Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   2   3   4   5   6   7   8   9   ...   38

İllıam  Əliyev
Maraqlıdır  ki,  En-Merkar  qasid  vasitəsilə 
Aratta  şahına  məktub  göndərərək  ondan  Şumer 
dövlətinə  tabe  olmasını  və  hər  il  ölkəsinə  qızıl, 
gümüş,  lacivərd  və  çox  sayda  usta  göndərməyi 
tələb etmişdi.  Aratta  hökmdarı  En-Sukuşsiranna 
xan  bununla  razı  olmur  və  nəticədə  iki  dövlət 
arasında  müharibə  baş  verir.  Bu  döyüşdə  Şu- 
mer  Aratta  ordusunu  məğlub  edir.  Bu  məqam 
da  Aratta  hökmdarının  Şumer şahına  göndərdiyi 
məktub  bu  gündə  tədqiqatçıları  heyrətlədirmək- 
dədir.  Çünki  bu  məktub  diplomatiya  tarixinin  ilk 
siyasi  bəyanatlarından biri  hesab edilir:
“Mən  ali  kahinəm  və  təmiz  əl,  yəni  ilahə 
İninni  tərəfindən  təyin  olunmuşam.  Xoşsifət 
İninni  həqiqətən  məni  Arattaya  -   saf ənənələr 
ölkəsinə gətirdi,  məni sanki böyük  darvaza kimi 
onun  önündə  qoydu.  Məgər Aratta  Uruka  tabe 
ola bilərmi?”
Beləliklə  güclənməkdə  və  sərhədlərini  ge- 
nişləndirməkdə  olan  Arattanın  mövcudluğuna 
son  qoyulur.  Amma  arattalıların  davamçıları  ye- 
ni-yeni dövlətlər qurmaq  uğrunda  mübarizələrini 
davam  etdirdilər  və  istəkiərini də  reallaşdırdılar. 
Sonrakı dövrlərdə...
Qa[qazda imperiyalar və erm ənihrin Azarbaycan əraziforinz köçürülməsi
MANNA DÖVLƏTİ
Bizim  eranın  I  minilliyinin  əvvəllərində 
Azərbaycan  torpaqlarında  Manna,  İskit  şahlığı, 
Atropatena  və  Albaniya  kimi  qüdrətli  dövlətlər 
mövcud  olmuşdur.  Bu  dövlətlər  Azərbaycanda 
dövlət  idarəçiliyi  mədəniyyətinin  daha  da  yük- 
səldilməsində,  ölkənin  iqtisadi-mədəni  tarixində, 
eləcə  də,  vahid  xalqın  təşəkkülü  prosesində 
mühüm  rol  oynamışlar.  Belə  hesab  edilir  ki,
19


İllıam  Oliyev
Azərbaycanın  ən  qədim  dövlətçilik  subyektlə- 
rindən  biri  də,  Urmiya  gölü  ətrafında  yerləşən 
Manna 
dövləti  olmuşdur.  O,  dövlətçilik  tari- 
ximizdə  ən  önəmli  yerlərdən  birini  tutur.  Onu 
da  qeyd  edək  ki,  qəbul  edilmiş  fikrə  görə,  o 
dövrdə  əksər xırda  dövlətləri  də özündə  birləş- 
dirən  Manna  hökmdarlığı  şimalda  Araz  çayına 
və  şimal-şərqdə  Xəzər  dənizinə  qədər  olan 
Azərbaycan  ərazisində  mövcud  olmuşdur.  Bu 
dövlətin  yaranma  tarixi  e.ə.  X-IX  əsrlər  hesab 
edilsə  də  eyni  dövlətin  adına  e.ə.  Ill-ll  minil- 
liklərə  aid  şumer-akkad  mənbələrində  də  “Ma- 
han”  formasında  rast  gəlinməsi  bu  fikrin  yanlış 
olduğunu  göstərir.  Həmin  dövrlərdə  Manna 
dövlətinin  Dəclə  və  Fərat  çaylarının  yuxarı  axar- 
iarını  əhatə etdiyi  sübut edilir.
Qafqazda imperiyalar və ermənilərin Azərbaycun arazilərinə köçürülməsi
İSKİT-SAK DÖVLƏTİ
Kimmer-İskit-Sak  dövləti  Kür  və  Araz  çay- 
ları  arasındakı  Azərbaycan  torpaqlarını  və  Qərbi 
Azərbaycan  ərazisini  (bugünkü  qondarma  Er- 
mənistan)  əhatə  edirdi.  Sərhədləri  Urmiya  gö- 
lünə  qədər  çatırdı.  Paytaxtı  Partav  (Bərdə)  şə- 
həri  idi.  Özlərini  “şaki”  adlandıran  (Şəki  şəhəri- 
nin  və  Gəncə yaxınlağındakı  Şəkiçayın adı  bura- 
dandır)  sakların  başçılıq  etdiyi  dövlətdə  oğuzlar 
və  massagetlər  də  yaşayırdılar.  Massagetlərin 
yaşadıqları  ərazi  Kürdən  şimaldakı  torpaqları- 
mızı  əhatə  edirdi  və  çox  güman  ki,  onlar  Şimali 
Qafqaz  üzərində  də  söz  sahibi  idilər.  Əsas  şə- 
hərlərinin  Çol  şəhəri  olduğu  ehtimal  edilir.  Dəqiq


İllu ım   Əliyev
yeri  məlum  deyildir.  Dövləti  quran  sakların  iran- 
dilli  olduqları  iddia  edilirdi.  Lakin,  Qazaxıstan 
ərazisində  saklara  aid  olan  bir  kurqandan  türk 
dilində  yazılmış  bir  mətnin  tapılmasından  sonra 
bu  iddiaların  boşluğu  və  mənasızlığı  öz  təsdiqini 
tapmışdır.  Təsdiq  olunmuşdur  ki,  saklar  həqiqə- 
tən  də türklərdir.
Tədqiqatçı  alimimiz  Qiyasəddin  Qeybulla- 
yevin  tədqiqatları  nəticəsində  məlum  olmuşdur 
ki,  alban  tayfalarından  qarqarlar da  türk  idilər və 
onların  dili  qıpçaq  türkcəsi  idi.  Bu  da  onu  de- 
məyə  əsas  verir  ki,  qədim  Azərbaycanda  oğuz 
türkcəsi  ilə  yanaşı  qıpçaq  türkcəsi  də  istifadə 
olunmuşdur.  "Kitabi-Dədə  Qorqud"da  oğuzlarla 
yanaşı  qıpçaqlardan  da  gen-bol  danışıldığı  və 
bu  iki  türk  xalqı  arasında  güclü  rəqabət  hissi 
olduğu  danılmaz faktdır.
22
Qafqazda imperiyalar və ermatıilərin Aıarbaycun ərazilərina köçürülməsi
AZƏRBA YCANDA  İSLAM
Eramızın  əvvəllərində  ölkəmiz  öz  tarixinin 
ən  ağır  sınaq  dövrlərindən  biri  ilə  qarşılaşdı:  III 
əsrdə Azərbaycanı  Sasani-  İran  imperiyası,  VIII 
əsrdə  isə  ərəb  xilafəti  işğal  etdi.  İşğalçılar  ölkə- 
yə  İranın  və  Ərəbistanın  içərilərindən  çoxlu  İran 
və  ərəb  mənşəli  əhali  köçürüb  gətirdilər.  Era- 
mızın  ilk  yüzilliklərində  ölkə  əhalisinin  əksəriy- 
yətini  təşkil  edən  və  hərbi-siyasi  cəhətdən  daha 
mütəşəkkil  və  daha  qüvvətli  olan  türk  etnosları 
vahid  xalqın  təşəkülü  prosesində  mühüm  rol 
oynayırdılar.


Illıa m  Əliyev
Türk  etnosları  içərisində  oğuz  türkləri  üs- 
tünlük  təşkil  edirdilər.  Eramızın  ilk  yüzilliklərin- 
dən  başlayaraq,  türk  dili  Azərbaycan  ərazisində 
yaşayan  və  sayca  az  olan  xalqlar,  etnik  qruplar 
arasında  da  başlıca  ünsiyyət  vasitəsinə  çevril- 
məkdə  idi.  Türk  dili,  həm  də  şimalla  cənub  ara- 
sında  birləşdirici,  əlaqələndirici  rol  oynayırdı. 
Çünki  bəhs  olunan  dövrdə  bütün  Azərbaycan 
ərazisini  əhatə  edən  vahid  dini  görüş  - təkallahlı 
din  yox  idi.  Qədim  türklərin  baş  Allahı  olan  Tan- 
rıya  sitayiş  -  tanrıçılıq  hələ  başqa  dini  görüşləri 
sıxışdırıb tamamilə aradan  qaldıra  bilməmişdi. 
Zərdüştlük,  atəşpərəstlik,Günəşə,  Aya,  göyə, 
ulduziara,  torpağa,  suya  və  s.  sitayiş  davam  et- 
-------------------------------  
24  -------------------------------------------
Qafqazda imperiyalar və erməniforin Azarbaycan ərazilərinə köçürülmasi
məkdə  idi.  Ölkənin  şimalında  -  Albaniya  ərazi- 
sinin  bəzi  yerlərində,  əsasən,  dağlıq  qərb  bölgə- 
lərində,  xristianlıq  yayılmaqda  idi.  Lakin  müs- 
təqil  Alban  kilsəsi  qonşu  gürcü  kilsələrinin  kəs- 
kin  rəqabəti  şəraitində  fəaliyyət  göstərirdi.  VIII 
əsrdə  islam  dininin  qəbul  olunması  ilə  Azər- 
baycanın  tarixi  müqəddəratında  əsaslı  dönüş 
yarandı.  İslam  dini  vahid  xalqın  və  dilin  təşəkkü- 
lünə  güclü  təkan  verdi,  bu  prosesin  sürət- 
lənməsinə  həlledici  təsir göstərdi.  Türk və  qeyri- 
türk  etnosları  arasında  dini  birliyin  yaranması 
onların  yayıldığı  bütün  Azərbaycan  ərazisində 
vahid  adət-ənənələrin  təşəkkülünə,  qohumluq 
əlaqələrinin  genişlənməsinə,  qaynayıb-qarışma 
prosesinin  daha  da  dərinləşməsinə  səbəb  oldu. 
İslam  dini  onu  qəbul  etmiş  bütün  türk  və  qeyri- 
türk  etnoslarını  Cənubi  Qafqazı  bütöv  halda 
xristianlığın  təsir  dairəsinə  salmağa  çalışan  Bi- 
zans  imperiyasına  və  onun  himayə  etdiyi  ermə- 
ni  və  gürcü  feodallarına  qarşı  vahid  türk-islam 
bayrağı  altında  birləşdirdi.  IX  əsrin  ortalarından 
Azərbaycanın  qədim  dövlətçilik  ənənələri  yeni- 
dən  dirçəldi.  Azərbaycanda  yeni  siyasi  dirçəliş 
başlandı:  islam  dininin  yayılmış olduğu  Azərbay- 
can  torpaqlarında  Sacilər,  Şirvanşahlar,  Sala- 
rilər.Rəvvadilər,  Şəddadilər dövlətləri  yarandı.
Müstəqil  dövlətlərin  yaranması  nəticəsində 
siyasi,  iqtisadi  və  mədəni  həyatın  bütün  sahə-
25


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə