərə bilib. Onların bir məqsədi
olub, o da İslam Respublikasını məhv etmək. İslam
Respublikası isə nəinki məhv olmayıb, günbəgün
güclənib.
İqtidar, potensial imkanlar qorunmalı və inkişaf
etdirilməlidir. Mövcud müqavimət gücünü biganəliklə,
məsuliyyətsizliklə, təlaş göstərmədən qorumaq mümkün
deyil. İslam Respublikasını sözün əsl mənasında qorumaq
lazımdır. Təlaş göstərməklə bu respublikanı qoruyub
inkişaf etdirmək olar. Çalışmaqla inkişaf zirvəsinə, qarşıya
qoyulmuş ideallara çatmaq mümkündür.
1
İranın siyasi coğrafiyası dəyişib. Amma ölkəmizin
siyasi mövqeyi dəyişməzdir. İran dünyanın çox həssas
nöqtəsində yerləşir. Dünya xəritəsini qarşınıza qoysanız
bir dəfə nəzər salmaqla görəcəksiniz ki, Şərq-Qərb
rabitələri baxımından ölkəmiz necə həssas mövqedədir.
Təbii sərvətlər baxımından həssas mövqedəyik. Bir
zaman bir imperia ilə qonşu olduğumuz üçün həssas
mövqedə
idik.
Millətimizin
istedadı baxımından
mövqeyimiz həssasdır. Coğrafi, təbii, tarixi, mədəni,
iqtisadi baxımdan kompleks bir həssaslıq var. Bir zaman
Amerikanın ovucunda idik. Yüz minlərlə amerikalı
Tehranda həssas mövqe tuturdu. Bu millətin büdcəsindən
böyük maaş alırdılar. Süfrəmizdən yeyib, bizi təhqir
edirdilər. Hansı həddə təhqir olunduğumuzu bilmək üçün
1
Elm və Texnologiya Universitetinin müəllim və tələbələri ilə görüş,
2009
52
mərhum imamın 1965-ci ildə 13 noyabrdakı çıxışını
dinləyin. İmam həmin çıxışda Amerika dövləti yox,
amerikalıların vasitəsi ilə İran xalqının təhqirindən söz
açır. Təbii sərvətləri aparırdılar, əlaltılarının vasitəsi ilə
siyasətlərini məntəqəyə diktə edirdilər. Hər addımlarında
bir məqsəd izləyirdilər.
İslam İnqilabı bütün bunları onların əlindən birdəfəyə
aldı. Amerikanın vücuduna ağır zərbə vuruldu. Amerika
itirdiklərini geri qaytarmaq üçün yollar axtarışına başladı.
İstədilər öz adamlarını iş başına gətirsinlər, adı inqilabçı
olsun, batində onlara işləsin. Əslində öz hakimiyyətlərini
daha da gücləndirmək fikrinə düşdülər. İmamın güclü və
təyinedici mövqeyi olmasaydı, istəklərinə çatardılar. 1980-
cı il 13 noyabr hadisəsi də ağır zərbə oldu. İmam dağ kimi
möhkəm
dayanmışdı.
Onların
istədiyi
alınmadı,
gözlədiklərinin əksi ilə qarşılaşdılar. Nəinki inqilab
Amerika rənginə boyanmadı, Amerikanın nəzarəti altında
olmamaq ruhiyyəsi daha da gücləndi. Nəticə bu oldu ki,
Amerika rejimi həmişəlik İran xalqına düşmən kəsildi.
Amerikanın fitnəkarlıqlarından biri İraqın İrana
təcavüzə vadar edilməsi oldu. 8 illik müharibədə Amerika
bütün vücudu ilə Səddama kömək etdi. Hətta amerikalı
hərbiçilər müharibədə İraqa dəstək oldu. Bütün bunlar
tədricən üzə çıxıb. Zaman ötdükcə yeni-yeni sənədlər
ortaya çıxır, xatirələr yazılır, sirlər açılır. 1981-82-ci
illərdə iqtisadi mühasirə Amerikanın əsas cinayətlərindən
idi. Hansı sahədə inkişaf görürdülərsə həmin sahədə mane
olmağa daha çox çalışırdılar. Allahın bu haqda böyük lütfü
oldu. Amerikanın bütün fitnəkarlıqları göz qabağında puça
çıxdı.
1
1
Tələbə və məktəblilərlə görüş, 1998
Dostları ilə paylaş: |