81
nəzərdə tutduğumuz sahələrdə birinci rütbəyə çata bilərik.
Bu sadəcə bir həvəs deyil. Bu gün xalqımızın taleyi
bununla şərtlənib. Bir ölkə iqtisadiyyat, elm nöqteyi-
nəzərindən özünütəmin həddinə çatmasa zərər görəcək.
Bir xalq öz ehtiyaclarını təmin edə bilməsə düşmən
qarşısında kiçiləcək. O zaman düşmən zor göstərəcək,
yuxarıdan aşağıya baxacaq, biz belə bir vəziyyətdə olmaq
istəmirik. Ölkəmiz 200 il təcavüz və təhqirə məruz qalıb.
Dövlət qurumlarının, səltənət aparatının bacarıqsızlığı və
ləyaqətsizliyi xalqın təhqirinə səbəb olub. İngilislər ilk
dəfə 1800-cü ildə ölkəmizin siyasi aparatına nüfuz edib. O
zaman başqa Avropa ölkələri də eyni işi görüb. 1800-cü
ildə İngiltərənin ilk səfiri ölkəmizə ayaq qoyub. Özü də
Hindistandan gəlib. O zaman Hindistanda hakimiyyət
ingilislərin əlində idi. Buşehrdə gəmidən düşən kimi
rüşvət verməyə başlayıb. Çox rahatlıqla məmurları ələ
alıb. Lovğa şahzadələr, əmirlər onun hədiyyələri,
rüşvətləri qarşısında iki qat əyiliblər. Düşmənin
hakimiyyəti o zaman başlayıb. Düşmənə nüfuz etmək
icazəsi verilib. Biz bunun davam etməsini istəmirik.
İnqilab onların qarşısında polad bir sədd yaradıb. Biz bu
səddi möhkəmləndirmək fikrindəyik.
Heç bir qiymətə icazə verməyək ki, onlar bizim
iqtisadiyyatımıza,
mədəniyyətimizə,
siyasətimizə,
taleyimizə müdaxilə etsinlər. Bunun üçün daxildən və
xaricdən möhkəmlənmək lazımdır. Daxildən olan bir
istehkam iqtisadiyyat istehkamıdır. İranın məntəqədə
birinci olması sadəcə həvəs deyil. Bizim taleyimiz bundan
asılıdır. Ardıcıl təlaş, düşüncə, fədakarlıq, paklıqla bu işi
82
görməliyik. Ölkənin bütün potensialı bu istiqamətdə
yönəldilməlidir.
1
Dövlət məsulları arasında ixtilaf yaratmaq da düşmən
nüfuzunun hədəflərindəndir. Təlaşlardan biri də ölkədə
əsas güclər, cərəyanlar arasında ixtilaf yaratmaqdır.
Parçalayıb komandanlığı ələ almaq istəyirlər. Ölkəni milli
məclis, dövlət və məhkəmə sistemi kimi üç orqan idarə
edir. Bu üç orqan arasında ixtilaf yaratmaq istəyirlər.
İslam Respublikasına zərbə vurmaq üçün çoxdan bu plan
üzərində işləyirlər. Bir zaman bunu açıq da deyirdilər. İki
hakimiyyətlilikdən danışırdılar. Ölkə daxilində də bəziləri
tutuquşu kimi onların sözünü təkrarlayırdı. Amma söz
xaricdən
gəlmişdi.
Ölkə
daxilində
də
bəziləri
məlumatsızlıqdan həmin fikirə dəstək verirdi. İndi isə
həmin planı açıq elan etmirlər, amma məqsəd elə odur.
Biz xarici kəşfiyyat idarələri ilə bağlı məlumatlarda,
onların əlimizdə olan məruzələrində bu planın izini
görürük. Buna görə də ixtilafa yol vermək olmaz.
2
Daha bir
düşmə
n nüfuzu: M
əsulların
hesablamalarını
d
əyişmə
k,
xalqı
dövl
ə
t
ə
münasib
ə
td
ə
ümidsizl
əşdirmə
k
Bu gün bizim qarşımızdakı cəbhə Amerika və sionizm
tərəfindən idarə olunur. Bu cəbhə bizə qarşı bütün yollara
əl atıb. İran xalqına qarşı bütün yollardan istifadə ediblər.
Dövləti gücləndirən, xalqın müqavimətini artıran amilləri
aradan qaldırmaq istəyirlər. Özləri də deyirlər ki, İran
xalqına qarşı sanksiyaların məqsədi xalqı yormaq, onların
1
İqtisadiyyat fəalları ilə görüş, 2012
2
Səkkizinci parlament üzvləri ilə görüş, 2009
83
ictimai fəallığını zəiflətmək, onları dövlətə münasibətdə
ümidsizləşdirməkdir. Eyni zamanda dövlət məsulları
arasında pozuculuq edirlər, məsulların öz hesabatlarına
inamına zərbə vururlar.
1
Bu
gün
İslam Respublikasının düşmənlərinin
fəaliyyətlərində mühüm bölmələrdən biri məsulların
hesabatlarının hədəfə alınmasıdır. Bizim bu barədə kifayət
qədər məlumatımız var. Təbii ki, dövlət məsullarının
qarşıdakı fəaliyyətlərlə bağlı hesabatları var. Düşmən
çalışır ki, məsullar öz hesabatlarına münasibətdə
ümidsizləşsinlər. İctimai fikiri dəyişmək, xalqın məsullara
etimadını qırmağa çalışırlar. Dövlətin idarəçiliyi ilə bağlı
inqilabi və dini düşüncə də hədəfdədir.
2
Sözləri
budur
ki,
dövlət
məsullarında
onların
qərarlarına şübhə yaratmaq istəyirlər. Guya hər hansı bir
qərarın büdcəsi, xərci nəzərdə tutulduğundan çox
yuxarıdır. Bu təxribatdır. Bu məsulların iradəsini qırmaq
istəyidir. Bütün gücləri ilə bu çirkin məqsədə çatmaq
istəyirlər. Xalqda və məsullarda şübhə, tərəddüd yaratmaq
qarşılarına qoyduqları əsas məqsədlərdir.
3
Kütl
ə
vi informasiya vasit
ə
l
ə
ri
düşmə
n
nüfuzunun mühüm vasit
ə
l
ə
rind
ə
ndir
Bilin ki, imperializmin nüfuz vasitələrindən biri kütləvi
informasiya vasitələri, tele-radio şəbəkələridir. Bu sahəyə
çox pul xərcləyirlər. Mən ötən illərdə Amerika və
sionizmin, dünya quldurlarının, böyük sərmayədarların
kütləvi informasiya vasitələrinə diqqətindən danışmışam.
1
Qum əhalisi ilə görüş, 2012
2
İnqilab keşikçilərinin dəniz qüvvələri komandanları ilə görüş, 2016
3
Qum əhalisi ilə görüş, 2012
Dostları ilə paylaş: |