41
adamı görənlər İslama hansı münasibətdə olmalıdır?!
İslam düşmənləri proqram cızıb. Bütün bu hadisələr
birdən-birə səhnəyə gəlməyib. Baş verən hadisələr uzun
illər boyu planlaşdırılıb, bu hadisələr arxasında çirkin
siyasət dayanır. Müsəlmanlar vəhdətə qarşı çıxanların,
parçalanma yaradanların cavabını verməlidir. Bu bizim
hamımızın böyük vəzifəmizdir. Bunu həm şiə, həm də
sünnü qəbul etməlidir. Şiələr və sünnülər arasında bu fikir
gücləndirilməlidir. Vəhdət məzhəblər arasında müştərək
etiqadlara önəm verməkdir. Bizim aramızda müştərək
nöqtələr çoxdur. Müştərək nöqtələrlə müqayisədə ixtilaflı
nöqtələr çox azdır.
Müştərək xüsusiyyətlərə istinad etməliyik. Bu işdə də
əsas məsuliyyət öncüllərin üzərinə düşür. İstər siyasətdə,
istər elmdə, istər dində öndə gedən istedadlar bu işi
görməlidir. Din alimləri xalqı məzhəb, firqə ixtilaflarından
çəkinməyə
təşviq
etməlidir.
Alimlər
tələbələrə
anlatmalıdır ki, bu gün İslam dünyasında ən əhəmiyyətli
məsələ vəhdətdir.
1
Bu qədər ayələri oxuyuruq, bir-birimizə xatırladırıq.
Amma qəlbimizi təsirləndirməliyik. Ali-İmran surəsinin
103-cü ayəsində buyurulur ki, hamılıqla Allahın qırılmaz
ipinə sarılın. Bu bir Quran təlimidir. Dəfələrlə
təkrarlamışıq və bir-birimizə xatırlatmışıq. Amma bu ayə
qəlbə oturmalı, həzm olmalıdır. O zaman vəhdət məsələsi
bizim üçün əsas məsələ olar. O zaman şəxsi mənafelərə
görə əzəmətli milli vəhdəti pozmarıq. Əgər Quran ayəsi
insanın qəlbinə cəzb olsa, kafirlərlə sərt, öz aramızda
mehribançılıq çətin gəlməz. Düşmənlə sərt olmaq o
1
Dövlət məsulları və İslam vəhdəti konfransının qonaqları ilə görüş,
2014
42
mənada deyil ki, düşməni məhv etmək lazımdır. Şərait bir
zaman düşmənin məhvini tələb edir, bir zaman yox.
Amma düşmənlə həmişə sərt olmaq lazımdır. Düşmən
qarşısında sədd kövrək olmamalıdır. Düşmən səddi aşa
bilməməlidir. Düşmən üçün sədd keçilməz olmalıdır. Bu
düşmənə aid idi. Bəs öz aramızda necə? Öz aramızda
mehriban olmalıyıq. Bu Quranın ikinci bir göstərişidir. Nə
üçün əməl etmirik? Problem nədədir? Problem elə əvvəl
qeyd etdiyim problemdir. Əgər qəlbimiz ilahi rəhmət
yağışına açıq olsa, qəlbimizi Qurana tapşırsaq deyiləni
qəbul etmək asan olar. Bu zaman şəxsi məqsədlər,
qərəzlər, maddi mənafelər, rəyasət istəyi, dostbazlıq Quran
tövsiyəsini unutdurmaz.
1
İslam
İnqilabı
düşmə
n nüfuzu üz
ə
rind
ə
n
x
ə
tt ç
ə
kib
İslam İnqilabı düşmənin bütün planları üzərindən xətt
çəkdi. İslam Respublikası bu mövqeyi ilə 30 ili keçib ki,
bütün dünyanı özününkü sayan imperializm qarşısında
dayanıb. Regionda Amerika hakimlik edirdi, Yaxın Şərq
amerikalıların ayağı altında tapdanırdı. İran Yaxın Şərqin
üzük qaşı, bu coğrafiyanın mərkəzidir. İran Amerikanın
təsiri altında idi. İslam İnqilabı Amerikanın imtiyazları
üzərindən xətt çəkdi. İslam Respublikası fədakarlıqla
səhnəyə gəlib şəraiti tam dəyişdi. Bu gün Yaxın Şərq
Amerikanın uğursuzluqlarına bir səhnədir. Ötən illərdə
İslam Respublikasının inkişafını əngəlləmək üçün
əllərindən gələni etdilər. Əgər düşünsəniz ki, İrana zərbə
vura bilərdilər, amma vurmayıblar, yanılırsınız. Onlar
1
Quran qariləri ilə görüş, 2010
43
bacardıqlarını ediblər. Əgər bir iş görməyiblərsə, demək
əllərindən gəlməyib. Səkkiz illik müharibəni yada salın.
Oğurluq, təcavüz, iqtisadi sanksiyalar, psixoloji müharibə,
əks təbliğat, siyasi oyunbazlıq, təxribatlardan heç zaman əl
çəkməyiblər. Amma İslam Respublikası bütün bu
fitnəkarlıqlar
qarşısında mətanətlə dayanıb. İslam
Respublikası bu ötən müddət ərzində nəinki özünü
qoruyub, hətta inkişaf edib, iqtidar sahibi olub.
1
İslam Respublikası hakimiyyəti dövründə iqtidardan
başı gicəllənən təcavüzkar qonşumuz dünya güclərinin
təşviqi ilə əziz İranı əsarət altına almaq istədi. Ölkəmizə
hücum etdi və xalqımız fədakarlıqla mübarizəyə qalxdı.
Uzun bir dövrdən sonra millətimiz ilk dəfə biganə
təcavüzkar qarşısında misilsiz müqavimət göstərib döyüş
meydanından qələbə ilə çıxdı. İnqilaba qədər, əvvəlki 200
ildə bu ölkəyə nə qədər hücum olmuşdusa məğlub
olmuşduq. Düşmən evlərimizə soxulmuşdu. İlk dəfə idi ki,
İslam və İslam İnqilabının bərəkəti sayəsində silahlı
qüvvələrimiz düşməni dizə çökürürdü. Elə bir düşmən ki,
təkcə öz gücü ilə meydana girməmişdi, dünyanın
supergücləri onu himayə edirdi. Xalqımız, silahlı
qüvvələrimiz belə bir düşmən üzərində qələbə qazandı.
Əlbəttə ki, böyük təlaşlar göstərildi, şəhidlər verildi.
2
Düşmə
n nüfuzunun
qarşısını
almaq
İslam
İnqilabının
d
əyişmə
z prinsipl
ə
rind
ə
ndir
İslam quruluşunda demokratiya dini demokratiyadır.
Yəni İslam baxışlarına əsaslanır. İslamda demokratiya
dünyadakı kimi sadəcə ictimai bir müqavilə deyil. O
1
İmam Riza (ə) hərəminin ziyarətçiləri və civarındakılarla görüş, 2000
2
Kerman ustanının asayiş keşikçiləri ilə görüş, 2006
Dostları ilə paylaş: |