130
axirətə, şəhadətə, imamın göstərişlərinə etiqadını dilə
gətirir. Bir millətin öz torpaqlarını müdafiə etməsinə
etiqadlıdır. Bir-biri ilə çülğaşmış etiqadlar onun sözlərində
özünü göstərir. Siz görürsünüz, onun düşüncəsi səbəb olub
ki, evini, ailəsini, həyatını, təhsilini, rahatlığını bir kənara
qoyub cəbhəyə gəlsin, həyatını təhlükəyə atsın. Bu yolda
canından keçənlər görmüşük, bu yolda əlil olan fədakar
insanlar aramızdadır.
İndi bir nəfər tapılır, döyüş meydanına daxil olur və
məqsədi bu gənclərin etiqadını sarsıtmaqdır. Deyir ki,
rəqib yox, biz ona hücum etmişik. Beləcə gənclərin
düşüncəsini bulaşdırmağa cəhd göstərir. Çalışır ki,
şəhadəti gözdən salsın, etiqadlara zərbə vursun. İmamın
göstərişlərinə münasibətdə şübhələr yaradır. Bir insanın öz
məmləkətini qorumalı olmasına qarşı şübhə yaradır. Bu
zaman düşmənin sinəsinə güllə kimi sancılmağa hazır olan
gənc peşman, tərəddüdlü, döyüş əzmini itirmiş insana
çevrilir. Yəni əvvəlki amilə, istedad və imkanlara malik
olan insan düşüncəsi pozulduğundan, yəni ikinci amili
itirdiyindən qeyri-fəal şəxsə çevrilir. Alimin qələmi
şəhidin qanından üstündür sözləri burada özünü göstərir.
1
Alimin qələmi şəhidin qanından necə üstün ola bilər? Bu o
zaman olur ki, həmin qələm fəaliyyətsiz bir insanı
fəaliyyətə gətirir. Bir alim buna qadirdir. Bizim ruhani
tələbələrimiz döyüş meydanında bu işi görüblər. Onların
təbliğatı ilə süst insanlar böyük fədakarlıqla meydana
daxil olub. Alimin qələmi, sözü tərəddüdlü insanlardan
güclü müqavimətçi yaradır.
Mədəniyyətin rolu budur. Siz bunu bütün məmləkətin
simasında nəzərdən keçirin. Bu gün bizim məmləkətimizin
1
Minhacus-Sadiqin, c. 9, səh. 211
131
xalqın müqavimətinə, düşüncə gücünə, əzm və iradəsinə
ehtiyacı var. Düşmən qarşısında müqavimətə ehtiyaclıyıq.
Bu məsuliyyəti kim yerinə yetirməlidir. Düşmənin
kimliyini, düşmənçiliyin necəliyini, günün ehtiyaclarını
xalqa kim anlatmalıdır. Xalqa, gənc nəsilə, tələbələrə
müqavimət və fədakarlıq sərmayəsi olan dini kim
çatdırmalıdır? Bu işi elm hövzələri və ruhanilərin öhdəsinə
atmaq bəs edir? Biz İslam dövlətiyik. Üzərimizə
məsuliyyət götürmüşük. Dini məsuliyyətlərimiz var.
Ruhani libasında olanlar da, olmayanlar da məsuliyyət
qəbul edib. Öhdəmizə götürmüşük ki, İslam nizamını
möhkəmləndirək, təkmilləşdirək. Xalqı fədakar və
müqavimətli qüvvəyə çevirmək bizim işimiz deyilmi?
Əgər onların etiqadlarında, düşüncələrində durğunluq və
çaşqınlıq yaransa düşmən qarşısında, şübhəyə düşsələr o
meydanda müqavimət göstərə bilərmi? Xalqı belə bir əzm
və iradədə kim saxlamalıdır? Biz məsullar buna cavabdeh
deyilikmi? Xüsusi ilə ideologiya və mədəniyyət sahəsinə
cavabdeh insanlar, Mədəniyyət İnqilabı Ali Şurası buna
vəzifəli
deyilmi?
Bu
şura
həmin
məqsədlə
yaradılmayıbmı?
Əgər bu xalqı etiqadlı və müqavimətli tərbiyə etsək
xalq və məmləkətin gələcəyini təzmin etmiş oluruq.
Müqavimət səddində nə qədər süstlük və zəiflik yaranarsa
xalqın etiqadlarına zərbə dəyərsə, şəhadət və cihad kimi
müqəddəsliklər arxa plana keçərsə, xalqın və məmləkətin
gələcəyi bir o qədər təhlükəyə düşər. Bu xalq gələcək bir
səadət üçün qiyam edib. Bəs xalqın gələcək üçün təzminat
olan etiqadını necə qoruya bilərik? Yalnız ideoloji işi
gücləndirməklə! Mədəniyyət sahəsinə cavabdeh insanlar
məsuliyyət hiss etməli, meydana çıxmalıdırlar. İstər
132
Mədəniyyət İnqilabı Ali Şurası olsun, istər təbliğat
təşkilatları olsun, hamı bu işdə özünü məsul saymalıdır.
1
İmanı
gücl
ə
ndirm
ə
k,
agahlıq
,
düşmə
nin
t
ə
rp
ənişinə
iti
baxış
düşmə
n nüfuzu il
ə
mübariz
ə
yoludur
Əziz gənclər və tələbələr! Sizi və təlaş gücünü imandan
alıb gənclik enerjisini məmləkətin inkişafına sərf edən
bütün gəncləri salamlayıram. Sizin üçün Allah-Taaladan
daimi yardım istəyirəm. Bu gün siz gənclərin vəzifəsi ağır
və təhlükəlidir. Bu yolda mübarizə dəqiq və zərifdir.
İmperialist düşmənlər İslam Respublikasını mühasirəyə
almağı planlaşdırır. Onların inqilabdan sonrakı dövrdə
İran xalqını dizə çökürmək təlaşları xalqın iman və bəsirəti
ilə boşa çıxıb. Artıq öz məqsədlərini açıq nümayiş
etdirmək zorundadırlar. Təkəbbürlü düşmən mədəniyyət,
siyasət, iqtisadiyyat sahəsində bütün nüfuz yollarını tələsik
nəzərdən keçirir. Ümid edir ki, bu yolla İran xalqını, İslam
Respublikasını mühasirəyə ala biləcək. İnqilabdan əvvəl
caynaqları bu məmləkətin üzərində necə dayanmışdısa,
ümid edir ki, bir də həmin günlərə qayıtsın. Hamıya,
xüsusi ilə gənclərə zəruridir ki, böyük iradə və ayıqlıqla
düşmənin planlarını ifşa etsinlər. Güclü iman, agahlıq və
iti baxış müvəffəqiyyətin əsas şərtidir. Universitetlərdə
imanlı və qeyrətli gənclərin əl-ələ verməsi qaçılmaz bir
ehtiyacdır. Allahdan hamınız üçün yardım diləyirəm.
2
1
Mədəniyyət İnqilabı Ali Şurasının üzvləri ilə görüş, 2000
2
İslam tələbə cəmiyyətlərinin konfransına müraciət, 2003
Dostları ilə paylaş: |