38
Yox, şeytan Allahın xalis bəndələrindən də əl çəkmir.
Çünki Allahın xalis bəndələri şeytanın ağzından vurur.
Quranda buyurulur ki, Allahın təqvalı bəndələri şeytan
vəsvəsəsinə düçar olduqda Allahı zikr etməklə gözləri
açılır.
1
Böyük şeytan, imperializm də belədir. Ağzından
vurulsa da çəkilib getmir. Düşünməyin ki, inqilabın
əvvəlindən dünya imperializminə dərs verdiyimiz üçün
daha bizimlə işi olmayacaq. Xeyr, böyük şeytan, yəni
Amerika və onun əlaltıları, mürtəce dövlətlər öz çirkin
siyasətlərindən, fitnəkarlıqlarından əl çəkən deyillər.
Doğma qardaşlar arasında da ixtilaf yaratmaq istəyirlər.
Din qardaşları, həmvətənlər, millətlər hədəfə alınanda
vəziyyət daha da çətinləşir. Təəssüf ki, hal-hazırda İslam
ölkələrində neft pulları hesabına İslam əleyhinə qələmlər
və dillər işləyir. Müsəlmanlar arasında təfriqə yaradır,
müsəlmanların böyük bir hissəsini İslam coğrafiyasından
çıxarırlar. Bu böyük məharətdir. İmperializmin istehsalı
olan bəzi məzhəblər müxtəlif bəhanələrlə müsəlman
aləminin böyük bir hissəsini İslam çevrəsindən çıxarırlar.
Bunu da din, tövhid şüarı altında həyata keçirirlər. Bu gün
Amerika və müttəfiqlərinin regionda əsas əli dinini satmış
din xadimləridir. Bir çox təfriqələrdə onların çirkin izini
görə bilərsiniz. Hər vəchlə müsəlmanları parçalamağa
çalışırlar. İran İslam İnqilabı vəhdət bayrağını qaldırdığı
zamandan bu cərəyan daha da güclənib. Bizim ölkəmizin
batinində də təlaşlar var. Sünni və şiələrin yaşadığı
məntəqələrdə buna cəhd olunur. Bir qrupu ixtilaf toxumu
səpməyə vadar edirlər. Bu gün millətçilik, tayfaçılıq
şüarları ilə kürd xalqının haqları uğrunda ayağa qalxanlar
1
Əraf surəsi, ayə 201
39
başqa bir şəkildə böyük şeytana muzdurluq edirlər. Onlar
da Amerikanın əlində alət olublar. Həmd olsun Allaha ki,
sizin ayıqlığınız sayəsində düşmənin planları pozulur.
Xalq ayıq olsa bu çox dəyərlidir. İmam Sadiq (ə) buyurur
ki, zamanını tanıyan insana şübhələr hücum etmir.
1
Zamanı tanımaq, düşmən fitnəkarlıqlarından xəbərdar
olmaq belə təsirlidir.
2
İslam
göst
əriş
verir ki,
düşmə
n nüfuzunun
qarşısı
alınsın
İmperialist dünya 65 ildir çalışır ki, sionist rejimin
mövcudluğunu müsəlman xalqlara qəbul etdirsin.
Müsəlmanlar rəsmi olaraq işğalçı sionist rejimi tanımağa
vadar edilirlər. Bəzi ölkələr, dövlətlər biganə dostlarının
mənafeyini milli mənafedən üstün tutaraq bu işi görməyə
hazırdırlar.
Amma
xalqlar
sionistlərin
hüzuruna
müxalifdir. 65 ildir Fələstin adını unutdurmağa çalışırlar,
amma bacarmırlar. Livanla 33 günlük müharibədə, Qəzzə
ilə 22 günlük müharibədə, növbəti dəfə Qəzzə ilə 8 günlük
müharibədə müsəlman ümmət göstərdi ki, sağdır, Amerika
və digər Qərb güclərinin kapitalları təsirsiz olub, onlar öz
kimliklərini qoruyub saxlayırlar.
Onların təlaşlarına baxmayaraq müsəlman ümmət
sionist rejimin üzünə sillə vurdu, uzun müddət sionist
rejimin təsbiti üçün çalışanların arzusu ürəyində qaldı.
İslam ümməti sübut etdi ki, Fələstin yaddan çıxmayıb. Bu
çox mühüm məsələdir. Belə bir şəraitdə düşmən İslam
ümmətinə Fələstini unutdurmaq üzərində işləyir. Hansı
yolla?
İxtilaf
yaratmaqla,
daxili
müharibələri
1
Əl-Kafi, c. 1, səh. 26
2
Cəmiyyətin müxtəlif zümrələrinin beyət mərasimi, 2000
40
qızışdırmaqla, İslam adı altında ifratçılığı işə salmaqla.
Nəticədə onların yaratdığı saxta bir qrup ümmətin
əksəriyyətini kafir sayır, təkfir edir. Təkfirçilik cərəyanı
İslam düşmənləri üçün güclü silahdır. Təkfirçilər diqqəti
sionist rejimdən yayındırır. İslam müsəlmanlardan istəyir
ki, kafirlərə qarşı sərt, öz aralarında mehriban olsunlar.
Müsəlmanlar
düşmən
qarşısında
möhkəm
sədd
olmalıdırlar. Bu Quranın qəti ayələrindəndir. Quran
möminlərə tapşırır ki, öz aranızda mehriban olun, bir olun,
əl-ələ verin, Allahın qırılmaz ipindən yapışın. İslamın
göstərişi budur. Bu zaman bir cərəyan yaradırlar,
müsəlmanların özünü müsəlman və kafir olmaqla iki
qrupa ayırırlar. Bir qrup müsəlman o biri qrup müsəlmanı
kafir adlandıraraq hədəfə alır. Beləcə müsəlmanları bir-
birinin canına salırlar. Kim şübhə edir ki, bu cərəyanları
yaradan, onlara dayaq olan, onları silahlandıran dünya
imperializmidir?! Bu iş üzərində plan cızırlar. İslam
dünyası bu məsələyə diqqətli olmalıdır, bu böyük
təhlükədir. Təəssüf ki, bəzi müsəlman dövlətləri əsas
problemdən diqqəti yayındırıb, ixtilafa gedirlər. Bilmirlər
ki, ixtilaflar elə bir od şölələndirəcək ki, bu od hamını
ağuşuna alacaq. İmperializmin istəyi budur ki, bir qrup
müsəlman başqa bir qrup müsəlmanla vuruşsun. Bu
müharibə o insanlar tərəfindən aparılır ki, imperialistlərin
əlaltılarının pulundan istifadə edirlər. Onlara silah, pul
verirlər. Bu yolla müxtəlif ölkələrdə xalqı parçalayır, bir-
birinin canına salırlar. Son illərdə bəzi müsəlman və ərəb
ölkələrində
yaranan
İslam
oyanışından
sonra
imperializmin təkfirçilik planı güclənib. Bu yolla İslam
oyanışını əngəlləməyə çalışırlar. Həm müsəlmanları
vuruşdurur, həm İslamı gözdən salırlar. Ekranda İslam
şüarı altında bir insanın ciyərini çıxarıb dişinə çəkən
Dostları ilə paylaş: |