142
ardınca getməlidir. Guya belə etməsə heç vaxt inkişaf edə
bilməz. Bu tamamilə səhv fikir və səhv sözdür. Bu o
adamların sözüdür ki, xalqların müstəqilliyi onların
mənafeyinə ziddir. Zalım güclərin məqsədi budur ki,
başqa ölkələrdə öz mənafelərini təmin etsinlər. Bir millətin
milli mənafeyi ayaq altında qalsa da onlar üçün fərqi
yoxdur. Müdaxilə edirlər, hər vasitə ilə ölkədəki siyasi,
mədəni,
iqtisadi
səhnəni
öz mənafelərinə
uyğun
tənzimləyirlər. Göstəriş verirlər ki, kiminlə dostluq,
kiminlə düşmənlik etməlisən. Nefti kimə satmalısan, nə
qədər satmalısan, hansı qiymətə satmalısan. Ölkədə hansı
sahəni kimə tapşırmalısan, bunu da göstəriş verirlər. Bütün
sahələrə əl uzadırlar. Bir ölkə onlara mənafelərinə çatmaq
üçün vasitə olub. Milli mənafelər tamamilə unudulur. Ölkə
başçılarının, məsulların, məmurların məqsədi millət yox,
xarici güclərin mənafeyini təmin etmək olub. İstiqlal belə
bir gedişata ziddir və onu əngəlləyir. Bir məmləkət üçün
istiqlalın mahiyyəti bundan ibarətdir. İstiqlal dünya
ölkələri və xalqları ilə münasibəti pozmaq deyil. İstiqlal
milli mənafelər üçün təhlükə yaradan xarici qüvvələrin
müdaxiləsini əngəlləməkdir. Yalnız bu yolla milli mənafei
qorumaq olar. Hər bir ölkədə belə bir istiqlal əsas məqsəd
olmalıdır.
1
1
Hərbi Hava Qüvvələri komandanları ilə görüş, 2014
143
Cihad v
ə
şə
had
ə
t d
ə
y
ə
rl
ə
rinin
qorunması
düşmə
n nüfuzu il
ə
mübariz
ə
yollarındandır
Biz hərtərəfli hücumla üzləşmişik. Mədəniyyət,
iqtisadiyyat, siyasət sahəsində hücuma məruz qalmışıq.
Baş verən hadisələrdən çox vaxt xəbərsiz qalırıq. Mənə bu
barədə məlumat verilir. Nələr baş verdiyini görürəm.
Düşmənin ideoloji, siyasi ordusu bütün imkanlarla təchiz
olunmuş vəziyyətdə bizə hücum edib. Bizim siyasi
əqidəmizi, dini etiqadlarımızı süstləşdirmək istəyirlər.
Ölkə daxilində fərdi, cüzi narazılıqları gücləndirmək,
ictimailəşdirmək istəyirlər. Xüsusi ilə istedadlı fəal
gənclərimizi öz xətlərinə salmağa çalışırlar. Təbii ki,
bütün bu təxribatlara qarşı iş görülür. Hizbullah gənclər,
mömin insanlarımız, məsuliyyətli məmurlarımız çalışırlar.
Amma bundan da artıq iş görülməlidir. Əsas işlərdən biri
budur ki, cihad, şəhadət, şəhid, şəhid ailəsi, Allahın
razılığı üçün səbr, Allaha bağlılıq kimi dəyərlər səhnədə
saxlanılsın.
1
İslam
v
ə
hd
ə
ti
düşmə
n nüfuzu il
ə
mübariz
ə
d
ə
bir yoldur
Bu gün dünyanın müxtəlif nöqtələrində bütün
müsəlmanlar, İslam ümməti, İslam vəhdəti barədə
düşünməlidir. Əgər İslam ümməti barədə düşünsək öz
xalqımızın mənafeləri də təmin olunacaq. Düşmənin
məqsədi bizi bir-birimizdən ayırmaqdır. Bir ölkəyə hücum
edilir, başqa ölkələrdən dəstək alınır. Düşmən bu üsulla
hərəkət edir, biz buna yol verməməliyik. Düşmən kimdir?
1
Çahar-Mahal və Bəxtiyari vilayətinin şəhid mərkəzi ilə görüş, 2016
144
Amerika kapitalizmi, dünya imperializmi! Bu gün başda
Amerika və sionistlər dayanır. Fələstin torpaqlarını işğal
etmiş və xərçəng xəstəliyi kimi təhlükəli olan İsrail də
düşmən cəbhəsinin bir hissəsidir. Bu cəbhə qarşısında
dayanmaq, İslam və Qurana istinad etmək lazımdır.
Bəzi yazılar və sözlər Quran düşüncəsindən uzaqdır.
Quranda buyurulur ki, Allaha, Allahın nazil etdiyinə,
İbrahimə, İsmailə, İshaqa, Yəquba, peyğəmbərlərə nazil
olunana iman gətirdiyinizi deyin. (bax: Bəqərə surəsi, ayə
136) Müsəlmanın vəzifəsi Quran göstərişlərinə itaət
etməkdir. Sonra buyurulur ki, əgər onlar siz iman
gətirdiyiniz kimi iman gətirsələr doğru yolu tutarlar.
1
İslam plüralizmi qəbul etmir. Bəziləri iddia edir ki,
İslam Həzrət Musa (ə), Həzrət İsanı (ə) təqdir edirsə,
demək, plüralizmi də qəbul edir. Qurana müraciət etsinlər,
Quran
mətnlərini
araşdırsınlar. Bilmədən, lazımi
araşdırma aparmadan belə bir iddia irəli sürməsinlər.
Bəqərə surəsinin 137-ci ayəsində buyurulur: Əgər onlar da
siz iman gətirdiyiniz kimi iman gətirsələr hidayət olublar,
əgər boyun qaçırsalar həqiqətdən uzaq düşüblər; Allah
onların şərini səndən uzaqlaşdırar... Quran belə deyir.
Sonra Peyğəmbər (s) haqqında buyurulur ki, o sizin
hidayət olmanıza hərisdir, möminlərə mehribandır.
2
Fəth
surəsinin 29-cu ayəsində isə möminlərin kafirlərlə sərt, öz
aralarında mehriban olduğu buyurulur. Torpaq sədd kimi
olmayın ki, düşmən bu səddən rahat keçə bilsin. Möhkəm
olun, düşmən sizə nüfuz edə bilməsin. Amma öz aranızda
mehriban davranın. Bir-birinizə qarşı qəlbləriniz pak
olsun. Adlar, ünvanlar, coğrafi sərhədlər sizi bir-birinizdən
1
bax: Bəqərə surəsi, ayə 137
2
Tövbə surəsi, ayə 128
Dostları ilə paylaş: |