E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə55/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   51   52   53   54   55   56   57   58   ...   125

 
 
113
Tatneft 
1945 45782 
100351 2-70 138,2 34,6 6718 86,3 840,5 
Manqışlaqneft 
1965 8067 10429 4-20 216,4 41,5 7443 95,2 822,9 
Saxalinneft 
1929 19503 2472 16-61 262,6  6,7  1201  60,7  189,5 
 
Cədvəldən göründüyü kimi, «Azneft» İB-də maya dəyəri, rentabellik, fondverimi, 
fondtutumu ittifaq göstəricilərinə nisbətdə xeyli kiçik və bəzi göstəricilər hətta mürəkkəb istehsal 
şəraitində  fəaliyyət göstərən Uzaq Şərqdəki «Saxalinneft»dən də  aşağıdır. Bu prizmadan 
«Xəzərdənizneftqaz»  İB-nin də  vəziyyəti yaxşı formada görünmür. Məhsulun maya dəyərində 
digər bir faktı isə  tərtib edilmiş  Cədvəldən sual doğurucu məzmunda görmək mümkündür. 
Əcəba, necə olur ki, bizimlə neft hasilatının təminatına eyni vaxtda başlayan Qroznı  və 
Krasnodar istehsal birliklərində texniki iqtisadi göstəricilər, xüsusən də rentabellik, maya dəyəri 
Azərbaycanla müqayisədə daha yaxşı mövqeydədir. Burada  digər bir fakt da ondan ibarətdir ki, 
Krasnodar və Qroznı İB-lərdə işçi sayı az, hasilat isə «Azneft» İB-dən yüksəkdir. Bunu heç də 
dağ-mədən  şəraiti, geoloji düzüm faktorları, məxsusi texnoloji çətinliklər, respublikadakı 
məşğulluq amili ilə izah etmək olmaz. Görünür, yaranmış ənənəyə uyğun olaraq burada iş yerləri 
ixtisarının aparılması  məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycanın neftqazçıxarma 
kompleksində hasilatın rentabelliyini pozan təkcə  işçi sayının hasilat miqdarına uyğun 
gəlməməsi faktoru olmamışdır. Burada amortizasiya xərcləri ümumittifaq göstəricisindən 3-5 
dəfə, təmir xərcləri 10 dəfə, layverimini artıran xərclər 2 dəfə, mədən xərcləri 5 dəfə  yüksək 
olmuşdur. Hasilat üzrə istehsalat xərclərinin strukturuna diqqət yetirdikdə görərik ki, «Azneft» 
İB-də 1970-ci ildə xərclər komponentinin heç bir maddəsi ittifaq göstəricisinə müvafiq deyildir. 
Bu illərdə nisbətən yaxşı  vəziyyətdə olan «Xəzərdənizneftqaz»  İB-də istehsal xərcləri ittifaq 
göstəricilərinə müəyyən qədər yaxınlığı hətta təmir xərcləri üstünlüyü də müşahidə olunur. Qeyd 
etdiklərimizin daha əyani müqayisəsi aşağıdakı Cədvəldə verilmişdir. 
Cədvəl 15 
1970-ci ildə «Azneft», «Xəzərdənizneftqaz» istehsalat birliklərində xərclərinin strukturu  
(ittifaq kontekstində müqayisədə) 
 
SSRİ 
Azneft 
Xəzərdənizneftqaz
Xərc maddələri 
Bütün 
hasilat 
(min rub.)
 
1 ton 
üçün 
(rub-qəp.) 
Bütün 
hasilat 
(min rub.)
 
1 ton 
üçün 
(rub-qəp.) 
Bütün 
hasilat 
(min rub.) 
1 ton 
üçün 
(rub-qəp.) 
 
