İllıam Əliyev
Maraqlıdır ki, En-Merkar qasid vasitəsilə
Aratta şahına məktub göndərərək ondan Şumer
dövlətinə tabe olmasını və hər il ölkəsinə qızıl,
gümüş, lacivərd və çox sayda usta göndərməyi
tələb etmişdi. Aratta hökmdarı En-Sukuşsiranna
xan bununla razı olmur və nəticədə iki dövlət
arasında müharibə baş verir. Bu döyüşdə Şu-
mer Aratta ordusunu məğlub edir. Bu məqam
da Aratta hökmdarının Şumer şahına göndərdiyi
məktub bu gündə tədqiqatçıları heyrətlədirmək-
dədir. Çünki bu məktub diplomatiya tarixinin ilk
siyasi bəyanatlarından biri hesab edilir:
“Mən ali kahinəm və təmiz əl, yəni ilahə
İninni tərəfindən təyin olunmuşam. Xoşsifət
İninni həqiqətən məni Arattaya - saf ənənələr
ölkəsinə gətirdi, məni sanki böyük darvaza kimi
onun önündə qoydu. Məgər Aratta Uruka tabe
ola bilərmi?”
Beləliklə güclənməkdə və sərhədlərini ge-
nişləndirməkdə olan Arattanın mövcudluğuna
son qoyulur. Amma arattalıların davamçıları ye-
ni-yeni dövlətlər qurmaq uğrunda mübarizələrini
davam etdirdilər və istəkiərini də reallaşdırdılar.
Sonrakı dövrlərdə...
Qa[qazda imperiyalar və erm ənihrin Azarbaycan əraziforinz köçürülməsi
MANNA DÖVLƏTİ
Bizim eranın I minilliyinin əvvəllərində
Azərbaycan torpaqlarında Manna, İskit şahlığı,
Atropatena və Albaniya kimi qüdrətli dövlətlər
mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda
dövlət idarəçiliyi mədəniyyətinin daha da yük-
səldilməsində, ölkənin iqtisadi-mədəni tarixində,
eləcə də, vahid xalqın təşəkkülü prosesində
mühüm rol oynamışlar. Belə hesab edilir ki,
19
İllıam Oliyev
Azərbaycanın ən qədim dövlətçilik subyektlə-
rindən biri də, Urmiya gölü ətrafında yerləşən
Manna
dövləti olmuşdur. O, dövlətçilik tari-
ximizdə ən önəmli yerlərdən birini tutur. Onu
da qeyd edək ki, qəbul edilmiş fikrə görə, o
dövrdə əksər xırda dövlətləri də özündə birləş-
dirən Manna hökmdarlığı şimalda Araz çayına
və şimal-şərqdə Xəzər dənizinə qədər olan
Azərbaycan ərazisində mövcud olmuşdur. Bu
dövlətin yaranma tarixi e.ə. X-IX əsrlər hesab
edilsə də eyni dövlətin adına e.ə. Ill-ll minil-
liklərə aid şumer-akkad mənbələrində də “Ma-
han” formasında rast gəlinməsi bu fikrin yanlış
olduğunu göstərir. Həmin dövrlərdə Manna
dövlətinin Dəclə və Fərat çaylarının yuxarı axar-
iarını əhatə etdiyi sübut edilir.
Qafqazda imperiyalar və ermənilərin Azərbaycun arazilərinə köçürülməsi
İSKİT-SAK DÖVLƏTİ
Kimmer-İskit-Sak dövləti Kür və Araz çay-
ları arasındakı Azərbaycan torpaqlarını və Qərbi
Azərbaycan ərazisini (bugünkü qondarma Er-
mənistan) əhatə edirdi. Sərhədləri Urmiya gö-
lünə qədər çatırdı. Paytaxtı Partav (Bərdə) şə-
həri idi. Özlərini “şaki” adlandıran (Şəki şəhəri-
nin və Gəncə yaxınlağındakı Şəkiçayın adı bura-
dandır) sakların başçılıq etdiyi dövlətdə oğuzlar
və massagetlər də yaşayırdılar. Massagetlərin
yaşadıqları ərazi Kürdən şimaldakı torpaqları-
mızı əhatə edirdi və çox güman ki, onlar Şimali
Qafqaz üzərində də söz sahibi idilər. Əsas şə-
hərlərinin Çol şəhəri olduğu ehtimal edilir. Dəqiq
İllu ım Əliyev
yeri məlum deyildir. Dövləti quran sakların iran-
dilli olduqları iddia edilirdi. Lakin, Qazaxıstan
ərazisində saklara aid olan bir kurqandan türk
dilində yazılmış bir mətnin tapılmasından sonra
bu iddiaların boşluğu və mənasızlığı öz təsdiqini
tapmışdır. Təsdiq olunmuşdur ki, saklar həqiqə-
tən də türklərdir.
Tədqiqatçı alimimiz Qiyasəddin Qeybulla-
yevin tədqiqatları nəticəsində məlum olmuşdur
ki, alban tayfalarından qarqarlar da türk idilər və
onların dili qıpçaq türkcəsi idi. Bu da onu de-
məyə əsas verir ki, qədim Azərbaycanda oğuz
türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də istifadə
olunmuşdur. "Kitabi-Dədə Qorqud"da oğuzlarla
yanaşı qıpçaqlardan da gen-bol danışıldığı və
bu iki türk xalqı arasında güclü rəqabət hissi
olduğu danılmaz faktdır.
22
Qafqazda imperiyalar və ermatıilərin Aıarbaycun ərazilərina köçürülməsi
AZƏRBA YCANDA İSLAM
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin
ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III
əsrdə Azərbaycanı Sasani- İran imperiyası, VIII
əsrdə isə ərəb xilafəti işğal etdi. İşğalçılar ölkə-
yə İranın və Ərəbistanın içərilərindən çoxlu İran
və ərəb mənşəli əhali köçürüb gətirdilər. Era-
mızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriy-
yətini təşkil edən və hərbi-siyasi cəhətdən daha
mütəşəkkil və daha qüvvətli olan türk etnosları
vahid xalqın təşəkülü prosesində mühüm rol
oynayırdılar.
Illıa m Əliyev
Türk etnosları içərisində oğuz türkləri üs-
tünlük təşkil edirdilər. Eramızın ilk yüzilliklərin-
dən başlayaraq, türk dili Azərbaycan ərazisində
yaşayan və sayca az olan xalqlar, etnik qruplar
arasında da başlıca ünsiyyət vasitəsinə çevril-
məkdə idi. Türk dili, həm də şimalla cənub ara-
sında birləşdirici, əlaqələndirici rol oynayırdı.
Çünki bəhs olunan dövrdə bütün Azərbaycan
ərazisini əhatə edən vahid dini görüş - təkallahlı
din yox idi. Qədim türklərin baş Allahı olan Tan-
rıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri
sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.
Zərdüştlük, atəşpərəstlik,Günəşə, Aya, göyə,
ulduziara, torpağa, suya və s. sitayiş davam et-
-------------------------------
24 -------------------------------------------
Qafqazda imperiyalar və erməniforin Azarbaycan ərazilərinə köçürülmasi
məkdə idi. Ölkənin şimalında - Albaniya ərazi-
sinin bəzi yerlərində, əsasən, dağlıq qərb bölgə-
lərində, xristianlıq yayılmaqda idi. Lakin müs-
təqil Alban kilsəsi qonşu gürcü kilsələrinin kəs-
kin rəqabəti şəraitində fəaliyyət göstərirdi. VIII
əsrdə islam dininin qəbul olunması ilə Azər-
baycanın tarixi müqəddəratında əsaslı dönüş
yarandı. İslam dini vahid xalqın və dilin təşəkkü-
lünə güclü təkan verdi, bu prosesin sürət-
lənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-
türk etnosları arasında dini birliyin yaranması
onların yayıldığı bütün Azərbaycan ərazisində
vahid adət-ənənələrin təşəkkülünə, qohumluq
əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma
prosesinin daha da dərinləşməsinə səbəb oldu.
İslam dini onu qəbul etmiş bütün türk və qeyri-
türk etnoslarını Cənubi Qafqazı bütöv halda
xristianlığın təsir dairəsinə salmağa çalışan Bi-
zans imperiyasına və onun himayə etdiyi ermə-
ni və gürcü feodallarına qarşı vahid türk-islam
bayrağı altında birləşdirdi. IX əsrin ortalarından
Azərbaycanın qədim dövlətçilik ənənələri yeni-
dən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş
başlandı: islam dininin yayılmış olduğu Azərbay-
can torpaqlarında Sacilər, Şirvanşahlar, Sala-
rilər.Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.
Müstəqil dövlətlərin yaranması nəticəsində
siyasi, iqtisadi və mədəni həyatın bütün sahə-
25
Dostları ilə paylaş: |