Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə10/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

 
 
36 
anizm hesab olunur. Məsələn, adi şəraitdə  tənəffüs zamanı xaric 
olunan havada oksigenin miqdarının azalması, tənəffüsün tezlik 
və dərinliyinin kifayət qədər artmasına səbəb olur. Yüksək dağlıq 
ərazidə oksigenin aşağı miqdarına adaptasiyaolunma 
mərhələsindən sonra (xaric edilən havada oksigenin aşağı 
miqdarının təsiri) elə  həmin təcrübə ilk nəfəsalmanın qısa 
müddətli sürətlənməsinə səbəb olur. 
 
downloaded from KitabYurdu.org


 
35
III FƏSİL 
 
HÜCEYRƏ FİZİOLOGİYASI 
 
Orqanizmin funksiyalarını toxuma elementlərindən ibarət 
olan orqan və orqanlar sistemi yerinə yetirir. Başqa sözlə, 
orqanizmin funksiyasının yerinə yetirilməsi hüceyrənin 
funksiyası ilə müəyyən edilir. Hüceyrənin hər hansı funksiyası 
xüsusi zülallar vasitəsilə  həyata keçirilir, hansı ki, kimyəvi 
strukturu haqqında məlumat endogen hüceyrə proqramında – 
gendə (genlər cəmi – hüceyrə genomu) qeyd edilmişdir. 
Deməli, bütün funksiyalar genomda determinə olunmuşdur. 
Eyni vaxtda müxtəlif tip hüceyrələr müxtəlif funksiyalar yerinə 
yetirir. Bundan aydın olur ki, müxtəlif hüceyrələrdə müxtəlif 
genlər fəaliyyət göstərir. Beləliklə, hüceyrənin fiziologiyasını 
dərk etmək üçün nəinki genin ekspressiyasının necə getdiyini, 
həm də genin diferensial ekspressiyasının necə  həyata 
keçirildiyini bilmək lazımdır. Başqa sözlə, genomun işinin necə 
tənzim olunmasını bilmək lazımdır. 
Hüceyrə üç əsas komponentdən ibarətdir: 1) Plazmatik 
membran; 2) Nüvə (hüceyrə genomu ilə); 3) Sitoplazma 
(sitozol – onda strukturlaşan subhüceyrə vahidi – orqanoidlər). 
Sitozol orqanoidlər, sitosiklet və törəmələrdən ibarətdir. 
Orqanoidlər (orqanoid) – dəqiq funksiyaları yerinə yetirməkdə 
ixtisaslaşan sitoplazmanın metabolik fəal elementləridir (şəkil 
3.1). Orqanoidlərə sərbəst ribosomlar, qranulyar endoplazmatik 
tor (kələ-kötür endoplazmatik retikul), hamar endoplazmatik 
tor (hamar endoplazmatik retikul), mitoxondri, Holci 
kompleksi, hüceyrə mərkəzi, haşiyəli qovuqcuq, lizosomlar və 
perooksisomlar aiddir. 
Hüceyrə nəzəriyyəsinə əsasən bitki və heyvanların struktur 
elementi hüceyrədir. Orqanizmin ən kiçik struktur, quruluş  və 
çoxalma vahidi hüceyrədir. 
«Nüvə» termini ilk dəfə bitki hüceyrələrində sapvari struk-
 
36
turu ifadə etmək üçün işlədilmişdir. 
 
Şəkil 3.1. Heyvan hüceyrəsinin  ən  əsas orqanoidlərinin təsvir ol-
unduğu sxematik şəkli: 1-xromatinlər, 2-nüvə membranı, 3-nüvə, 
4-nüvəcik, 5-ifrazat qovuqcuğu, 6-lizosom, 7-ribosom, 8-
endoplazmatik retikul, 9-bazal cisim, 10-flagellum, 11-mitoxondri, 
12-hüceyrə  mərkəzi, 13-mikroxovcuqlar, 14-vakuol, 15-psev-
dopodillər (yalançı ayaqcıqlar), 16-mikroborucuqlar, 17-sitoskelet, 
18-Holçi aparatı, 19-membran.  
 
