139
sahib olsalar da, əllərində xeyli silah toplansa da tövhid
cəbhəsi qalib gəldi. Burada ilahi ayələrdən bir ayət var.
Sənin Rəbbin əziz və rəhimdir. Allah-Taala mübarək
Şuəra surəsində bunu təkrarlayır. Surənin sonunda
Peyğəmbərə (s) xitabən buyurulur ki, əziz və rəhim Allaha
təvəkkül et.
1
O Allaha təvəkkül et ki, haqqın batil üzərində
qələbəsini təzmin edir. Sonra buyurulur ki, səni ibadət
üçün qalxanda görən şəxs səcdə edənlər arasında
hərəkətini də görür...
2
O səni görür. Qiyam halında, səcdə
halında, ibadət halında, hərəkət halında, təlaş halında sən
Onun hüzurundasan. O eşidən və bilən Allahdır.
3
Quran
məntiqinə görə insan izzəti, adı Allahdan istəməlidir. Bir
insan, bir cəmiyyət izzətə çatanda bu izzət onun üçün
istehkam olur. Düşmən bu səddi keçməkdə çətinlik çəkir.
İzzət insanı düşməndən qoruyur. Fərd və cəmiyyətin izzəti
nə qədər dərin olarsa düşmən nüfuzu da çətin olar. İzzətə
çatmış insan iqtisadiyyat və siyasət sahəsində
düşmənlərdən qorunduğu kimi, böyük düşmən olan
şeytandan da qoruna bilir. Zahiri izzətə çatan insanlar belə
bir səddən məhrumdur. İzzət batində, mahiyyətdə
olmalıdır. Aldadıcı zahiri izzət insanı şeytandan qoruya
bilməz.
Deyirlər ki, Makedoniyalı İskəndər yoldan ötəndə
insanlar ona baş əyirmiş. Bir dəfə İskəndər yoldan ötəndə
yol kənarında əyləşmiş mömin kişi ona baş əymədi. Onun
İskəndərə diqqətsizliyi, ayağa qalxmaması İskəndəri
təəccübləndirdi. Soruşdu ki, nə üçün mənim qarşımda baş
əymədin? Kişi cavab verdi ki, sən mənim qullarımın
1
Şuəra surəsi, ayə 217
2
Şuəra surəsi, 218, 219
3
Şuəra surəsi, ayə 220
140
qulusan, nə üçün sənə baş əyim?! İskəndər təəccübləndi,
soruşdu ki, bu necə olur? Kişi dedi ki, sən şəhvət və qəzəb
qulusan, hansı ki, onlar mənim qulumdur; mən şəhvət və
qəzəb üzərində qalibəm, onlar mənə tabedir...
Əgər insanın batinində izzəti-nəfs (gözütoxluq) olsa
şeytan insana təsir edə bilməz. Bu zaman azğın nəfs
istəkləri də aciz olar. Şəhvət və qəzəb belə bir insanı öz
oyuncağı edə bilməz.
1
İstiqlal
düşmə
n nüfuzu
qarşısında
s
ə
ddir
İstiqlal mühüm məsələdir. Bütün məmləkət, inqilabımız
üçün istiqlal böyük əhəmiyyət kəsb edir. İstiqlal İslam
İnqilabının, İslam Respublikasının sütunlarındandır.
Azadlıq şüarı kənarında istiqlal şüarı çox böyük əhəmiyyət
kəsb edir.
Bir zaman xarici ölkələr, dünya gücləri başqa ölkələrdə
birbaşa hakimiyyətə gəlirdi. O zamankı istemarla bugünkü
istemar arasında fərq var. Artıq düşmən birbaşa
hakimiyyətə gəlmir, öz əlaltılarını, onlara baş əyənləri
hakimiyyətə gətirir. Çünki onlar istibdadsız, zorsuz hakim
ola bilməzlər. İstibdad vasitəsi ilə öz mənafelərini təmin
edirlər. Bu gün xalqın özündən olan diktatorun arxasında
dayanmış xarici qüvvə ilə mübarizə aparmadan bu
diktatoru səhnədən çıxarmaq olmaz. Bir xalq öz
hakimindən boğaza yığılıb qiyam qaldırsa, bu hakimi
devirsə xarici qüvvə ilə sazişə getməməlidir. Əgər həmin
hakimin arxasında dayanmış xarici qüvvə ilə sazişə getsə
bütün müvəffəqiyyətləri əlindən çıxacaq. Belə inqilablar
ya xəyanət qurbanı olur, ya da məğlubiyyətə uğrayır. Ya
inqilabın önündə gedənlər düşmən nüfuzu sayəsində
1
İmam Xomeyninin (r) vəfat il dönümü mərasimi, 2013
141
xəyanət edir, xəyanət etməsə səhnədən çıxarılır. Son
illərdə bir çox ölkələrdə baş verən inqilablarda bunu
müşahidə etmişik. Çünki inqilabçılar hakimin arxasında
dayanan xarici qüvvədən qəflətdə qalır. Onlar bu hakimi
taxta çıxarmış xarici qüvvə ilə sazişə gediblər.
Diktatorla mübarizə aparıb onun arxasında dayanan
güclə sazişə getməyin nəticəsi yoxdur. Belə inqilab
müvəffəqiyyət qazana bilməz. İnqilab o zaman qələbə
qazanır ki, diktatorun arxasındakı gücü görsün və onunla
rabitəni kəssin. Bizim gənclərimiz inqilabdan sonra
Amerikanın casus yuvasına çevrilmiş səfirliyi ələ
keçirəndə Amerikanı alçaltdılar. İmam buyurdu ki, bu
inqilab əvvəlki inqilabdan böyük oldu. Əvvəlki inqilabın
əzəməti İslam İnqilabı idi. Amma ikinci inqilabda İran
xalqı göstərdi ki, əsl səbəbkarı tanıyır və onunla mübarizə
aparır. Əsl istiqlalı bu zaman dərk etmək olur. İstiqlal
müdaxilə edən gücü görməkdir. Bu gücü görməlisən,
onunla mübarizə aparmalısan. İstiqlal müdaxilə edən
güclərlə mübarizədir. İstiqlal bu güclərlə saziş deyil. Bir
millətin istiqlalının düşməni kimdir? Müdaxiləçi xarici
güclər! Bir millətin istiqlalı, müstəqilliyi, azadlığı onları
qorxuya salır. Çalışırlar ki, millətdə müstəqillik hissi
olmasın. Bu hissi zəiflətməyə çalışırlar. Təbliğat maşınları
işləyir, xalqlarda müstəqillik hissini öldürürlər. Belə bir
təbliğat aparırlar ki, bir xalqın müstəqilliyi onun siyasi,
ideoloji, iqtisadi sahədə inkişafına mane olur. Dünyada
gedən təbliğatla ətraflı tanış olanlar bunu yaxşı görür.
Çalışırlar ki, bu fikirlərinə məntiq, fəlsəfə donu
geyindirsinlər. Ölkə daxilində də əlaltılarını işə salırlar,
belə təbliğatlar aparırlar. Təbliğ edirlər ki, bir ölkə
dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanmaq
istəyirsə öz müstəqilliyini kənara qoymalı, bu ölkələrin
Dostları ilə paylaş: |