349
mühitdə baş verən proses və hadisələri hiss etdirən xüsusi
mexanizmlər zəruridir. Vaxtilə rus fizioloqu İ.M.Seçenov belə bir
doğru mülahizə irəli sürmüşdür ki, orqanizmə verilən elmi tərifə
mütləq xarici mühit anlayışı da daxil edilməlidir. Həqiqətən də
ətraf mühit və onun qavrayışı mürəkkəb quruluşa və funksiyalara
malik olan hər bir heyvan orqanizm üçün əlahiddə əhəmiyyət
kəsb edir. İnsanlar xarici gerçəkliyi, burada baş verən hadisə və
prosesləri, aləmdən hissi (sensor) siqnallar almadan, onları təhlil
və tərtib etmədən yaşaya bilməz.
Heyvan və insan orqanizmi ətraf mühitin müxtəlif təsir
formalarına çox həssas sazlanmış spesifik reseptor hüceyrələrə
malikdir. Xarici mühitin müxtəlif enerji formaları reseptor
hüceyrələr üçün stimul (qıcıq) kimi təsir göstərir. Orqanizm üçün
hansı stimullar (qıcıqlar) gərəkdirsə və hansı qıcıqlar zərərli və ya
lazımsızdırsa, bu artıq az və ya çox dərəcədə sensor üzvləri və
onların reseptor törəmələri səviyyəsində müəyyən olunur.
Sensor modallıqları (hissi təsir müxtəliflikləri) özündə müxtəlif
submodallıqlar və ya keyfiyyətləri ifadə edə bilər. Məsələn, biz
müxtəlif maddələrin qoxusunu və dadını eyni zamanda duya
bilərik, temperatur duyğularını həm isti, həm də soyuq kimi qəbul
edirik, biz müxtəlif işıq dalğalarını müxtəlif rənglər kimi görürük
və i.a.
Reseptorlar haqqında tam təsəvvür formalaşdırmaq üçün
onların təkamül inkişafı mənzərəsi ilə tanış olmaq vacibdir.
Heyvanat aləmində reseptorların olduqca çoxlu formaları təmsil
olunmuşdur. Reseptorların mənşəyini tədqiq edəndə belə bir ilkin
postulat irəli sürülmüşdür ki, ilkin hissetmə qabiliyyəti elementar
səviyyədə hər bir canlı hüceyrənin xarici səth membranına
məxsus olan xüsusi zülal, zülal-lipid və qlüko-zülal
biomolekulyar komplekslərin və onları əhatə edən ion
mühitlərinin xassələri ilə əlaqədardır. Ona görə də müxtəlif növ
və tip heyvanlarda ən müxtəlif reseptorların hissi xassələrində
ümumi və oxşar xüsusiyyətlər mövcuddur ki, bu da onlarda ilkin
molekulyar represiya mexanizmlərinin çox yaxın olması ilə izah
edilir.
350
Yastı qurdların (planariya və s.) və ya həşəratların gözü insanın
gözündən fərqlənir, lakin fotoresepsiyanın fundamental əsasları
gözlərə malik olan əksəriyyət heyvanlarda oxşar prinsip və
molekulyar mexanizmləri üzrə qurulmuşdur. Bəzi heyvanlarda olan
incə reseptor aparatları insanda yoxdur. Məsələn, elektrik
balıqlarda elektrik cərəyanı hiss edən orqanlar, molyusklarda suyun
kimyəvi tərkibini təyin edən osforidal hissi orqan mövcuddur, insan
orqanizmi belə nadir hissi reseptorlardan məhrumdur. Elə
onurğasızlar da var ki, onlarda əksər hiss orqanları və ya reseptorlar
inkişaf etməmişdir. Sahibin bağırsaq mühitində parazit həyat
keçirməyə əlahidə surətdə adaptasiya olunmuş lentvarı qurdlar belə
orqanizmlərdəndir. Bir çox sensor (reseptor) hüceyrələr və duyğu
orqanları yüksək uyğunlaşmalara məruz qalsa da müxtəlif heyvan
növlərində təxminən eyni quruluş və funksional xüsusiyyətləri
qoruyub saxlayırlar. Onurğalılarda qoxu və görmə reseptorları bu
qəbilədən olan sensor cihazlara yaxşı misal ola bilər.
Xarici və ya daxili stimulun sinir impulsuna çevrilməsi ya
bütövlükdə sensor hüceyrədə, yaxud da onun xüsusi membran
sahəsində baş verir. Məsələn, qanda oksigenin (O
2
) qatılıq gər-
ginliyi tutan xemoreseptorlar sinir impulsları bütövlükdə hüceyrə
fəaliyyəti sayəsində yaradır, amma əksər sensor çeviricilər bu
prosesi həyata keçirmək üçün çox incə və səciyyəvi morfo-
funksional törəmələr qazanırlar. Sensor hüseyrədə çevirici
(transduksiyaedici) xassələr müəyyən mikromorfoloji sahələr ilə
sıx əlaqədardır. Bu ixtisaslaşmalar formaca müxtəlifdir.
