Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə92/102
tarix04.11.2017
ölçüsü66,66 Kb.
#8673
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   102

 
361 
Oposumda, dovşanda və ya itdə burun boşluğuna daxil olan hava 
əvvəlcə burunun selikli qişasının çoxlu sayda qarışıqlarından 
ibarət olan sahədən, «hava kondisionerindən» keçir, hava burada 
isinir və rütubətlənir, sonra hava qırtlağa daxil olur, eyni zamanda 
hava burunun arxa şöbələrinə burulğanlı axınlar kimi hərəkət edir, 
burun boşluğunun arxa hissələrində mürəkkəb sirkulyasiya 
proseslərinə  məruz qalır və burada qoxu reseptor hüceyrələri ilə 
təmasda olur. Havanın bu sahələrə axını  və qoxu reseptorlarına 
çatması mexanizmi dəqiq məlum deyil. İnsanda burun yolları 
nisbətən sadə qurulmuşdur, qoxu reseptorları burun yollarının, 
ancaq müəyyən sahələrində və burun boşluğunun ən arxa yuxarı 
hissəsində – xəlbirəbənzər sümüyün (Lamina perforata) altında 
yerləşmişdir. Qoxu epiteli tənəffüs yolunun yanında yerləşir. 
Aşağıdakı sxemdə insanın burun boşluğunda qoxu 
reseptorlarının lokallaşdığı sahələr göstərilmişdir (şəkil 8.3). 
 
 
Şəkil 8.3. 1. Burun pərləri, 2. Dodaq, 3. Sərt damaq, 4.Yumşaq 
damaq, 5.Xəlbir sənif, 6. Aşağı burun balıqqulağı, 7. Orta burun 
balıqqulağı, 8.Yuxarı burun balıqqulağı, 9. Pazabənzər burun 
boşluğu cibi, 10.Qoxu epitellisi və qoxu sinirləri, 11. Qoxu soğanağı, 
baş-beynin alın payı, 12. Alın cibi. 
 
Burun boşluğunda uzunsov formalı qoxu reseptorları onun 
 
362 
epitel qişasında nazik qat üzrə yerləşmişdir. Yetkin qoxu 
hüceyrələri uzunluğu 20 mikrometrə, diametri 0,1-0,2 mikrometrə 
çatan kiprikciklər yavaş, amma qeyri-sinxron olaraq titrəyir. 
Qoxu reseptorlarında heyrətamiz  əlamətlərindən biri də budur 
ki, onların müxtəlifləşməsi (diferensasiyası) orqanizmin həyatının 
bütün dövrlərində davam edir. Bəzi it cinslərində qoxu 
reseptorlarının ümumi sayı 200 mln, dovşanda 100 mln, insanda 10 
mln-a çatır. 
Qoxu hüceyrələri (şəkil 8.4) bipolyar neyronlardır, diametrləri 
5-10 mk-a bərabər olur. İtdə 125 milyon, insanda isə 60 milyon 
qoxu hüceyrəsi ayırd edilir. 
 
 
Şəkil 8.4. Qoxu hüceyrələrinin quruluş sxemi. 
 
İnkişaf edən qoxu hüceyrəsi öz qısa çıxıntısı-dendriti burnun 
selikli qişasının səthinə, uzun çıxıntısı-aksonu içəriyə göndərir və 
burada o digər aksonlarla qovuşur. Qoxu reseptorları hüquqi 
neyronlara aiddir və aksonlara malikdir. Qoxu neyronları ömür 
boyu fasiləsiz olaraq yeniləşən neyronlardır. Onların mərkəzi 
çıxıntıları (aksonlar) qoxu siniri əmələ gətirir və onurğalılarda ön 
beyində yerləşən ilkin hissi mərkəzinə-cüt qoxu soğanağına 
(bulbus olfactorius) daxil olur. Quyruqsuz amfibilərdə, balıq və 
quşların bəzi növlərində qoxu soğanaqları bir-birilə qismən və ya 
tam qovuşmuş  şəkildə olur. Qoxu soğanağında qoxu 


 
363 
reseptorlarından bura daxil olan sensor informasiyaların yenidən 
işlənməsi prosesləri baş verir. 
Qoxu soğanağı  təkamül inkişafı baxımından baş beyinin ən 
qədim törəmələrindən biridir. Bəzi kisəli məmlilərdə qoxu 
soğanağı baş-beyin yarımkürələrinin ön hissəsinin böyük sahəsini 
əhatə edir, quşlarda və primatlarda az inkişaf etmişdir, balinaların 
bəzi növlərində (dişli balinalar və b.) qoxu soğanağı yoxdur. 
Qoxu reseptorları, qoxu siniri və qoxu soğanağı birlikdə vahid 
ilkin morfofunksional sistem – qoxu sistemi və ya qoxu 
analizatorunu əmələ gətirir. Qoxu soğanağı qoxu sinirinin şaxələri 
vasitəsilə ön beyinə  məxsus olan qədim qabıq (paleokorteks) 
törəmələri (limbika və s.), bəzi qabıqaltı  mərkəzləri ilə 
əlaqədardır. Yeni qabıqda (neokorteks) qoxu analizatorunun ali 
nümayəndəliyi yoxdur. 
Qoxu hissinin yaranması mexanizmi
. Tədqiqatlar 
göstərmişdir ki, iyli maddələr qoxu reseptorlarını stimulə edir. 
Bundan ötrü iyli maddə əvvəlcə qoxu reseptorları yerləşən selikli 
qişa tərəfindən udulmalı  və daha sonra qoxu reseptorlarının 
kiprikcikləri (dendritləri) ilə  təmasa girməlidir. Bu halda iyli 
kimyəvi maddə molekulları qoxu reseptor hüceyrələrinin (faktiki 
olaraq qoxu neyronlarının) səth membranlarındakı reseptor 
xassələri molekulyar komplekslər (əsasən zülal, lipoproteid və ya 
qlikoproteid molekulları, ion kanalları) ilə qarşılıqlı  təsirə girir, 
ion kanallarını açır ilkin membran potensiallarını istiqamət və 
qüvvəcə  dəyişdirir, elektronik ion mexanizmi üzrə resreptor 
potensialının (fəaliyyət və ya təsir potensialı) yaranmasını  təmin 
edir. 
Qoxu hüceyrələri çox kiçik ölçülərə malikdir və ona görə  də 
mikroelektrodları onların içərisinə yeritməklə hüceyrədaxili 
reseptor potensialı qeyd etmək çətindir. Adətən hüceyrə xarici 
potensialı qeyd edirlər və bu zaman məlum olmuşdur ki, müxtəlif 
iylərlə təsir edildikdə verilmiş reseptor hüceyrə bir qayda olaraq 
hissiyyatın geniş spektri təzahür etdirir. Qoxunu təsnif etmək 
cəhdləri o qədər də  səmərəli olmamışdır. Məsələn, Xeninq 
təsnifatında aşağıdakı qoxular ayırd edilir: gül, tərəvəz, qətran, 
 
364 
yanıq və çürüntü qoxuları. Svardemaker 9 qoxu növü ayırd edir: 
onların 7-si qoxu sinirinin uclarına, 2-si isə üçlü sinir və dil-udlaq 
sinirinə  təsir edir. Qoxu analizatorunun ilk hissəsi qoxu 
soğanağıdır. O bir iyə qarşı  zəif, digər iyə qarşı güclü reaksiya 
verir, üçüncü iyə qarşı isə reaksiya vermir. Deməli, bu reseptorlar 
kimyəvi stimullara daha çox «ümumiləşdirici» cavab reaksiyaları 
verməyə uyğunlaşıbdır. Tədqiqatlar belə bir qanunauyğunluq 
müəyyən etdi ki, qoxu reseptorları uzunmüddətli və ya dəfələrlə 
göstərilən kimyəvi təsirlərə yavaş adaptasiya olunan impuls 
yükləri ilə cavab verirlər. Bu da məlumdur ki, qoxu hissləri tez də 
zəifləyir və  və ya sönürlər. Məsələn, üfunətli bağlı otağa daxil 
olanda adam əvvəlcə ikrah hissi duyur, amma bir-iki dəqiqədən 
sonra bu üfunəti hiss etməməyə başlayır. Belə adaptasiya heç də 
qoxu reseptorlarının reaksiyasının son məsələsi ilə deyil, qoxu 
analizatorunun mərkəzi neyron şəbəkələrində 
ləngimə 
(tormozlanma) proseslərinin baş verməsi ilə izah edirlər. 
Qoxu siqnallarının kodlaşdırılması  və qoxu mərkəzlərinin 
neyron  şəbəkələrində dekodlaşdırılması  və yenidən işlənməsi 
mexanizmi ümumən digər analizatorlardakına oxşayır. Qoxu 
soğanağı neyronlarının sinaptik təşkili və  əlaqələri nisbətən zəif 
öyrənilmişdir. Burada qoxu hissi aksonları qlomerullar və ya 
yumaqcıqlar adlanan neyropil strukturlarında qurtarır. Qoxu 
impulsları daşıyan akson lifləri məhz bu tip strukturlara daxil olur, 
burada yenidən qruplaşır və differensə olunur, qoxu soğanağı  və 
qoxu qabığı neyronlarında isə daha incə analiz və sintez 
proseslərinə  məruz qalır, ayrı-ayrı qoxu-duyğu və qavrayışlara 
səbəb olur. 
Dad üzvləri və dad duyğuları. 
Dad, kimyəvi maddələrin 
müəyyən molekulyar konfiquriyasiyaları,  əlamət və xassələri ilə 
əlaqədar olaraq yaranan hissi reaksiyalardır. Dad hissi kimyəvi 
maddələrin sulu məhsullarının dad üzvlərinə, onların reseptor-
larına təsiri zamanı yaranır.  Əsas dadlar turş, duzlu, acı  və  şirin 
dadlardır. 
Əksər onurğasızlarda xüsusi dad reseptorları  və dad üzvləri 
inkişaf etməmişdir. Bəzi onurğasızlarda dad resepsiyası az-çox 


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə