53
H
ə
rbi qüvv
ə
l
ə
r
düşmə
n nüfuzuna diqq
ə
tli
olsun
Silahlı qüvvələr səhnədədir. Onlar bir xalq, bir
məmləkətin ətrafında divardır. Divar həmişə möhkəm
olmalıdır. Silahlı qüvvələrin öz möhkəmliyini saxlaması
zəruridir. Divar daxilində müxtəlif hadisələr baş verir,
müxtəlif şəraitlər yaranır. Kimsə yatıb, kimsə oyaqdır. Bir
qrup davalaşır, başqa biri toy mərasiminə məşğuldur.
Üçüncü bir dəstə əzadarlıq edir. Amma bütün bunlar
möhkəm divarlar içində olmalıdır. Silahlı qüvvələrə belə
bir divar kimi baxın. Bu divar yerində və möhkəm
olmalıdır. Əgər bu qüvvələr diqqətli olsalar, daim
düşmənin hərəkətlərini izləsələr, divar daxilində
təhlükəsizlik və sabitlik qorunar. Xalq yalnız təhlükəsizlik
şəraitində dünya və axirətinə çata bilər. Sabitlik yoxsa hər
hansı sahədə müvəffəqiyyət də yoxdur. Demək, silahlı
qüvvələr mövzusu diqqət kənarında saxlanılası mövzu
deyil. Buna hamı diqqət yetirməlidir. Silahlı qüvvələr özü,
dövlətlər, xalq bu məsələyə əhəmiyyət verməlidir. Divar
daxilində nə baş verirsə baş versin, divarlar yerində və
möhkəm olmalıdır. Silahlı qüvvələri bir divara bənzətdik.
Divar müxtəlif mənalar daşıya bilər. Siz özünüz
divarsınız. Ordu da bir növ divardır. İnqilab keşikçiləri də,
bəsic də divardır. Asayiş keşikçiləri, polisi də divar
saymaq olar. Təhlükəsizlik qüvvələri də nə mənadasa
divardır. Onların hər birinin öz vəzifəsi var.
Sadaladıqlarımın hər biri öz divar funksiyasına diqqətli
olmalıdır.
1
1
Asayiş Keşikçiləri ilə görüş, 2011
54
Silahlı Qüvvələrə düşmən nüfuzu bu qüvvələrin
müqavimətini qırmaq üçündür. Cihad inqilabi cəmiyyətin
qorunmasında mühüm amildir, cihadsız həyat yoxdur. Bir
xalqa müharibələr qəbul etdirilir. Belə müharibələrdə
özünüzü müdafiə etməyə məcbursunuz. Torpağı, milləti
qorumaq zəruridir. Biz zalım güclərin ayağı altda əzilən
məzlum xalqları da müdafiə etməliyik. Bütün bunlar İslam
cihadında nəzərdə tutulub. Cihadın həm müdafiə, həm
hücum növü var. Demək, cihad bir prinsipdir. Silahlı
Qüvvələrə hər hansı şəkildə düşmən nüfuzu cihad əsasını
süstləşdirmək məqsədini daşıyır. Bəs İslam cəmiyyəti
daxilində fəsad törədən kimdir? Düşmən gəlib ölkə
daxilində bu işi görə bilərmi? Təbii ki, yox. Düşmən ölkə
daxilində daxilən onunla eyni olan qüvvələr tapır.
Münafiqlər qrupu bir misaldır. Bəs onlara kim deməlidir
ki, dayanın, fəsada son qoyun?
Bir nöqtəyə diqqət yetirin. Daxildəki düşmən
qüvvələrdən bir qismi xariclə əlaqə saxlayır, onları
təcavüzə təhrik edir. İstəyirlər ki, ölkəmizə hücum olsun.
Müxtəlif hiylələrlə düşməni buna həvəsləndirirlər. Bunu
müharibə zamanı görmüşük. Səninlə bir cəbhədə olan şəxs
düşmənlə əlaqəyə girir, cəbhədəki vəziyyət barədə
məlumat ötürür. Cəbhədə nə baş verirsə düşmən bundan
xəbər tutur. Tehranın bombalanmasını yada salaq.
Tehranın harasınasa mərmi düşürdü. Amma bomba atan
düşmən hansı nöqtəni vurduğunu bilmirdi. Bunu
Tehrandan onlara çatdırırdılar, Tehranda vurulan hansı
nöqtədir. Beləcə düşmən öz zərbələrini korrektə edir,
dəqiqləşdirirdi. Mən özüm cəbhədə olanda bunu
görmüşəm. Əhvazda münafiqlər bu işi görürdülər. Amma
maraqlı nöqtə budur ki, bəzən onların öz aralarında
mübahisəyə şahid olursan. Bir düşmən o biri düşmənə,
55
yəni öz əqidə yoldaşına deyir ki, nə üçün aranı
qarışdırırsan? Nə üçün elə bir iş görürsən ki, düşmən
bizim ölkəmizə sahib olsun? Hər ikisi münafiqdir, hər ikisi
düşməndir, amma aralarında fikir ayrılığı var. Qurani-
Kərimin Həşr surəsinin 14-cü ayəsində buyurulur ki,
onları bir görərsən, hansı ki, qəlbləri ayrıdır. Yəni
aralarında ixtilaf var. Bu gün İslama qarşı dayananlar
siyasətçi və ya incəsənət adamı olmasından asılı
olmayaraq bir cəbhədədirlər. Amma aralarında ixtilaf var.
Bəqərə surəsinin 11-ci ayəsində buyurulur ki, onlara yer
üzündə fəsad törətməyin deyiləndə, cavab verərlər ki, biz
yalnız islah edirik. Onların arasında kimsə dağıdıcılığa
etiraz edə bilər. Öz cəbhə yoldaşına etiraz edər ki, nə üçün
düşmənə kömək edirsən, təxribat törədirsən, aranı
qarışdırırsan? Münafiqlərlə hər hansı şəkildə rabitəsi olan
mömin onların ixtilaflarına diqqət edib kimliklərini tanıya
bilər. Bəli, bir şəxs düşmən olmadığını, əslində islahat
aparmaq istədiyini deyir. Bu adamla ünsiyyətdə olduqda
onun əsil mövqeyini görürsən. Münafiqlərlə ünsiyyətdə
olduqda sözdə islahatçı olduğunu deyənlərin əməldə
təxribat törətdiyinə şahid oluruq. Heç bir söz əməli
pərdələyə bilməz. Onların hərəkətlərini izlədikdə görürsən
ki, münafiqdir, həqiqi mömin deyil.
1
Bəli,
millət
və
ölkənin
əhatəsindəki divarları
süstləşdirməyə qoymamalıyıq. Silahlı qüvvələr belə bir
divardır. Əvvəla silahlı qüvvələr təhlükəni ciddi saysın,
hərbi qüvvələr siyasi qüvvələr kimi hesabat apara bilməz.
Siyasilər deyir ki, düşmənin hücum ehtimalı azdır.
Məsələn iyirmi faizdir. Hərbiçi deməlidir ki, düşmənin
1
Quran sinfində bəyanat, 1992
Dostları ilə paylaş: |