Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   2   3   4   5   6   7   8   9   ...   38

I llta m  Əliyev
lərində  oyanış  baş  verməkdə  idi.  Azərbaycan 
tarixinin  İntibah  dövrü  başlanırdı.  600  ilə  qədər 
davam  edən  Sasani  və  ərəb  əsarətindən  sonra 
yerli  dövlətlərin  yaranması,  islam  dininin  bütün 
ölkə  ərazisində  əsas  təkallahlı  dinə  çevrilməsi 
Azərbaycan  xalqının  etnik  təkamülündə,  vahid 
dilin  və  mədəniyyətin  təşəkkülündə  mühüm  rol 
oynadı.  İslam  dini,  eyni  zamanda,  Azərbaycanı 
idarə  edən  ayrı-ayrı  feodal  sülalələrinin  tez-tez 
bir-birini  əvəz  etdiyi  bir  tarixi  şəraitdə  bütün 
Azərbaycan  əhalisinin  -  həm  xalqımızın  təşək- 
külündə  başlıca  rol  oynayan  müxtəlif türk  tayfa- 
larının,  həm  də  onlarla  qaynayıb-qarışmaqda 
olan  qeyri-türk  etnoslarının  yadelli  qəsbkarlara 
qarşı  vahid  qüvvə  halında  birləşməsində  də  mü- 
tərəqqi  rol  oynadı.
26
Qafqazda imperiyalar və e n m n ib rin  Aıarbaycan ərazilərinə köçürülnm i
ŞƏDDADİLƏR DÖVLƏTİ
Şəddadilər  dövlətinin  əsasını 
Məhəmməd 
ibn  Şəddad  ibn  Qurtaq  qoyub.  951-ci  ildə,  Mərz- 
banın  tabeçiliyində  olan  Dvin  şəhərini  ələ  keçi- 
rən  Məhəmməd  ibn  Şəddad  ibn  Qurtaq  bununla 
Azərbaycanı  idarə  edən  İbrahim  Salari  ilə  dö- 
yüşə  girir.  Lakin  Məhəmməd  ibn  Şəddad  şəhər 
əhalisinin  köməyilə  Salarini  məğlub  edir.  Çox 
keçmədən,  Məhəmməd  Şəddadinin  başçıhq 
etdiyi  qoşun  Dvini  ələ  keçirir.  Bununla  da,  haki- 
miyyətini  möhkəmləndirməyə  başlayır.  Çox keç-


İHunn 
Ə liye v
mədən  Şəddadiiər  Bərdə,  Şəmkir  və  Ermənis- 
tanın  şərq  hissəsini  ələ  keçirirlər.  Fəzl  ibn 
Məhəmmədin  (985-1030)  hakimiyyəti  dövründə 
Şəddadilər  dövləti  qüvvətlənir.  Azərbaycanın 
Quzey  və  Güney  bölgələri  arasında  iqtisadi  və 
mədəni  əlaqələr  qurulur.  Rəvvadilərlə  və  Tiflis 
əmiri Əbülfəzl  Cəfər  ibn  Əli  ilə də dostluq  müna- 
sibətləri  saxlanılırdı.  Dövlətin  zəifləməsi  1073- 
1074-cü  illərdə  Şəddadi  hökrndarı  II  Fəzlin  oğlu 
Fəzlun  atasına  qarşı  çıxaraq,  onu  hakimiyyət- 
dən  uzaqlaşdırması  ilə  qoyulur.  Lakin  1075-ci 
ildə  Səlcuqi  soltanı  Məlik  şahın  əmiri  Savtəkin 
Frəzlunu  hakimiyyətdən  devirir.  Beləliklə,  Şəd- 
dadilər dövləti süqut edir.
RƏW ADİLƏR DÖVLƏTİ
Rəvvadilər dövlətinin  əsasını  981-1054-ci 
illərdə  Əbdülhiça  Rəvvadi  tərəfindən  qoyulmuş, 
paytaxtı  əvvəlcə  Ərdəbil,  sonra  isə  Təbriz  ol- 
muşdur.  Rəvvadilər  zaman-zaman  az  qala 
Azərbaycanın  bütün  Güney  torpaqlarını  öz  nə- 
zarəti  altında  saxlayırdı.  1054/55-ci  ildə  sultan 
Toğrulun  başçılığı  altında  Azərbaycana  yürüş 
edən  səlcuq  qoşunları  Təbriz  şəhərinə  yaxın- 
laşırlar.  Rəvvadi  hökmdarı  Vəhsudan  məğlub 
olacağını  başa  düşdüyündən  Toğrul  sultanın
Qafçiaz
4
ajni£enyalar_y? ermənilərin Azərbaycan ərazilərinə köçürülnıəsi
hakimiyyətini  tanıyır,  adına  xütbə  oxunmasmı 
əmr edir,  sultana  qiymətli  hədiyyələr verir.  Siya- 
si  hakimiyyətlərini  əldən vermiş  Rəvvadilər uzun 
illər  öz  əski  əzəmətlərini  qaytara  bilmədilər. 
Yalnız  1108-ci  illər  də  Azərbaycanın  cənub- 
qərb  torpaqlarına  sahib  olan  Marağa  hakimi 
Əhmədili  ibn  İbrahim  ibn  Vəhsudan  ər-Rəvvadi 
mustəqil  dövlət  qura  bilir.  Onun  hakimiyyət 
dövrü  tarixə  Əhmədililər  sülaləsinin  hakimiyyəti 
dövrü  kimi daxil  olmuşdur.  1112-ci  ildə Əhmədili 
Mosul,  Diyarbəkr,  Xilat və başqa yerlərin  hakim- 
ləri  ilə  birlikdə  Suriya  ərazisində  xaçpərəstlərə 
qarşı  aparılan  döyüşdə  iştirak  etmişdir.  1117-ci 
ildə  Əhmədili  Bağdadda  xəlifə  sarayında  öldü- 
rülür.  Beləliklə,  Rəvvadilər  sülaləsi  siyasi  tarix 
səhnəsindən  çıxır.


İ lfıant Əliyev
AĞQOYUNLU DÖVLƏTİ
KHANATF. OF 
CRIMEA
■* 
ASTRAKHAN 
»
KHANATE 

:
«  
K A ZA K H  
KHAN ATE
. ,r
GEORGIAN STATtS
MfSKHKTl  H ’
0/>H
K
tt
İ
~  O TTO M AN 
FMPIRF,
ü ll.K A D IR
SH!K\A\
E
m
*  
-•>
* *
 
(;,( ,f>5İLM)(;sl*AMDS
KfAR’.VşJİI
İ K jn
T 1M U R ID S T A 7H

k.OF
CYPKUS
M AM ELÜK
SULTAMATF.
30
a o o o y ü n l u
C O N F E D E R A T fO N
Mta*
' s 
i   ' 
Sh.-«

■' 
 

M
ırjf.
\MIHRAB.\MDS
V  
■"  .
•  •  U
 
0
•  • 

500  mles 
^  
v
-
j
X  V &
\  
' l   o
500  hrn
K .or 
\  

'flOItMlV
Ərəb  xilafətinin  tənəzzülündən  sonra  -  IX 
əsrin  ortalarından  başlayaraq  Qafqazda,  habe- 
lə,  bütün  Yaxın  və  Orta  Şərqdə  türk-islam  döv- 
lətlərinin  rolu  artdı.  Sacilər,  Şirvanşahlar,  Sala- 
rilər,  Rəvvadilər,  Şəddadilər,  Şəki  hakimləri, 
Səlcuqlar,  Eldənizlər,  Monqollar,  Elxanilər-Hüla- 
külar,  Çobanilər,  Cəlairilər,  Teymurilər,  Osman- 
lılar,  Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər, 
Əfşarlar,  Qacarlar  və  başqa  türk-islam  sülalələ- 
rinin  idarə  etdikləri  dövlətlər  təkcə  Azərbay-
30
Qafqazda imperiyalar və ermənilərin Azərbaycuıı əraziforiıw köçürülməsi
canın,  həmçinin,  bütövlükdə  Cənubi  Qafqazın 
deyil,  eyni  zamanda,  bütün  Yaxın  və  Orta  Şər- 
qin  dövlətçilik  tarixində  dərin  iz  qoydular.  XV- 
XVIII  əsrlərdə  və  bundan  sonrakı  dövrdə  Azər- 
baycanın  dövlətçilik  mədəniyyəti  daha  da  zən- 
ginləşdi.  Bu  dövrdə  Şərqin  geniş  əraziləri  Qara- 
qoyunlu,  Ağqoyunlu,  Səfəvi,  Əfşar  və  Qacar 
imperiyaları  bilavasitə  Azərbaycan  sülalələri 
tərəfindən  idarə  olunurdu.  Bu  mühüm  amil 
Azərbaycanın  daxili  və  beynəlxalq  əlaqələrinə 
müsbət  təsir  göstərir,  ölkəmizin  və  xalqımızın 
hərbi-siyasi  təsir  dairəsini,  Azərbaycan  dilinin 
fəaliyyət  meydanını  genişləndirir,  Azərbaycan 
xalqının  maddi  və  mənəvi  mədəniyyətinin  daha 
da  inkişaf  etməsinə  əlverişli  şərait  yaradırdı. 
Bəhs  olunan  dövrdə  Azərbaycan  dövlətləri  Ya- 
xın  və  Orta  Şərqin  beynəlxalq  münasibətlərində, 
hərbi-siyasi  həyatında  mühüm  rol  oynamaqla 
yanaşı,  Avropa-Şərq  münasibətlərində  də  çox 
fəal  iştirak  edirdilər.  Azərbaycanın  böyük  dövlət 
xadimi  Uzun  Həsənin  (1468-1478)  hakimiyyəti 
illərində  Ağqoyunlu  imperiyası  bütün  Yaxın  və 
Orta  Şərqdə  qüdrətli  hərbi-siyasi  amilə  çevrildi. 
Azərbaycanın  dövlətçilik  mədəniyyəti  daha  da 
inkişaf etdi.  Uzun  Həsən  bütün  Azərbaycan  tor- 
paqlarını  əhatə  edən  güclü  mərkəzləşdirilmiş 
dövlət  yaratmaq  siyasəti  yeridirdi.  O,  bu  məq- 
sədlə xüsusi  "Qanunnamə"  hazırlatmışdı.  Böyük
31


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə