151
düşmənə müharibə başlamaq cürəti verməməliyik.
Düşməni, onun xarakterini tanımalıyıq.
1
İslam Respublikası Allahın tövfiqi və yardımı ilə nəinki
ölkə daxilində, hətta ölkə sərhədlərindən kənarda
düşmənin planlarını puça çıxarır. Bu Allahın köməyidir.
Allahın qüdrəti ilə, sizin əzm və iradənizin bərəkəti
sayəsində buna müvəffəq olmuşuq. Düşmənin bir çox
planları İslam Respublikasının iqtidarı səbəbindən puça
çıxıb. Onların əsas hədəfləri İslam Respublikasıdır və bu
respublikaya qarşı bacardıqlarını edirlər.
2
Siz gənclərin nəzərinə bir məsələni çatdırmaq
istəyirəm. İnqilabdan ötən illərdə müxtəlif fitnəkarlıqlara
əl atdılar, təxribatlar törətdilər, çevrilişə cəhd etdilər. Bizi
səkkiz illik müharibəyə cəlb etdilər, əllərindən gələn
fitnəkarlığı törətdilər. Bu ötən illərdə İslam Respublikası
sübuta yetirdi ki, onun yaşamaq haqqı var və yaşamağa
layiqdir. İqtidarla dayandı, müqavimət göstərdi. Bütün bu
hadisələrdən sonra düşmənlər bu gövdəli ağacı tərpətmək
iqtidarında deyil. Bir zaman bu ağac nihal idi. Hətta nihal
olduğu zaman onu kökündən qopara bilmədilər. Artıq o
nihal dərin köklü və gövdəli bir ağac olub. Bu ağacı
tərpədə bilmirlər. Sadəcə ehtiyatlı olmalıyıq ki, ağac içdən
çürüməsin.
Nə
qədər
ki,
mənəvi
sağlamlığımızı
qoruyuruq, İslam Respublikasının göstərdiyi yolla gedirik,
bu yoldan çıxmamışıq, heç bir qorxu yoxdur. Belə bir
şəraitdə bizə heç bir zərbə vura bilməzlər.
Dünya
imperializminin,
Amerikanın,
sionist
şəbəkələrin siyasətlərinin ilkin və aydın hədəfi İslam
Respublikasıdır. Nə qədər çalışırlarsa, bu nizamı sarsıda
1
İnqilab Keşikçilərinin komandanları ilə görüş, 2016
2
İnqilab Keşikçilərinin komandanları ilə görüş, 2016
152
bilmirlər. Nəinki onu səhnədən çıxara bilmirlər, hətta
inkişaf sürətini əngəlləməkdə acizdirlər. Biz sürətlə
hərəkətimizi davam etdirə bilərik. Amma düşmənin
təxribatlarına hazır olmalıyıq. Bu təxribatlar davam
edəcək. Nə qədər ki, ölkəmiz hərtərəfli iqtidara çatmayıb,
onların fitnəkarlıqları da dayanmayacaq. Ölkəni hər tərəfli
iqtidara çatdırmaq siz gənc nəsilin, tələbələrin işidir. Nə
zaman ölkəni elmi və iqtisadi iqtidara çatdırsanız o zaman
fitnəkarlıqlar azalacaq, ümidləri qırılacaq. Nə qədər ki, o
nöqtəyə çatmamışıq təxribatlar gözlənilir, təxribatlara
hazır olmalıyıq. İnşallah, hər ötən gün sizi gücləndirir.
Düşmənlər isə zəifləyir. Bu millətin son qələbə qazanacağı
gün inşallah uzaq deyil.
1
Düşmə
n nüfuzuna
qarşı
ə
n
yaxşı
yol
hazırlığı
b
ə
yan etm
ə
kdir
Düşmən qarşısında hazırlığın bəyanı onları geri
oturtmağın ən yaxşı yoludur.
2
Biz həmişə vurğulayırıq ki,
inqilabi cəmiyyətin müdafiəsi ən zəruri məsələlərdəndir.
Çünki İslam Respublikasına qarşı təhlükə daimidir.
Respublikaya qarşı davamlı bir təhlükə mövcuddur.
Amma bu xalqımızın necə reaksiya göstərməsi ilə
şərtlənib. Millət öz hazırlığını ortaya qoymalıdır. Əgər
inqilabi cəmiyyətimiz öz hazırlığını daim qorusa, bəsic -
könüllü gənclərimiz meydanda hazır olsa, xalqın müdafiə
ruhiyyəsi qorunsa, cəmiyyətin ümumi simasında müdafiə
hazırlığı özünü göstərsə, təhlükələr reallaşmayacaq,
düşmənin çirkin niyyəti, istəyi gözündə qalacaq.
1
Elm və Texnologiya Universitetinin müəllim və tələbələri ilə görüş,
2009
2
Əbərkuh əhalisi ilə görüş, 2008
153
Cəmiyyətin rəftarlarından anlamaq olur ki, bu cəmiyyət
müdafiəyə, öz ləyaqətini qorumağa qadirdir, yoxsa yox.
Bir cəmiyyətdə insanlar şəxsi mənafeyini milli mənafedən
üstün tutsa, bu cəmiyyətin gəncləri günah ardınca getsə,
təsirli insanlar ölkənin taleyinə biganəlik göstərsə,
cəmiyyətdə siyasi, dini, təbəqələrarası ixtilaflar zirvəyə
qalxsa, qadınlar və kişilər eyş-işrət, varlı həyat eşqində
olsa, əmin olun ki, belə bir cəmiyyətin müdafiə iqtidarı
olmayacaq. Belə bir cəmiyyət öz şərəf və ləyaqətini
qorumaq gücündə deyil.
Yaşlı insanlar şahid olublar ki, son 150 ildə
imperializm ölkəmizin mədəniyyəti, cəmiyyəti, təlim-
tərbiyəsi üzərində necə iş aparıb, cəmiyyəti ixtilaf və
fəsada necə çəkib. Gənclər də bu barədə eşidiblər. Bu işi
ona görə ediblər ki, millətin öz şərəf və ləyaqətini müdafiə
etmək gücü olmasın. Əgər düşmən əmin olsa ki, artıq bu
cəmiyyətin müdafiə imkanları yüksəkdir geri çəkilər.
Əksinə, görsə ki, xalqın müdafiə qüdrəti yoxdur, bu zaman
hücuma keçəcək.
Biz inqilabdan sonrakı çox çətin 10 ildə düşmən
müdaxilələrinin qarşısında dayana bildik. Bunun səbəbi
dinə, imana, inqilaba, İslama, Qurana, dəyərlərə bağlılıq
idi. Çünki cəmiyyətimizdə inqilabi ruhiyyə vardı, vəhdət
cəmiyyətə hakim idi.
1
Öz hazırlığını, əzm və iradəsini
bütün meydanlarda nümayişə qoyan xalq düşmənin
müdaxilə planlarını pozur, ümidlərini qırır. Dünyadakı
ictimai fikirdə İran xalqı heç bir sahədə geri qalmamalı,
zəiflik
göstərməməlidir.
Nüvə
sənayesi
dövlət
məsullarının israr etdiyi kimi bir zərurət idi. Yəzd
şəhərində tələbə və gənclərlə görüşdə qeyd etdim ki, bu bir
1
Cəmiyyətin müxtəlif zümrələri ilə görüş, 1990
Dostları ilə paylaş: |