35
Bizim də əl-ayağımız şikəst deyil. Çox sahələrdə
düşmənlə mübarizədə qalibik. Amma düşmən təbliğatında
məsulların
fəaliyyəti
barədə
bir
söz
deyilmir.
Təbliğatlarında
yalnız
problemləri
şişirtməklə
məşğuldurlar. Haray salırlar ki, İranda infilyasiya var,
dövlət müflis olur və sairə. Xalqın ruhiyyəsini
süstləşdirməyə çalışırlar. Xalqa aşılayırlar ki, hamı nigaran
olsun. Hansı ki, xalq dövlət və məsulların fəaliyyətindən
xəbərdar olsa nigaran qalmaz. İmam Xomeyni (r)
məsullara dəfələrlə deyirdi, biz də təkrarlayırıq ki, xalqa
öz işləri barədə məlumat versinlər. Xalq bilsin ki, siz nə iş
görürsünüz. Demək, iqtisadi problemlərimizin düşmən
tərəfindən şişirdilməsi başqa bir fitnəkarlıqdır. Digər
tərəfdən ölkədəki siyasi fəzanı qarışdırmağa səy
göstərirlər. İstəyirlər ki, xalq siyasi fəzada böhran
olduğunu düşünsün. Bir nəfərin mühakiməsini, bir neçə
nəfərin
ölüm
cəzasını
şişirtməklə siyasi fəzanı
bulaşdırmağa cəhd göstərirlər. Düşmənin siyasi fəzada
təlaşları daha çoxdur. Ara qarışanda cəmiyyət parçalanır,
hərə bir sözə tərəfdar olur. Düşmənin də arzusu budur.
Planlarında bu da var ki, xalqın zehnində məsullar
arasında ixtilaf olması fikri yaratsınlar. İndi dövlət
məsulları nə qədər desə də ki, məsullar arasında münasibət
səmimidir, həmkarlıq var, bir-birlərinə kömək edirlər,
faydası yoxdur. İnsanların təsəvvüründə bir fikir
yaradandan sonra sən nə qədər danışsan da faydası olmur.
Şayiə yayırlar ki, dövlət başçıları arasında ixtilaf var,
filankəs filankəsin müxalifidir. Bu düşmənin bir işidir.
Ölkə daxilindəki bəzi qələm adamları da düşmənin sözünü
təkrarlayır. Əslində bu onların öz sözü deyil. Bu söz
düşmən planının bir hissəsidir. Bəli, iqtisadi problemlər
var. Amma düşmən bu problemi şişirdir. Siyasətdə də bu
36
işi görür. Rəhbərlərə qarşı etimadsızlıq yaradır. Belə bir
şəraitdə məsullar öz vəzifəsini rahatlıqla həyata keçirə
bilərmi?! Təbii ki, yox. Bu zaman işlər geri qalır.
1
Düşmə
n nüfuzunun
tamamlayıcıları
Bu nüfuzu tamamlayan haşiyə işlər də var. Bəziləri
şəxsiyyətlərə, baxışlara, dəyərlərə münasibətdə şübhə
yaradır və bu düşmən nüfuzuna kömək edir. Demirəm ki,
məsələn bəsici - könüllüləri ifratçılıqda ittiham edənlər
bunu düşməncəsinə edir. Amma son nəticədə işləri
düşmənin mənafeyinə xidmət edib. Bəsici radikallıqda
ittiham edənlər düşmənin nüfuz dumanını tamamlayırlar.
Çünki bəsic düşmən qarşısında istehkamdır. Bəsic
möhkəm səddir. Bu səddi zəiflətmək olmaz.
Mən tribunası olan, auditoriyası olan hər bir şəxsə
tövsiyə edirəm ki, məmləkətin, inqilabın istehkamlarını
zəiflətməsinlər. Biri sözə başlayan kimi onu təsdiqləyib,
bəsici ifratçılıqda təqsirləndirməsinlər. Bəziləri siyasi
qanadlar mövzusunu şişirdir. Bu prinsiplərə qarşı
çıxmaqdır. İnqilabın prinsiplərini inkar etməyin. Bunlar
bir növ inqilabın aksiyomlarıdır. İmamın 20 cilddən artıq
bəyanatları var. İmam inqilabın məzhəri idi. İmam
İnqilabın sözçüsü idi. İmam inqilab gerçəkliklərini
aydınlaşdırırdı. Baxın imamın əsərlərinə, görün hansı
nöqtələr
üzərində
dayanır. İnqilabın prinsiplərini,
aksiyomlarını inkar etməyin.
Mən bəsicə böyük əhəmiyyət verirəm. Bəsic çox
mühüm, təsirli, bərəkətli və gələcəyi olan hadisədir.
Düşünürəm ki, bəsicə qarşı təxribatlar onu süstləşdirmir.
1
İmam Riza (ə) hərəminin zəvvarları və civarında olanlarla görüş,
2000
37
Bəsic günbəgün kök atır. Bir gün o zəif bir nihal idi. Bu
gün güclü gövdəsi olan ağacdır. Bundan da güclü və üstün
olacaq. Allahın fəzli ilə bu iş baş verəcək. Amma ehtiyatlı
olaq ki, bu ağaca xəstəlik düşməsin. Mən sizə müraciət
edirəm. Ehtiyatlı olun. Bəzən əllərində mişar gəlirlər və
sən onların qarşısını ala bilirsən. Bəzən isə bəla ağacın
içindən işə düşür. Buna əlac etmək çətindir.
1
Düşmə__n_nüfuzunun_h__ə__d__ə__fi_kiml__ə__rdir'>Düşmə
n nüfuzunun h
ə
d
ə
fi kiml
ə
rdir?
Düşmən kimlərə nüfuz etmək istəyir? Hamıdan öncə
ölkənin taleyi üçün qərar çıxaran rəhbərlərə. Onlar
düşmənin hədəfidir. Onlara nüfuz etməyə çalışırlar. İndi
bir şəxs desə ki, düşmən nüfuzunu ortaya atanlar bundan
siyasi məqsədlə istifadə etmək istəyir, bu iddia heç nəyi
dəyişmir, düşmən nüfuzu təhlükəli olaraq qalır. Əgər biri
siyasi məqsədlə istifadə edirsə bu səhvdir. Kimsə bu işi
gördüyünə görə düşmən nüfuzunun təhlükəsi azalmır.
2
Düşmə
n nüfuz etm
ə
kd
ə
n heç vaxt
ç
ə
kinm
ə
y
ə
c
ə
k!
Bu gün həmd olsun Allaha ki, düşmən ölkə daxilində
millətlər, məzhəb arasında ixtilaf yaratmaqdan ümidini
üzüb. Şübhəsiz ki, şeytan heç vaxt vəsvəsə yaratmaqdan
çəkinən deyil. Saffat surəsinin 40-cı ayəsində buyurulduğu
kimi hətta Allahın xalis bəndələri şeytan vəsvəsəsinə
hədəfdir. Allahın böyük peyğəmbərləri də şeytan nüfuzuna
hədəf olub. Sadəcə şeytanın onlara gücü çatmayıb. Amma
o fəaliyyətdədir. Daha demir ki, filankəs Allahın saleh
bəndəsidir, onu azdıra bilmərəm, onu rahat buraxıb gedim!
1
Bəsic dəstələri komandirləri ilə görüş, 2016
2
Bəsic dəstələri kömandanları ilə görüş, 2016
Dostları ilə paylaş: |