133
İslam
şə
ri
ə
tin
ə
bağlılıq
düşmə
n nüfuzuna
mane olur
Səkkiz il uzanan müqəddəs müdafiə illərində yeniyetmə
və gənclərimiz təpədən-dırnağa silahlanmış İraq ordusuna
sarsıdıcı zərbə endirdi. İraq ordusunu Amerika, Sovetlər
Birliyi, Avropa ölkələri, məntəqə ölkələri himayə edirdi.
Həm hərbi təchizat, həm informasiya dəstəyi vardı. Bizim
25 yaşlı gənc komandirlərimiz İraq ordusunun təcrübəli
generallarını diz çökürdü. Mənim prezidentliyimin ilk
illərində gənclərimiz Xürrəmşəhri geri aldı. O zaman İrana
bir beynəlxalq heyət gəldi. Bu heyətin rəisi mənə dedi ki,
sizin indiki vəziyyətiniz bir ilki vəziyyətinizlə çox
fərqlənir. O doğru deyirdi. Dünya inana bilmirdi ki, bizim
gənclərimiz, bəsic - könüllülər, gənc inqilab keşikçiləri,
ordu Xürrəmşəhri geri ala bilər. Düşmən və onun
himayədarlarının
istehkamları
darmadağın
edildi.
Gənclərimiz Xürrəmşəhri, sərhədlərimizi geri aldılar.
Müştərək su xətti də nəzarətə götürüldü. Bizim qüvvələrin
FAV-a çatması düşmən üçün çox təhqiramiz idi. Biz
FAV-ı əlimizdə saxlamaq istəmirdik. Bu sadəcə Səddam
rejiminin təhqiri idi. FAV-ın alınması BƏƏS ordusunun
alçaldılması idi. Bizim gənclərimiz bu işi gördülər. Nə
hərbi təchizatları qənaətbəxş idi, nə də informasiya
dəstəyi. Yalnız iman və düşüncə gücü ilə bu işi gördülər.
Komadanlarımızın 25 yaşı olardı. Bu yaşda çox böyük
qəhrəmanlıqlara imza atdılar.
Bu gənclər Əfləq BƏƏS ordusunu məğlub etdilər.
Əfləq İraqın BƏƏS partiyasının mənəvi rəhbəri sayılan
Mişel adlı suriyalının familiyasıdır. Səddam İraqda
hakimiyyətə gələndə bu şəxs onun haqqında mədhiyyələr
söylədi, Səddamı ərşin ərəb ümmətinə hədiyyəsi
adlandırdı. Olsun ki, elə bu təriflərinə görə İraqda yüksək
134
məqam qazandı. Bu Əfləq BƏƏS ordusu bizim
gənclərimiz qarşısında diz çökdü.
Bu böyük istedad, zəngin torpaq, misilsiz coğrafi
mövqe, iftixarlı tarix, bizə qürur gətirir. Ən dəyərlisi isə
gənclərimizin qəlbindəki imandır. Bu iman dünyanın
diqqətini cəlb edib. Çalışmalısınız ki, gələcəyi ən gözəl
şəkildə qurasınız. Buna ümid verən gəncliyimiz var.
İnqilabdan əvvəl də zəngin tariximiz, qiymətli coğrafi
mövqeyimiz, dəyərli gənclərimiz var idi. Amma bu inkişaf
yox idi. Nə üçün? Çünki o zaman bu məmləkətin
hakimiyyəti ilk öncə imandan məhrum idi. Daxilində heç
bir müqəddəs hiss olmayan fərdlər məmləkətə başçılıq
edirdi. İkincisi, etiqadları olmadığından düşməndən asılı
vəziyyətdə idilər. Əziz İran quldurların qarət etdiyi behişt
idi. Nə üçün qarət edə bilirdilər? Çünki kəndxudanı görüb,
razı salıb kəndə girmişdilər. Hakimiyyətdəki məsulları da
öz
quldurluqlarına şərik etmişdilər. Xalqı çapıb
talayırdılar. İnqilab gəldi, düşmən nüfuzu qarşısında
böyük maneə yaratdı. Bu maneə nə idi? Şəksiz, İslam idi!
Nə qədər ki İslam səhnədədir imperializmin təbliğatçıları
qorxu içində olacaq. Təbii ki, İslam ictimai-siyasi həyata
qarışmayıb,
məscidlərdə
məhdudlaşsaydı
ondan
qorxmazdılar. Əgər iman əhli sakit bir guşəyə çəkilib
ibadətlə məşğul olsaydı cəmiyyətin idarəçiliyinə əl
aparmasaydı düşmən İslamla müxalif olmazdı. Belə bir
İslama əhəmiyyət verməzdilər. Amma İslam Allahın
istədiyi, Quranda göstərildiyi kimi səhnəyə gəldi. Belə bir
İslamdan qorxmaqlarının yeri vardı. Belə bir İslamda onlar
üçün təhlükəli tələblər var. Bunun biri insan şəxsiyyətinə
verilən dəyərdir. İkincisi, qarətçilərin qarşısını almaqdır.
Tövhid kəlməsində bunlar əks olunub. La ilahə illəllah! La
ilahə illəllahın tələbi budur ki, zalımlarla, istismarçılarla,
135
dünyanı çapıb talayanlarla, millətlərin başına min oyun
açanlarla saziş olmaz. Tövhid icazə vermir ki, müsəlman
azğın güclə sazişə getsin. Görün Fələstində, İraqda,
Əfqanıstanda nə faciələr yaradırlar. Əvvəllər Bosniyada,
Livanda, başqa İslam ölkələrində cinayətlər törədiblər.
Bəzi millətlərin zəiflik göstərib zalım güclər qarşısında
boyun əyməsi o gücləri bugünkü iqtidara çatdırıb. Əgər
xalqlar öz haqlarını tanıyıb tələb etsələr, dünya zorlularına
baş əyməsələr, onların saxta şüarlarına aldanmasalar
zalımlar bu qədər güclənə bilməz.
İslam icazə vermir ki, müsəlman xalqlar imperializmin
hakimiyyəti altında olsun.
Müsəlman
insanın şəxsiyyəti bütün şəraitlərdə
qorunmalıdır. Bu İslamın batinində olan bir tələbdir. İslam
bir həyat proqramı kimi təqdim olunanda bu nöqtələr də
əsas yer almışdı.
1
İslam şəriətinə riayət etmək İslam nizamının
mahiyyətini təşkil edir. Buna diqqətli olaq. Əgər İslam
şəriət qanunlarına cəmiyyətdə tam əməl olunsa həm fərdi,
həm də ictimai azadlıqlar təmin edilmiş olar. Bunun adı
istiqlaldır. İstiqlal bir millət miqyasında azadlıq deməkdir.
İslamda bir müsəlman fərdin və bir müsəlman cəmiyyətin
bir başqası qarşısında asılılığı yol verilməzdir. Azad xalq o
xalqdır ki, başqa birinin hakimiyyəti altında olmasın.
İslam cəmiyyətdə həm ədalət, həm mənəviyyatın təmin
olunması ardıncadır. Azadlıq, istiqlal, ədalət, mənəviyyat,
İslam cümhuriyyətində dörd əsas elementdir. Əgər
cəmiyyətə İslam şəriəti hakim olsa bu elementlər də özünü
göstərər. İmam Xomeyni (r) cəmiyyətin ruhu olan İslam
şəriətinə istinad edirdi. Dini demokratiya da İslam
1
Tələbə və məktəblilərlə görüş, 2004
Dostları ilə paylaş: |