154
milli ehtiyac idi. Əgər nüvə sənayesini bu gün işə
salmasaydıq, 10-15 il sonra millətimiz və məmləkətimizə
zərbə dəyərdi. Bu gün bir işi görürük ki, zamanı çatanda
onun bəhrəsini götürək. Bu gün başlamadığımız işdə geri
qalırıq. İkincisi, nüvə məsələsi kimi bir məsələdə düşmən
qarşısında geri çəkilmək düşməni həyasızlaşdırır. Sən geri
çəkiləndə onun tələbləri artır. Sən geri çəkiləndə o irəli
gəlir. Buna görə də İran xalqı öz mövqeyində möhkəm
dayandı, məsullarla birgə bəyan olundu ki, nüvə enerjisi
bu xalqın haqqıdır. Bizim haqqımızdır ki, bu elmə sahib
olaq, nüvə sənayesini inkişaf etdirək.
1
Nüfuza
qarşı
elm v
ə
araşdırma
yolu
Əzizlərim, bilin ki, bu məmləkəti istənilən müdaxilə,
istənilən təcavüz, istənilən mənfi təsirdən qoruya biləcək
amil dövlət quruluşunun daxilən möhkəmləndirilməsidir.
Xalqın məsullarla bağlılığı, gənclərin gələcəyə ümidi, bu
nizamı zəiflədəcək amillərin aradan qaldırılması zəruridir.
Universitetlərdə, elm mərkəzlərində, elmi araşdırmalar
gücləndirilməlidir. Bu görüşdə əziz tələbə gənclərdən biri
qeyd etdi ki, araşdırmaların sürəti azdır. Bunu tələbələrin
istəyi kimi dilə gətirdi. Bu məni sevindirir. Universitet
müəllimlərinin, alimlərin məclisində də bu məsələ yada
salınıb. Bu çox yaxşıdır ki, gənclərimiz elm və araşdırma
ardıncadır. Elmi araşdırmasız cəmiyyəti irəli aparmaq
olmaz. Bəşəriyyətin düşmənləri də elmdən faydalanır. Biz
yüksək amallar, insani dəyərlər yolunda elm və onun zati
şərəfindən faydalanmağa məcburuq. Vəhdət və rabitələr
qorunmalıdır. Başladığımız fundamental işləri davam
etməliyik.
1
Əbərkuh əhalisi ilə görüş, 2009
155
Bilin ki, düşmənin araşdırmaları və hesabatları İranda
böhran yaradılması ehtimalını istisna edir. Düşmən öz
hesabatlarında əmin olub ki, bu ölkədə böhran yarada
bilməz. Problem silahla, raketlə, bomba ilə həllini tapası
deyil. Əgər millət əl-ələ verərək möhkəm dayanıbsa,
cəmiyyətin əksəriyyətini 35 yaşdan aşağı nəsil təşkil
edirsə, millət dini dəyərlərə bağlısa, belə bir millətlə baş-
başa gəlmək, müharibə aparmaq faydasızdır. Düşmən öz
hesabatlarında buna əmin olub. Bəli, hay-küy salırlar ki,
bu milləti qorxuda bilsək, məqsədə çatarıq. Əgər bu
millətin arasında kimlərsə xəyanətə getsə, kimlərsə təslim
olsa düşmən qalib gələ bilər. Bunlar bir xəyaldır. Nə qədər
ki, millət möhkəm dayanıb, gənclər möhkəm dayanıb,
məsullar möhkəm dayanıb, cəmiyyət təhdidlər qarşısında
müqavimət göstərir, yaranmış şəraiti düzgün dəyərləndirə
bilir, öz şərəf və ləyaqətinə, müstəqilliyinə dəyər verir,
məmləkətinin müdafiəsi üçün fədakarlığa hazırdır, düşmən
də öz işini başa düşəcək. Başa düşəcək ki, bu xalqa qalib
gəlmək asan deyil.
1
T
ə
l
ə
b
ə
c
ə
miyy
ə
tl
ə
ri
düşmə
n nüfuzuna
diqq
ə
tli olsun
İslam bünövrəli tələbə cəmiyyətləri universitet
daxilində mömin birliyi zəiflədəcək rəqabətlərə yol
verməsin. Bu cəmiyyətlər bir-birinə dayaq olsun.