Enerji xərcləri 
74960 0-20 24590 2-85  4968  0-32 
Əmək haqqı  və sosial sığortaya 
ayırmalar 
38425 0-10 6227 0-72 2129 0-13 
Amortizasiya. quyular üzrə ƏİF-lər 
323519 0-86 35779 4-15 22084 1-40 
Digər əsas vəsaitlər 
15296 0-30 14857 1-72 22145 1-40 
Əsas vəsaitlərin cari təmiri, yeraltı 
quyu avadanlıqları 
74473 0-20 20206 2-34  2728  0-17 
Yerüstü avadanlıqlar 
21217 0-06 2079 0-24 1623 0-10 
Layverimini artırılması 
16369 0-43 6884 0-80 6562 0-42 
Neftin demulsiyasiyası 
70314 0-19 3151 0-37 1249 0-08 
Neftin nəqli və saxlanması 
71038 0-19 6303 0-73 2890 0-18 
Qazın yığımı və nəqli 
36695 0-10 5566 0-64 2110 0-13 
Sex xərcləri 
90296 0-24 8122 0-94 4600 0-29 
Ümummədən xərcləri 
135092 0-36 13912 1-61  9536  0-61 
Qazma təşkilatlarından alınmış 
neftin ödəniş xərcləri 
12 0-00  - - - - 
Neft-qaz  hasilatının mədən xərcləri 
1215206 3-23  147676 17-11  82624  5-23 
Əmtəəlik məhsulun mədən xərcləri 
1195013 3-22  145057 17-11  81696  5-23 
Qeyri-istehsal xərcləri 
396662 1-07 12292 1-45 20176 1-29 
O cümlədən, geoloji-kəşfiyyata 
ayırmalar 
357970 0-97 9742 1-15 17953 1-15 


 
 
114
Əmtəəlik məhsulun tam maya dəyəri 
plan üzrə 
1584501 4-33  156065 19-00 100510  6-57 
Faktiki 
1591675 4-29  157340 18-56 101872  6-52 
 
