148
sahəsində təzyiqləri bu inqilabları məhv etdi. Bu gün şərqi
Avropada sosializm və solçuluğun əsas mərkəzi olmuş bir
məkanda vəziyyətə baxın. Sabiq solçu, sosialist ölkələrdə
Amerikanın hərbi bazaları qurulur, raketləri yerləşdirilir.
Aydın olur ki, İslam Respublikasından başqa bir quruluş
Amerika nüfuz və müdaxiləsi qarşısında müqavimət
göstərmək gücündə deyil.
1
Düşmə
n nüfuzu il
ə
mübariz
ə
yollarından
biri qanundur
Əziz qardaşlar və bacılar! İstiqlal mövzusunda
danışmışıq. Konstitusiyada aydın şəkildə bildirilir ki, nə
istiqlal azadlığa mane ola bilər, nə də azadlıq istiqlala. Bu
çox ciddi bir məsələdir. Əgər kimlərsə azadlıq şüarı
altında qapıları düşmənin üzünə açsa bu azadlıq deyil. Bu
düşmənin istəyidir. Düşmən bu gün bu tələni qurur. Çox
həssas günlərdə yaşayırıq. Həssas bir dövrdür.
2
Düşmənin təbliğat maşını, Amerikanın, Mərkəzi
Kəşfiyyat İdarəsinin təbliğat aparatı, İngiltərənin təbliğat
maşını, sionizmə bağlı təbliğat şəbəkələri psixoloji
müharibə aparır. Məsələn, çalışırlar ki, İslam Şura
Məclisində bir layihə həyata keçirsinlər. Özlərini anadan
mehriban dayə kimi göstərirlər. Bir məhbusun adını şüar
edir, ona azadlıq istəyirlər. Şəkkə düşməyin yeri var.
Onların səmimiyyətinə inanmaq mümkün deyil.
Düşmən bu gün mövcud olan zəif nöqtələrdən
bəhrələnmək istəyir. Sadəlövh insanlardan istifadə edirlər.
Ölkənin siyasi qurumlarına, mədəniyyət qurumlarına ayaq
1
Elm və Texnologiya Universitetinin müəllim və tələbələri ilə görüş,
2000
2
Qum əhalisi ilə görüş, 2001
149
açmaq istəyirlər. Xatırladıram ki, bu xalq ayıqdır.
Məsullar ayıqdırlar. Düşmənin ölçü tanımayan istəklərinə
layiqincə cavab verilir. Bizim konstitusiyamız mütərəqqi
bir qanundur. Çox əsaslı və məntiqi hazırlanıb. Bu
qanunda hər şey öz yerindədir. Mən bütün məsulları,
qanunverici sistemdə çalışanları, bütün xalqı qanuna əməl
etməyə çağırıram. Əgər qanuna riayət etsək düşmənin
ümidi qırılar. Qanuna əməl olunmalıdır. Qanun düşmən
nüfuzunun qarşısını kəsir. Düşmənin təbliğat maşını
iğtişaş yaradanları dəstəkləyəndə ən yaxşı cavab qanunun
icrasıdır.
1
Nəzərinizə çatdırıram ki, bəzən siyasi ixtilaflar, fərqli
cinahlarda mövqe tutulması şişirdilir. Əslində bu ixtilaflar
təbliğ olunduğu qədər böyük deyil. Xalq öz yolunu gedir.
Xalqın yolu İslam, inqilab, Allah yoludur, böyük imamın
yoludur. Bu süni istiqamətləndirmələrin xalqa heç bir
aidiyyəti yoxdur. Düşmən çox çalışır ki, siyasi qanadları
bir-birinə qarşı qoysun. Ən müqəddəs məkanlardan olan
cümə namazından siyasi cinahları müzakirələrə dəvət
edirəm. Əyləşin, müzakirə aparın. Müştərək baxışlarınızı
əsas götürün, fərqli baxışlarınızı həll edin. Əgər prinsiplər
üzərində möhkəm dayansanız haşiyə məsələlərdən dolayı
ixtilaflar həllini tapar. Bəziləri qəbul edir, bəziləri
inadkarlıq göstərir. Nə üçün bəziləri milli vəhdəti, milli
təhlükəsizliyi, milli mənafeləri siyasi cinah maraqlarına
qurban verir? Əgər bu işi düşmən nüfuzu olmadan
görürlərsə çox pisdir. Əgər düşmən nüfuzunun onlara
təsiri varsa bu qat-qat pisdir.
Mən hamını İslam Respublikasının əsas prinsipi olan
vəhdətə
dəvət
edirəm.
Bu
konstitusiyanın aydın
1
Qum əhalisi ilə görüş, 2001
150
prinsiplərindəndir. Bu prinsip İslamın, imamın yolunun
milli mənafelərin prinsipidir. Millətin düşmənlərinə qarşı
mübarizə prinsipidir. Bu xətt bütün xeyirxahların, canı
yananların, sədaqətli insanların birləşəcəyi aydın xətdir.
1
Bu gün İslam Respublikasının dünyada hörməti var.
Dövlət məsulları xalqa bağlı olduğundan hörmətlidir.
Bunu ölkə başçıları, məsullar bilirlər və Allahın lütfü ilə
bu prinsipə sadiqdirlər. Bəzilərinin isə şəxsiyyəti kiçikdir.
Maddi bağlılıqlar, yanlış üsullar onları başqa yola aparır.
H
ə
rt
ə
r
ə
fli iqtidar
düşmə
n nüfuzu il
ə
mübariz
ə
yoludur
Quran
buyurur
ki,
düşmənlə mübarizə üçün
bacardığınız qədər güc toplayın, döyüş atları hazırlayın, bu
vasitə ilə Allahın düşmənlərini və öz düşmənlərinizi
qorxudun.
2
Siz öz iqtidarınız və durumunuzla düşməni
qorxuya salmalısınız. İstismarçıların, işğalçıların xarakteri
təcavüzkar xarakterdir. Onların işi hücum etmək,
yağmalamaqdır. Xarakterləri belədir. Əgər sizin səddiniz
zəif olsa bu səddi aşacaqlar. Elə etməlisiniz ki, düşmən
nüfuz edə bilməyəcəyini görsün. Ölkənin cənubunda
inqilabi
cəbhənin
təşkili,
Qara
Dənizdə
hərbi
qüvvələrimizin
hüzuru,
sahil
bölgəsinin
fədakar
gənclərinin meydanda olması bizi Quran məqsədinə
çatdırır. Biz bu vasitələrlə düşməni qorxuda bilirik. Bu
davamlı olmalıdır. Dəfələrlə demişik ki, biz müharibəyə
başlamayacağıq. Buna görə öz dəlillərimiz var. Amma
1
Qum əhalisi ilə görüş, 2001
2
Ənfal surəsi, ayə 60
Dostları ilə paylaş: |