75
işlərdə nöqsanlar varsa bunu aradan qaldırmalıyıq. İnqilab
keşikçiləri tam təchiz olunmalıdır. Möhkəm inqilabi
məntiqlə təchiz olmaq lazımdır. İnqilab düşmənləri
müxtəlif yollarla hərəkət edir. Nüfuz yollarından biri
etiqadlarda süstlük yaratmaqdır. Çalışırlar ki, inqilabi və
dini dəyərlərə etiqadı zəiflətsinlər.
Bütün yollardan istifadə edirlər. Hər növ adamları var.
Universitet müəllimlərini də ələ alıblar. Fəal tələbələr
arasında adamları var. Düşüncə və elm sahəsində
istedadlar da varlarıdır. Təxribat törətmək üçün hər
zümrədən əlaltıları mövcuddur. İnqilab keşikçiləri hər
sahədə hazırlıqlı olmalıdır. İnqilabdan öncə məntiq
gücündən çox yerdə faydalanırdıq. Quran və Nəhcül-
bəlağədən söhbətlərimiz olurdu. Bu söhbətlərdən sonra
gənclər deyirdi ki, artıq universitetdə marksistlərlə
söhbətdə aciz qalmırıq. Artıq deməyə sözləri olurdu.
Problem təkcə rədd etməklə, yox deməklə həll olmurdu.
Dediyini isbat etməlisən, həqiqəti sübuta yetirməlisən. Bu
gün inqilab keşikçilərinin arasındakı gənclər belə bir
iqtidara malik olmalıdır. Bu əsas işlərdəndir. Bu elə
inqilabın keşiyində dayanmaqdır. İnqilabın keşiyində
dayanmaq, onu sevmək, öhdənə düşən məsuliyyəti yerinə
yetirmək, inqilabın qədrini bilməkdir.
1
1
İnqilab Keşikçiləri komandanları ilə görüş, 2016
76
Düşmə
n nüfuzunun h
ə
d
ə
fl
ə
rind
ə
n biri
xalqın
İslam
ideallarına
r
əğbə
tini aradan
qaldırmaqdır
Bu gün dünya ölkələrində, müsəlman məmləkətlərdə
Amerikaya, Amerikanın müdaxilələrinə, Amerikanın
əlaltılarına nifrət ruhu güclənməkdədir. Xalqlar İslamın
verdiyi izzət ardıncadır. Düşmənin qorxduğu budur ki,
İranda baş vermiş İslam inqilabı başqa ölkələrdə də
təkrarlansın. Müxtəlif yollarla bunun qarşısını alırlar.
Amma İslam düşüncəsinin, İslam oyanışının qarşısını
almaq mümkünsüzdür. İslam oyanışı bütün İslam
dünyasında genişlənməkdədir. Bu nöqtəyə diqqətli
olmalıyıq.
İran xalqı necə böyük iş gördüyünü bilməlidir. Təbiidir
ki, bu şəraitdə düşmənlər bütün vücudu ilə İran İslam
Respublikasına qarşı səfərbər olacaq. Nə üçün bu işi
görməlidirlər? Hərbi yolla problem həll olmur, bunu özləri
də bilirlər. Çevriliş yoluna da əl atıblar, səmərəsiz
olduğunu görüblər. Cəmi bir yolları qalıb və bu yol
millətin arasına nüfuz etməkdir. Yalan, böhtan, şayiələrlə
İslam və inqilaba qarşı soyuqluq yaratmaq istəyirlər. Uzun
illər boyu xalqı hərəkət və müqavimətə şövqləndirmiş bir
çeşmənin qarşısında dayanmaq istəyirlər. Bu onların əsas
proqramlarındandır.
Özləri bunu süqut adlandırırlar. Deyirlər biz İslam
Respublikasının süqutunu istəyirik. Burada süqut xalqın
inqilab
ideallarına
qarşı
biganələşməsi,
inqilaba
münasibətdə
tərəddüddə
olmasıdır. Bu düşmənin
siyasətidir. Dəfələrlə təkrarlamışam, düşməni tanımaqdan
da
mühümü
düşmənçiliyi,
düşmənçilik
üsulunu
tanımaqdır. Düşmənin hansı yolla nüfuz etdiyini bilsək
77
diqqətimizi həmin yola toplayarıq. Düşməni hamı tanıyır.
Bu gün İran xalqının, müstəqillik və azadlığın düşməni
imperialist Amerikadır. Buna şübhə yoxdur. Özləri də
bunu etiraf edir. Əlbəttə ki, bəzən riyakarlıqla deyirlər ki,
biz İran xalqının düşməni deyilik. Amma əsl müxalifətləri
elə İran xalqı ilədir. Çünki bu böyük hərəkatı yaradan İran
xalqıdır. Bu gün sədaqət, qeyrətlə İslam nizamını yaşadan
xalqdır. İran xalqı Amerikanın qarşısında dayanıb. Əgər
xalq inqilab və dövlətə, məsullara dayaq durmasaydı onlar
düşmənin təzyiqlərinə tab gətirməzdi. Biz düşməni
tanıyırıq. Qalır düşmənin üsullarını tanımaq. Bu gün
düşmənin üsulu geniş xalq kütlələri arasında ixtilaf
yaratmaqdır. Xalqı inqilaba qarşı qoymaq istəyirlər. Elə
şüarlar irəli sürürlər ki, xalqın əzəmətli hərəkatı ilə heç bir
uyğunluğu yoxdur.
Dünyanın bir çox ölkələrində istedadlar imperialist
çevrələrin təsiri altındadır. İngiltərənin müstəmləkəçiliyi
dövründə də belə olub. Sovetlər Birliyi də belə edib. Bu
gün də Amerika eyni yolla gedir. İstedadları, alimləri
seçib, onları xalq arasında özlərinə sözçü edirlər. Bu
istedadlar onların sözünü təkrarlamalıdır. İstedadlar
onların ideyalarına cəmiyyəti inandırmalıdırlar. Belələri
bizim ölkəmizdə də olub. Bu gün də var. İnqilabın
əvvəllərində də belələri vardı. Onlar düşmənin ruporu
funksiyasını daşıyır. Onların mənafelərindən çıxış edir,
onların sözünü təkrarlayırlar. Xalqımız aydın şəkildə öz
məqsədlərini ortaya qoyub. İnqilab dövründə, müqəddəs
müdafiə illərində xalq İmamın arxasında dayandı, yüz
minlərlə gənc öz həyatını qurban verdi. Bu xalq Qərb
demokratiyası ardınca deyil. Müsəlman xalqımız,
mübarizə dövründə şah rejiminin həbsxanalarında işkəncə
Dostları ilə paylaş: |