91
hər adamla sərt rəftar etmirik. Çalışırıq ki, sərtlik
göstərmədən tədbir görək. Biz düzgün müdiriyyətlə
düşməni dosta çeviririk. İnsaflı olanlarda belə rəftarın
təsiri var. Əlbəttə, bəziləri qərəzli və fitnəkardır. Şübhəsiz
ki, İslam Respublikası belələri ilə qanun əsasında rəftar
edir.
Mömin insanların, xüsusi ilə gənclərin vəzifəsi budur
ki, əvvəlcə qərəzli adamları müəyyənləşdirsinlər. Qərəzli
insanları xeyirxah insanlarla səhv salmaq olmaz. Sonradan
məlumatsız insanları, bilmədən müxalifət göstərənləri
ayıltmaq lazımdır. Gənclərin ruhiyyəsi, nikbinliyi
güclüdür. Onlar daha çox məsuliyyət hiss etməlidir. Xalqı
məlumatlandırmaq, istənilən bir libasda olan düşməni
tanımaq əsas vəzifələrimizdəndir.
Düşmə
n bir mövzuya çox diqq
ə
t yetirirs
ə
,
bu onu göst
ə
rir ki, h
ə
min mövzu nüfuz
etm
ə
k üçün seçilib
Bu gün Amerika və müttəfiqləri, onların əlaltıları fürsət
gözləyirlər. İnqilabdan intiqam almaq istəyirlər. İnqilabi
gənclərdən xəbis şah Məhəmməd Rzanın, onun zalım
ailəsi və SAVAK xəfiyyə idarəsinin intiqamını almağa
çalışırlar. Nüfuz etmək üçün nöqtə axtarırlar. İnqilabın
daxilinə nüfuz etmək istəyirlər. Ayıq olun, necə ki,
keçmişdə ayıq olmusunuz.
Xalqımız düşmənin uzanan əllərini kəsəcək. Düşmən
xalqımızın düyünlənmiş yumruğu ilə üzləşəcək. Xəbis
olmaqla yanaşı diqqətsiz və nadan düşmənlərimizə
deyirəm ki, siz İran xalqına münasibətdə səhvə yol
vermisiniz, bu xalqı tanımamısınız. İnqilabdan bu günə
qədər bu xalq və ölkə haqqında apardığınız araşdırmalar
yanlışdır, buna görə də daim məğlub olursunuz. Bu xalq
92
İslama bağlı xalqdır. Bu xalq İslama xidmətləri sevir. Bu
xalq öz xoşbəxtliyini İslamda axtarır. Bu xalq İslama iman
və sədaqəti ilə sizin bütün düyünlərinizi açacaq və heç
vaxt təslim olmayacaq.
Bəsic - könüllülər ölkə boyu ayıqdır. Bütün silahlı
qüvvələr, o cümlədən ordu, İnqilab Keşikçiləri, asayiş
keşikçiləri - polis ayıq olmalıdır. Hamı ayıq olmalıdır.
Amma Bəsicin - könüllülərin ikiqat ayıq olmasına ehtiyac
var. Şəhər ya kənd, universitet ya hövzə, harada olursa
olsun Bəsic ayıqlığını qorumalıdır. Düşmən zərbə vurmaq
üçün bir istiqamətlə irəliləmir. O müxtəlif yollarla irəli
gəlir. Gözünüzü açın, düşməni tanıyın. İmam Xomeyni (r)
bu xətləri bizim üçün aydınlaşdırıb.
Düşmən bir mövzuya çox diqqət yetirirsə, siz də həmin
mövzuya diqqətli olun. Bilin ki, düşmən həmin nöqtəni
fitnəkarlıq üçün seçib. Düşmən inqilaba, xalqa, xalqın
sevgisinə fokuslananda bilin ki, düşmən bütün bunlardan
qorxur. Sizin inqilab səhnəsində hüzurunuz, ayıqlığınız və
hazırlığınız düşmənin ümidini qırır.
1
Müst
ə
qilliyin
olmaması
düşmə
nin nüfuz
yoludur
Müstəqilliyi olmayan məmləkətlərlə qəddarlıqla rəftar
edirlər. Təlaş göstərirlər ki, milli kimliyi xalqın əlindən
alsınlar. Millətin qürur duyduğu dəyərləri aradan
qaldırmaq istəyirlər. Onlara tarixlərini unutdurmağa
çalışırlar.
Maddi
sərvətlərini
çapıb-talayırlar.
Mədəniyyətlərini, dillərini əllərindən alırlar. Bir ölkənin o
biri ölkə üzərində hakim olması üçün bu işlər görülür.
1
Hərbi Dəniz Qüvvələri, bəsic - könüllülərlə görüş, 1991
93
İstismar dövründə belə idi. Burada istemarla istismarı
fərqləndirməli oluruq. İstemar düşmənin birbaşa hakim
olmasıdır. Düşmənlər İrana heç vaxt belə hakim ola
bilməyiblər. İngilislər bir zaman bu işi görmək istəyirdilər,
İran xalqı yol vermədi. İstemar alınmayanda istismar
başlayır. Çalışırlar ki, öz nüfuzlarını imkan həddində
gücləndirsinlər.
Mən öz yaxın keçmişimizdən, ötən yüz ildən 4 nümunə
üzərində dayanmaq istəyirəm. Bu 4 nümunədən aydın olur
ki, düşmən ölkənin siyasi qurumları və mədəniyyətinə
hakim olanda o məmləkət və xalq necə acınacaqlı
vəziyyətə düşür.
Bir nümunə Məşrutə dövrüdür. Qacar istibdadı
dövründə xalqı boğaza yığdılar, xalq qiyam qaldırdı. Bu
qiyama din alimləri başçılıq edirdi. Nəcəfdə olan mərhum
Ayətullah Axund Xorasani kimi təqlid mərcəsi, Tehranda
mərhum Şeyx Fəzlullah Nuri, mərhum Seyyid Abdullah
Behbəhani, mərhum Seyyid Məhəmməd Təbatəbai
Məşrutə hərəkatına rəhbərlik edirdi. Nəcəf elm hövzəsi
onları himayə edirdi.
Onlar İranda ədalətin bərpasını istəyirdilər. İstəyirdilər
ki, istibdad aradan qalxsın. O zaman İngiltərənin İranda
nüfuzu güclü idi. Ziyalıları bir növ öz qəlibinə salmışdı.
Təbii ki, xalqa, məmləkətə can yandıranlar arasında da
ziyalılar vardı. Biz onların haqqını tapdaya bilmərik.
Amma bir qrup ziyalı açıq-aşkar ingilislərə muzdurluq
edirdi. Məşrutə İngiltərə üslubunda bir hərəkat idi.
Ziyalılar ədalətli hökumət qurmaq əvəzinə, məşrutəni
hakimiyyətə gətirdilər. Nəticəsi nə oldu? Din alimlərinin
rəhbərliyi altında, dini şüarlarla başlamış hərəkat qısa bir
müddətdən sonra mahiyyətini dəyişdi, qiyamın önündə
gedən şeyx Fəzlullah Nuri kimi bir şəxs Məşrutə hökuməti
Dostları ilə paylaş: |