Aşağıdakı sxemdə onurğalı heyvanlarda bəzi reseptorların morfo-
funksional xüsusiyyətləri göstərilir (şəkil 8.1).
Oksigen Dad Qoxu Somatosensor Əzələ Eşitmə Görmə
res. res. res. res. res. res. res.
downloaded from KitabYurdu.org
351
Şəkil 8.1. Onurğalıların müxtəlif tip reseptorları.
Kiçik ox işarələri sensor qıcıqların təsir etdiyi mikroresptiv
sahələri göstərir. Punktirlər – sensor təsirləri sinir impulslarına
transduksiya edən və sinaptik ötürmə baş verən sahələri göstərir.
Hər iki yerdə sinir siqnalları fasiləli (diskret, gradual) olaraq
ötürülür. Böyük ox işarələri reseptorda sinir impulsların tam
formalaşdığı yerləri göstərir. (G.Şeperd, 1987).
Qıcıq qapısı anlayışı. Toxumada ən zəif oyanma əmələ
gətirən qıcıq qüvvəsinə qıcıq həddi və ya qıcıq qapısı deyilir.
Qıcıq qapısı anlayışı əsasən xarici və daxili reseptorlarda
qıcıqlanmanın aşağı həddini xarakterizə etmək üçün işlədilir.
Qıcıq qapısı reseptorda yayılan təsir (fəaliyyət) potensialı və ya
sinir impulsu yaradan qıcıqlanmanın minimal intensivliyi kimi
başa düşülür.
Fiziologiyada qıcıq qapısıaltı və qıcıq qapısıüstü qıcıqlanma
adlanan anlayışlar da işlədilir. Qıcıq qapısından aşağı olan və oyan-
ma qapıaltı qıcıqlanma, qıcıq qapısından yüksək olan qıcıqlanma
isə qapıüstü qıcıqlanma adlanır. Qıcıq qapısı nə qədər aşağı
olarsa, oyanıcılıq bir o qədər yüksək olur.
Sükunət potensialı. Sükunət potensialına bəzən membran po-
352
tensialı da deyilir. Heyvani hüceyrə və ya reseptor hüceyrə zahiri
membran (zar) örtüyü (plazmatik membran) ilə əhatə olunur, bəzi
reseptorlar (məsələn, görmə reseptorları) daxili membran disklərə
malikdir və ya inkapsulyar membran quruluş kəsb etmişdir (mə-
sələn, dərinin reseptiv cismcikləri). Reseptor hüceyrə adi halda,
fizioloji sükunət zamanı, hər hansı qıcıq təsir etmədiyi anlarda,
membran potensialına malikdir. Bu tip potensial normal fizioloji
həyat fəaliyyəti olan hüceyrənin sitoplazması ilə maye mühiti
arasında Na
+
, K
+
, Cl
-
, Ca
++
, Mg
++
kimi elektrokimyəvi ionların
transmembran nəqliyyatı və membranın daxili və xarici sətləri
üzərində həmən ion yüklərinin fərqli qradiyentləri (qatılıqları) he-
sabına əmələ gəlir.
Nisbətən yüksək oyanıqlığı olan sinir və əzələ hüceyrələrində
sükunət potensialının qiyməti adətən 60-90 mv diapazonda
dəyişir. Adi vəziyyətdə olan reseptor hüceyrənin (və ya digər oy-
anıqlı hüceyrənin) örtük membranın daxili səthi xarici səthinə
görə mənfi elektrokimyəvi potensial ilə yüklənmişdir. Reseptora
kənar təsir olduqda və ya reseptor hüceyrədə metabolizmin sta-
sionar vəziyyətləri dəyişdikdə membran potensialı qiymət və
istiqamətcə dəyişir, potensial tərəddüdləri (spayklari) meydana
gəlir. Membran potensialının azalması depolyarlaşma, artması isə
hiperpolyarlaşma adlanır. Axırıncı hal reseptor və ya təsir
(fəaliyyət) potensialı adlanan yayılan potensialın təşəkkülü üçün
əsas fizioloji şərtlərdən biridir.
Reseptor potensialı (fəaliyyət potensialı). Qıcıq qapısı qüv-
vəsində və ya ondan yuxarı qüvvədə stimul reseptora təsir etdikdə
membran potensialı hiperpolyarlaşır, reseptorun oyanıqlığı artır,
reseptorda hissi sinir lifinə keçən və orada yayılan oyanma, fak-
tiki olaraq sinir impulsu yaranır.
Reseptorun oyanması «hamısı və ya heç nə» qanununa tabedir,
bu o deməkdir ki, təsir reseptoru ya bütövlükdə oyadır, ya da heç
oyatmır. Oyanma baş verdikdə qıcıq artıq onun səviyyəsinə təsir
edə bilmir, qıcıq həddən artıq şiddətləndikdə, reseptor oyanma öz
əvvəlki spesifikliyi itirir, ağrı siqnalı kimi nəql olunur.
Reseptorda təsir potensialı doğuran və onu sinir impulsuna
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |