17
Əzəmətli hərəkat qarşısında qəddar, bacarıqlı, iti,
saxtakar, şeytansifət düşmən dayanıb. Bu düşmən
imperializmdir.
Bu gün imperializmin önündə Amerika gedir. Bir
zaman İngiltərə lider idi. Düşmən işsiz oturmayıb,
təlaşdadır, daim çalışır.
1
Bu gün dünyada imperializmlə milli istiqlal, insani
dəyərlər hərəkatı arasında savaş gedir. Həmin hərəkatın bir
nümunəsi İran İslam İnqilabıdır. Bu gün dünyada savaş
buna görədir. Başqa qarşıdurmalar da var. İtlər də bir leş
üstündə boğuşurlar. Bu da bir davadır. Amma əsas savaş
insani dəyərlər hərəkatı ilədir. Düşmən var, həssas bir
düşmən!
Qeyd etdik ki, imperializmin aşkar nümunəsi
Amerikadır. Amerika imperializmin siyasi qurumudur.
Amma imperializm təkcə siyasi qurumdan ibarət deyil.
Bəzən maddiyyat, maliyyə vəsaitləri daha təsirli olur.
Dünyanın böyük şirkətləri, kompaniyaları, böyük
sərmayədarlar misal göstərilə bilər. Onların əksəriyyəti
sionistlərdir. İmeprializmin ümumi sistemi bundan
ibarətdir. Onlar daim təlaşdadır. Necə deyərlər, həm
zorları, həm də zərləri var. Deyirlər zər, zor və hiylə
üçbucağı var. Doğrudan da belədir. Biz zər, zor və hiylə
deyəndə məqsədimiz din libası geyinməkdir. Din libası,
dini maska zər və zor ordusuna yol açır. Bu gün isə hiylə
deyəndə təkcə dini hiylə nəzərdə tutmuruq. Burada siyasi
hiylə də var. Siyasi qurumlar, diplomatik xətlər çox ciddi
şəkildə hiyləgərliklə, fitnəkarlıqla məşğuldur. Gülər üzlə,
təbəssümlə səhnəyə çıxırlar, qarşıdakına qucaq açırlar,
bəzi filmlərdəki kimi qarşı tərəfi qucaqlayandan sonra
1
Bəsic - könüllülər dəstələrinin komandirləri ilə görüş, 2016
18
arxadan ürəyinə xəncər sancırlar. Bu gün siyasət və
diplomatiyada hiyləyə diqqətli olmaq lazımdır. Düşmən
müxtəlif şəkillərdə səhnəyə çıxır. Özümüzə bunu təkrar-
təkrar deməli, bir növ məşq etməli, buna hazırlaşmalıyıq.
Bilməliyik ki, bu hiylə və fitnəkarlıqlar qarşısında nə
etməliyik.
Hamımız,
həm
siyasətçilərimiz,
həm
məsullarımız, həm əziz bəsic - könüllülər, həm də
fəaliyyətdə olan, ortaya düşüncə qoyan insanlar daim bunu
diqqət mərkəzində saxlamalıdır.
Düşmənçiliyin bir növü hərbi, fiziki düşmənçilikdir.
Onlar bomba atır, atəş açır, terrorçu göndərir.
Başqa bir növ düşmənçilik ideoloji, qeyri-fiziki
düşmənçilikdir. Mən düşmən nüfuzu barədə danışmışam.
Düşmən nüfuzu çox mühüm mövzudur. İndi bəziləri
reaksiya verir ki, nüfuz məsələsi bir cərəyan kimi istifadə
olunur. Qoy nüfuzdan siyasi məqsədlə istifadə etməsinlər.
Nüfuzdan danışarkən onun əsl mahiyyətini ortaya
qoysunlar.
Düşmən nüfuzundan danışarkən bunun bir cərəyan
tərəfindən digər cərəyana qarşı ittiham kimi istifadə
olunması barədə deyilənləri bir kənara qoyaq.
Söhbətimizin mövzusu düşmən nüfuzunun mahiyyətidir,
onun mahiyyətindən xəbərsiz qalmamalıyıq. Bilməliyik ki,
düşmən nüfuz etmək istəyir. Nüfuz nədir və necədir?
Mövzudan yayınmayaq. Ayrı-ayrı siyasi cinahlar, qanadlar
bir-birilərini ittiham etməsinlər.
Bu qarşıdurmada,
mübahisələrdə düşmən nüfuzunun əsl mahiyyətindən
diqqət yayınmasın. Düşmən nüfuz etmək üçün plan cızır.
1
Bu
gün
düşmən nüfuzu ölkə üçün böyük
təhlükələrdəndir. Hər yolla nüfuz etməyə çalışırlar. Nüfuz
1
Bəsic - könüllü dəstə komandirləri ilə görüş, 2016
19
nədir? İqtisadiyyatda, təhlükəsizlik sahəsində buna cəhd
etmələri mümkündür. İqtisadiyyata nüfuz, təhlükəsizlik
sahəsinə nüfuz kiçik məsələ deyil. Amma bir daha
vurğulayıram ki, düşüncəyə, mədəniyyətə, siyasətə
nüfuzun əhəmiyyəti daha böyükdür.
1
Nüfuz etm
ə
k h
ə
rbi müdaxil
ə
ə
v
ə
zin
ə
münasib
variantdır
Düşünməyin ki, düşmən yalnız silahlı hücumla
müdaxilə edir. Qarşı tərəf güclü olduqda hazırki şəraitdə
İslam Respublikası kimi iqtidara çatdıqda silahlı təcavüz
imkanları məhdudlaşır. Başa düşürlər ki, bu xalqa qalib
gələ bilməyəcəklər. Bu zaman müdaxilə üsulunu
dəyişirlər, nüfuz yolu seçirlər. Çalışırlar ki, milli
münasibətləri qızışdırsınlar, ölkə daxilində problem
yaratsınlar.
2
Biz bu fitnəkarlığın müxtəlif yönlərini yetərincə
tanımalı və tanıtdırmalıyıq. Bu bizim vəzifəmizdir.
3
Bu gün hamı başa düşüb ki, artıq imperialist qüvvələr
İslam Respublikası ilə keçmişdəki kimi rəftar edə bilməz.
İnqilabın əvvəllərində güclərini yoxladılar, məğlub
oldular. Əvvəlcə hərbi yola əl atdılar. Müdaxilə etmək
istədilər, alınmadı. Çevriliş yoluna əl atdılar. Yenə məğlub
oldular. Milli münasibətləri qızışdırdılar, bu sahədə də
uğur qazanmadılar. İran İslam Respublikasını səkkiz illik
müharibəyə cəlb etdilər, bu müharibədə də məğlub
oldular. Artıq bu yolları seçəcəklərini düşünmürəm. Çox
1
İnqilab keşikçiləri komandanları ilə görüş, 2016
2
İmam Həsən Müctəba (ə) qərargahında bəsic günü, 1991
3
Xibrə Məclisi üzvləri ilə görüş, 1999
Dostları ilə paylaş: |