59
işlərində də təqvanın mühüm təsirləri var. Fərdə aid edilən
bu məsələlər cəmiyyət və məmləkətə də aiddir. Bəs bir
ölkənin, bir cəmiyyətin təqvası nədir? Yüksək idealları
olan İslam Respublikası kimi bir cəmiyyət zəhərli oxların
hücumundan necə qorunmalıdır? İctimai təqvaya təriflər
verə bilərik. İqtisadiyyat sahəsində təqva müqavimət
iqtisadiyyatından
ibarətdir.
Əgər
iqtisadiyyatımızı
dünyadakı böhranlardan, düşmən siyasətlərindən qorumaq
istəsək
müqavimət
iqtisadiyyatını işə salmalıyıq.
Müqavimət iqtisadiyyatı bir istehkam, səddir. Bütün
iqtisadi və siyasi gücünü, media vasitələrini işə salıb
hücuma keçənlər qarşısında müqavimət iqtisadiyyatı sədd
çəkir. Çünki düşmənin nüfuz yollarından biri iqtisadi
böhran yaratmaqdır. Bu barədə uzun illərdir xəbərdarlıq
edirik. Məsullar da hərəsi öz gücü həddində çalışır. Amma
biz müqavimət iqtisadiyyatına bütün vücudumuzla
sərmayə yatırmalı, potensial imkanlarımızı işə salmalıyıq.
Müqavimət iqtisadiyyatını iqtisadiyyat sahəsində təqva
saya bilərik. Bu təkcə bizə aid deyil. Bir çox ölkələrdə
müqavimət iqtisadiyyatının nümunələrini görə bilərsiniz.
Onlar müqavimət iqtisadiyyatından istifadə edib və bəhrə
götürüblər.
1
Bizim iqtisadi qərarlarımızda, iqtisadi
proqramlarımızda zəif nöqtələr olub. Həmin zəif nöqtələr
düşməndə elə bir fikir yaradıb ki, sanksiyalar vasitəsi ilə
bir iş görə bilərlər. Bu bizim üçün də zəif nöqtələri
tanımaqda kömək olub. Biz bu nöqtələri Allahın köməyi
ilə aradan qaldıracağıq. Amerika üçün sanksiyalar da
faydasız oldu. Düşünürəm ki, özləri də bunu başa düşürlər.
Sanksiyaların təsirsiz olduğunu görmələrinə dəlil arabir
hərbi təhdidə üz tutmalarıdır. Əgər iqtisadi sanksiyalar
1
Dövlət məsulları ilə görüş, 2016
60
təsirlidirsə, nə üçün hərbi müdaxilə ilə hədə-qorxu
gəlirsiniz?! Aydındır ki, iqtisadi sanksiyalar təsirli
olmayıb.
İqtisadi sanksiyalar cavab verməyəndə hərbi müdaxilə
ilə hədələməyə məcburdurlar. Əlbəttə ki, hərbi təhdidləri
çox ikrah yaradır. Prezidentlər bir-birinin ardınca hərbi
müdaxilə ilə qorxudur. Eyni sözü hər prezident təkrarlayır.
Hərbi təhdid əvəzinə gedin dağılmış iqtisadiyyatınızı
dirçəldin. Bir tədbir görün, dövlətiniz 15-16 gün işdən
düşməsin. Gedin dövlət borclarını ödəyin. İqtisadiyyatınızı
böhrandan qurtarmaq barədə fikirləşin. Biz demişik ki,
İran xalqı dünyanın bütün xalqlarına ehtiramla yanaşır.
Əmirəlmömininin (ə) təbirincə onlar sizin ya din
qardaşlarınızdır, ya da yaranış qardaşlarınız.
1
Amma İran
xalqının reaksiyası da sarsıdıcı olur. Həddini aşana elə bir
sillə ilişdirir ki, bu sillə heç vaxt yadından çıxmır. (Bəsic -
könüllülərin komandanları ilə görüş, şəmsi 1392)
İqtisadiyyat sahəsində məsulların gözü açıq olmalıdır.
Düşmən nüfuzuna yol verməməlidirlər. Düşmən nüfuzu
iqtisadiyyatın sütunlarını silkələyir. Hansı ölkədə
iqtisadiyyata nüfuz edə bildilərsə kabus yaratdılar, ölkəyə
müsibət yaşatdılar. Onların iqtisadi nüfuzundan zərbə
almış ölkələrdən birinin prezidenti Tehrana səfərində
mənə dedi ki, bizi bir gecədə dilənçiyə çevirdilər. Həm də
bu ölkə inkişaf etmiş ölkələrdən idi. Tanınmış bir
kapitalist bir ölkəni dizə çökürməyə qərar verir, öz
sərmayələrini geri götürür. Belə hallar çoxdur. Amma
mədəniyyət, siyasət sahəsində düşmən nüfuzu daha
təhlükəlidir.
2. Mədəniyyət sahəsində düşmən nüfuzu və təxribat
1
Nəhcül-bəlağə, 53-cü məktub
61
Mədəniyyət sahəsi iqtisadiyyatdan çox əhəmiyyət kəsb
edir. Çünki mədəniyyət bizim nəfəs aldığımız fəzadır. Siz
nəfəs almağa borclusunuz. İstəsəniz də, istəməsəniz də bu
işi görməlisiniz. Əgər hava təmiz olsa, təmiz hava ilə
nəfəs alırsınız. Əgər hava çirkli olsa onun çirkabı
orqanizminizə daxil olur. Bir ölkənin mədəniyyəti də hava
kimidir. Mədəniyyət saf olanda onun təsirləri də
müsbətdir. Tez-tez daxili istehsaldan danışırıq. Əgər
doğrudan da daxili istehsalı işə salmaq istəyiriksə xalqda
yerli məhsullardan istifadə mədəniyyəti formalaşmalıdır.
Əgər xalqı israfdan çəkindirmək istəyiriksə, xalqda bu
etiqadı yaratmalıyıq. Bu mədəniyyətdir. Mədəniyyət
xalqın etiqadlarından ibarətdir. Xalqın gündəlik həyatdakı
adətləri mədəniyyəti təşkil edir. Demək, mədəniyyətin
əhəmiyyəti böyükdür. Cəmiyyətin qanuna ehtiramla
yanaşması bir mədəniyyətdir. İctimai fəaliyyətlər, ailə
təşkili, övlad sayı mədəniyyətə aiddir.
Əgər mədəniyyət sahəsində xalqın baxışı düzgün olsa
ictimai həyat da müsbət şəkil alacaq. Allah eləməmiş,
mədəniyyətdə büdrəmə olsa bu özünü ictimai həyatda da
göstərəcək. Baxın ailə institutunun dağıldığı, şəhvətin
hakim olduğu cəmiyyətlərə. Qurani-Kərimdə buyurulur ki,
şəhvət ardınca getdilər və tezliklə öz azğınlıqlarının
cəzasını
görəcəklər.
1
Demək,
düşmən daha çox
mədəniyyət sahəsinə nüfuz etmək üzərində diqqətini
cəmləyib. Çünki bunun təsiri böyükdür. Mədəniyyət
sahəsinə nüfuzda düşmənin hədəfi xalqın imanı,
etiqadlarıdır. Mədəniyyət sahəsinin məsulları diqqətli
olmalıdır. Mədəniyyətdə böhran çox təhlükəlidir. Həssas,
ayıq olmaq lazımdır. Demək istəmirəm ki, bütün ideoloji
1
Məryəm surəsi, ayə 59
Dostları ilə paylaş: |