hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə
çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr
əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuz-
namə yazdırmışdı.
İlluım Əliyev
_____________________________________________
m
Qafqazda imperiyalar va erm m ilarin Azarbaycan ərazilərinə köçüriilmasi
ŞİRVANŞAHLAR DÖVLƏTİ
Bizim
də
apardığımız tarixi
araşdırmalar za-
man aydın olub
ki,
Şərqdə
ən
qüdrətli
dövlət-
lərdən olmuş Şir-
vanşahlar dövlə-
tinin əsası təqri-
bən 520-ci ildə
Şabran və Gilgil
çayları
hövzə-
sində Sasani hökmdarı birinci Xosrov tərəfindən
qoyulub. Ərazisi şərqdə Dərbənd də daxil
olmaqla Kür çayı və Xəzər dənizi sahillərini,
qərbdə Şəki və Qarabağı eləcə də, Beyləqanı
əhatə etmişdir. Paytaxtı Şərqin ən böyük sənət-
karlıq və ticarət, elm məkəzlərindən hesab olu-
nan Şamaxı şəhəri olmuşdur. Ərəb xilafətinin
işğalı dövründə Şirvanşahlar defak-to müstəqil
siyasət yeritmiş və bəzən xırda xanlıqların Şir-
vanşahlara birləşdirilməsi fəaliyyəti göstərmiş-
dir. 861 -ci ildə Şirvanşahlar dövlətinin müstəqil-
liyinin əsasını qoymuş Məzyədilər (bu sülalə
bəzi tarixi mənbələrdə Şeybanilər və Yezidilər
də adlanır) sülaləsinin nümayəndəsi Heysam
---------------------------------------------------------------------------------------------------------------
33
--------------------------------------------------------------------------------------------------------------
İUuım Əliyev
İbn Xalidin şahlığı dövründə Qəbələ, Bərdə
daha sonra isə (981-983) Şabran Şirvanşahlara
birləşdirilmişdir. 988-ci ildə isə Dərbənd Şirvan-
şahlar dövlətinin ərazisinə daxil edilmişdir. Şir-
vanşahlar dövlətinin ilk şahı Məzyədilər, sonun-
cusu isə Şahrux İbn Fərrux Yəsar (1535-1538)
olub. Ümumilikdə, 1000 illik mövcudluğu dönə-
mində Şirvanşahlar dövlətinə Məziyədilər (861-
1027), Kərsanilər (1027-1382) və Dərbəndilər
(1382-1538) rəhbərlik etmişlər.
ATƏBƏYLƏR DÖVLƏTİ
Atəbəylər dövlə-
tinin əsasını Şəmsəd-
din Eldəniz qoyub. Bu
həmin Eldənizdir ki,
uşaqlıqda
qul
kimi
satılmış və tale yazısı
olaraq, o, Səlcuqların
iqamətgahına
gətiril-
mişdir. Bilikli və sa-
vadlı olması, yüksək
ağlı və zakası ilə Səl-
cuqların hörmətini qa-
zanan Eldəniz bunun
nəticəsi olaraq, Səlcuq sultanı ikinci Toğrul onu
özünə məsləhətçi təyin etmişdir. 1136-cı ildə
--------------------------------------------------------------------------------------------------------------
34
--------------------------- ---------------
Qafqazda imperiyalar və e m w n ih rin Azərbaycun ərazilərinə k ö ç ü riiln m i
Şəmsəddin Eldəniz Azərbaycanın cənub vilayə-
tinin hakimi təyin olunur. İkinci Toğrulun ölü-
mündən sonra onun dul qalan arvadı Mömünə
Xatunla Şəmsəddin Eldənizin evlənməsindən
sonra, o, Aran hakimi təyin olunur. Məhz bu-
nunla da Eldənizlər-Atabəylər dövlətinin əsası
qoyulmuşdur. Atabəylər dövləti Dərbənddən
Bəsrə köhfəzinə, Aran, İraq, Gilan Həmadan və
İsfahana qədər əhatə etmişdir. 90 illik möv-
cudluğu dövüründə Atabəylər hakimiyyəti Azər-
baycanın çiçəklənmə dövrü hesab olunurdu.
Atabəylər dövlətinin paytaxt, Gəncə, Naxçıvan,
bir qədər sonra isə Təbriz şəhərləri olmuşdur.
Şəmsəddin Eldəniz (1136-1175), Məhəm-
məd Cahan Pəhləvan (1175-1186), Qızıl Arslan
(1186-1191), Əbu Bəkr (1191-1210) və Özbəyin
(1210-1225) hakimiyyətləri dövründə Atabəylər
dövlətində ticarət inkişaf etmiş, şəhərlər abad-
laşmış, əhalinin yaşayış səviyyəsi yaxşılaşmış-
dır.
35
İlhanı Əliyev
1191-ci ildə Qızıl Pəhləvanın su-qəsd nəti-
cəsində öldürülməsindən sonra hakimiyyət Ca-
han Pəhləvanın oğulları Əbu Bəkr ilə Əmir Əm-
ran arasında bölünür. Amma qardaşlar arasında
vahid hakimiyyətə yiyələnmək uğurunda müba-
rizə getmişdir ki, bu mübarizədə dövlətin zəif-
lənməsinə təkan olmuşdur. Aparılan mübarizə
Əbu Bəkrin qələbəsi ilə nəticələnsə də dövlət
daxilində yaranan çatların qarşısını almaq müm-
kün olmamışdır. Əbu Bəkrin ölümündən sonra
hakimiyyətə gələn Əbu Özbək tənəzzüldə olan
dövlətin qarşısını ala bilməmişdir. Belə ağır dö-
nəmdə Atabəylər dövlətinə yenidən hücum
edən Xarəzmşah Cəlalədin 90 illik Eldənizlər
dövlətinə son qoymuşdur.
Qafqazda imperiyalar və ernw nibrin Azərbaycatı ərazilərinə köçürülməsi
SƏFƏVİ DÖVLƏTİ
XV
əsrin sonu -
XVI əsrin əvvəllərində
Azərbaycan dövlətçili-
yi özünün tarixi təka-
mülündə yeni mərhə-
ləyə
qədəm
qoydu.
Uzun Həsənin nəvəsi
görkəmli dövlət xadimi
Şah
İsmayıl
Xətai
(1501-1524) babasının
başladığı işi başa çat-
dırdı,
şimallı-cənublu
bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti
altında birləşdirə bildi.
Paytaxtı Təbriz şəhəri
olan
vahid,
mərkəzləşdirilmiş Azərbaycan
dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilə-
rin hakimiyyəti dövründə Azərbaycanın dövlət
idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azər-
baycan (türk) dili dövlət dilinə çevrildi. Şah İs-
mayıl, Şah Təhmasib, Şah Abbas və digər Sə-
fəvi hökmdarlarının həyata keçirdikləri uğurlu
islahatlar, daxili və xarici siyasət nəticəsində
Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli
imperiyalarından birinə çevrildi.
Dostları ilə paylaş: |