Demirəm ki, hamı eyni şəkildə düşünməlidir. Bu nə
mümkündür, nə də lazımdır. Amma ümumi birliyi
zəiflədəcək rəqabətlərdən çəkinmək lazımdır. Bu məsələ
sizə aydındır. 10-15 il əvvəl universitet cəmiyyətində bu
1
Şəhid Behişti Universitetinin müəllim və tələbələri ilə görüş, 2004
156
barədə xatırlatmalara ehtiyac çox idi, məsələ bugünkü
kimi aydın deyildi. Amma bu gün düşmənin tələbə
cərəyanları üzərinə sərmayə yatırdığını görürsünüz. Hər
vasitə ilə tələbə mühitini qarışdırmağa, bu fəzaya nüfuz
etməyə çalışırlar. Tələbə cəmiyyəti arasında özlərinə əsgər
axtarırlar. Bu işi müxtəlif adlarla həyata keçirirlər.
Amerika və İsrail kəşfiyyat orqanları tələbə təşkilatlarına
maliyyə yardımı göstərməyə hazırdırlar. Çünki bu
cəmiyyətlər arasında onların istəklərinə cavab verəcək
qruplar var. Universitetlərdə bu mövcuddur. Bir zaman
televizora çıxdılar, tövbə etdilər, göz yaşı axıtdılar,
dövlətdən əfv istədilər. Bu gün dünyada marksizm
düşərgəsi tam dağılandan sonra, bu yolun yanlışlığı sübuta
yetdiyi bir dövrdə onların qalıqlarını saxlamağa çalışırlar.
Çünki buna ehtiyacları var. İslam etiqadlı sağlam tələbə
hərəkatına qarşı hər yolla qüvvələr hazırlamaq istəyirlər.
Nə adla olur olsun İslama qarşı qruplar yaratmağa
hazırdırlar. Şahpərəst adı da onlar üçün qəbuldur. Sizin
məsuliyyətiniz
ağırdır, diqqətli olun. Həm dərs
oxumalısınız, həm siyasi mühitinizi tanımalısınız, həm bu
mühitə təsir göstərməlisiniz, həm özünüzü düşüncə
baxımından və ruhən hazırlamalısınız. Bu respublikanın
dayağı mənəviyyatdır. Qarşıda elə bir gün var ki, İslam
Respublikasının beynəlxalq səhnədə çəkisi 10 dəfə
bugünkündən ağır olacaq. Əmin olun ki, belə bir gün var.
Siz gənclər həmin günü görəcəksiniz. Biz olmasaq da siz
olacaqsınız. Görəcəksiniz ki, istər siyasi, istər elmi
baxımdan İslam Respublikasının çəkisi bu günlə
müqayisədə 10 qat artıb. Özünüzü həmin günə
hazırlamalısınız.
1
1
Tələbə cəmiyyəti nümayəndələri ilə görüş, 2007
157
Tələbələrə sözüm budur ki, düşmənə diqqətli olun,
düşməni yaxşı tanıyın, məbada bu işdə diqqətsizlik
göstərəsiniz. Sizin zahirinizdə aranıza daxil olan yadları
tanıyın. Gizli əlləri görün. Dünyada kimisə qəflətə,
məlumatsızlığa görə tərifləməzlər. Bir insan gözlərini
yumduğu üçün tərif olunmaz. Qafil, gözünü yummuş
insan zərbə alırsa müqəssir ilk öncə özüdür. Diqqətli olun.
Tələbə, tələbə zümrəsi dəyərli bir zümrədir. Düşmən
tələbələri hədəfə alıb. Neçə illərdir çalışırlar ki, tələbələri
dövlətə qarşı qoysunlar. Amma buna nail olmayıblar.
Bundan sonra da nail olmayacaqlar. Əgər düşmən təsiri
altında olan bir qrup bulanıq sudan balıq tutmaq istəsə,
tələbə cəmiyyətlərinə daxil olsa, şüarlar səsləndirib aranı
qarışdırmaq istəsə ümid etməsin ki, biz səhvə yol
verəcəyik. Xeyr, biz səhv etməyəcəyik. Biz düşmənimizi
yaxşı tanıyırıq. Tələbə bizim övladımızdır, bizim xalqa
məxsusdur. Tələbə bu məmləkətin sərmayəsidir. Tələbə
cəmiyyətinə nüfuz edib fəsad törətmək istəyən düşməndir.
Tələbələr
özləri
diqqət
göstərərək
vəziyyəti
dəyərləndirməlidir.
1
Gənclər, tələbələr! İslam cəmiyyəti nihalı böyük
imamın uzaqgörənliyi inqilabın ən həssas dönəmlərində
universitetlərdə kök atdı, bəhrə verdi. İllər uzunu imamın
müdrik tövsiyələri ilə bu nihal boy atdı. O zamandan
iyirmi ildən çox ötüb. Bu inqilabi və xəlqi nihalın dəyəri
yerində qalmaqdadır. Bu təşkilatların yarandığı dövrdə
olduğu kimi bu gün də universitet mühiti iman və təqva
məşəli götürənlərə ehtiyaclıdır. İslam cəmiyyətləri bu
böyük missiyanın yerinə yetirilməsində uğur qazana bilər.
Bu gün İslam Respublikası dünya birliyinin qarşısında
1
Universitet hadisəsi ilə bağlı bəyanat, 2000
158
ədalət və azadlıq bayrağı qaldırıb. Bu respublika kinli
düşmənlə üzbəüzdür. Müsəlman milləti bu dəyərlərdən
uzaqlaşdırmaq üçün minlərlə plan cızırlar. Tələbə və
gənclərimiz bir an da bu fitnəkarlıqdan qəflətdə
qalmamalıdır. Düşmənin açıq və gizli əlləri universitetlər
üçün təhlükədir və öz təxribatları üçün universitetləri ilkin
hədəf sayırlar. Bu dəyərlərə can yandıranları, xüsusi ilə
əziz tələbələri ayıq olmağa, diqqətli olmağa çağırıram.
Siyasi və ideoloji fitnəkarlıq nişanələri göz qarşısındadır.
İmanlı və agah gənclərimiz bu fitnələri bətndə boğa bilər.
Haradasa fitnə yaransa bunun qarşısını almaq lazımdır.
Böyük imam İslam cəmiyyətlərinə düşmən nüfuzu barədə
dəfələrlə xəbərdarlıq etdi. Onun dəyərli tövsiyələri bu gün
də əlimizdədir. Təşkilat üzvləri siyasi fəaliyyət kənarında
öz mənəviyyatını da gücləndirməlidir. Düşmən qarşısında
möhkəm
sədd
qurulmalıdır. Bu zaman gənclik
səmimiyyəti və saflığı özü dövrün böyük məsuliyyətlərini
öhdəyə alacaq.
1
İmkan verməyin ki, düşmən İslam cəmiyyətlərində
yuva
qursun.
Bu
nöqtəyə
çox
diqqət
yetirin.
Universitetlərdə dini fəaliyyətlərə qarşı olanlar var.
Çalışırlar ki, tələbələr İslam həqiqətləri ilə tanış olmasın,
inqilabın simasından xəbərsiz qalsın. Çalışırlar ki, Tələbə
İslam Cəmiyyətlərinə nüfuz etsinlər, aranı qarışdırsınlar.
Mən bütün əziz gənclərdən ayıqlıq umuram. Düşmənin
xəbis niyyətlərindən xəbərdar olun, bu fitnələrlə ağıl və
şücaətlə mübarizə aparın. Aydın və xoşbəxt yolunuzu
imanla davam etdirin.
2
1
İslam azad tələbə cəmiyyətlərinin illik konfransına müraciət, 2003
2
Tələbə cəmiyyətləri ilə görüş, 2001
159
G
ə
ncl
ə
rin
ayıqlığı
düşmə
n nüfuzu
qarşısında
s
ə
ddir
Xoşbəxtlikdən bu gün elm meydanı açıqdır, elm və
texnologiya sayəsində fəaliyyətlərə imkan yaradılıb.
Dövlət məsulları gənclərin daha inamla meydana daxil
olması üçün iqtisadiyyat sahəsində də onlara yol
açmalıdırlar. Bu məmləkət siz gənclərindir. Bizim nəsil
İslam və məmləkət üçün bacardığını edib. Bu gün
məmləkət siz gənclərə məxsusdur. Gənclər özünü müxtəlif
sahələrdə fəaliyyətə hazırlamalıdır. Düşmən nüfuzuna
qarşı, ideoloji təxribatlara qarşı, bədbinlik yaradanlara
qarşı mübarizə aparın. İslamı maddi və mənəvi qurtuluş
yolu kimi görün.
1
Siz gənclər ayıqlığınızı itirməməlisiniz. Öz dini və
inqilabi biliklərinizi dərinləşdirin. Bəzi hədislərdə və
dualarda nüfuza davamlı polad sipərdən danışılır.
Düşmənin
müdaxilələrinə
və
hücumlarına
qarşı
müqavimətdə iradəli olun. Öz kimliyinizi, şərəf və
ləyaqətinizi hifz edin. Sizdən sonrakı nəsillər də bu yolu
davam etdirər, pak ağac (şəcəreyi-təyibbə) kimi bu
müqəddəs cərəyan davam edər. Maarif sütunlarını
qəlbinizdə
möhkəmlədin.
Dini
biliklərinizi
dərinləşdirərkən
Şəhid
Mütəhhərinin
əsərlərindən
bəhrələnin. Bu əsərlər çox dəyərlidir. İstiqamətinizi,
şüarlarınızı
dərinləşdirin.
Şəhid
Mütəhhərinin
kitablarından
faydalanmağınız
lazımdır.
Fədakar
komandanlardan qəflətdə qalmayın. Bu haqq yolun
şəhidlərini tanıyın. Xüsusi ilə komandanlara diqqət yetirin.
Amma diqqət yetiriləsi insan təkcə onlar deyil. Mən bir
1
Qərbi Gilan əhalisi ilə görüş, 2012
160
kitab oxudum, o kitabda bəsic - könüllü qurupu
üzvlərindən yazılırdı. Müqəddəs müdafiə illərindən söhbət
gedirdi.
İmanlı, şövqlü, təsirli insanların döyüş
meydanında hüzuru çox təsirlidir. Onların bəyanatları çox
dəyərlidir. Şəhadətə çatanların nurani vəsiyyətnamələri
var. Bundan bəhrələnin. Mən özüm bu vəsiyyətnamələri
oxuyanda çox faydalanıram. Bu bəhrə yolunu üzünüzə
açın. Bu məmləkətin ümidi sizsiniz. İmanlı gənclər bu
məmləkət və bu millət üçün ümid yaradırlar. Şübhəsiz ki,
bütün bəsic - könüllülər bu qəbildəndir.
1
İslam bayrağı altında oyanış inşallah bütün regionu
xilas edəcək. Bu gün müşahidə edirik ki, İslam oyanışı
böyük Yaxın Şərq məntəqəsində günbəgün genişlənir.
Düşmən məğlubiyyət yaşayır. İslam oyanışına qarşı
düşmən nə qədər çalışdısa da bu oyanış inkişafdadır,
düşmən geri çəkilir.
2
Amma bu o demək deyil ki, düşmən nüfuz etməkdən,
fitnəkarlıqdan, aranı qarışdırmaqdan əl çəkib. Onlar
təlaşdadır fitnəkarlığını və təxribatlarını davam etdirir.
Namərd üsullara əl atır, zərbə vururlar. Buna qarşı ayıq
olmalıyıq. Mənim sizə tövsiyə etdiyim hazırlıq sırf hərbi
hazırlıq deyil. Mən mənəvi, ruhani hazırlığı nəzərdə
tuturam. Düşmənin hərbi yolla bir iş görməsi gözlənilmir.
Buna ümid etməsin. Amma ideoloji, siyasi baxımdan,
təhlükəsizlik
sahəsində
fəaliyyətləri
təhlükəlidir.
İnsanlarımızın,
cəmiyyətimizin
etiqadında
süstlük
yaratmaq vasitəsi ilə məqsədə çatmaq istəyirlər. Bu bizim
1
Fars ustanı bəsic - könüllülərlə görüş, 2009
2
Qərbi Gilan əhalisi ilə görüş, 2012
161
təhlükəsizliyimizi hədələyir. Ümumi təhlükəsizlik bütün
ölkə boyu inkişafdadır.
1
Şəkk etmirəm ki, gələcək İslama məxsusdur. Gələcək
İslamındır. Siz gənclər inşallah Allahın tövfiqi ilə o günü
görəcəksiniz ki, bütün bu məntəqədə İslam bayrağı
dalğalanır. Görəcəksiniz ki, iqtidarlı və izzətli İslam birliyi
səhnədədir.
2
Düşmə
n nüfuzu il
ə
mübariz
ə
d
ə
b
ə
sic -
könüllül
ə
r mühüm amildir
İnqilab və İslamı eşq və fədakarlıqla müdafiə edən
bəsicimiz var. Bəsic bugünkü müqavimət qərargahı gənc
və şövqlü qüvvələrdir. İslamın əvvəlindən bu günə qədər
bu gənclər misilsiz olub, heç bir dövrdə bugünkü kimi fəal
olmayıblar. Bu gənclər bir çoxları kimi eyş-işrət əyyaşlıqla
gün keçirmək əvəzinə xalqa xidməti özlərinə vəzifə
biliblər, İslamın keşiyində dayanıblar. Bu gənclər Quranla
ünsiyyətdə olan gənclərdir. Bu gənclər öz ibadətləri ilə
ata-analarını heyrətə gətirən gənclərdir. Biz hansı şəhidin
evinə qədəm qoyduqsa ata-anaları dedilər ki, biz dini bu
gənclərdən öyrəndik!
İnqilabın hünəri budur, imamın hünəri budur. Böyük
imam düşmənin fəsada çəkmək üçün üzərində 50-60 il
işlədiyi cəmiyyəti ayağa qaldırdı, onun gənclərini pak
çiçəklər kimi tərbiyə etdi. Böyük imam buyurur: Bu
fəthül-fütuhdur! Bəli, imamın fəthül-fütuhu, qələbələr
qələbəsi mömin gənclərin tərbiyəsi idi. İmam elə gənclər
tərbiyə etdi ki, dünyaya etinasızlıqla şəhadətə qucaq
1
Kürdüstan tayfa başçıları ilə görüş, 2010
2
Qərbi Gilan əhalisi ilə görüş, şəmsi 2012
162
açdılar. Tarix boyu məmləkətimizdə və ya başqa
məmləkətlərdə nə zaman belə saleh, pak gənclər olub?!
Düşmən onları görmürmü?! Düşmən bu gəncləri
inqilabın əlindən almaq istəyir. Gənclər arasında günah və
fəsadı yaymaqla plan cızır. Bu fəsad dalğasının qarşısında
kim dayanmalıdır? Bu təxribatların qarşısında kim
dayanmalıdır? Ölkədəki əlaltıları vasitəsi ilə düşmənin
həyata
keçirdiyi
fitnəkarlıqların
qarşısında
kim
dayanmalıdır? Belələri bir qrup sadəlövh insanı da öz
arxalarınca aparır. Bəsic əzəmətli bir nurdur. Bütün
bunların qarşısında bəsic dayanacaq!
Bəsic hər şəhərdə bir neçə min insan deyil. Bəsic bütün
mömin və hizbullah qüvvələrdir. İmamın “20 milyonluq
bəsic” ifadəsi bu topluma aiddir. Düşmən güman etməsin
ki, bəsic bir neçə milyondur. Məmləkətimizin bütün
mömin və hizbullah qüvvələri bəsic sayılır. Qoy düşmənin
gözü kor olsun! (İmam Həsən (ə) qərargahında bəsic günü
bəyanat, şəmsi 1379)
Dostları ilə paylaş: |