Nüvə komponentlərindən olan yaxşı rənglənən xromatinin 
tərkibinə DNT zülalı kompleks şəkildə daxil olur. Həmçinin 
RNT-də müşahidə olunur. DNT-də zülalların quruluşu 
haqqında genetik məlumat yerləşir. 
downloaded from KitabYurdu.org


 
37
İngilis alimi R.Huk ilk dəfə müxtəlif bitkilərin mantar və 
gövdəsinin kəsiyinə mikroskop altında baxmış, «Mikroqrafiya» 
əsərində (1665) təsvir etmiş  və hüceyrə sözünü elmə 
gətirmişdir.  İngilis botaniki H.Qryu hüceyrənin divarının 
liflərlə örtülü olduğunu göstərmişdir (1682). 1830-cu ildə al-
man botaniki F.Meyenin fikrincə, bütün bitki orqanları 
hüceyrəvi quruluşa malikdir. Alman alimləri M.Şleyden və 
Şvan bitki və heyvan hüceyrəsinin mikroskopik quruluşu 
haqqında zəngin material vermişdir (1831, 1838). 
Hüceyrəni öyrənmək üçün lupadan (2-25 dəfə böyüdür), 
işıq mikroskopundan (3600 dəfə böyüdür), elektron mik-
roskopundan (100 min dəfə böyüdür) və texniki tərəqqinin in-
diki ultramikroskop, mikroelektrodları sinir hüceyrəsinə 
stereotoksis cihazın köməkliyilə yeritməklə, elektroensofolo-
qraf cihazlar və s. istifadə etməklə hüceyrənin funksiyasının 
neyrohumoral tənzimi aydınlaşdırılır. 
 
3.1. Hüceyrə mübadilənin fizioloji 
prosesinin vahidi kimi 
 
Plazmatik membran (plazmalemma). Heyvan hüceyrələri 
plazmatik membranla əhatə olunmuşdur (şəkil 3.2). Əksər hü-
ceyrədaxili membranlarla çox oxşar olan plazmatik membran 
quruluşu üzərində bir qədər  ətraflı dayanaq. Membranın  əsas 
matriksi lipidlərdən,  əsas etibarilə fosfotidilxolindən təşkil ol-
unmuşdur. Bu lipidlər hidrofil qruplu başcıqdan və ona birləşən 
uzun hidrofob karbohidrat zəncirli quyruqcuqdan ibarətdir. 
Suda bu cür lipidlər spontan olaraq 4-5 nm qalınlıqda ikiqat tə-
bəqə yaradırlar ki, burada da hidrofil qruplar sulu mühitə tərəf 
istiqamətlənir. Hidrofob karbohidrat zəncirləri isə iki cərgədə 
düzülərək susuz lipid faza yaradırlar. Hüceyrə membranları 
məhz bu tipli ikiqat lipiddən ibarət olub, özlərində 
qlikolipidləri, xolesterolu və fosfolipidləri saxlayır (şəkil 3.3). 
Qlikolipidlərin hidrofil hissəsi oliqosaxaridlərdən təşkil olun-
 
38
muşdur. Qlikolipidlər plazma membranının xarici səthində 
yerləşirlər və molekulun oliqosaxarid hissəsi ətraf mühitə çıxmış 
tükcük  şəklində istiqamətlənir. Fosfolipidlər arasına səpələnmiş 
xolesterol molekulları isə onlarla birlikdə membranı 
sabitləşdirir. Müxtəlif lipidlərin membranın xarici və daxili qat-
larında yayılması eyni deyildir və  hətta bir qatda elə sahələr 
vardır ki, onlarda xüsusi lipid növləri olur. Bu cür qeyri-bərabər 
yerləşmə güman  
 
 
Şəkil 3.2. Hüceyrənin  ən  əsas orqanoidlərinin təsvir olunduğu 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə