345
VIII FƏSİL
ANALİZATORLARIN FİZİOLOGİYASI
HİSS (DUYĞU) ÜZVLƏRİ, SENSOR SİSTEMLƏR
8.1. Hiss üzvləri haqqında anlayış
Hiss üzvləri və ya duyğu orqanları barədə ilk
naturalistik
təsəvvürlər hələ çox qədim zamanlarda yaranmışdır. Eramızdan
üç əsr əvvəl Qədim Yunanıstanın məşhur filosofu və alimi
Aristotel heyvanlara və insana xas olan hissləri təsnif edərək
onları beş növə ayırmışdır: görmə, eşitmə, iybilmə (qoxu),
dadbilmə və lamisə (toxunma. taktil) hissi. Sonralar fiziologiya
elmi hissiyyatların başqa növləri-əzələ hissiyatı. daxili (visseral)
hissiyat, müvazinət (vestibulyar) hissi, dəri hissiyyatının bəzi
modifikasiyaları (tempratur hissi və s.) aşkar etmişdir.
Duyğu orqanlarının qıcıqlandırılması və onlardan beyin
yarımkürələri qabığına impulsların daxil olması nəticəsində əldə
olunan məlumatlar analiz-sintez edilir və müvafiq cavablar verilir.
Analizin ali forması isə əsasən baş beyin yarımkürələri qabığı ilə
həyata keçirilir.
Heyvan və insan orqanizmində hissetmə, duyma qabiliyyəti
canlı aləmin təkamül prosesində formalaşan mərkəzi sinir
sisteminin və sinir-reseptor cihazların fəaliyyəti ilə bilavasitə
bağlıdır.
Reseptorla müxtəlif növ qıcıqları qəbul
edən afferent sinir uc-
ları və ya mühitdəki dəyişmələri həssaslıq göstərən xüsusi sinir
hüceyrələridir.
Onurğasız və onurğalı heyvanlarda, xüsusən də ali
məməlilərdə, o cümlədən insanda, hiss üzvləri xarici aləmin, eləcə
də orqanizmin öz daxili mühitinin cürbəcür təsirləri qəbul etməyə
və sinir sisteminə ötürməyə qabil olan xüsusi morfo-funksional
törəmələr kimi formalaşmışlar. Hiss üzvlərinin təkamül inkişafı
346
çox heyrətamiz dəyişiklikləri nümayiş etdirir. Həm
onurğasızlarda, həm də onurğalılarda bəzi hiss orqanları, əsasən
də görmə, lamisə, vestibulyar-eşitmə və qoxu orqanları təkamül
inkişafı zamanı istər anatomik, istərsə də funksional baxımdan
kəskin dəyişikliklərə məruz qalırlar.
Bizim indiki
elmin təsəvvürlərimizə görə, hissetmə, duyma
qabiliyyəti olmayan heyvan və ya insanın yaşaya bilməsi müm-
kün deyil. Belə orqanizm tezliklə ölümə məhkumdur. İ.M.Se-
çenov «Baş-beyin refleksləri» əsərində yazmışdır ki: «Xarici hiss
oyanması olmadan şüurda heç bir psixi akt yarana bilməz».
İ.P.Pavlov qıcığı qəbul edən mühitdə olan reseptor, oyanmanı
nəql edən siniri və beyin qabığında yerləşən mərkəzi birlikdə
analizator adlandırmışdır. Maddi cismin təsirlərinə qarşı meydana
çıxan müxtəlif hissiyyatlarından asılı olaraq analizatorlar bir neçə
növə bölünür. Bunlara görmə, eşitmə, temperatur (istilik və so-
yuqluq hissi), ağrı, toxunma, qoxu və dad analizatorları aiddir.
Hiss üzvləri və onların daha sadə quruluşlu təmsilçiləri olan
reseptorlar orqanizmi onu əhatə edən xarici aləmlə bilavasitə
əlaqələndirirlər. Məcazi
mənada desək, xarici mühitlə bilavasitə
təmasda olan duyğu üzvlərini (göz, qulaq, burun, dil, dəri)
«orqanizmin xaricə açılan pəncərələri» adlandırmaq olar. Bədənin
xarici səthlərində və daxili toxuma və orqanlarında yerləşən hiss
üzvləri və ya reseptor cihazlar xarici və daxili təsirləri hiss etmək
üçün ixtisaslaşmışlar.
Görmə üzvü olan gözlər, ancaq xarici aləmin işıq şüalarını qəbul
edərək görmə hissi doğurur. Eşitmə hissini qulaqlar tərəfindən
tutulan səs dalğaları yaradır. Qoxu və dad hissləri xarici aləmin və
orqanizm tərəfindən qəbul edilən qida maddələri və mayelərin
müəyyən kimyəvi təsirlərindən oyanır. Dəri
örtükləri xarici mühitin
tempetarur, mexaniki toxunma və təzyiq dəyişikliklərini hiss edir.
Vestibulyar aparat bədənin və başın məkanda müvazinətini təmin
edir. Proprioreseptorlar skelet əzələlərində yığılma zamanı yaranan
gərginlik, daxili (visseral) reseptorlar isə orqanizmin daxili
mühitinin fiziki-kimyəvi, kimyəvi-mexaniki, temperatur və digər
dəyişiklikləri hiss etmək üçün uyğunlaşmışlar.
downloaded from KitabYurdu.org
347
Orqanzmə təsir göstərən hər hansı bir qıcıq (stimul) hiss üzvü
və ya reseptor səviyyəsində öz təbiətini dəyişərək sinir impulsu
(sinir siqnalı, sinir oyanmaları) yaradır. Deməli,
hiss üzvləri və ya
reseptorlar təbiətən müxtəlif olan xarici və daxili təsirləri yeganə
bir fizioloji prosesə, daha doğrusu, sinir prosesinə çevirən
(transformasiya edən) xüsusi aparatlar kimi işləyirlər.
Sensor sistemlər xarici və daxili təsirlərə yüksək həssaslıq gös-
tərməklə yanaşı geniş adaptiv (uyğunlaşma) imkanları təzahür
etdirir, bu və ya digər qıcığın ən zəif və ən qüvvəli təsirləri bu
sistemlərin funksiyalarını müvafiq şəkildə dəyişdirə bilir.
Bununla yanaşı, sensor sistemlər qıcıqları gücləndirən və
zəiflədən mexanizmlər kimi fəaliyyət göstərirlər. Mərkəzi sinir
sisteminin və onun ayrı-ayrı şöbələrinin mütəmadi fəaliyyəti üçün
müxtəlif sensor sistemlər eyni əhəmiyyət kəsb etmir.
8.2. Hiss üzvlərinin və reseptorların təsnifatı
Hiss üzvləri və reseptorlar bədənin anatomik (morfoloji)
strukturlarında yerləşməsi qaydalarına,
xarici və daxili təsirləri,
məsafədən və ya bilavasitə təmas nəticəsində qəbul etmək
qabiliyyətinə, təsir edən amillərin təbiətinə görə təsnif edilir.
Sensor reseptorların bir neçə təsnifatı mövcuddur: modallığına
görə; görmə, eşitmə, qoxu, dad, təcil, toxunma, təzyiq, isti, soyuq,
oksigenin gərginliyi (PO
2
), PH, osmotik təzyiq.
Adekvat qıcığın növündən asılı olaraq reseptorları mexano-,
termo-, xemoreseptorlar, ağrı və elektromaqnit reseptorları kimi
təsnif edirlər. Digər təsnifata uyğun olaraq isə, distant (məsafədən
siqnalları qəbul edən); eksteroreseptorlar (xarici mühitdən
qıcıqları qədul edən); daxili mühitin qıcıqlarına reaksiya verən
interoreseptorlar; bədənin məkanda vəziyyətindən məlumat alan
proprioreseptorlar təsnif edirlər.
Hiss üzvləri və reseptorlar bədənin xarici səthində və ya
daxilində lokallaşmasından asılı olaraq ekstro (xarici) və intero
(daxili) hissi cihazlara ayırırlar. Birincilər sırasına görmə, eşitmə,
müvazinət (vestibulyar), qoxu, dad və dəri hissi cihazlar aiddir.
348
Əzələ-vətər və oynaq (proprio və ya kinestezik) reseptorlar və
daxili reseptorlar interoresepsiya növləri kimi xarakterizə edilir.
Resepsiya növlərinin təkamül inkişafı baxımından təsnifi hansı
resepsiya növünün filogenezdə əvvəl və ya sonra yaranmasına
görə aşağıdakı sıra üzrə yerləşdirmək olar: xemoresepsiya,
mexanoresepsiya, fotoresepsiya (görmə resepsiyası), statosit
(müvazinət-vestibulyar) resepsiya, fonoresepsiya (eşitmə
resepsiyası), termoresepsiya, baroreseptorlar.
Hiss üzvləri və reseptorları distant
və kontakt hissi cihazlara
ayırmaq olar. Distant hiss üzvlərinin ən əsas təmsilçiləri görmə,
eşitmə və qoxu üzvləridir. Dilin, dərinin, daxili (visseral)
orqanların reseptorları və proprioreseptorlar təmas (kontakt) hissi
cihazlar kimi xarakterizə edilir.
Ayrı-ayrı hiss üzvləri və ya reseptorlar orqanizmin həyat
fəaliyyəti və reaksiyaları üçün müstəsna əhəmiyyət kəsb edir.
Bununla belə, heyvan orqanizmlərinin təkamül inkişafından,
yaşadıqları şəraitdən və həyat tərzindən asılı olaraq bu və ya digər
hiss üzvləri onlar üçün az və ya çox əhəmiyyət kəsb edə bilər.
Suda yaşayan bir sıra heyvanların (balıqlar, məməlilərin bu həyat
tərzinə keçmiş bəzi növləri) həyatında statosit (müvazinət) və
eşitmə orqanları xüsusi rol oynayır. Havada uçmağa daha çox
alışmış quşların görmə qabiliyyəti və qravitasiya hissləri yüksək
inkişaf etmişdir. Yırtıcı heyvanlar üçün eyni zamanda qoxu,
eşitmə, görmə və kinestezik hissi
aparatlar olduqca böyük
əhəmiyyət kəsb edir. İnsan orqanizmi daha çox görmə, eşitmə,
vestibulyar, kinestezik və temperatur hissi aparatları möhtacdır.
Somatik (bədən) və visseral (daxili) duyğular öz mənşəyinə
görə 3 sinfə ayırmaq olar:mexanoreseptiv, temperatur və ağrı
duyğuları.
8.3. Reseptorların morfo-funksional təsviri
Bizim indiki təsəvvürlərə görə hər bir heyvan orqanizmi xarici
mühitdə və bədən daxilində baş verən dəyişiklikləri hiss etmədən
yaşaya bilməz. Heyvan orqanizmi üçün ilk növbədə xarici
downloaded from KitabYurdu.org