69
qüvvələri maliyyələşdirsin. Bu açıq modern istismar
növüdür. Bu ona bənzəyir ki, müsabiqədə rəqibi bir yolla
yerə oturdurlar. Məsələn, onu narkotikaya aludə edirlər. O
narkotikaya aludə olandan sonra artıq hərəkət etməyə gücü
qalmır. O artıq özü də bilmədən düşmənə işləyir. Hərəkət
edə bilmirsə demək rəqibi qalib olacaq. Modern istismar
belədir. Gənclər ayıq olmalıdır. Qızlarımız ayıq olmalıdır.
Müəllim və müəllimələr, ata-analar çox diqqətli olmalıdır.
İctimai fikri formalaşdıran insanlar diqqətli olmalıdır.
Natiqlər, yazıçılar, sənəd adamları ayıq olmalıdır.
1
Düşmə
n m
ə
nafel
ə
rinin
genişlə
ndirilm
ə
si
düşmə
n nüfuzunun m
ə
qs
ə
dl
ə
rind
ə
ndir
Super güclərin, dünya quldurlarının bütün təlaşları öz
nüfuzunu genişləndirmək, mənafelərini təmin etməkdir.
Onlardan soruşulanda ki, siz Fars Körfəzində nə üçün
olmalısınız, deyirlər bizim mənafeyimiz bunu tələb edir.
Demək, mənafeləri qoşun yeritmək tələb etsə bu işi
görəcəklər. Onlara üz tuturam. Sizin mənafeləriniz
xalqların mənafelərindən üstündür?! İmperialist güclərin
bütün fəaliyyətləri mənafe üzərində qurulub. Əgər
islahatçılıq şüarlarını səsləndirirlərsə məqsəd mənafelərini
təmin etməkdir, islahatçılıq bir yalandır. Onlar həqiqi
islahata səs verməzlər. Onlar ölkəmizdə həqiqi islahatlara
müxalifdirlər. İnqilab prinsiplərinə də müxalifdirlər.
Çalışırlar ki, müstəqillik ruhiyyəsini xalqdan alsınlar.
Onlar bəzi fitnəkar şüarlar səsləndirirlər, daxildə də bir
qrup həmin şüarları təkrarlayır. Bu çox üzücü bir haldır,
bu barədə çox danışmaq istəmirəm. Bəziləri düşmənə
1
Kerman, şəhid ailələri ilə görüş, 2006
70
dostdan, biganəyə doğmadan çox etibar edir. Düşmənin
sözünü təkrarlayırlar. Bu çox acı haldır. Hər halda bu
barədə xalq məlumatlanmalıdır. Bir gün dilə gətirməli
olacağam ki, ölkədə kimlər bu xalqın əleyhinə,
təcavüzkarların mənafeyinə xidmət edir. Hələ ki, bu
mövzudan ötüb keçirəm.
Ey İran xalqı! Ey əziz gənclər! Ey ziyalılar! Ey
siyasilər! Quran əmrinə itaət edin, Allahdan qorxun,
təqvalı olun. Cümə namazının ən böyük mesajı təqvadır.
İlahi təqva budur ki, düşmənin yalanına uyub onun
qarşısında təslim olmayaq. Düşmən araya ixtilaf salmaq
istəyir.
Düşmən arzulayır ki, məsullar arasında
düşmənçilik olsun. Düşmən ölkəmizdə daxili müharibə
olmasını istəyir. Ölkəmizdəki sabitliyi, təhlükəsizliyi
görən gözləri yoxdur. Harada insanlarımız bilərəkdən və
ya bilmədən aranı qatsalar, sabitlik pozulsa düşmən
bundan xoşhal olur.
1
Nüfuz etm
ə
kl
ə
imanı
z
ə
ifl
ə
tm
ə
k
Bu gün düşmən növbəti dəfə gənc nəsli, xüsusi ilə
tələbələri öz viranedici fitnəkarlıqlarına hədəf seçib.
Düşmən siyasətçilərin 20 illik təcrübəsinin məhsulu
olan dərin bir təhlil İslam Respublikasının düşmənlərini bu
qənaətə gətirib ki, İslam Respublikasına nəzarətin, bu
ölkəni əsarətə almağın yolu gənc nəslin dini etiqadını
zəiflətmək, onların dövlətə düşüncə və qəlb bağlılığını
aradan qaldırmaqdır. İslam Respublikasını hökm altına
almaq üçün gənclərin təlim-tərbiyə həvəsini sönükdürmək
lazımdır. Bu gün dünya imperializmi və beynəlxalq
sionizmin bütün təbliğatçılarının və nəzəriyyəçilərinin
1
Tehranın cümə namazı xütbələri, 2001
71
gəldiyi qənaət budur. Bunun əlamətlərini, bu çirkin
təlaşların nişanələrini düşmənin ideoloji, informasiya,
təbliğat faəliyyətlərində müşahidə etmək mümkündür.
Belə bir şəraitdə xətiblərimizin vəzifəsi ağır və
həssasdır. Universitetin İslam cəmiyyətləri öz işlərini
nizama salsınlar. İnqilabın prinsipləri əsasında fəaliyyət
xətti seçsinlər. Düşmən və düşmənin üsullarını tanımaq
üçün bütün tələbələr üçün şərait yaradılmalıdır. Xüsusi ilə
tələbə mühitində fitnəkarlar və onların fitnəkarlıqları üzə
çıxarılıb zərərsizləşdirilməlidir. Təşkilat daxilində və
xaricdə ixtilafları minimuma endirin. Bütün hallarda
Allahın hüzurunu hiss edin, bilin ki, Allah sizin niyyət və
əməllərinizdən xəbərdardır və insan üçün Allahın
razılığından layiqli və uca bir məqsəd yoxdur.
1
Ə
sas etiqadlarda t
əxribatçılıq
düşmə
nin
h
ə
d
ə
fl
ə
rind
ə
ndir
Prezidentlik dövründə BMT-yə getmişdim. BMT-nin
ümumi iclasında çıxışım oldu. Avropanın bir çox
şəbəkələri bu çıxışı birbaşa yayımlayırdı. Çünki bu çıxışın
böyük təsiri ola bilərdi. Çıxışın səhərisi gün Fars
Körfəzində İranəcr gəmisini saxladılar. Nyu-Yorkda idim.
Televizoru işə saldım. İranəcr gəmisinin Fars Körfəzini
minalaması
barədə
təxribatçı
təbliğat
dünyaya
yayımlanırdı. Məqsəd BMT-dəki çıxışı təsirsizləşdirmək
idi. Neft estakadalarına hücumlar və bu sıradan
təxribatçılıqlar Amerikanın reaksiyalarından oldu. Uzun
illər əməli şəkildə reaksiya göstərdilər. Həm siyasi, həm
iqtisadi, həm tam və ya qismən hərbi addımlar atıldı.
1
İslam Tələbə Cəmiyyətinin ikinci konqresi, 1999
Dostları ilə paylaş: |