Cədvəldən göründüyü kimi, Azərbaycanın quru ərazilərində hasilatla dəniz sektorundakı 
hasilatın xərc sferaları müxtəlifdir. Dənizdə ümumittifaq göstəricilərinə yaxınlılıq baxımdan 
oxşarlıqlar yetərincədir. 
Hələ 1960-1970-ci illərdə  Xəzərdə, xüsusən də onun Azərbaycan sektorunda iri 
karbohidrogen yataqlarının mövcudluğu aşkar fakt idi. Texniki-iqtisadi əsaslandırmaya görə, bu 
yataqların işlənməsi zamanın imkanları  çərçivəsində rentabelsiz hesab edilirdi. Daha ucuz 
istehsal xərcləri ilə Qərbi Sibirin böyük neft yataqlarının istismarı ölkənin tələblərinə və strateji 
məqsədlərə müvafiq idi. Artan neft ixracatından daxil olan gəlirlər sosial vəziyyətinin 
sabitləşməsinə  və normallaşmasına, hərbi qüdrətin artırılmasına yönəldilirdi. Respublikada 
yataqların istismarından  əldə edilən gəlir də bu baxımdan böyük proporsiyalarla ittifaq 
xəzinəsinə daşınırdı. Bu illərdə Azərbaycanın quru sahələrində mövcud yataqlardan ehtiyatların 
yarıdan çoxu artıq hasil edilmişdi. Qalıq ehtiyatlarının çıxarılmasında isə yeni texnoloji yanaşma 
prinsiplərini, istehsal prosesində köklü dəyişiklikləri  şərtləndirən sərt texniki-iqtisadi islahatlar 
prosesini diqtə edirdi. Burada geniş islahatlar, struktur dəyişiklikləri, elmi-texniki nailiyyətlərin 
genişləndirilməsinin zəruri tətbiqini hasilat sabitliyi, plan tapşırıqlarının yerinə yetirilməsi tələbi 
əvəzləyirdi. Bunun müqabilində «Azneft» İB-də hasilat əvvəlcədən qeyri-rentabelli 
planlaşdırılır, istehsal xərclərində ehtimal olunan kəsir dotasiya formasında sabitləşmə 
fondundan kompensasiya edilirdi. Respublikanın özünün xarici bazarlarda müstəqil çıxış 
imkanları olmadığından mərkəzləşdirilmiş qaydada bizim neftin satışından  əldə edilən valyuta 
gəlirinin konkret miqdarı haqqında məlumatlar da verilmirdi. Şübhəsiz ki, neftin xarici 
bazarlarda satışı respublika pereqativində olsaydı, yüksək keyfiyyəti ilə seçilən Azərbaycan 
neftinin hasilatında rentabelli təminat yaradıla bilərdi. Qeyd etmək lazımdır ki, ittifaq tərəfindən 
planlaşdırılan əsas texniki-iqtisadi göstəricilər respublika tərəfindən yerinə yetirilirdi, hətta cüzi 
də olsa, məhsulun faktiki maya dəyəri onun plan dəyərindən aşağı olmaqla təmin olunurdu. Belə 
praktikanı iqtisadi mahiyyətcə məqbul hesab etmək olmazdı. Bununla belə, neftin maya dəyəri 
prosesində İB-dəki münasibət də təsirini göstərirdi. Zənnimizcə, neft işi ilə məşğul olanlar ondan 
milli mənafelərə uyğun, daha dolğun istifadə etməyi bacarmalı idi. 
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində milli mənafe aspektində müvafiq fəallıq və 
fəaliyyət mövcudluğu nəzərə çarpmışdır. Sonrakı illərdə obyektiv gerçəkliklər, neft işinin daha 
çox mərkəzi hökumətin idarəçiliyinə keçməsinə zəmin olmuşdur. Lakin vurğulamaq lazımdır ki, 
ittifaqın Azərbaycan neftindən doyum mərhələsinə keçdiyi zamanlarda daxildən neft işinin milli 
mənafelərinə uyğun səfərbər edilməsinə imkanlar xeyli artmışdır. 
İttifaqın dağılması  ərəfəsində yenidənqurma epopeyasında təsərrüfatda yeni iqtisadi 
mexanizmdə geniş xarakter aldığı məqamlarda neft-qaz istehsal edən istehsalat birliklərinin tam 
təsərrüfat hesabına keçməsinə  qərar verilmişdir. Prosesin fövqündə insan faktorunu hərtərəfli 
aktivləşdirmək, inzibati üsullardan, iqtisadi metodlara, geniş demokratik idarəetməyə keçidini 
reallaşdırmaq dayanırdı. Yeni ideoloji məfkurədən, partiya qərarlarından qaynaqlanan bu ideya 
«Azneft» İB-ni 1988-ci ildən tam təsərrüfat hesabına və özünü maliyyələşdirməyə rəvac verdi. 
Belə iqtisadi mexanizmin tətbiqinə baxış ondan irəli gəlir ki, quruda neftqazçıxarma 
kompleksinə  nəzarət edən «Azneft» İB-nin sələfi QNQÇİB özünün indiki fəaliyyət mənbəyini 
məhz bu prinsipin fraqmentlərindən almışdır. Lakin ittifaqın çökməsi, bazar iqtisadiyyatına keçid 
fikrimizcə  dəyərli məzmuna malik olan bu idarəetmə prinsipinin reallaşmasına imkan 
verməmişdir. Bununla yanaşı, nəzərdən keçirilən idarəetmə sisteminin əsas cəhətləri, məzmun 
qayəsi digər formada kompleksdə saxlanmış  və indinin özündə  də birliyin istehsal prinsipinin 
aparıcı özəyini təşkil edir. 
Özünümaliyyələşdirmə yeni təsərrüfat üsulu istehsalın səmərəliliyinin intensivliyinin 
artırılmasını, demokratik idarəetmənin təminatını, bununla yanaşı birliyin sosial-iqtisadi 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə